Ay parası (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 775
Səs ver:
(səs: 2)
Telefon danışığından sonra aşağı düşdüm. Kefim olmasada, üzümü məcburi bir şəkildə güldürməyə çalışdım. Bu sırada Aylada, aldıqlarını yuxarı çıxarmağa çalışırdı.

"Rəhim, siz Aylaya baxarsız. Mənim işim var 1 saatlıq. Getməliyəm indi"dedim

Evə gedəcəkdim...
577 manatını atama qaytaracaqdım.

"Hara gedirsən? Nəsə gözümə qəribə dəyirsən" deyə Rəhim yanıma gəldi. Ondan nə gizlədimki...

"Sey... Bu gün Ayla üçün aldığım oyuncaqlarına üstümdə olan pul çatmadı. Məndə kartdan pul çəkməli oldum. İndidə həmin pulu atama qaytarmağa gedirəm"dedim bir günahkar kimi.

"Aydın oldu indi mənə... Özünə hakim ol yaxşı?" deyib əli ilə dostacasına kürəyimə vurdu.

Çalışacaqdım...
Aylanın aşağı düşdüyünü gördükdə, üzümə təbəssüm qatıb "Körpəm, iş yerində bir problem var mən onu həll edib gələcəm"dedim.
Dediyimə inanmış olacaqki, əlində tutduğu kuklasını qucaqlayaraq mənə razlıq əlaməti bildirdi. Məndə evdən çıxdım. Elvini görməməyimdə yaxşı olmuşdu. Onu görsəydim birdə əsəbimi O pozacaqdı...
Evimizin qarşısına gəlib maşını bir kənarada saxlayaraq aşağı endim. Axrıncı dəfə bu evə nə vaxt gəldiyimi, onların üzünü nə vaxt gördüyümü hec xatırlamırdım... Ağlıma Aylanı gətirib dərin nəfəs alıb qapıya yaxınlaşıb zəngi basdım. Qapı açıldıqdan sonra içəri keçdim. Anam məni görəcək ayağa qalxıb yanıma gələrək məni qucaqladı.

"Oğlum, nə yaxşı gəlmisən. Sənin üçün o qədər darıxmışdımki"deyəndə əllərini boynumdan çəkib yavaşca aşağı saldım.

"Atam hardadı?"dedim səsimin ən soyuq tonunda. Bura həsrəti bitirməyə gəlməmişdim mən.

Anam "Qayıdacaqsan hə evinə? Atanı onun üçün axtarırsan"dedikdə əlimi yumruq edib sıxdım. Bu evdə necə qalırdı... Susqunluğumu görüb, qolumdan tutaraq məni qonaq otağına gətirdi. Bir digər ayaq səsləri eşitdikdə, atamın piləkandan aşağı düşdüyünü gördüm. Üzündə məni ələ salacaq bir gülüş vardı.
Fikir vermə...

"Oğlun, bura xərclədiyi pulu qaytarmağa gəlib Xədicə... Lazım olandan olan gəlir"

Baxmadım ona...
Cibimdə olan pulu çıxardıb anamın əlinə qoyaraq "Buda pulunuz! Hec nəyinizi istəmirəm" deyib qapıya tərəf getdim. Qapını açdıqda atam "Mavi saclı qıza bizdən salam deyərsən"dedi. Hardan bilirdi?
Qapını açmamış ona tərəf dönüb "Hardan xəbərin var?"dedim. Yavaş - yavaş gülərək mənə tərəf yaxınlaşdı. Bu gülüşü sevmirdim...

"Ataların hər seydən xəbəri olar"deyib əlini çiynimə qoydu. Bu dəfə əlinə dönüb baxdım.
"Əlini çək!"dedim sadecə. Artıq söz danışmaq istəmirdim. Atam əlini çəkdikdən sonra qapını açıb özümü çölə atdım. Özümə hakim olmağı bacarmışdım. Bu da bir irəlləyiş idi mənə görə. Burdanda çıxıb bir başa evə gəldim. Növbə Elvində idi... Onunla danışacaqdım bu gün. Qapını açmağa başladıqda qulağıma hay küy səsləri gəlməyə başladı. Özümü necə evə atdığımı bilmədim. Aylanın "Yaxın gəlməyin mənə!" deyə qışqırığını eşitdim. Gözlərim ilə gördüyüm mənzərə mətbəxdə sındırılmış boşqablar, dağılmış ətraf ortalığa çöküb oturan Ayla idi. Nicat məni gördükdə "Ati qurban olum bir sey elə. Özündən çıxıb, bizədə qulaq asmır" dedi. Nə edəcəyimidə, bilmirdimki...
Elvinlə, Rəhim Aylanın yanından durub üzgün halda mənə baxdılar. Bu dəfə mən Aylanın qarşısına çöküb əllərini saclarinin arasıdan aşağı salmağa çalışdım.

Ayla isə "Gəlirlər... Məni öldürməyə gəlirlər" deyə təkrar etməyə başladı.

Yənə Lali, danışıb onu qorxudurdu...
Nə desəm, nə deyimki fikri dağılsın...

"Portağallar bu gün səni axtarırdı. Ayla bizi sevmir deyirlər. Portağallara onları sevdiyini de. Yoxsa səndən küsəcəklər"dedim.

Nə dediyimi, özüm belə bilmirdim. Amma belə söhbətlərin ona yaxşı gələcəyini bilirdim...
Əllərini saclarından çəkməyə başlayıb, göz yaşlarını silərək "Getmirlər... Mən ölməliyəm" dedi iç çəkərək.

"Barbi kuklaların səni çağrır. Onlara ad qoyacaqdıq axı. Gedək onlarla oynayaq" dedim.

Onu birinci dəfə idi bu vəziyyətdə görürdüm. Üzünə yapışmış saçlarını qulaq ardına verdim. Üzündə olan əlimdən tutub aşağı saldı. Dərin bir nəfəs almağa başladı. O, hər dərin nəfəs aldıqca əlində tutduğu əlimi möhkəmcə sıxırdı...

"Onlara ad qoymaq lazımdı... Onları yatızdırmalıyam... Lay - lay çalmalıyam onlara" deyib anidən ayağa qalxdı. Özündə deyildi...
Qaçaraq yuxarı çıxmağa başladıqda məndə arxasıyca yuxarı çıxdım. Divanın üstündə qalan kuklaların üstünə gedib "Sizdə istəyirsiz mənim ölməyimi?! Mən ölməliyəm hə... Özümü necə öldürüm axı"deyə əlinə alıb onları yerə atmağa başladı. Onu tutub özümə tərəf çəkərək onu qucaqladım.

"Körpəm, körpəm ölüm yoxdu... Sən Laliyə fikir vermə. Mən varam... Mavi yelləncəyin var..." deməyə başladım. Amma faydası yox idi... Mənim qollarımın arasından çıxmağa çalışırdı. Onu özümə daha çox sıxıb "Gəl musiqi dinləyək bərabər... Məndə sənin saclarını oxsayacam" dedim. Tərpənmədi daha... Qollarımın arasından çıxmağa çalışmadı...

"Mən seçəcəm mahnını..."dedi nəfəsini dararaq.

Özünə gəlməyə başlayırdı... Əlindən tutub çarpayıya uzatdım. Telefonu açıb qulaqcığı taxıb özünə uzatdım. Gözlərini yumub mahnını dinləməyə başladıqda, məndə saclarını oxşamağa başladım... Birdən birə niyə belə olmuşdu? Nəfəs alış verişi düzəlməyə başladıqca döyünən ürəyimin ritmidə yavaşlamğa başlamışdı... Qorxdum... Yenə qorxdum...

Onun yatdığını gördükdə aşağı düşdüm. Hamsı mətbəxdə idi. Ətrafı yığışdırmağa çalışırdılar...
"Ayla durduq yerə niyə elə oldu?"dedim. Elvin əlində tutduğu qırıqları əlindən yerə atdı.
"Ayladan uzaq dur Atilla! Niyyətin nədi sənin?!"deyib üstümə gəldi.

"Niyə?! Mənə niyə belə davranırsan?! Məndən Aylaya pislik gəlməz! Cavab ver mənə!"

Bu gün hər seyin cavabı veriləcəkdi.

"Ondan uzaq durmasan, ona onu istəmədiyini deyəcəm! Özün uzaq dur ondan!"

Təhtid edirdi məni? Dost dediyim adam həmdə...
Bunu necə dilinə gətirə bildi...

"Bu qədər gözün dönüb sənin? Bu qədər adiləşmisən sən?"dedim.

Hər sey üst - üstə gəlirdi...
Bildiyim tək sey isə Ayladan uzaq qala bilməyəcəyim idi...
Ona bu qədər öyrəşmişkən...
Ona bu qədər bağlanmışkən, məni ondan hec bir qüvvə ayrı tuta bilməzdi...
Mən körpəmdən uzaq dura bilməzdim...

"Onu istəmədin... Sırf gözəlliyinə görə onunla yaxın münasibətdə olmağını həzm ed bilmərəm mən! Onu bu evə mən gətirdim! Mən!"deyə qışqırdı...

Buna görə idi...
İçindəki bu nifrət, kin buna görə idi...
Hec nə demədim...
Yuxarı çıxdım. Aylanın ay parası olan üzünə baxıb, saclarına öpücük qondurdum.
Səndən ayrı qalmaqmı?
Əsla...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri