Ay parası (24-ci bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 6 051
Səs ver:
(səs: 0)
Burda olduğum, haqqında hec bir fikirə sahib deyildim. Mən indi bir palatada idim...
Ən son otağımda idim. Anarla danışmışdım... Anarla... Leylasına qovuşmaq istəyən, Anar ilə...
Qoluma qoşulu sistemi çıxardıb ayağa qalxmağa çalışdım. Bu sırada qapı açıldı. İçəri Atillanın daxil olduğunu gördüm.

"Ayla, ayağa niyə qalxmısan. Sən uzanmalısan" dedi əlimdən tutmağa çalışıb.

"Mən niyə burdayam? Hec nə xatırlamıram" dedim.

Boşda qalan bir əlimi, dönən başımın üstünə qoyub, gözlərimi yumdum. Başım fırlanırdı...

"Otağında ürəyin gedibmiş... Niyə belə oldun sən? Axı ən son yaxşı idin..."dedi.

Eşitdiklərimdən sonra hec yaxşı ola bilməzdim mən. Dərin nəfəs aldım...

"Atilla məni tez ora apar. Vaxtımı itirə bilmərəm. Olmaz demə! Apar məni..."deyib irəli addım atdım. Otaqdan çıxanda anamı atamı gördüm. Onlarada xəbər verilmişdi...
Daha sonra onlarla görüşə bilərdim. İndi isə gediləcək bir yerim, həyatını xilas edəcəyim bir insan vardı... İsrarla olmaz deyib durdurlar. Mən gec qalırdım...
Ən son məni başa düşən insan, yenə Atilla oldu. Onunla birgə xəstəxanadan çıxdım. Yolda ona Anardan danışdım. Ona görə maşını sürətli sürürdü. Yanınızda sizə inanıb, güvənəcək bir insanın olmağı nə gözəl idi?
Dispanserin olduğu küçəyə girdikdə, irəli dayanmış polis maşınlarını, təcili tibbi yardım maşınını gördüm. Düşündüyüm şey olmasın... Çənəm əsəməyə başladı.

"Atillaaa..."deyə bildim sadecə

Mən düz görürdüm? Ya gözümə görsənirdi...
Maşını saxladıqda tez maşından aşağı enib dispanserə doğru qaçdım. Qapıdan içəri keçdikdə ətrafda bir neçə polis vardı. Birdə dispanserin qapısından çıxıb, piləkanlarla aşağı düşən 2 tibb işcisinin xələkdə kimisə aşağı düşürdüyünü gördüm. Dizlərim əsə - əsə irəli addım atdım. Amma ayaqlarım bir addım belə atmaq istəməyib, tərpənmirdi daha...
Tanıdığım hər kəs o xələyin arxasıyca düşməyə başlayarkən, yanıma doğru gəlməyə başladılar. Onun cansız bədənini gördüm...
Ayaqlarım yer tutmazkən, yerə yıxılmaq istədim, bir əl məni tutub möhkəmcə saxladı. Mənim yanımda biri vardı... Gözümdən səssizcə yaş axarkən, onun gedişini izlədim.

"Anar, Leylasına qovuşmuşdu artıq..."

4 Ay Sonra

"Tanınmış iş adamı Adəm Sərdarlının oğlu, Anar Sərdarlı dün axşam müalicə aldığı, dispanserdə öz otağında ölü tapıldı"

4 ay əvvəlki qazetə çıxmış, bu başlığı əlimdə tutub yenə təkrarən oxumağa başladım. İntihar etmişdi...
Bu 4 ayda mən tək yaxşı gələn sey var idisə, oda Atillanın varlığı idi...
Onun varlığına sevgilim kəliməsi çox az qalırdı. Bəs bu 4 ayda mən nə etmişdim?
Mübarizə aparmışdım...
Anar üçün...
Sevdiyim üçün...
Özüm üçün...
Sırf Atillanın sonu Anar olmasın deyə, qarşıma böyük bir məqsəd qoymuşdum. Bu gün o məqsədə çatdığım gün idi. Çıxırdım bu dispanserden...
Bitmişdi hər sey...
Yaxşılaşmışdım...
Artıq Lalinin dediklərinə boyun əymirdim. O danışdıqca, onu susdurmağı bacarırdım. Nigar məndən daha əvvəl çıxmışdı. Onunla birgə burdan özümə 5 dost qazanmışdım. Əvvəlki kimi səmimiyyətsiz bir insan deyildim.
Ayağa qalxıb, əlimdəki qazeti çamadıma yerləşdirərək, son dəfə bu otağa baxıb, qapını açaraq otaqdan çıxdım.
Atilla məni çöldə gözləyirdi...
Tanıdığım hər kəs ilə sağollaşıb aşağı düşdüm. Piləkanlardan düşər düşməz Atilla iri addımlarla yanıma gəlib məni qucaqladı. Bu bizim uğurumuz idi...
Əlimdəki çamadanı alıb, əl - ələ tutaraq burdan çıxmağa başladıq. Bura ilk gəldiyim gün ilə, indiki günün arasında çox fərq vardı. Dəyişməyən tək sey isə Atilla idi. Məni məndən daha çox sevən insan...

Hara gedəcəyimiz haqqında bir fikirim yox idi. Birdə, maşının arxasında deyil, qabağda oturmuşdum. Bu mənim aşa bilmədiyim ən böyük özəlliklərimdən biri idi. Ailəmi, geri qalan 3 nəfəri dünən görmüşdüm. Elvin ilə münasibətimiz düzəlmişdi. Atilla ilədə barışmışdılar... Nicatla, Rəhim isə hər zamanki kimi məndən yana idilər. Məni bacıları bilirdilər.
Uzun səssizliyinin ardından Atillanın üzündə bir gülüş yarandı. Nəyə gülümsünürdü?

"Hec demirsən, hara gedirik biz"dedi.

Bunu düşünürdüm. Dilimə gətirə bilmirdim. Onunla hara olsa gedərdim mən.

"Sən yanımdasansa, hara getdiyimizin bir mənası yoxdu"dedim romantik olmağa çalışıb.

"Ayy sənin romantikliyini yesinlər. Bunların hamsını sənə Nigar öyrədir?"deyib mənə göz vurdu.

Əslində elə idi. Nigar mənə çox sey öyədirdi.

"Sabah dostlarım, ilə görüşməliyəm mən"dedim hara gedəcəyimiz haqqında olan söhbəti bir kənara qoyub.

"Onları evimizə dəvət edərsən onda. Səninlə birgə onlara gözəl bir çay süfərsi hazırlayarıq" dedi üzündəki gülüşü dahada böyüdərək.

Onlarla görüşə biləcəyimidə bir kənara atıb "Evimiz? Hansı evimiz?"dedim təəcüblənərək.

"Bizim evimiz"dedi

Və maşını saxladı.

Onunla mənim evim?
Maşından aşağı düşüb, mənim qapımıda açdı. Şoka düşmüş şəkildə ona baxırdım. Hec nə başa düşə bilməmişdim. Bu normal bir hal idi?
Çamadanı əlinə alaraq, mənimdə bir əlimdən tutdu. Məndə arxasıyca getmək düşdü...
Liftə minə bilmədiyimi bildiyi üçün, piləkanlar ilə çıxmağa başladıq. Mən bina evlərini çox sevirdim. Bu insan isə çox sevdiyim seyləri, mənim üçün etməyə çalışan bir insan idi. 8 mərtəbə çıxıb, təngi nəfəs bir halda tünd qırmızı rəngli bir qapının kənarında dayandıq.
Cibindən bir açar çıxardıb qapını açmağa başladı. İlk əvvəl mən girdim bu evə. Oda ardımca gəldi. Kicik dəhlizin sonunda böyük bir qonaq otağı vardı. Gözüm acıq qalan mətbəx qapısını sataşdı...
Bura həqiqətənmi bizim idi?
Mən romantiklik nədir bilməzdim... Ağılıma gələn ilk sualı ona verdim.

"Buranı hansı pul ilə almısan?"dedim.

Hələdə ailəsi ilə danışmırdı. Onlardan pul almırdı...

"Clubları satdım... Daha elə bir yerdə işim olmaz mənim. Qalan pul ilədə obyekt falan götürdüm. Bizimkilərdə sağ olsun, köməklik etdilər mənə" dedi.

İçim rahatlamışdı, indi...
Onlar çox gözəl dost idi...
Gözüm elə mavi tonlarla bəzədilmiş otaqda qaldı. Atilla bir anda qolumdan tutub ardıyca gətirdi. Məndən gözlərimi yummağımı xahis etdi. Məndə gözlərimi yumdum. Gözü yumlu halda bir otağa daxil olduq. Gözlərimi açdıqda gördüklərimə inana bilmədim. Hər zaman xəyalını qurduğum otaq qarşımda idi. Tam bir prenses otağı...
Daha çox uşaq ruhlu bir otaq. Ağ və çəhrayı rəngə bürünmüş bir otaq düşünün. Mebelləri ağ, üst bəzəkləri hamısı açıq çəhrayı... Hər bucaqda, barbi kuklalar, mişqa və oyuncaqlar vardı...
Mənim üçün bu qədərini düşünməsi...
Məni bu qədər çox sevməsi, inanılmaz bir sey idi.

Dilimdən "Bura möhtəşəmdir" cümlələri töküldü.

"Evlənəkmi?"dedi belimdən məni sarıb.

Mənimlə evlənmək istəyən insan, mənə belə otaq hazırlamışdı? Mən sağalmağa doğru getsəmdə, bəzi seyləri aşa bilməmişdim hələdə.

"Atilla, mən evliliyə hazır deyiləm... Evlənəndə iki insan bir yerdə yatır... Başa düş, mən elə seylər istəmirəm"dedim utanaraq.

Söhbətin nədən getdiyini başa düşərdi, hər halda. Əllərini belimdən çəkdi...
İncitmişdim onu yenə?

"Mən səncə evliliyi elə sey üçün istəyirəm? Necədə içi fəsad bir düşüncəli bir qız imişsən" dedi gülməyə başlayaraq.

Ağıla başqa nə gələrki?

"Bəs biz niyə evlənirik onda?"dedim hec nəyi uzatmadan.

"Evlənəkmi?"deyərək yenə təkrar etdi.

Bir necə saniyə sonra "Sənə çoxlu barbi kuklası alaram" dedi.

Sonra mənə yaxınlaşıb hər iki əlimdən tutaraq "Evlənəki ki, mənim içim rahat olsun. Sən həmişə yanımda olasan. Barbi kuklalarına paltarlar tikək, sən mənə ilk günki kimi naringi de... Mən sənin saclarına rəng qoyum. Bərbər film izləyək, kitab oxuyum sənə. Yemək bişirməyi öyrədim. Daha ediləsi bir çox işlər var... Körpəm, birlikdə yaşlanaq..."dedi.

Gözlərinin içi gülürdü. Üzüdə həmçinin...

"Yaşlanaq"dedim.

Alınımdan öpdü.
Otağıma yerləşməyə başladım. Gecə düşüncə isə saclarıma rəng qoymağa başladı. Verdiyi sözü unutmamışdı. Tutmuşdu...
İndi isə güzgü qarşısında oturmuşdum. Atillada saclarımı qurudurdu. Acıq çəhrayı rəngdə olan saclarıma baxıb "Yaraşdımı?"dedim.

Nəsə, qəribə gəlirdi mənə.

"Ən az, mavi qədər..."deyib saclarımı daradı.

Öyrəşəcəkdim, bu sacada...
Sacımın işi bitdikdə ayağa qalxıb qarşısına keçdim.

"Mavi daha çox yaraşırdı amma... Çəhrayı rəngdə nə varki?"dedim.

"Çəhrayı rəngdə hec nə olmasada, bu da gözəldi... Pembiş, pembiş"deyib saclarıma toxunmağa başladı. Əlimdən tutub məni pəncərə qarşısına gətirdi. Burda niyə durmuşduq? Pəncərəni açıb "Bax, bu gün ay para şəkilindədi"dedi. Mən əvvələr aya baxa bilmirdim... İndi isə göyüzündəki aya gecənin bir yarısı baxa bilirdim...

"Necə oldu, mən ay'ı bu qədər çox sevdim?"dedim gözümü para olan aydan çəkməyib.

"Çünki, ay səni çox sevməyə başladı. Sən Aylasan... Sən Ay'a məxsusan..."dedi.

Mənim ayım göyüzündəki ay deyildi...
Mənim ayım yanımda olan insan idi...
Məndə həmin ay'a məxsu idim...

"Səni çox sevirəm, Atilla"dedim

Bu kəlimə, dilimdən nadir hallarda çıxırdı...

"Mən səni daha çox sevirəm"deyib qolları ilə bədənimi sardı.

Mənim hekayəm başladıqda, cəmi 17 yaşım vardı...

Amma əsl hekayəm, 19 yaşımda başlayacaqdı...

Hər şey üçün, təşəkkürlər Tanrı...

Son❤

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri