Ay parası (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 2454
Hekayə: Ay parası
Səs ver:
(səs: 0)
Dünən dəniz kənarından gəldikdən sonra hər kəs öz otağına çəkildi. Bu gün növbə Nicatda idi... Başa düşmədiyim bir sey vardısa, oda Elvinin mənə qarşı bu qədər böyük kin bəsləməsi idi. Nicatla, Rəhimə mənə davrandığı kimi davranmırdı. Bunu ən yaxın zamanda özündən soruşacaqdım. İndi isə yatmaq lazım idi. Sadecə, yatmaq...
Səhərin açılması ilə gözlərimi açıb yuxudan ayıldım. Özümü əzgin hiss edirdim nəsə. Dünən gecəni dəniz kənarında olduğumuza görə ola bilərdi...
Üstümü dəyişib aşağı düşdüm. Ortalığa Rəhim vardı bir tək. Hamsı hələ yatmışdı deyəsən.
Əlindəki fincan ilə mətbəxdən çıxarkən, məni görməyi ilə "Sabahın xeir dostum"dedi. Qonaq otağında olan divana keçib oturduqda məndə yanına keçib "Ev əhli yatıb hələdə?"dedim.

Boğazanı təmizləməyə başlayıb "Hamsı çoxdan durub. Həyitdədilər..."dedi.

Yəni yelləncəyin başında...
Bir sey demədən ayağa qalxdım. Üstümə hec nə almadan evin qapısını açıb çölə çıxdım. Mən piləkan başından onlara baxdım. Onlarda mənə baxdı...
Ayla yelləncəkdə idi. Elvində onu yellədirdi.
Nicatda onlara baxarkən "Nə gec durmusan bu gün. Bizə bax qəsəycə əylənirik"dedi.

Elvində gülərək "Julietim, hava soyuqdu bəlkə içəri kecək artıq?"dedi.

Elvin, mənim səbrimi yoxlamağa çalışırdı...

"Sən necə istəsən. Yelləncəyi saxla düşürəm" deyərək yelləncəkdən aşağı endi. Mənə hec fikir vermirdi... Yuxarı qalxıb yanımdan düz keçib evə girdilər. Mən isə məyus olduğum halım ilə qalmışdım. Soyuğa fikir vermədən aşağı düşüb, evin arxasına gəldim. Evin arxasında olan yelləncəyə bir xeyli baxıb yelləncəyə oturdum. Burda gülərək Ayla oturacaqdı. Məndə onu yellədəcəkdim...
Belə düşünmüşdüm... Mən sadecə özünü düşünən böyük bir egoist, ilk dəfə idi bir qızın üzündə gülümsəmə görmək üçün belə bir sey etmişdim. Dünən bu yelləncəydə yellənməsi, belə bu saatdan sonra mənim üzümü güldürə bilməzdi. Xəyal edirsən... Ki, mən yenə ilk dəfə idi bir xəyal qurmuşdum... Amma xəyalını bir başqası əlindən alır... Həmdə, dost dediyin biri...
İndi hansı üz ilədə, evə daxil olacağımı hec bilmirdim. Deməzlərmi? Axı sənin nəyinə, bu qədər düşüncə... Mən bəlkədə Elvin kimi olmadım deyə, sevənim olmadı çox. Mən onun qədər ünsiyyətcil bir insan deyildim. Mən özünə qapanıq olub, hər kəsə daş - divar olan biriyəm. Belə olmağımda da əməyi keçənlər çoxdu. Həyatımda aldığım zərbələr... O zərbələrə inad yaşayan bir ədəd mən....
Yelləncəkdən ayağa qalxıb özümü dik tutmağa çalışaraq evə daxil oldum. Ortalıq bir qədər sakit idi. Ən yaxşısı, mənim burdan getməyim idi. Rəhimlə, Nicat geyimli keçimli idilər. Harasa gedirdlər...
Nicat mənim yanıma gəlib "Necə görsənirəm? Gülay ilə görüşməyə gedirəm. Rəhimdə Sevinci gətirəcək. Səndə bir sevgili tapsaydın hamimiz bir görüşərdik"dedi.

Ona görə imis belə hazırlıq...
Rəhim ilə Nicat çıxıb getikdən sonra məndə öz otağıma çıxdım. Məndə getsəydim yaxşı olardı. İşim yox idi burda...
Bir az pul götürüb, otağımdan çıxdım. Otağımdan çıxarkən Elvinində otağının qapısı açıldı. İlk öncə Elvin arxasıycada Ayla çıxdı. Elvin isə gözümə bir təlaşlı görsənmişdi...
Elvin mənə yaxınlaşıb "Atilla dün axşam clubumda bir dava olub indidə polis gəlib. Mən onun üçün getməliyəm... Ayla sənə əmanətdi" deyərək Aylaya dönüb "Mən 1 saata falan gələcəm. Özünə yaxşı bax"dedi. Sanki 10 yaşlı uşağa 5 yaşlı uşağı əmanət edirdi...
Elvin çıxıb getdikdən sonra Ayla nə edəcəyimi bilmirdim... Mənimlə danışmır, məni yox sayırdı onsuzda... Amma onu gözümdən kənara qoya bilməzdim. Tv qarşısında oturub cizgi filmi izləyirdi. Məndə səssizcə yanına keçib oturdum.
Gözünü tv-dən hec cəkməyib cizgiyə baxıb gülürdü. Məndə onun mavi saclarına baxırdım...
Saclarında tünd boyalar vardı. Yəqin mən evdə olmayanda Elvin boyamışdı saclarını...
Nə qədər səssiz qalım ona qarşı?

Dayana bilməyib "Meyvə şirəsini içmədim, deyə mənə küsə bilmərsən"dedim.

Gülən üzü bir andaca dayandı... Gözlərini yavaş - yavaş baxdığı cizgidən çəkib aşağı saldı.

"Məni istəmirsən... Meyvə şirəsini ona görə içmədin"dedi.

Niyə belə düşünürdü?

"Ayla, başa düş bu özəlliklə sənə qarşı olan bir hərəkət deyildi. Beynindəki düşüncəni bir kənara at"

Ayağa qalxıb, düşünməyə başladı.
Nə deyəcəyini, hər halda bilmirdi...
Birdən birə "Mən şizofrenem deyə içmədin! Yalan demə mənə! Səni çox istəməyə başlamışdım mən..."dedi. Məndə daha çox dayana bilməyib ayağa qalxdım.
"Elə bir sey yoxdu! Lənətə gəlmiş özüm ilə bacara bilmirəm mən! Amma sırf sən bu düşüncələri beynindən atasan deyə, nə edəcəyimi bilirəm mən! Arxamca gəl!"deyib mətbəxə doğru irəllədim. Əlimə bir bardaq alıb əlimə keçən ilk meyvə şirəsini bardağa töküb ona uzadaraq "Al, iç bunu..."dedim. Bilmirəm niyə amma mənə qarşı gəlmədən, əlimdəki bardağı alıb yarı mənə yarı yerə baxaraq meyvə şirəsini içməyə başladı. Bir az içdikdən sonra dayandı. Əlindəki bardağı alıb tək nəfəsdə başıma çəkdim.

"Aaa sən həmin bardaqdan içdin"dedi.

"Hə... Gör deyə içdim... İçin rahatladı indi? Birdə, özünü mənim gözümdə kicik biri olduğunu düçünməkdən əl çək. Elə deyil..."dedim.

Meyvə şirəsini necə içdiyimi bilmədim... Bu mənim üçün ilk idi... Onun dodaqları deyən bardaqdan içdim mən... O, isə gülümsünməyə başladı...

"Naringi, sən mənə ad secmədin hec"dedi.

Söhbəti dəyişdiyinə görə, razı qalmışdı etdiyim hərəkətdən... Adı isə ona çoxdan secmişdim. Deməyə isə dilim varmırdı...

"Körpəm..."deyərək gözümü ondan hec çəkmədən ona baxdım. Baxışlarını aram - aram qaldırıb mənə baxmağa başladı.

"Sən... Sən onlar kimi deyilsən... Bundan sonra məni həmişə körpəm deyə səslə"dedi.

Baxışı az çəkmişdi...
Yenidən, aşağı saldı...
Sevmişdi bu adı...
"Körpəm, olar səni öz aldığım yelləncəyimdə yellədim?"dedim.

"Mən sənə küs olsamda, dünən tək başına yellənmişdim. Bu gün isə sahibi ilə birgə yellənərəm"dedi.

Qəbul etməsi ilə evdən çıxıb evin arxasına gəldik. Yelləncəyə mindikdən sonra onu yavaşca yellətməyə başladım. Aramızdakı buzlar erimişdi... Elə hiss edirdim...
Ayla səssizliyin ardından "Mən dünən bir səhv elədim... Elvin boyanı qoymaq istədi. Məndə telefonda bir qızla sənin şəkilini gördükdən sonra razı oldum"dedi.
Yellətdiyim yelləncəyi bir andaca saxladım. Nə şəkilindən bəhs edirdi? Qarşısına keçib yerə çökdüm.

"Nə şəkilindən bəsh edirsən?"dedim

"Elvin dünən instagrama girib mənə bir video göstərdi. Sonra isə ana sehifedə sənin şəkilin çıxdı. Sən uzanmışdın bir qızda sənin baş ucunda ikinizin şəkilini çəkib paylaşmışdı. Səndə Elvin kimisən? Sənin üçündə sevgi deyilən hiss tək gecəlikdir?"dedi

Eşitdiklərimdən sonra donmuş bir şəkildə ayağa qalxdım. İnstagrama dünən girmədiyimdən o şəkili görməmişdim... Şəkili çəkəndə Şəms idi... Elvinin bilə - bilə Aylaya göstərməsi isə hec təsadüf deyildi... Ah, Elvin... Beynindən nələr keçdiyini təxmin elə etmək istəməzdim. İndi hansı üz ilə Aylaya tərəf dönüm...

"Şəkildə göründüyü kimi deyil hec nə..."dedim

"Şəkildə göründüyündən, daha artıqdı bəlkədə..."dedi

Ayla niyə belə danışırdı?

"Sən həmişə inanamaq istədiyinə inanırsan. Sırf günəşi sevirsən deyə, ay'a haqqsızlıq edirsən. Göyüzü sadecə günəşdən ibarət deyil..."dedim

Onun başa düşəcəyi dil, bu idi...
Qəribə çıxışları sevirdi...

"Ay' da gecəsini ulduzlara dəyişməsin, o zaman" dedi

Ay gecəsini hec vaxt ulduzlara dəyişməzdi. Ay'a zidd olan bir xaraketer idi bu... Və Aylanın bundan hec xəbəri yox idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2454
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 459
Xəbər sayı: 0
Sevinc €
Gorursuz sevgi boyuk quvvedi. Atilla Aylani teze teze sevmeye bawlayir. Ona gore nece illik verdiwinden deyiwdi. Sirf Aylani itirmesin deye. Mende fikirimi deyiwib deyirem ki qiz Atillani sevecek
Tewkkurler
15 iyul 2020 06:37
7
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Atilla deyişir Aylanın sayesinde, tşk
18 aprel 2020 16:12
6
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Ayla atillani sevecek ve gunewide sevecek
18 aprel 2020 01:14
5
Sevgi Qatarı
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Superrrrrrr, FİKRİMDEN YAYİNDİM. AYLA ATİLLANİ SEVECEK! ELVİNİ YOX!
16 aprel 2020 16:38
4
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Havada awk kokusu var:)
16 aprel 2020 12:52
3
p.s
Şərh sayı: 962
Xəbər sayı: 19
_abdullazadə_l_
Gözəl bölüm maraqla oxudum can əllərinə sy

sağlıq. Burda qəribə hadisələr olacaq
16 aprel 2020 11:19
2
Hərbiçi yarı
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Çox xoşuma gəlir hekayə. Sonu necə olacaq acaba?
16 aprel 2020 11:12
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri