Ay parası (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 1884
Hekayə: Ay parası
Səs ver:
(səs: 0)
Gözümü yaxamdan yapışan bir əl sayəsində açmağa başladım. Yarı açıq gözüm ilə qarşıma baxanda Elvini gördüm. Elvini görməyim ilə yanımda yatan Aylaya baxıb Elvinin əlini yaxamdan itələdim. Elvində olan əsəbi görməmək mümkün deyildi... Dişinin dibində "Dur cəhənnəm ol burdan!"dedi.

Aylanın yuxudan ayılmaması üçün çarpayıdan aşağı düşdüm. Ayağa qalxdıqda kürəyimdən qapıya doğru itələdi məni. Susdum...

Otaqdan çıxar çıxmaz təkrar yaxama yapışıb "Açıqla mənə! Onun yanında niyə elə bir şəkildə yatdığını mənə açıqla! Yoxsa əlimdə qalacaqsan!"dedi.

Yenə susdum...

"Nə susursan, bir cavab ver! Sən nə şərəfsiz bir adam imişsən! Ona necə toxuna bilərsən! Bardaki qızlar sənə bəs etmir"dedikdə dayana bilməyib əllərini yaxamdan çəkib, bu dəfə mən itələdim onu. Hecmi tanımamışdı məni? Hansı ara bu qədər kor olmuşdu?!

"Ağzından çıxanı qulağın eşidir sənin? Sənə açıqlamada etmək məcburiyyətində deyiləm! Səsinin tonun isə aşağı sal. Aylanı oyadacaqsan!"

Ona hec nə deyə bilməzdim. Ayla bunu istəmirdi...

"Oyansın! Hamı oyanasın etdiyin hərəkəti bilsin!"deyə səsinin tonun ucaltdı.

Aylanı, bu evə gətirən O idi...
Onu istəməyən mən idim...
Amma, bu qədər iyrənc fikir yaradacaq bir sey etməmişdim...
Nə deyəcəyimi bilmədən, otağın qapısı anidən açıldı. İkimizdə açılan qapıya baxdıqda, Ayla üzüntülü şəkildə bizə baxmağa davam edirdi.
Onun oyanmasını istəmirdim, amma səsimiz onu ayıltmışdı...

"Onun günahı yoxdu... Mən istədim yanımda yatmasını"dedi.

Niyə məni qorumuşdu?
Baxışlarımı yerə salıb, dodaqlarımı dişlədim.

"Ayla, Atilla səni qorxutmurki? Onunla niyə eyni çarpayıda idin"dedikdə Elvin, "Bəsdi! Bəsdiii"deyə qışqırdım. Ayla qorxmuş olacaqki bir adım geri getdi. "Elvin, qırmızı xəti keçmə... Birdə bu qədər sakit olmaram"deyib sürətli şəkildə piləkandan aşağı düşüb evdən çıxdım. Evin arxasına keçib aşağı çökdüm. Havanın soyuğu, Elvinin dedikləri canımı çox incidirdi... Gözlərimi ovuşdurub, yerdəki yarpağı əlimə götürdükdə yanı başımda Aylanı gördüm. Soyuqdan titrəyirdi...

"Evə get, hava çox soyuqdu"dedim ona hec baxmadan.

"Sən gəlməsən, məndə getməyəcəm"dedi

Əsəbi idim... Evədə gedə bilməzdim...

"Üşüyürsən"dedim göz altı ona baxıb.

"Bərabər üşüyərük" dedi üzündəki təbəssüm ilə. Ayağa qalxıb hec düşünmədən onu qucaqladım. Gözlərimi yumub, qollarım arasında olan bu qızı fikirləşdim. Boyu tam ürəyimin üstündə dayanmışdı. Balaca bir sey idi...
O, məni qucaqlamasada "Üşümürəm artıq"dedi

Qucaqlamış kimi, oldu...
İndi evə gedə bilərdik. Onun üçün bütün sözləri həzm edə bilərdim. Dayanardım...
Ondan ayrılıb "Bu gün bərabər çölə çıxıb bir seylər edəkmi?"dedim.

Gülümsündü...

"Çox istəyərəm"dedi.

Sən istə, məndə istəklərini yerinə yetirim.
Bərabər içəri keçib, səhər yeməyimizi yeməyə başladıq. Elvinin baxışları vecimə deyildi daha...
Öz otağıma keçib üstümü dəyişərək otaqdan çıxıb Aylanın yanına gəlib oda üstünü geyinib otaqda mənə gözləyirdi.
Sevindiyi üzündən bəlli idi.

"Belə çölə çıxmaq olmaz. Papaqla, əlcəyin varmı?"dedim.

Öz üstünə baxmağa başladı. Çəhrayı rəngli bir palto geyinmişdi. Mavi saclarına çox yaraşırdı... Gözü ilə çamadanını işarət etdi. Hələdə paltarları çamadanda idi. Ona bir otaq lazım idi... Çamadanı açıb içinə baxdıqda ən üstdə çəhrayı papaq, şərif və əlcək gördüm. Deyəsən, ikinci ən sevdiyi rəng bu idi. Acıq qoyduğu mavi saclarına papağı taxıb, üzünə düşən saclarınıda papağın altına verdim. Şərifinidə taxıb, əlcəkləri geyindirməyə başladım.

"Əlcək səncə çox olmadımı?"dedi qaşlarını çatıb.

"Olmadı, balaca xanım. Əlacım olsa səni yorğana bürüyüb çıxardam çölə"dedim.

Dekabr ayı və bu hava üçün, sadecə bir azlığına çox sayıla bilərdi. Otaqdan çıxıb aşağı düşdük. Mən botlarımı geyindikdə, Aylada yanımda durub mənə baxırdı. Əllərinə baxdı...
Əlcəklərini çıxartmaq istədikdə, əlim ilə əlini saxladım. Hec nə demədən aşağı əyilib botunu geyindirib bağcığını bağlamağa başladım. Bu sırada Rəhim yanımıza gəlib "Hara belə?"dedi.
Ayla isə sevinərək "Nəhayətki, gəzməyə çıxıram"dedi. İşim bitdikdən sonra ayağa qalxıb Rəhimin qulağına "Elvin Aylanı soruşsa, Ati ilə evdən çıxdığını, hara getdiklərinidə bilmirəm de" dedim. Evdən çıxıb maşına mindik. Hər zamanki kimi Ayla arxaya keçdi. Qarşıda oturmağı hec sevmirdi... Maşını işə saldıqda "Mən evimizə apararsan? Onlar üçün çox darıxmışam"dedi. Gözlərimi yumub açaraq razılıq əlamətini bildirdim. Keçən 2 hətfə ərzində ailəsi bizim evimizə bir dəfə gəlmişdilər. Aylanı belə görməkləri onlarıda sevindirmişdi. Həm dərmanları sayəsində həmdə bizim sayəmizdə yaxşı olmağa çalışırdı. Elvinin yersiz davranışları olmasaydı, bəlkədə daha yaxşı olardı. Evlərinin ünvanını unutduğu üçün bacısına zəng edib evlərinin ünvanın almışdı. Bizimlə 1 aya yaxın idi bərabər idi. Bu kecəcək olan 1 ayda mənmi ona yaxşı gəlmişdim, yoxsa Aylamı mənə bilmirdim.
Evlərinə gəlib çatdıqda böyük sevinc ilə maşından aşağı endi. Ailəsidə qızlarının gəlişini çöldə gözləyirdi. Onlarla qucaqlaşdıqdan sonra içəri keçdik. Birinci dəfə bu evə gəlməyimə baxmayaraq hec sıxılmadım. Ailəsidə özü kimi çox sevəcan idilər. Günortaya qədər orda qalıb, günorta yemeyimizi belə orda yedik. Təbiki məndə telefonumu söndürmüşdüm. Zəng zəngin dalıyca gəlməsini, kefimi hec neyin pozmasını istəmirdim. Ayla onlarla bir az daha vaxt keçirdikdən sonra onların yanından ayrılmışdıq. İndi isə hara gedəcəyimizi bilmirdim hec.

"Mən barbi kuklası istəyirəm"dedi.

Hara gedəcəyimiz bəlli olmuşdu artıq. Çəhrayı rəng sevdasıda barbi kuklasından gəlirmiş. Avm lərin birinə giriş edib oyuncaq satılan yerə gəldik. Ayla içəri girər girməz gülərək ətrafa baxmağa başladı. Mağazada olduqca geniş növlər isə çox idi. Barbi kuklalara baxdıqca "Hamsı çox gözəldi"dedi. Bir çox çəhrayı və mavi rəngli mişqalarada baxdı. Barbi kuklarından əlinə bir xeyli yığıb sonra mənə baxdı "Pulun varmı deyə hec soruşmadım"dedi dodaqlarını büzüb.

"Ürəyin nə istəyirsə götür"dedim

Ayla özünə oyuncaqların yığarkən kassaya yaxınlaşıb "Salam xanım sizdə kart ilə ödəniş edilir?"dedim.

"Bəli... Sevgiliniz çox şanslıdı"dedi

Sevgilim, deyildi... Amma şanslı idi... Şanslı idim...

Ayla bir çox oyuncaq almışdı. Bu onu çox sevindirmişdi. Artıq növbə isə evə getməkdə idi. Aldıqlarını maşından götürüb evə daxil olduq. Əlimdən bir necəsini alıb "Rəhim, Nicat bunlara baxın. Görün nə almışıq"deyərək onlara tərəf qaçdı. Əlimdə geri qalanlarıda onların yanına gətirdim. Ayla sevinərək onlara barbi kuklalarından bəhs edərkən, məndə telefonu yandırdım. Elvindən bir zəng yox idi... 1 nömrədən zəng vardı. Oda, atamdan idi... Onunda adını qeyd etməmişdim... Yuxarı öz otağıma çıxıb, zəng etdim. Zəngi saniylər sonra acdı.

Dərindən nəfəs alıb "Eşdirəm..."dedim

"Sənə tək başına o 2 - 3 dənə clubdan pul qazana bilməyəcəksən demişdim. Kartdan pul çəkmisən" dedi gülərək

"Qəpiyinə qədər gətirib qaytaracam! Sənin pulunuda, sənidə istəmirəm!"dedim boğazımda.

"Atilla, səndən pul istəyən olmadı. Ananla istəyimiz evinə qayıtmağındı"dedi

"Mən o evə qayıtmayacam! Mən gələcəkdə sizin kimi biri olmayacam!"deyərək telefonu söndürdüm. Boğazımı sıxdıqca, yaranan ağrı canımı incidirdi. Mən Atilla Fərizəlizadə, anası atası tərəfindən xəyanətə uğranılan, buna rəğmən hələdə atamdan boşanmayan, onunla yaşamağa davam edən Elmarın və Xədicənin oğulları idim. Kim belə seyi qəbul etsədə, mən qəbul edə bilməzdim... Mən, başqa qadından olan 3 yaşlı qardaşımıda qəbul etmədim. Onun üçündə bu gün tək başına ayağa durmağa çalışan biri oldum. Bu gün Aylanın üzündəki o gülüş üçün qürurumu bir kənara atıb kartdaki puldan istifadə elədim... Olan, mənə olmuşdu yenə...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Bəzi acılar səssiz çəkilər, kimi bir sey...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1884
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 459
Xəbər sayı: 0
Sevinc €
Maraqli bolum oldu
15 iyul 2020 07:02
7
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 8568
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Gozel bolumm daha
12 may 2020 01:12
6
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Ellerine saglıq Lusi, getdikce daha maraqlı olur
18 aprel 2020 16:37
5
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Çox gozel bir bolum daha
18 aprel 2020 15:15
4
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Bu Atillada nese oldugunu bilirdim
maragli bolum.idi sabahi sebirsizlikle gozleyirem
18 aprel 2020 14:59
3
Sevgi Qatarı
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Demek problemli ailenin ovladidi
18 aprel 2020 14:13
2
p.s
Şərh sayı: 962
Xəbər sayı: 19
_abdullazadə_l_
Gözəl bölüm idi can
18 aprel 2020 11:24
1
Hərbiçi yarı

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri