Möcüzəyə inanıram (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 2523
Səs ver:
(səs: 0)
Başlayan dərs ilə Elgün yenə ortalıqda yox idi. Gülşənin gözü ən axırıncı partaya yönəldi. Başını öz özünə yellədib, jurnala baxdı. O, belə uşaqca seyləri hec sevməzdi. Bəzilərinin ruhu uşaq qalardı. Amma Gülşənin ruhu çoxdan böyümüşdü. Düzdü, əvvələr belə biri deyildi. Deyib, gülən olduqca mehriban bir qız idi. Lakin, ayrıldıqdan sonra insanlar ilə özünün arasına bir sərhəd qoymuşdu. Ona səmimi gələn insanlar ilə ünsiyyətdə olar, yalnız onlara kömək edərdi. Bunun nəticəsində, son 3 ildə həyatı qaydasında idi. Ailəsi ilə bayramdan bayrama görüşərdi. Prinsiplərinə, çox sey zidd olduğu üçün...
Elgünə qayıb yazmaq üçün qələmi əlinə aldıqda, yenə dünənki kimi qapı anidən açıldı. Elgün içəri keçib, kefini hec pozmadan yerinə oturdu. 'Döyüşsə döyüşü' bu teoremə əsasən gedirdi. Sinif səssizliyə bürünərkən Gülşən bu dəfə "Ayağa qalxıb, qapını döy içəri elə daxil ol" dedi. Dediyindən dönməyəcəkdi...

Elgün onu eşitmirmiş kimi edib "Adil dərsdən sonra məni gözləyərsən"dedi.

Öz ağlıyca hərəkət edirdi. Bilmədiyi bir sey Gülşənin ondan daha ağıllı olması idi. Gülşən ayağa qalxıb partanın küncünə söykənərək, qollarını sinəsində birləşdirib "Adil, sən məncə get Nazim müəllimi çağır. Nəticədə, oğlu dərsə gecikib, qapınıda döymədən içəri daxil olub" deyə, üzünə süni bir gülüş qatıb gülümsədi. Adil Elgün ilə Gülşən müəlliməyə baxmağa başladı. Gülşən müəllimin baxışlarının onun üstündə olduğunu gördükdə, ayağa qalxmağa başladı. Tam bu sırada Elgün ayağa qalxıb "Dayan! Qapını döyüb elə içəri keçərəm. Hər halda, qapının qulpu əlimə yapışmaz" deyib hec kimin üzünə baxmadan sinifi tərk etdi. Qapı kənarında 10 - 15 saniyə dərin nəfəs alıb, bu dəfə qapını döyərək içəri daxil olub, parta arxasına keçib oturaraq "Oldu indi?"dedi.
Atasını yaxşı tanıyırdı... Nazim müəllim oğlunun tərifini tutub, arxasında duracaq bir insan deyildi. Ən zəif nöqtəsidə atası idi. Maşını hər an əldən gedə bilərdi...

Gülşən içdən gülüb "Olmadı... Get qapını döyüb, üzr istəyib, icazə al. Mən icazə versəm, onda keçib oturarsan"dedi.

Bu söz Elgünü özündən çıxartmağa bəs idi.
Əlini möhkəmcə partaya çırpıb "Müəllim ola bilərsiz! Amma mənə əmr edə bilmərsiz! İndi isə sinifi tərk edirəm. Sizində dərsinizə girmirəm daha!"deyib sürətli şəkildə sinifdən çıxdı. Əsəbindən divara bir yumruq atdı. Hec bir müəllim onunla bu vaxta qədər belə rəftar etməmişdi. Çox ağırına getmişdi, bu iş onun...
Ağrıdan əlini üfləməyə çalışdıqda, gözü dəhlizin başında olan atasına sataşdı. Nazim müəllimdə oğlunu görüb onun yanına yaxınlaşdı.

"Oğlum, dərs saatı sən çöldə nə gəzirsən?"deyə ilk saniydən onu azarlamağa başladı.

"Ata, bir az gecikmisəm elə indicə məndə dərsimə girirdim" dedi ona hec nə bildirməməyə çalışıb.

Atası əlini oğlunun çiyninə qoyub "Afərin sənə. Bax yoxsa bilirsən, səndən bir şikayət gəlsə maşının əlindən gedər"deyib gülərək yanından ayrılmağa başladı.

Elgünün tək bir yolu vardı. Oda sinifə daxil olmaq. Bunun bədələni ödəyəcəkdi, Gülşən müəllimə... Həmdə çox pis...
Dərin nəfəs alıb, onun ardından qapını döyərək içəri daxil oldu. Hamı şoka düşmüşdü...
Elgün dediyindən dönməz olan bir oğlan, indi sinifdə idi.
Ona baxan Gülşən müəllimənin düz gözlərinin içinə baxıb, böyük bir hirslə "Üzr istəyirəm, dərsə gec qaldım... İcazə olar yerimə keçim?"dedi.

Səsi o qədər boğunuq və qəhər dolusu çıxmışıdıki, bunu hiss etməmək əldə deyildi...

"Birdə olmamaq şərti ilə olar! Keçə bilərsən yerinə"dedi.

Soyuq olan baxışmalar ilə bu dərs bitmişdi. Elgünün isə ona qarşı yaranan əsəbi, bitmək bilmirdi. Hec cürə sakitləşmirdi. Əsəbindən idman zalında aşağı çöküb oturaraq, əllərini yumruq edib sıxırdı. Bu vəziyyəti görən Adil dayana bilməyib "Elgün özünü ələ al daha. Dünyanın sonu deyil"dedi. Bu sözü ilə Elgünün əsəbi baxışlarına məruz qaldı. "Özümü necə ələ alım?! Sinif qarşısında məni kicik vəziyyətə saldı! Atam olmasaydı, qayıtmayacaqdım! Günün görsədəcəm mən ona! Onu yaralı yerindən vurmaq, mənə borc olsun!" deyərək yanında olan topu möhkəmcə yerə çırpdı.

İnsanın üzü ilə içi bir deyildi...
Gülşən dərs çıxışı, özünü narahat hiss etdiyindən dəniz kənarı sahilə gələrək bir daşın üstünə oturub dənizin ləpələrini seyr etməyə başladı. Hər insanda olduğu kimi, dəniz ona da yaxşı gəlirdi...
Olarda, insanın içinə hec nədən bir qəm çökər. Səbəbini axtarsan taparsan... Eynən Gülşəndə belə idi...
Dənizin gəlib gedən ləpələrinə o qədər diqqətlə baxırdi ki, yanından bir az aralıda oturan bir oğlanı görməmişdi. Qulağına bir mahnı səsi gəlməyi ilə, ona tərəf çevrilmişdi...
Röyanın 'Səninəm' manısı oxuyurdu...
Onun bir aid olduğu biri olmadı...
Bu düşüncələri ilə gözü oğlanda taxılı qaldıqda, yanından bir az aralıda oturmuş sarışın oğlan "Bağışlayın... Narahat etdim deyəsən sizi"dedi.

Səhv başa düşülmüşdü...

"Xeyir, narahat etmədiniz... Keçmiş günlərim yadıma düşdü, bir anlıq"deyə qarşılıq verdi.

Dəniz kənarında bu vaxtı burda olan adamın, azda olsa bir dərdi olardı.

"Bu mahnının məndə bir xatirəsi var..."deyə gənc oğlan söhbət açdı.

Kənardan necə görsəndiklərinin biri mənası yox idi. İki insan söhbət edə bilməzdilərmi?

Gülşən "Çıxan hər yeni mahnı, bizdə yatmış xatirələri oyadır... Sizə tövsüyəm mahnı dinləməyin" dedi.

Bu sözünə adam gülməyə başladı. Onsuzda, O başqa mahnı dinləməzdi...

"Bu mahnı ilə onunla, toyumuzda dans edəcəkdik... Qismət olmadı, amma... Qismətə inanan biri deyiləm, əslində"dedi.

Dərdi olan bir insan... Gülşənə tanış gələn, bir mənzərə...

"Ayrıldız yəqin" deyərək qısa danışıb onu daha çox yaralamamağa çalışdı.

"Allah, aldı deyək...
Qrup yoldaşım idi... Əsgər gedib, gəldikdən sonra nişan edəcəkdik. Əsgər gedib gəldim, elçilik hazırlıqlarıda oldu. Amma O qəzaya düşüb öldü... Onu indi məndən həyatmı? Yoxsa Allahımı aldı? Tam 7 ildi... Hər an onu xatırlayıram. Bu normal bir sey deyil, bilirəm. Amma niyə birinə baxmağı, hələdə ona qarşı günah və xəyanət sayıram"dedi.

Hər kəsin dərdi, problemi ayrı idi. Yaşadıqlarımız nəydi? İlahinin bir qismətimi? Elə isə niyə belə bir qismət yazılırdı?

"Hamısı, çox sevməyin nəticəsidi.
Bəziləri öldükdən belə sonra çox sevilər, bəzilərinə isə həyatdaykən belə hec dəyər verilməz. Əgər sənin dərdini bir balacada olsa azalda biləcəyəmsə, sənə məndə özüm haqqında danışmaq istəyirəm"dedi.

Adam, təbiki razılıq verdi...
Çünki, insanları dinləmək lazım olduğunu bilirdi. İnsanları dinləyin...

"3 ildi boşanmışam... Bu cəmiyyətdə boşanmış bir qadına necə baxıldığını bilirsiz... Hər kəs boşanmış olduğumu görür. Amma hec kim çəkdiyim ağrını, acını görmək istəmir...
Atamın, anamın isararı ilə olan bir evlilik idi. Necə atalar və analar övladlarını bu isarar nəticəsində bədbəxt edir. Məndə növbəti qurbanlardan biri idim. Evləndikdə 4 cü kursda oxuyurdum... Hər seyi, hətda dərsimi belə problem etməyə başladılar. Halbuki, evlənməmişdən əvvəl ailəmə nə vədlər vermişdilər. Evləndiyim 6 ay olmadıki, uşaq üstündə dava saldılar. Həkimə gedib, yoxlanışdan keçdim. Sonu isə hüsran...
Hec vaxt ana ola bilməyəcəymişəm. Bu çox riskli bir sey imiş...
Ondan sonra özüm ayrılıq qərarı aldım. Məni istəmədiklərini bilirdim... Özüm ayrılıq qərarını deməmiş, keçmiş yoldaşım və ailəsi məni qışın soyuğunda evdən qovdular. Özümə gəlməyim böyük bir vaxt aldı. Səbəb ayrılmağım deyildi. Ana ola bilməyəcəyim, həqiqət məni məhv edirdi... Sonra bir gün keçdim güzgü qarşısına, gözümdən axan yaşı sildim. Belə olmağını, Allah istəmişdi... Mənim ağlamağım, hec nəyi dəyişdirməyəcəkdi..."

Danışdıqları ilə keçmişinə qayıdıb, indiki halına döndü. Güclü iradə, hər seyi həll edə bilərdi...
Gülşən gülümsəməyə çalışıb "Hec adınızı belə soruşmadım. Mən Gülşən"dedi.

Bu hekayəndən kədərlənib, özünə bir dərs çıxartmağı planlayan adam isə "Məndə Rauf. Tanışlığımıza şad oldum"dedi.

Hə, Gülşənin yolları artıq ailə üzvləri ilə bir - bir kəsişirdi. Ortada 2 yaralanmış insan, hec yara alamayan biri vardı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2523
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 482
Xəbər sayı: 0
Sevinc €
Dunya necede kiçikdir. Heç kimin aglina gelmezki Elgunun qardawi çixar. Bu hekaye bir az "Rufina" hekayesine benzetdim.
Son zamanlar ele aglimda SENINEM mahni var idi. Tewekkur
16 iyul 2020 17:11
8
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 963
Xəbər sayı: 19
_abdullazadə_l_
Gözəl bölümdür. İnsanın ürəyindəki hisslər hekayənin hər cümləsində var. Əllərinə sağlıq.
3 may 2020 17:29
7
Hərbiçi yarı
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Bəziləri öldükdən belə sonra çox sevilər, bəzilərinə isə həyatdaykən belə hec dəyər verilməz. Bu söz o qeder xoşuma geldiki, teşekkür edirem Lusi
3 may 2020 01:44
6
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Mence Rauf Gulweni sevecek ama Gulwen onu dost kimi gorecek
3 may 2020 01:37
5
Sevgi Qatarı
Şərh sayı: 8570
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Maraqla oxudum..
Gulsen kimi qadinlari sevirem
2 may 2020 23:33
4
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Rauf mencede Elgunun qardawidi...men çox pis oldum Rauf'un heyat hekayesine...
2 may 2020 13:27
3
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Məncə Gülşənlə Raufun arasında nəsə baş verəcəkdir
2 may 2020 12:12
2
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Deyesen adi o Elgunun qardawidi
2 may 2020 11:51
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri