Ay parası (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 787
Səs ver:
(səs: 2)
O gecə bütün gecəni yatdı. Məndə çarpayının boş qalan yanına qıvrılaraq yatmışdım. Gözlərimi aralayıb yuxudan ayıldıqda Aylanın məndən daha əvvəl oyanıb, mənə baxdığını gördüm. Dün axşam olanları xatırlayırdı görəsən? Ayıldığımı görüb gözlərini məndən çəkib öz üstünə saldı.

Özünə baxmağı kəsib "Məni kim geyindirib?" dedi.

Dəmək xatırlayırdı...

"Mən" dedim hec sözü uzatmadan. Göz bəbəkləri böyüməyə başladı. Nə düşündüyünə bilirdim...

"Baxmadım..."deyib çarpayıdan ayağa qalxdım.

Dünən yaşadığım o qorxu, o həyacan onsuzda mənə bir ömür boyu bəs idi.

"Geyindirməli deyildin məni... Bu qədəridə olmazdı..."dedi.

Onunla söz savaşına çıxmaq istəmirdim mən. Hər nə olursa olsun, o vəziyyətdə onun elə qalmasına göz yuma bilməzdim.

"Hazırlaş, həkimə gedirik"deyib qapıya tərəf yaxınlaşadım.

Dün axşamdan bəri düşündüyüm bu idi. Bu halı həkiminə bildirməli idik. Bir andaca ayağa qalxıb açdığım qapını bağladı.

"Hec yerə getmirik. Hec kimədə hec nə demirsən. Yoxsa məni xəstəxanaya yatırmağa çalışacaqlar" dedi gözlərini yerə salıb.

Çarəsizlik...

Onun yaxşı olmasını istəyirdim. Amma xəstəxanada yatması necə? Könül ondan uzaq qalmaq istəmirdi. Bir yanım isə onun yaxşılaşmasını...

"Hec kim səni hec nəyə məcbur edə bilməz. Mən çox qorxdum... Ya sənə nəsə olsaydı..."

Üzgün halda yanımdan gedib çarpayıya oturdu.

"Mənə görə narahat olma. Mən öyrəşmişəm...
Hər gecə beynimdəki səsə susması üçün yalvarıram. Qalib gələ bilmirəm ona... Lali hər dediyini elətdirir mənə. Dün gecədə suyun içində olanda, suyun altında qalsan xilas olacaqsan dedi. Məndə yenə onun dediyinə əsr düşüb, dediyini etdim..."

Buna ürək dayanarmı?
Gözümün qarşısında əriyib, gedən balaca bir qız var. Əlimdəndə hec nə gəlmir...
Deyəcək bir söz yoxdu. Yalnız yanında olmaq lazımdı... Bir sey demədən otaqdan çıxdım. İnam lazım idi... Hər seydən əvvəl inam. Ona bu inamı verə bilərdinmi? Bilmirdim...
Bir kef halda aşağı düşdüm. Ortalıqda bir tək Rəhim var idi. Son vaxtlar onlarada vaxt ayıra bilmirdim. Mətbəxdə çay dəmləyirdi...

Yanına gəldiyimi görüb "Sabahın xeir Ati, Ayla hələ yuxudan ayılmayıb"dedi.

Sabahlar xeir idimi?

"Ayılıb, harda olsa aşağı düşər"dedim qaz sobasının bir küncünə söykənib. Rəhim "Ati, Aylaya qarşı bu qədər bağlanmağın doğrudur səncə? Bir gün bizim yanımızdan gedəcəyini bilirsən"dedi.

Durduq yerə bu hardan çıxmışdı?

"Mən ona bağlanıb etməmişəm. Burdadı məndə yanındayam..."dedim ona qarşı sərt çıxıb.
"Bal kimidə bağlanmısan. Bəlkədə, bağlılıqdan daha irəli hisslərdə ola bilər"dedi.

Sabah - sabah nə danışırdı Rəhim?
Mən nə düşüncədə idim, O nə düşüncədə...

"Rəhim, Aylaya qarşı hamınız eləsiz. Mən xüsusi bir qayğı göstərmirəm ona"dedim özümdən aslı olmadan əsəbləşərək.

"Düzdü, biz hamımız onu çox istəyirik. Amma səndə olan qayğı bir başqadı. Ona necə davrandığını, kaş birdə öz gözlərinlə görə bilsəydin... Onda nə demək istədiyimi daha aydın başa düşəcəkdin. Sözlər insanı aldadar, amma gözlər əsla..."

Mən hisslərimdən bir xəbərsiz idim. Bunu boynuma alıram. Hec kimə qarşı etmədiyim hərəkətləri ona qarşı edirdim. Özümə qarşı hördüyüm divarları, ona görə aşırdım. Olan bu idi... Bundan daha irəlisi yox idi... Olada bilməzdi. Rəhimin nəyə işarət etdiyini gözəl bilirdim.

"Mən ona aşiq falan deyiləm. Ağlından belə fikirlər keçirtmə birdə"dedim. Dedimdə deməyinə, amma ürəyim niyə yerindən çıxacaqmış kimi atırdı? Hər onun adı gəldikdə, ürəyim belə edirdi... Həycanlanırdım mən...

"Ürəyin yerindən atacaqmış kimi olurmu?"dedi

Rəhim əlini ürəyimin üstünə qoyub.
Ağlımımı oxuyurdu?
Dinmədim...
Ürəyimin səsinə qulaq asdım...

Rəhim gülərək əlini ürəyimin üstündən çəkib "Cavab alınmışdır. Gözlərini yumub, kor olmaq istəsən belə, ürəyin hər zaman səni ələ verər. Çünki, daxilində daşıdığın ürək yalnız, sahibinin adını eşidəndə belə ritm ilə vurar. İndi amma daha vacib bir iş var oda səhər süfərsi qurmaq. Orda dayanma bir işə yara"dedi.

Bir söz deyə bilmədim daha...
Sakitcə ona kömək etməyə başladım. Amma ağlımın küncündə dedikləri qalmışdı. Və ağlımdan çıxartmaq istəsəmdə, hec cürə alınmırdı. Sakit bir yerə gedib, saatlarca düşünmək istəyirdim. Mən kor idimmi?
Səhər süfərsini qurub masa arxasına əyləşmişdik. Ayla mənim yanıma əyləşmişdi. Öz əlləri ilədə çiyələk mürəbbəsi yedirdi. Tək mənə deyil amma, Elvinidə arada sırada yedizdirdi. Dünən Şəmsin mesajıda yadımdan çıxmamışdı... Üzümə necə baxırdı? Əlbət, bu gün olmasada, bir gün mənə cavab verəcəkdi...
Nicat əlində içdiyi çayı yerə qoyub "Necə vaxtdı Sevinc ilə Gülay bizə baş çəkmək istəyir" dedi bi kef halda. Hələdə sevgillərinə Ayla haqqından danışmamışdılar...
Elvin "Ee nə edək? Aylanı 1 - 2 saatlıq aparıb hardasa gizlədək?"dedi.
Aylanın yanında bu necə danışıq idi...
Ayla əlindəki çəngəli yavaşca boşqabın kənarına qoyub "Məni qəbul eləməzlərki?"dedi.

Mənə qalsa edərdilər... Xaraketerli olğun idi. Amma 1 aydan çox idiki, Nicat və Rəhimin bu vəziyyəti gizlətməsini isə deyə bilməzdim.
Rəhim gülümsəməyə çalışıb "Edərlər niyə etməsinlər. Onlar elə biri deyil. Amma birdən birə sənin bu evdə çoxdan yaşadığını bilsələr bizdən küsəcəklər. Nə də olmasa onlara yalan danışmış sayılırıq"dedi.

Ayla "Başa düşdüm... Ya yalan danışmağa davam edərsiz, ya da mən Elvinin dediyi kimi 1 - 2 saatlıq evdə olmaram"dedi.

Aylanın qəlbin qırmışdılar, fərqində olmadan...
Aylanın gözü qarşısında danışılacaq bir məsələ deyildi bu. Ayla bir sey demədən incik bir halda ayağa qalxdı.

"Sizcə yeri idi bu haqqda Aylanın yanında danışmağın? Nə qədər incidiyini gördünüz?" deyib ayağa qalxdım məndə.

Nə bitməyən, uzayan bir səhər olmuşdu...
Aylanın yanına çıxdım. Otağının qapısını açıq qoymuşdu... Özü isə pəncərədən çölə baxırdı. Yağan yağışı seyr edirdi...

"Yağış ol..."dedim.

Bu sözüm ilə əlini pəncərəyə qoydu. Məndə əlimi əlinin yanına qoydum.

"Yağış ol, havada görünən damlalar qədər gözəl, amma əl də tutulmaq istəyən damlalar qədər özəl ol"dedim.

Baş barmağını yavaşca hərəkət etdirib baş barmağıma toxunmağa çalışdı.

"Ulduz ol"dedi yavaş çıxan səs tonu ilə.
"Ulduz ol, gecələr ayın ətrafında parla. Günəşdə sənə qibtə etsin"dedi.

İstəməzcədə olsa gülümsədim...
Əlimi qaldırıb əlinin üstünə qoydum. Əlləri əlimdə idi...
Oda gülümsədi...
Bu gülümsəmə hər sey bəs idi.
Beynimdə olan cavabsız suallara belə...
Bu günki havanın soyuğuna görə bütün günümüz evdə keçmişdi. İndi isə hava qaralmışdı...
Hamımız qonaq otağında idik. Maraqlı bir film izləyirdik. Gülüş səslərimizdən qapının döyüldüyünün fərqində belə deyildik. Qapının səsini eşitdikdə Nicat qapını açmağa gəldi. Rəhim gözünü tvdən çəkmədən "Nicat kimdi gələn?"dedi.

"Mənəm, Rəhim"dedi bir səs. Bu səs Gülayın idi...

Rəhim ilk öncə Aylaya baxıb, sonra ayağa qalxaraq Gülaya və Sevincə baxdı...
Onların isə gözü Aylada idi.
Xəbərsiz gəlmişdilər, hər halda...
Bizdə ayağa durarkən Sevinc Nicata gözünü ağardıb "Bu qız kimdi?"dedi.

Çox gözəl sual idi. Bu qız kim idi?

Nicat "Bu qııızz. Buuu qıız"deyə kəkələyərək danışmağa başladıqda "Ayladı"dedim.
Adını soruşmadqılarını bilirdim. Amma başqa deyəcək bir sey tapmamışdım. Ayla çəkinərək mənim arxamda gizlənməyə başladı. Bu sırada Rəhim isə "Ayla, Atillanın sevgilisidi. Bizədə baş çəkməyə gəlib"dedi. Sevinc və Gülayın gözləri bizə dönərəkən, bizim gözümüz isə Rəhimdə idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 787
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri