Ay parası (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 2073
Hekayə: Ay parası
Səs ver:
(səs: 0)
Bu qədərmi gözü dönər insanın?
Yaranmış olan əsəbimi az əvvəl basdırmağa çalışırdım amma indi isə buna fikir verməyəcəkdim daha!

"Mənim bu vaxta qədər qızınıza hansı pisliyim dəyib? Onu qorumaqdan başqa mən nə etmişəm? Bu adam dünən bizi evindən qovdu! İndi hec nə olmamış kimi sizin yanınıza gəlib, məni sizə pisləyir!"dedim.

Faydasız idi sözlərim...
İnsan inanmaq istədiyinə inanardı hər zaman.
O mesaj ilk mənə niyə atılmadı axı?
Mən dostumun əsl üzün bu vaxta qədər niyə görə bilməmişdim.
Məqsədi nə idi?
Bizi evdən qovub, sonra Aylanın evinə gəlməsi nə məqsəd daşıyırdı?
Aylanmı sevirdi?
Bu sevgi idimi?

Aylanın atası "Birdə təkrar etməyəcəm! Qızım hec bir yerə getməyəcək! Ayla gəl bu evə!" deyə səsini yüksəldərək.

Ayla ilə bir - birimizə baxıb durduq. Hər sey bitəcəkdi...?

Ayla bir iki addım irəli keçib "Mən Atilla ilə gedəcəm! Atilla ilə getməsəm, özümü öldürəcəm! Əgər bu evə qayıtsam, yenə başa qayıdacam mən! Bu günə qədər çəkdiyim əzab, əziyyət hamsı bir anda yoxa çıxacaq. Başa düşün, mənə Atilladan başqa hec kim kömək edə bilməz... Mən onun sayəsində varam..."dedi.

Sonra mənə dönüb baxdı. Üzü mənə tərəf olarkən, mənə göz vurdu. Niyə göz vurduğunu başa düşə bilməmişdim... Yenidən onlara tərəf dönüb "Mən Atillanı istəyirəm... Mən Atillanı istəyirəm!"deyə qışqırdı.

Sonra yavaşca "Mən Atillanı istəyirəm..."deyə yenə təkrar etdi. Ah, deyəsən indi başa düşmüşdüm, niyə mənə göz vurduğunu...
Yenidən "Mən Atillanı istəyirəm"deyib dizlərini yerə atdı. O aşağı çökərkən atasıda aşağı əyilib Aylanı qucaqlamağa çalışdı.
"Yaxşı qızım... Yetərki sən bu vəziyyətə düşmə.. Ayla, eşit məni qızım"dedi.

Ayla isə yenə eyni sözü təkrar edib dururdu. Xəstəliyini özünə qarşı müsbət hala çevirməyə çalışırdı. Xoş deyildi, bu hal ...
Başqa bir çarəmizdə yox idi amma...
Aylanın çiyninə toxunub onu özümə tərəf çəkdim. Elə bir hal yaratmışdıki, ayaqda güclə dururdu. Onun üçün onu qucağıma alıb "Söz verirəm, qızınıza çox yaxşı baxacam"deyib evdən çıxmağa çalışdım. Arxadan isə Elvinin "Buna necə icazə verdiniz?! Ayla bu evdə qalmalı idi..."dediyini eşitdim.

Elvin, niyə belə edirdin? Mənim dostum bu deyildi... Mənim dost dediyim adam bu ola bilməzdi...

Ayla gözlərini açıb mənə baxaraq gülümsəməyə çalışdı. Etdiyi hərəkətə hec düz baxmadım. Ona gülməyəcəkdim...

Aylanı maşına mindirib, yola düşdük. Baxışlarını yenə yerə dikmişdi. Ya mənə göz vurmasaydı? Onun həqiqətən elə bir vəziyyətə düşdüyünü görsəydim?

"Niyə danışmırsan mənlə?"dedi dodaqlarını büzüb.

"Etdiyin hərəkət düz deyildi. Bunu bilirsən?" dedim hec nəyi gizlətmədən.

"Elvinin dedikləri düz idi? Elə etməsəydim, indi bu maşında səninlə ola bilməyəcəkdim..." dedi.

Nə qədərdə, haqqlı idi...
Əsas olan, yanımda olması idi.

"Ya sən məni istəmirsən daha?"dedi baxışlarını yerdən qaldırıb.

Onun xoşuna gəlməyəcək, bir söz dedikdə həmişə mənimlə belə danışacaqdı? Onu istəməyəcəyimi düşünəcəkdi?

"Ayla, birdə belə düşünmə. Mən səni hər seydən çox istəyirəm... Çox istəməsəm, sənin ardınca gələrdim? Belə düşünüb nə özünü incit, nə də məni"dedim.

Bir cavab gözlədim amma, hec bir sey demədi...
Sadecə etdiyi hərəkətin, fərqində olmasını istədim mən...
Bu saatda hara gedəcəkdik?
Bunu hec düşünməmişdim...
Saat 11 idi hələ. Clubun bağlanmağına 2 - 3 saat daha vardı.

"İşə bax... Gedəsi bir yerimiz belə yoxdu. Amma yanımda mənimlə hər yerə getmək istəyən, balaca bir körpə var"dedim maşını münasib bir yerdə saxlayıb.

"Sənin ailən hardadı?"dedi səssizliyini pozub.

Hə, mənim bir ailəm vardı..
O gündən sonra birdə onlardan xəbər tutmamışdım.

"Mənim ailəmdə, evimdə sənsən"dedim hec düşünmədən.

"Cavab bu deyildi"dedi.

Həqiqəti bilmədən, əl çəkməyəcəkdi məndən...

"Atam olacaq insan anama xəyanət etdi. Anamda bu xəyanəti bağışladı. Atam hələdə O qadınla görüşür. O qadından 3 yaşında bir oğlu var... Məndə onları silmişəm... Belə iyrəncliyi həzm edə bilmərəm"dedim tək nəfəsdə.

"Mənimdə ailəm, evim sənsən..."dedi.

Dediklərimin məni incitdiyini hesab edirdi, hər halda. Yoxsa sözümün əksini mənə qətiyyən deməzdi. Bir birimizə dəstək idik...
Onu sevdiyimi bilsəydi, mənə yenə belə rəftar edərdi? Hec normal deyildik ki, ona hisslərimi açıqlayım...
Ayla bir az irəli oturub "Sevdiyin insanın hec vaxt uşağının ola bilməyəcəyini öyrənsən, yenədə onu sevməyə davam edərsən?"dedi.

Onu sevdiyimi bilirdi?
Ya oda mənə qarşı boş deyildi...?
Şizofren olan bir qadının hec vaxt ana ola bilməyəcəyini bilirdim. Ola bilərdi... Amma bu çox riskli bir sey idi.
Ona tərəf döndüm.

"Son nəfəsimə qədər..."dedim

Axı necə sevilməsin, bu mavi saclar...
Körpə qoxusu...
Üzündəki gözəl, gülüş...
Hə, siz deyin mənə?
Necə sevilməsin?
Barbi kuklarını belə sevirdim. Onlara paltar tikməyə çalışdığım vaxtımı belə sevirdim. Bir sözlə ona aid olan, onu maraqlandıran hər seyi çox sevirdim. İncə və uzun olan barmaqlarını üzümə yaxınlaşdırıb yavaşca üzümdə gəzdirməyə başladı. Toxunduğu hər yer od saçırdı sanki. Necə olur, kicik toxunuşları qəlbimdə bu qədər böyük yerə sahib olur? Üzümdə olan barmaqlarını əlim ilə tutub ovuc içindən öpməyə başladım. Biri məni durdursun. Yoxsa bu dəqiqə, ona sevdiyimi acıqlayacaqdım...
Biri məni durdu. Kim olduğunu bilmirəm amma telefonuma mesaj gəldi. Aylanın əllərini əllərimdən çəkib qarşıya tərəf dönüb telefonuma baxdım. Kim ola bilərdi? Elvin idi...
Görməməzlikdən gələ bilməzdim. Mesaja daxil oldum.

"Atilla, mən sizin hər ikinizi qorumağa çalışdım. Amma bacara bilmədim. Xahis edirəm bu mesajı oxuyursansa evə geri qayıdın... Sizə hər seyi danışacam. Mən hec vaxt sənə xəyanət etmərəm dostum"

Bu mesajdan kim nə başa düşdü? Mahiyyəti nəydən ibarət idi bu mesajın?

"Yenə nə yalan danışacaqsan?! Bəs deyil, etdiklərin..." yazaraq göndərdim.

Əllərimin necə əsdiyini kaş görsəniz...
Bir necə dəqiqə sonra yenə bir mesaj gəldi.

"And içirəm sənə yalan deyil... Mən bir səhv etdim. Amma sənə deməməklə... Arxanda olan maşına bax. Nə demək istədiyimi başa düşəcəksən. Səni evdə gözləyirəm"

Mesajı oxuyar oxumaz güzgüdən arxaya baxdım. Bizdən bir az aralı ağ bir maşın dayanmışdı. Niyə fikir verməmişdim? Bu maşın bütün günü məni izləyirdi... Mən indi bundan nə başa düşməli idim?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2073
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 483
Xəbər sayı: 0
Sevinc €
Atasidi yuz % . Elvin neyin qarwiliginda dostuna xeyanet edib goresen?
Maraqli bolum oldu
15 iyul 2020 10:18
8
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 8570
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Sitat: _Tək_ İL_
Maraqlı bölüm oldu
13 may 2020 01:24
7
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Atillanin atasin adamlaridi yuz faiz
26 aprel 2020 02:09
6
Sevgi Qatarı
Şərh sayı: 963
Xəbər sayı: 19
_abdullazadə_l_
Maraqlı bölüm oldu
25 aprel 2020 01:45
5
Hərbiçi yarı
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Atası onu izleyir. Bawdan belli idi!
24 aprel 2020 15:38
4
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Cox maraqli... Ellerine sagliq
24 aprel 2020 14:54
3
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Belkede Elvin duz edir cunki xeste insani sevmek zamanla cetinlewecek onu sevgisini unudacaq
24 aprel 2020 12:31
2
p.s
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Məncə Atillanın atasının adamlarıdır
24 aprel 2020 11:51
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri