Ay parası (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 6 230
Səs ver:
(səs: 0)
Saatın necə olduğunu bilmirdim amma, kimsə məni oyatmağa çalışırdı. Gözlərimi yarı açıb yanıma baxdıqda, əli qolumda olan Aylanı gördüm. Nəsə olmuşdu? İlk düşüncəm bu idi...

"Mən susamışam... Bir az acmışda ola bilərəm. Dur mənimlə bərabər mətbəxə gedək"

Bu sözü ilə əlini qolumdan çəkib ayağa qalxdı. Məndə yuxulu halım ilə ayağa qalxmağa çalışdım. Şükür, başqa bir seyə görə ayıldamamışdı məni. Qorxduğu üçün tək gedə bilmirdi hər halda. Onunla bərabər aşağı düşüb, mətbəxə gəldik. İlk su süzdüm ona, daha sonra yəməsi üçün çörək arası bir seylər etdim. Mətbəx stolunu çəkib balaca uşaqlar tək yeməyə başladı. Məndə mətbəx mebelinin bir tərəfinə söykənib ona baxırdım.
Yuxarıda adım səsləri gəldikdə, hansınınsa durduğunu başa düşdüm. Üzü mətbəxə doğru gəldikdə Atillanı gördüm. Bizi görüb "Su içməyə gəlmişdim"dedi. Amma ilk baxışları Aylanı tapmışdı. Aylasa ona fikir verməyib suyundan bir yudum aldı. Atilla suyu süzüb içməyə başladı. Onun bir gözü Aylada idi, mənimdə onda. Ayla yeməyini yeyib ayağa qalxdıqda, Atillanın gülümsədiyini gördüm. Miki mousa güldüyü bəlli idi...

"Gecən xeirə Atilla. Ayla biz gedək daha"dedim. Nə idi bilmirdim amma, Atillanın Aylaya baxmasını onunla danışmaq istəməsini hec istəmirdim. Həmdə, ilk gündən...

"Xeirə qarşı... Şirin yuxular sizə, miki mouslu qız ilə"dedi.

Ayla bu sözü ilə öz üstünə baxdı.

"Bundan məndə 12 dənə var. İstəsən birin sənə verə bilərəm"dedi.

Atillanın əsəbləşəcəyini təxmin etdim. Amma məni yanıldaraq gülməyə başladı.

"Yaxşı sabah verərsən bütün gün onu evdə geyinib gəzərəm"dedi.

Ələ salmaq istədiyi nə qədərdə bəlli idi mənə...
Aylanın bir söz deməsini gözləmədən "Ayla gecdi daha"dedim.
Bərabər otağa çıxdıq sonra. Yatmalı idi...
Yerinə uzadıb, yenə üstünü örtüdüm. Özümdə divana uzanıb yuxuya getməyə çalışdım.

(Atillanın dilindən davam)

Dün axşam onu istəmirdim...
Bu gün axşam isə onu istəyib, istəmədiyimi dəqiq bilmirəm... Onu bu gün gördükdə, bir qəribə oldum. Elvinin dediyi hər sey düz idi. Amma mən qəbullanmaq istəmirdim. Gün içində normal olmayan dialoqmuz oldu. Normal olmamasını, bir problem etmədim... Biri üçün Juliet idi, digəri üçün şirin... Bəs məncə necə? Mənə görə nə idi? Başqa biri mənə naringi desə, onu yox etməyə hazır olardım. Ayla deyincə isə, susdum...
Dün axşamda miki mauslu gecə geyinmini gördükdə, gülmək tutdu məni. Çox saf idi...
Bu gecə tam rahat yata bilmədiyimdən saat 7 olmamış durmuşdum. Mətbəxdə özüm üçün səhər yeməyi hazırlayırdım. Ritmik bir xarici mahnı ilə çayı dəmləməyə çalışanda mahnın anidən durduğunu gördüm. Dönüb masanın üstündəki telefona baxdıqda yanında telefonu Aylanın əlində gördüm.

"Mən belə mahnı sevmirəm"dedi.

Çayı dəmə qoyub onun yanına yaxınlaşaraq telefonu əlindən alıb "Birdə icazəsiz telefonuma əl vurma"dedim.

"Mən mahnını söndürdüm... Sənin telefonunu neynirəm mən..."dedi.

Səhər - səhər nə qədər aqresiyya ilə danışdığımın fərqində idim...
Bilmirəm, mənim ürəyim ilə dilim düz demirdi...

"Sən niyə bu tezliyində durmusan? Hamının yatdığını görmürsən?"dedim.

"Səndə yatmısan? Mən yata bilmirəm... Yatanda yuxuma qəribə varlıqlar girir. Məndə qorxuram sonra..."dedi başını bir günah işləmiş kimi aşağı salıb.

Dilinə bir yiyəlik edə, bilmirsən Atilla!

"Sənədə bir seylər hazırlayıram. Yumurta edim sənə?"deyərək bir az xoş olmağa çalışdım. Nə qədər xoş ola bildimsə, o qədər...

"Mən yumurta sevmirəm. Yumurta olmaz..."deyib başını 'yox' mənasında yelləməyə başladı. Yenidən "Yumurta olmaz. Olmaz, yumurta. Yumurta olmaz"deyib birdən aşağı çökdü. Niyə belə oldu birdən birə?
Məndə dizlərimi yerə atıb aşağı çökdüm. Təkrarladığı sözlər arasında "Bəs nə, olar? Nəyi sevirsən?"dedim.

"Narıncı... narıncı kök"dedi gözlərini yerə dikib.

"Kök doğrayacam indi sənə. Kök çox yaxşı tərəvəzdi. Kökün rəngi narıncıdı. Narıncı kök" dedim bilə - bilə kök sözünü tez - tez işlədməyə çalışıb. Yumurtanın yadından çıxmasını istəyirdinm...

"Kök olar... Kökü sevirəm"dedi gülümsəyərək.

Qollarından tutub onu ayağa qaldırdım.
Səhər - səhər yemək süfrəsinə kök doğrayıb qoymaqda ayrı bir əhvalat idi. Allahdan evdə kök vardı... Kicik masanın üsütünü doldurub məndə Aylanın yanına əyləşdim. Bir seyidə öyrənmiş oldum, çay içməyidə sevmirmiş... Ona meyvə şirəsi hazırlamışdım. Hə, mən etmişdim...
İlk əvvəl kökü yeməyə başladı. Sonra meyvə şirəsindən içdi.

"Naringi, səndə mənə bir ad tap"deyib çörəkdən bir dişləm aldı.

"Öz adın daha yaxşıdı məncə"dedim.

Üzü bir andaca düşdü...

"Mən öz adımı sevmirəm. Ay qaranlığa aiddi. Mən qaranlıqdanda qorxuram"dedi.

"Görmək və hiss etmək istəyən üçün Ay'ında işığı var. Yətərki, sən özünü ayın işığından məhrum etmə"dedim

Belə bir cümlə quracağım ağlıma gəlməzdi. Ayın işığı qaranlığı məhv etməyə yetərdi.

"Mənim saclarımın boyanmasının vaxtıdı. Mənə axşama mavi sac boyası ala bilərsən?"

Ardıcıl söhbət etməyi çox güman bilmirdi. Məndə bunu üzünə vurmayıb "Saclarının rəngi yeni boyanmış kimi görsənir. Ehtiyyac var səncə?"dedim. Elə idi... Bu saclar 1 həftə olar ya olmaz, boyanan saclara oxşayırdı.

"1 həftədi boyanıb. Mən 1 həftədən bir saclarımı boyayıram"

Düşünüdüyüm kimi... Zərərli bir sey idi amma etdiyi.

"Nə qədər zərərli bir sey olduğunuda bilirsən? Sacların onsuzda mavidi. Nə vaxt rəngi getsə söz verirəm alacam. Hətda özüm boyayacam"

Oflamağa başladı. Tək nəfəsdə meyvə şirəsini içib boş bardağı mənə uzadaraq "Yenisini istəyirəm"dedi. Mən başa düşdüm... Cavab vermək istəmədikdə, sözü dəyişməyə çalışırdı...
Üstünə getməyib, bardağı əlindən alıb ayağa qalxdım. Tam bu sırada yuxarıdan "Ayla... Ayla hardasan" çağrışını etdim.
Piləkanın son addımına çatanda bizi mətbəxdə gördü. Elvinə acıqlama etməyə bir sözüm yox idi. Bizim tərəfə yaxınlaşıb "Məni qorxutdun Ayla"dedi.

"Gördüyün kimi yanımdadı. Səhər yeməyini yeyir"dedim.

"Qorxma... Gəl səndə kök ye"deyə Ayla gülərək söylədi.

Yenə özünə sərf edəni deyirdi.
Elvin mənə tərs - tərs baxıb Aylanın qarşısındaki stola əyləşdi. Nə düşündüyün bilirdim. Amma mən qorxulu varlıq falan deyildim. Necəki, Elvin onun ilk şizofren olduğunu bildikdə, onunla yazışmamışdı... Eynən məndə elə olmuşdum... Mən Rəhim qədər başa düşən biri deyildim. İndi isə az da olsa olmağa çalışırdım. Mən meyvə şirəsini bardağa süzüb, Elvinədə bir çay qoydum.
İşim bitmişdi, deyəsən...
Ayla ilə Elvin bir - biri ilə danışıb gülürdülər. Mənədə getmək düşürdü.

"Elvin mən gedirəm bir az işlərim var. Axşama tez gələcəm"dedim.

Ayla tez ayağa qalxıb yanımda bitdi.
Mənə tərəf əyilməyə başladıqda, nə etmək istədiyini bilmirdim. Ayaqlarının ucunu qaldırıb qulağıma "Rəng yaddan çıxmasın ha"deyə pıçıldadı. Yaxından hiss etdiyim qoxusu ilə, bir addım geri çəkildim. Sanki, yeni doğulmuş körpənin qoxusu gəlirdi. Tapmışdım...
Onu nə adla çağıracağımı tapmışdım.
Onu "Körpə'm" deyə əzizləyəcəkdim...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Körpə'm
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri