Ay parası (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 4 997
Səs ver:
(səs: 0)
Rəhimə, Ayla yuxudan ayılan kimi onu həyitə gətirməyini tapşırmışdım. Rəhimdə az sonra Aylanı aşağı gətirəcəyi haqqında bir mesaj yazmışdı. Məndə səbirsizliklə gözləyirdim. Evin qapısının açıldığını səsini eşitdikdə başımı döndərib qapı tərəfə baxdım. Rəhim Aylaya gözünün yummasını tapşırmışdı. Əlindən tutaraq piləkandan aşağı endirdi. Məndə yelləncəyin yanına keçib bura gəlməsini gözlədim. Piləkanı tam düşdükdə Ayla oflamağa başlayıb "Gözümü nə vaxt açacam axı"dedi. Rəhim isə səssiz qalıb gülümsünərək, onu yelləncəyə tərəf gətirdi.
Rəhim "İndi gözlərini aça bilərsən" dedikdə çöl qapıda bir anda açıldı. Ayla gözləri yumlu halda arxaya dönüb çöl qapısına baxdı. Çöl qapıdan isə içəri Elvin daxil oldu. Elvinin ardıycasa iki oğlan... Əllərində də tutduğu mavi rəngli,eynən mənim yelləncəyimə bənzəyən bir yelləncək...
Aylanın gülümsəməsini görməsəm belə, yelləncəyi gördükdə gülümsəməsini adım kimi əmin idim.

"Romeo, bu möhtəşəmdi"dedi

Elvin uzaqdan mənə baxarkən, Rəhimdə məyus halda mənə baxırdı. Aylanın isə varlığımdan hec xəbəri yox idi. İlk dəfə idi ürəyimdən bilmədiyim bir sızıltı keçdi...
Oğlanlar yelləncəyi qapının kənarına qoyub getdikdən sonra Elvin zəfər qazanmış üz ifadəsi ilə Aylanın yanına gəlib "Juliet, buda istədiyin yelləncək"dedi. Nə etməli idim indi?
Ayla üzü mənə tərəf dönməyə başlayaraq "Yelləncəyi tam yerinə gətir qoy. Mən minmək istəyirəm"dedi.

Məni burda gözləməyi hec gözləmirdi...
Məndə yelləncəyimə baxdım...

"Səndə almısan yelləncək? Amma mən Elvindən istəmişdim. Sən öz yelləncəyini götür. Elvin gətirib ora qoyacaq yelləncəyimi"

Aylanın dediyi söz ilə, donub qaldım. Mənə yaxşılıq etmək yaramırdı. Bunu bir daha təkrar başa düşdüm.

"Rəhim Nicat ilə yelləncəyi gözüm görməyən bir yerə qoyun"deyib Elvinin qoluna bilərəkdən dəyərək çöl daravazanı açıb küçəyə çıxdım. Mən belə düşünməmişdim... Mənim aldığım yelləncəyə güləcəkdi... Amma Elvinin aldığı yelləncəyə güldü... Bu vəziyyətin mənə necə təsir etdiyini bilmirdim. Bir az incik... Bir az qırğın... Haqqım yox idi amma... Mən Aylanın hec nəyi deyildim. Məsafə qoymaq ən yaxşısı idi...
Gunortaya yaxın idi. Amma səhər yaşanmış hadisə hec yadımdan çıxmırdı. Necə gündü clubla məşğul belə ola bilmirdim. Onun üçün clubuma gəlib 2 ci mərtəbəyə çıxıb öz otağıma daxil olmuşdum. Saatlardı divanda uzanıb özümü günahkar çıxmarmağa çalışırdım. Elvinin mənə belə davranmasını qəbul edə bilmirdim. Düşmanı imişəmki, rəftarları canımı sıxmağa başlamışdı. Hamımız çoxmu məsumuq? Bir səhv etmək, sonrada onu düzəltmək istədiyimizi niyə kimsə görmür... Ya da görmək istəmir... Özünə necə sərf edirsə, elədə davranır...
Gözlərimi yumub, yatmağa çalışdım. Yata bilməməkdə məni əsəb edirdi. Yarım saat daha keçdikdən sonra yuxuya dalmağa başladım. Nə qədər yatdığımı bilmirəm amma ayılmağımın səbəbi kiminsə sacımı oxşamağa başlaması idi. Birdə burnuma dolan şirin ətir qoxusu... Göz qapaqlarımı açmadan ani hərəkət ilə saclarımda gəzən əldən tutub aşağı endirərək gözlərimi açdım. Baş ucumda Şəms vardı...
Kabus deyək, biz ona...

"Səni tənbəl... Nə qədər yatırsan"dedi

Əlini əlimdən çəkib oturuş vəziyyətini aldım.

"Məni hec kimin narahat etməməsini demişdim. Sən niyə burdasan? Həmdə bilirsənki birinin saclarıma toxunmasına nifrət edirəm!"

Gülən üzün asmağa başlayıb "Sənədə yaranmaq olmur. De görüm, fikirin niyə qarışıqdı"dedi. İçimdəkiləri danışacağım son insan idi...

"Mən həmənki adamam. Bir az hər seydən uzaq qalmaq istəyirəm o qədər"

Qara saclarını boynun kənarına atıb, göz altı mənə baxmağa başlayıb mənə tərəf əyilərək "Canın bu cür gözəlliyi hecmi istəmir"deyərək dodaqlarıma baxmağa başladı. Canım sadecə, evdə olan O qızın gülümsəməsini görmək idi... Oda, alınmamışdı... Gözlərini yumub mənə tam yaxınlaşdıqda bir anlığına hər seyi unutmaq istədim. İstəməyim ilə qalıb "Gözlərini aç! Və rədd ol burdan!"deyə səsimin tonun qaldırdım.
Bu sözüm ilə gözlərini açıb mənə tərs - tərs baxdı. Məndə ayağa qalxdım. Bu qədər sərt reaksiya verməli deyildim. Əlimdə deyildi, amma...

Şəms "Bir daha əmin oldumki, səndə hec nə yolunda gətmir! Ağlını kim qarışdırıbsa, de yerinə gətirsin!"deyib çantasınıda əlinə alıb qapını sərt şəkildə vurub çölə çıxdı. Ağlımı qarışdıran çox sey vardı... Qulağıma musiqi səsi gəlməyə başladı. Deyəsən, clubu açmışdılar artıq. Havada qaralmışdı... Ac acına bu vaxta qədər özümü bu otağa kilitləyib qalmışdım. Niyə qaçırdımki? Mənim burda bir işim yox idi... Clubdan bir başa çıxıb evə gəldim. Həyitə ilk daxil olarkən, gözüm mavi rəngli yelləncəyə taxıldı. Bəlkədə, artıq yellənmişdi o yelləncəkdə... Qapını açıb içəri keçdim. Qonaq otağında hamsı oturub bir film izləyirdilər... İnsan doğma olduğu yerə, özünü yad hiss edərdimi? Edərmiş... Ya da etdirərmişlər... Nəticə etibarı ilə ikisidə eyni sey idi...

Özümü ələ alıb özümü güldürməyə çalışıb "Mən gəldim... Nə filiminə baxırsız"dedim. Hamsı mənə dönərkən Ayla gözünü hec çəkmədən filmə baxırdı. Nicat bir anda ayağa qalxıb "Nə deyirsiz bu gün gəzməyə bir yerlərə gedək?"dedi.

"Mən dəniz kənarına getmək istəyirəm"deyə Ayla bir andaca dedi.

Elvin "Juliet, dəniz kənarı bu vaxtı çox soyuq olur. Başqa bir yerə gedərək. Üşüdərsən orda sən" dedi. Mən yox imisəm kimi davranmağa davam...

"Mən ora getmək istəyirəm... Dəniz kənarına... Aparın məni..."

Ayla oranı istəyirdisə, başqa yerə gedilədə bilməzdi. Rəhimdə ayağa qalxıb "Ayla istəyirsə, getmək lazımdı. Atilla səndə bizlə gəlirsən ha" dedi. Nicatın ortalığda dönən hec nədən xəbəri yox idi. Elvin dəsən, bir düşman kimi rəftar edirdi mənə. Aylanında niyə soyuq olduğunu bilmirdim... Bir tək hər seyin fərqində olan, Rəhim idi...
Hazırlaşıb evdən çıxdıq. Maşını sürən Elvin idi. Qabaqda Nicat oturmuşdu. Biz isə arxada idik.
Rəhim qulağıma "Ayla bilirsən sənə niyə belə davranır?"dedi. Maşında olan musiqi səsindən bizi eşitmədiklərini bildiyim üçün "Mən hec nə bilmirəm. Sən bilirsənsə, de"dedim.

"Dünən axşam meyvə şirəsini içmədiyin üçün. Elə bilir onun içdiyinə görə içmədin... Başa salmaq istədim. Amma başa düşmək istəmədi"

Beynində, nə qurmuşdusa...
Bu ona aid olan bir sey deyildi axı. Mən özümü bildim biləli bu xasiyyətimdən əl çəkə bilmirdim.
Rəhim yenə mənə yaxın durub "Birdə bir seydə daha deyim. Yelləncəyi evin arxasına qoymuşdum Nicat ilə. Ayla isə bir ara yoxa çıxmışdı. Evin arxasına getikdə, onu o yelləncəkdə gördüm. Üzüdə gülürdü..."dedi

Bu söz mənidə gülümsətdi...
Və yaxşı ki, bu gün bu baş vermiş hadisəyə əsəbləşib, Şəmsi öpməmişdim...
İçim rahat idi...

"Rəhim hər sey üçün çox sağ ol. Mənə necə böyük bir yaxşılıq etdiyini bilə bilməzsən"

Sahilə gəlib çatdıqda Ayla ortada sağında solunda mənim ilə Elvin oturmuşdu. Bu soyuqda dənizinkənarında olmaqda varmış...
Hamımız eləcə sakitcə dənizə baxırdıq. Bir tək Nicat şit zarafatlarını edirdi.

"Şirinə, göydəki ayda sənə bənzəyir"

Ayla, ay sevməzdiki...

"Ulduzlarda sənə bənzəyir onda. Görəsən nəyə görə günəş gecələri çıxmır. İndi çıxsaydı, isti olardı..."

"Ayla, günəş səhərləri çıxır hər yeri isidir. Səhərlər bizim günəşin istisinə, gecələr isə ayın işığına ehtiyyacımız olur..."dedim

Ay'a baxdı...
Dodaqlarını yavaşca aralayıb "Yenədə onu sevmiyəcəm... Mən gecəni sevmirəm. Lalidə bəzən mənə deyirki adın ay ilə başlamasaydı, bəlkədə belə olmazdın. Düz deyir..." dedi

Bəlkə, bir gün ay'ı ona sevdirə bilərdim. Amma o günə qədər günəşi sevməyə davam edəcəkdi...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Günəşi sevməyə davam etsin...
Bir gün sıra Ay'ada gələcək
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri