Ay parası (23-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 720
Səs ver:
(səs: 0)
Getmək vaxtı olduğundan onunla birgə aşağı düşdüm məndə. Hec ayrılmaq istəmirdim...
Əllərini əlimdən ayırıb "Vaxtımız bitdi..."dedim məyus bir halda...

"Bu gün təqvimin ən gözəl günüdü. Vaxtımızın bitdiyinə görə hec də məyus olma. Bir gün gələcək, o gün bütün vaxtlar bizim olacaq. Səni sevirəm körpəm" deyərək alınımdan öpdü. Səni sevirəm sözü dilinə nə gözəldə, yaraşırdı.
Qapıdan çıxana qədər ona baxdım. Bir birimizə əl sallayıb daha sonra içəri keçdim. İçəri keçər keçməz Nigar yanımda bitdi. Birdə, onun sualları.

"O, oğlan kim idi? Adı nədi? Sevgilindi?"dedi tək nəfəsdə. Başqa vaxt olsaydı, bu suallara əsəbləşərdim. Amma indi əsəbləşmək yerinə, üzümdə güllər açan bir sima vardı.
Yuxarı piləkanlardan çıxa - çıxa "Adı Atilladı, mənim sevgilimdi"dedim.

Sevgilim idi, artıq. Sevgilim...

Otağıma gəldikdən sonra isə ona hər seyi danışmağa başladım. O, isə necə şanslı olduğumu deyib dururdu. Şanslı idim...
İlk dəfə şizofren olduğumu bildikdə, dünyada məndən bədbəxt insanın olmadığını düşünmüşdüm. Amma ya indi? Bu fikirlərimi dəyişən tək insan, Atilla idi. Atillanın mənə yaxşı gələn, varlığı...

Axşam düşmüşdü.
Hələdə, öz özümə gülürdüm. İnsan xoşbəxt olarkən, üzü səbəbsiz yerə gülərmiş...
Bircə, sağalmağa doğru getsəydim... Ağlımdakı səslərin çox yox, hec olmaya bir qismi sussaydı... Özümü gecənin bir yarısı ayılıb, qaranlıq bir meşədə, ətrafımda canavarların olduğunu düşünməsəydim daha...
Üstümün qan içində olduğunu, görməsəydim...
Əlimdə daima bir bıcaq özümü öldürdüyümü hiss etməsəydim...
Çoxmu sey istəyirdim?
Lalinin işgəncələrinə məruz qalmasaydım...
Məni ələ keçirməsini istəmirdim daha. Bir az ağılı, yerində və sakit bir insan olmaq istəyirdim.
Özümü daha dərin bir quyuya düşmüş kimi hiss etmək istəmirdim. O quyudan çıxıb, gün üzü görmək istəyirdim. Arxamda daima birinin məni izlədiyinidə, düşünmək istəmirdim. Ya da divarın künclərində durub, mənə baxıb ağlayan uşaqları, güzgüyə baxdıqda güzgünün məni çiliy - çiliy göstərməsini, yumurtanın sarısının mənə baxıb güldüyünü, görmək istəmirdim daha.
Mənim dünyam bu idi...
Mən bunlarla mübarizə aparırdım...
Ətrafınızdakı insanlara, dəlidir münasibəti göstərməyin. Hər can, qırılmaq gücünə malikdir. Dəli olmaq, bir seçim işi deyildir... Kim dəli olmaq istəyərki? Bu həyatın amansız bir plandı. Və buna bir gün hamı tutula bilər...

Otağımdan çıxıb aşağı düşməyə başladım. Bizim mərtəbənin piləkanında Anarın oturduğunu gördüm. Onun burda nə işi vardı?
Ağlıma, nədənsizcə məni öldürməsi gəlmişdi...
Ona fikir vermədən yanından düz keçib, piləkanları düşdükdə "Görmədim demə, qara rəng ən gözə batan rəngdi"dedi.

Görmüşdüm...
Görməməzlikdən gəlirdim...
Atdığım addımı saxlayıb, ona tərəf döndüm.

"Nə deyim sənə? Məni itən, məni yanlış başa düşən sənsən"dedim.

"Sən bilmirsənki, şizofren insanlar hec nəyi başa düşmür? Mən başa düşə bilmirəm səni. Bu gün gördüyüm O, oğlanı göz görə - görə necə odun içinə ata bilirsən?"dedi.

Hamının sonu eyni bitə bilməzdiki?
Beynində qurduğu, həqiqətlər onun sonunu hazırlayırdı...

"Biz fərqliyik... Mən onu, oda məni çox sevir"dedim özümdən əmin bir tərzdə.

"Sevgi hər seyi həll edirmi?"deyib ayağa qalxıb yanıma doğru gəlməyə başladı.

Beynimdə olan səs, 'səni burdan aşağı atacaq' deyə bağırırdı mənə! Gözlərimi yumub, dərin - dərin nəfəs almağa başladım. Sevgi, hər seyi olmasada, bir çox seyi həll edirdi...

"İnanmaq lazımdı... Məndə, oda buna inanırıq. Ona görə, burdayam mən... Elə bilirsən mənə xoşdu burda olmaq?! Ondan və sevdiyim insanlardan ayrı qalmaq?! Hamı bura bir ümüdə, bir inama tutunmaq üçün gəlib. Sən isə nə ümüd edirsən, nə də bir inam.."dedim.

Bilmirəm, niyə əsəbləşmişdim amma.
Həmdə, çox ...

"Ümüd və inam hə? Mənim ümüdlərimdə, inamımda Leyla ölən, gün öldü... Hamısı Leylayla birgə o torpağa basdırıldı... Leylanın məzarının yerini bilə bilmirəm... Sənsə gəlmiş burda mənə dərs keçirsən. Damarıma - damarıma basan sənsən! Əgər o dediyin ümüd varsa, sona qədər mübarizə apar. Özün üçün olmasada, həmin O, oğlan üçün mübarizə apar. Ölmək istədikdə, ağlına mən gəlim! Mənim bu halım gəlsin... O oğlanında belə olacağını, düşün... Və ölmə... Ölümdən dön..."dedi.

Son sözləri qanımı titrətmədi deyil...
İrəli addım atıb yanımdan keçmək istədikdə, qolundan tutub onu saxladım. Əlimə baxdıqda, əlimi qolundan tez çəkdim. Bəlkədə, mənim xilas olmağımda Anarın böyük rolu olacaqdı. Hər seyi istəyən, Tanrı indi...

"Məni burdan aşağı itələsəndə, deməliyəm sənə. Leylanı necə sevdin? Niyə öldü? Niyə beləsən?"deyə suallarımı ona verdim.

Bu gün onların cavablarını bilməli idim.

"Arxamca gəl"dedi.

Bu yol məni hara aparacaqdı?
Dediyini edib ardıyca getməyə başladım. Otağının qapısının yanına gəldikdə, qapısını açıb "İçəri keç"dedi.

Əvvəl tərədüt etsəmdə, sonrada içəri keçdim. Otağında olan hər sey qara rəngdə idi. Bura məni, qoruxtmadı deyil...

"Otaqdan deyil, az sonra danışacaqlarımdan qorx"deyə Anar danışdı.

Necədə, düzgün bir təxmin idi. Arxamı ona doğru döndərdikdə otağının qapısını kilitlədi. Qorxmalı idim? Qapını kilitləməyə nə ehtiyyac vardı?

Qapının yan girişindəki divara söykənib "Qapı açıq qalsa, sənə hec nə danışa bilmərəm. Mən danışacam. Sənsə sorğu sulasız qulaq asacaqsan"dedi.

Başqa bir çıxış yolum varmıydıki?
Məndə onun yanına oturub, kürəyimi divara yasladım. Ürəyim, titrəyirdi...
Eşidəcəylərimi, qaldıra bilməyəcəyimi düşünürdüm. Ya bu hekayəni düşünüb, daha çox ölmək istəsəm? Onsuzda yazığın biri idim məndə. Özünə çoxlu sözlər verən, hec birini tutmayan yazıq bir qızcığaz idim. Başımı aşağıya doğru salıb, Anarın dilindən hekayəsini dinləməyə başladım.

"Bir payız axşamı idi... 2 dostum və mən bir kafedə oturmuşduq. Kafe çıxışı ona rast gəldim. Dostlarım ilə sağollaşdıqdan sonra sol tərəfə dönmək istəyirdimki, yolun girəcəyində gecə paltarı ilə oturan qısa və qara saclı bir qız gördüm. Dizlərini özünə tərəf çəkib, ağlayırdı... Beynimdən hec nə keçmədi. O qız niyə burda idi? Niyə qaranlıq və soyuq bir havada tək başına burda ağlayırdı? Qarşısına keçib dayandıqda, başını qalıdırb gözü yaşlı şəkildə mənə baxdı. Mən belə bir gözəllik, bu vaxta görməmişdimki... Bir insan nəmli gözləri sevərmi? Mən sevdim...
Yanına keçib məndə soyuq daşın yanına oturub onun burda niyə olduğunu öyrənməyə başladım. Çəkingən bir abu havası ilə evlərinin ünvanın unutduğunu dedi. Ağlıma bu dəfə ilk gələn sey alzehmir xəstəsi olduğu gəldi. Ünvan tanımırdı, etmirdi...
İnsanlıq naminə onun yanında qaldım. Hava soyuq olduğundan üstümdəki pencəyi onun kürəyinə atdım. Düz 2 saatdan çox onunla orda gözlədim. Sonra isə anası və atası qızlarını tapıb mənə təşəkkür edərək qızlarını yanımdan apardılar. O gün bütün gecəni onu birdə görə bilcəyəmmi deyə düşündüm? İnsan bircə dəfə gördüyü insanı bu qədər niyə düşünsün axı?
2 gün keçmişdi. Qapının zəngi basıldığından qapını mən açdım. Gözlərimə inanmadım ilk öncə. Çünki, qarşımda O, qız vardı... Pencəyimi gətirmişdi. Cibində olan pul qabımın sayəsində evimi tapmışdı. Hətda gülərək 'Pullarını dəqiq say'demişdi. Bu fürsəti boşa verə bilməzdim. Onun üçün bir çay içməyə getdik. Sonda telefon nömrəsini istədim. Onu istəməyimlədə, şizofren biri olduğunu öyrəndim. Az çox məlumatım vardı. Amma dəqiq necə bir sey idi bilmirdim. Razılaşdım onunla. O gündən sonra danışmağa başladıq. Həyatımdakı hər kəsi sildim, bir tək onu saxladım. Gündüzlər hər gün görüşürdük, gecələr isə mesajlaşırdıq. 5 ay keçdikdən sonra onu sevdiyimi başa düşdüm. Hiss etdiyim duyğu, sevgi idi. Başqa bir sey ola bilməzdi. Qəbul etdi, sevgili olduq. Yeri gəldi bir güldük, yeri gəldi bir ağladıq. Sonra mənim ailəmin bu işdən xəbəri oldu. Qarşı çıxdılar... Leylanı istəmədilər... Məndə dirənə bildiyim qədər dirəndim. Sonda Leyla ilə görüşməylərini ona bir şans tanımaqlarını qəbul etdirdim. Gün gəldi, o günə...
Restoranların birində atam görüş təyin etdi. Leylanın xoşlanmayacağını bilirdim. Amma özü razı oldu. Onları tanış etdim, əyləşdilər. Leylanın isə yaxşı olmadığını görürdüm. Əli hey bıcağa gedirdi. Əsən əlindən tutub aşağı salırdım. Amma O durmaq bilmirdi... Birdən ayağa qalxıb, özünü itirməyə başladı. Masada olan hər seyi bir - bir yerə atmağa başladı. Ən pisidə, hec nə edə bilməməyim idi... Ona yaxınlaşsaydım, hec də yaxşı seylər olmayacaqdı. Yerdəki qırıqları götürüb, əlində sıxmağa başlayıb aşağı çöküb oturdu. Əlini güclə acıb, içindəki qırıqları yerə atdım. Qanlı, əllərindən öpdüm...
Özünə güclə gəldi. O gecədən sonra atam, anam israrla O qızdan bizə gəlin olmaz dedi. Onlar olmaz dedi. Mən olar dedim... Davamız getdikcə, böyüməyə başladıqda, hər seyi arxamda qoyub o evdən çıxdım.
Beləcə yenə 2 ay keçdi. Bu 2 ayda əlini ağdan qaraya vurmayan oğlan, kafelərdə qab yudu... Ofsiantlıq elədi... Mebel daşıdı...
Leylanın dərmanlarının puluna görə işləməyə məcbur oldum. Ailəsinin imkanı o qədərdə yaxşı deyildi. Yaxşı olsun, deyə hər işə əl atdım. Dostlarımın evində qalıb edirdim. Bir gün qarşımda atamı gördüm. Evə dönməyimi, Leylanıda qəbul edəcəylərini dedi. Razılaşdım...
Bilirsən niyə? Sırf Leylanın dərmanlarının pulun tapım deyə... Qürurumu, mənliyimi bir qırağa atdım... Söhbət Leylanın həyatından gedirdi nəyin qürurun edəydim axı?
Sonra o bərbad gün gəldi...
Birdə mənə xəbər çatdıki Leyla öz otağındadı. İti bir bıcaqda əlində... Xəbəri eşidər eşidməz evlərinə getdim. Evdə qonşular, anası atası pərişan bir haldaydı... Otağına girdikdə, mənə baxıb gülümsündü...
Onu nə qədər razı salmağa çalışsamda alınmadı... Əlindəki bıcağı mənə vermədi...
Məndə ona yaxın dura bilmədim. Növbəti səhnəni deməyimə ehtiyyac varmı səncə?"dedi səsindəki qəhəri və titrəməni boğmağa çalışıb.

Ağlamamaq üçün boğazımı sıxıb durmuşdum...
Ağrısı, artıq məni incitməyə başlamışdı...

Gözündən axan damlanı silib "O bıcaq ilə bir göz qırpında boğazını kəsdi... Qanı divara və mənim üzümə gəldi... Özü isə yerdə can verirdi... Hər kəs onun yanına qaçarkən mən eləcə yerdə durub divardakı qana baxırdım. Sonrada əlimi üzümdəki qana gətirdim. Dəli olmağa hazır idim artıq mən..."dedi.

Bu necə hadisə idi? İlahi, buna hansı ürək dayanardı? Bunu hansı ürək götürərdi?
Özümü saxlaya bilmədim. Gözümdən axan yaşları silərək ayağa qalxdım. Eşitdiklərim mənə bəs idi...

Qapının kilindini açdıqda Anar mənə baxıb "Anarın Leylası yoxdu daha... Mən bir gün öz Leylama qovuşacam. Ona qovuşacam" dedi.

Qapını açıb, otaqdan çıxaraq qaçaraq öz otağıma gəldim. Bu necə bir son idi?
Tanrı, belə sonları niyə yazırsan axı? Nəydi, O insanın günahı...
Səsim çıxmasın deyə, əlimi dodaqlarıma götürüb ağlayırdım. Belədə, ürəyim partlayırdı. Çarpayımda nə var nə yox hamsını dartıb aşağı atdım. Kəsilən, nəfəsimə inad güclə nəfəs almağa çalışdım. Mən belə bir son istəmirdim...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Finala son bölüm
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri