Ay parası (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 669
Səs ver:
(səs: 0)
Belə bir seyi necə deyə bilmişdi?
İndi qonaq otağında oturub hamımız bir - birimizə baxırdıq. Ayla isə yanımda oturub arxama sığınmışdı. Daha çox özünü gizlətməyə çalışırdı. Amma sevgili məsələsinə aid əks bir söz deməmişdi. Razı olmasını gözləmirdim...
Sevinc ilə Gülayın gözü bizim üstümüzdə idi. Hər fürsət tapdıqcada bizim haqqında suallar soruşmağa başlayırdılar. Nə maraqlı idilər...
Elvini isə hec demək belə istəmirdim. Hər ikimizsə tərs - tərs baxırdı. Qızlar getdikdən sonra söz söhbət olacağı bəlli idi mənə. Mənim isə tək istəyim Aylanın bir zərər görməməsi idi.
Sevinc Nicatın sacları ilə oynayarkən gülərək
"Ati, sevgilinlə saclarınız eyni rəngdə imiş"dedi.

İlk əvvəl Rəhimə baxdım. Bizi saldığı hallara bax.

"Gördüyün kimi, mavi rəngi ikimizdə sevirik"dedim. Rəhim araya girib "Qızlar bu gün ancaq Atidən danışdınız başqa söhbətiniz yoxdumu?"dedi.

Gülay "Bəs nədən danışaq? Yeni sevgili olanlar onlardı. Ayla, sən niyə Atiyə yapışıb qalmısan? Elə bil pandasan"deyib gülməyə başladı.

Gülməli deyildi...
Gülayın bu sözünə, Ayla əli ilə tutduğu qolumu daha çox sıxmağa başladı. Yox, Ayla daha çox qala bilməzdi burda...

"Mən Atini çox sevirəm"dedi anidən

Və bütün gözlər ona döndü. İlk başda özüm olmaqla... Dilinə, nə gözəldə yaraşmışdı bu söz...

Dodaqlarımın arasında "Məndə..."dedim.

"Oo siz bir birinizi həqiqətən sevirsiz. Gözlərin necə böyük sevgi ilə baxır Aylaya" deyən Sevincin deyişi ilə nə dediyimin indi fərqinə vardım. Ayla əlini qolumdan, mən isə gözlərimi ondan çəkdim. Elvin isə ayağa qalxdı.

"Qızlar gecdi daha. Evinizə getmək istəmərsiz?"dedi.

Evdən qovurdu qızları?
Səssizliyi hec yaxşı deyildi onun...
Qızlarda ayağa qalxarkən, Rəhim səsinin tonun qalıdırıb "Elvin bura bizimdə evimizdi. Evimizdən get dediyin, qızlar isə bizim sevgilimizdi!"dedi.
Elvin "Rəhim elə eləməki hər seyi açıb, ortalığa töküm"deyib Rəhimin üstünə gəldikdə qolundan tutub saxladım. Olmazdı indi...

"Qolumu burax! Sizdə evinizə gedin daha!"deyib məni tərslədi.

Elvinin nəyə işarət etdiyini bildikləri üçün qızları qapı kənarına qədər ötürüb geri qayıtdılar. Elvin isə saatlı bomba kimi hər an partalaycaq bir vəziyyətdə dayanmışdı.
Səsizliyinin ardından "Dəlisiz siz?! Aylanı necə pis vəziyyətdə qoyduğunuzu bilirsiz hec?!" deyə birdən qışqırdı. Məni kimsə tutmasın! İndi burda bir qırğın çıxacaqdı!

"Qışqırma! Qarşında uşaq yoxdu sənin! Hec kimidə günahlandırma!"dedim

Üstümə gəlmək istədikdə Nicat Elvini itələyib
"Burda böyüdəcək nə var?! Özündən niyə çıxırsan axı?!"dedi.

Mənədə maraqlı idi...

"Aylanı bu evə gətirən mən idim! Siz amma Aylanı məndən uzaqlaşdırmağa çalışırsız"dedi dərindən nəfəs alaraq.

Bütün gözlər Elvinin üstündə olarkən yavaş çıxan bir səs "Mən oyuncaq deyiləm..."dedi.

Məyus halda dönüb Aylaya baxdım. Ondan xəbərsiz onun haqqında qərarlar verən biz idik...
Elvin qədər məndə günahkar idim.

"Bəsdirin! Sizin söz söhbətlərinizə qulaq asmaqdan bezmişəm daha! Birdə mənim adıma mənim yerimə qərarlar verməyin!"deyib iri addımlar ilə yuxarı çıxmağa başladı.
Nə qədərdə haqqlı idi...
Onu tək qoya bilməzdim. Hec birinin üzünə baxmadan məndə ardıyca yuxarı çıxdım. Qapını açıb içəri keçib divara yaslandım. Ayla isə divanda oturub dizlərini titrədirdi. Ən çox O inciyirdi...

"Məndən utandığınız üçün O qızlara hec nə demədiniz..." dedi mənə hec baxmadan.

Mən ondan utanmırdım...
Mən həqiqəti deyə bilərdim. Amma Nicat ilə Rəhimi pis vəziyyətdə qoymamaq üçün dinməmişdim.

"Sən utanılası biri deyilsən. Bu gün yaşanan hər seyi sənə unutduracam sənə söz verirəm..."

Dolmuş gözlərini gözlərimə dikdi.

"Unutdur..."dedi.

Unutduracaqdım...

Dünənki gecədən sonra səhər açılmışdı. Ayla ilə çoxdan durub mətbəxdə idik. Üzünü güldürməyə çalışırdım. Oda mənə görə gülməyə çalışırdı. Yanında hər şeyi unudurdum onun...
Mətbəx mebəlinə söykənib mənə baxırdı. Əlimdə gördüyüm işi yarım qoyub yanına gəldim. Tam qarşısında dayanmışdım...

"Bu gün səni hara aparım?"dedim.

Onunla olmaqdan nə utanırdım, nə də çəkinirdim. Onunla hər yerə gedərdim mən.

"Şirin bir yerə getmək istəyirəm. Məsələm, o yer bir kafe ola bilər"dedi.

"Onda hazırlaşmağa ged. Bu gün sənin gün olacaq"dedim.

Mənim boyum uzun olduğundan yarıda qalırdı. Onun üçün barmaq uclarını qaldırdığını gördüm. Sonra əyilib yanağıma kiçik bir öpüş qondurdu.
Gözlərimə o qədər gözəl baxırdıki...

"Bu qədər gözəl baxma"dedim udqunub.

"Səndə bu qədər gözəl qeydimə qalma"deyib təkrar yanağımdam öpdü.

Ürəyim yenə yerindən çıxacaqmış kimi atdı...
Yanımdan bir göz qırpımında çıxıb getdi. Üzümdə bilmədiyim bir gülüş yaranmağa başladı. Mənə nə olurdu belə? Onun hər xırda hərəkətinə ürəyim necə sürətli döyünürdü...
Rəhim dediklərində haqqlımı idi?
Yəni, ona aşiq idimmi?
Sevirdimmi...?
Bilmirdim...
Mətbəxdə olan işlərimi həll edib yuxarı çıxdım.
Ayla çoxdan hazır idi. Amma yenə papaq, şərif əlcək taxılmamışdı...
Papağı başına qoyub, şərifinidə boynuna salıb, əlinədə əlcəyi geyindirməyə başlayıb "Bu soyuq havada birdə bunlarsız çölə çıxmağı düşünmə"dedim ona əsəbləşdimiyi bəlli edərək.
"Məni yenə şaxta babaya oxşatdın"dedi dodağın büzüb. Dediyi sözə gülməmək üçüb özümü güclə tutdum. Üzümün ifadəsinin dəyişməsini istəmirdim.

"Oxşa, mənə belə xoşsan. Gəl gedək"dedim.

Mən irəli addım atanda Aylanın tərpənmədiyinu gördüm. Niyə gəlmirdi?
Ona durub baxdıqda "Barbi kuklamda bizlə gələ bilər?"dedi. Çarpayının üstündə olan orta boylu kuklaya baxıb "Olar niyə olmasın. Dostunuda götür gəl"dedim yenidən.
Ayla ilə bərabər istədiyi kimi taxtadan olan şirin bir kafeyə gəlmişdik. Ara sıra dostlarla bura gələrdim. Amma Ayla həyatıma daxil olduqdan sonra isə hec yerə çıxmırdım. Kuklasını əlində tutub gözlərini kafedə gəzdirirdi. O kafeyə baxırdı, bir çox insanda bizə... Sanki, daha əvvəl mavi saclı qız görməyiblər...

"Körpəm, kuklanı mənə ver qəhvəndən içməyə başla"dedim.

Əlindəki kuklanı mənə uzatdı. Əlimdə olan kuklaya baxıb, gülümsündüm...
Bir gün əlimdə bir kukla olacağını desələr, inanmazdım... Ya da başqa birinin əlində görsəm, hər halda gülərdim. Amma indi isə bunların hec birin edə bilmirdim. Əlimdə tutduğum kuklanı belə, Ayla sevdiyi üçün çox sevirdim. Onu hələdə uşaq gözündə görürdüm. Böyüməyində, hec istəmərdim...
Böyütməyəcəkdimdə...
Ayla qəhvəsini içib tez - tez arxaya baxırdı. Narahat olmuşdu?

"Körpəm, səni narahat edən nəsə var? Bəyənmədin buranı?"dedim axırı dayana bilməyərək.

"Arxada oturan 3 qız... Onlar mənim sinif yoldaşlarım olub. Mənə baxıb gülürlər"dedi.

Arxada oturan 3 qıza baxdım. Bizə baxırdılar. Onlara baxdığımı gördükdə, üzlərində gülüşü sildilər. İşin qəribə tərəfi içlərində olan qumral saclı bir qızı zahirən tanıyırdım. Clubumda bir - iki dəfə rast gəlmişdi mənə...

"Sən onlara fikir vermə. Gülməli olan biri varsa, oda onlardı"dedim.

Yenidən onlara dönüb baxaraq, qəhvəsini içməyə başladı. Qumral saclı qızın isə gözü üstümdə idi. Məni tanıdığını bilirdim...
Qarşımda Ayla olarkən, onlara baxmaq istəmirdim. Amma gözüm istəməzcə hərəkətlərinə taxılırdı. Ən əsasda əllərində olan telefona...
Əlimdə tutduğum kuklanı yanımda olan stola qoyub ayağa qalxdım. Onlara tərəf irəlləməyə başladıqda nədənsə telefonu söndürmüşdü.

"Nəsə porblem var? Nəyə baxıb 1 saatdı gülürsüz burda?!"dedim.

Qumral saclı qız telefonu əli ilə bərk - bərk sıxmağa başlayıb "Qız tanıdıq gəldi... Həmcinin sizdə"dedi.

"Əlindəki telefonu bura ver!"dedim səsimi dik tutub. Yanındaki sarı saclı qız "Narahat etməyin bizi!"dedi.

"Sənə telefonu mənə ver dedim! Yoxsa clubdaki görüntülərini bütün məktəbinizə yayaram!"

Təbiki yalan... Belə bir seyi hec vaxt etməzdim. Sadecə onu yola gətirmək üçün belə danışdım...
Qız əli əsə - əsə telefonu açıb mənə uzatdı. Təxmin etdiyim kimi Aylanı videoya çəkmişdi. Bəlkədə, məktəbdə bunlara baxıb dostları ilə güləcəkdi...
Videonu və bir necə ədəd olan mənim şəkillərimi silib telefonu özünə qaytardım.
Bu onlara cavab idi...
Arxamı dönüb Aylaya baxdım. Üzündə təbəssüm əmələ gəlmişdi. Bunu sevmişdim...
Ayla ilə bir az daha vaxt keçirtdikdən sonra evə gəlmişdik. Elvini hec görməmişdim bu gün. İşimə gəlmişdi... Gecə düşdükdə, Ayla yorulduğu üçün tez yatmışdı. Məndə bir az onun gözəlliyini seyr edib aşağı düşdüm. Mən aşağı düşərkən evin qapısı açılmağa başladı. İçəri Elvinin gəldiyini gördüm.

"Ələ keçirdə bildin qızı! Təbrik edirəm sizi!"dedi.

Nə danışırdı, Elvin? Özündə olmadığı ayaqda dayana bilmədiyindən bəlli idi...

"Elvin çıx otağa yat! Gecə vaxtı səsini başına atma!"dedim altdan almağa çalışıb.

"Sən mənə əmr edə bilmərsən! Öz əllərim ilə öz xoşbəxtliyimi əlimdən aldım... Sən düşman imişsən mənə!"deyib üstümə gəldi.

Nə olduğunu başa düşməmişdim...

Onu itələyib "Bu nə haldı! Nə qədər içmisən sən! Hələ bu vəziyyətdə evədə gəlirsən?! Ya Ayla səndən qorxsa!"dedim. Sərxoşluğunun nəticəsindən gülməyə başladı. Sonra bir anda üz ifadəsi ciddiləşib yaxamdan yapışaraq "Bu gün sənin üzündən həyatımın ən böyük səhvin elədim! Sırf sizi bu gün elə gördüyüm üçün, bir qızla bərabər oldum mən! Hər sey sənin günahındı!"dedi.

"Nəə?"deyə bildim sadecə...

"Gəl, gəl səndə gəl Atillanın körpəsi" dedikdə arxama baxdım. Ayla əlində kuklası ilə piləkanda dayanıb bizə baxırdı.

"Elvin özündə deyilsən! Yalvarıram sənə yuxarı çıx"dedim.

"Ayla, bu oğlan sənin evə gəlməyini istəmirdi! Sırf şizofren bir qızsan deyə... Səni məcbur evə gətirdim. Amma birdə baxdım, səninlə məndən çox maraqlanır"dedi.

Baxışlarımı yerə saldım...
Ayla, meyvə şirəsi içmədim deyə məndən küsın bir qız idi. Ya indi necə? İndi hec üzümə baxmazdı daha...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri