Möcüzəyə inanıram (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 5 610
Səs ver:
(səs: 0)
Qaralmış hava qədər, insanın içini sıxan ikinci bir sey yoxdur. Hava qaraldıqca, gecə düşər...
Gecə düşdükcə isə, insanın içində yatan neqativ enerji üzə çıxar. Bu dəyişilməz bir qanundu. Ən xoşbəxt olduğun anın, belə gecəsində başını yastığa qoyduğun an keçmiş səhvlərin yada düşər. Bu da insanı yaralayar...
Elgündə hal hazırda belə idi. Evə gəldikdən bəri hec aşağı düşməmişdi. Bütün gün sinifdə yaşanan hadisəni düşünüb dururdu. Kimisi üçün adi bir sey olsada, onun üçün belə deyildi. İçi içini yeyirdi... Özünə sığışdıra bilmirdi, bir müəllimin ona belə davranmasını. Çarpayısında uzanmış bir şəkildə qollarını bir birinə birləşdirib gözlərini tavana tikmişdi. Bu vaxt otağının qapısı anidən açıldı. İçəri Türkan daxil oldu. Elgün bu havasında, Türkanı hec çəkə bilməzdi. Onun gülərək gəldiyini görüb "Qapını döyər, ən azından adam"dedi. Dilindən kəlimə çıxdıqdan sonra, yadına Gülşənində buna bənzər dediyi sözü xatırladı. Qapının döyülməsi lazım idi...

Türkan boş qalan yerə oturaraq "Sən niyə bikefsən? Mənə sözün vardı. Bu gün şəhəri mənə gəzdircəkdin"dedi.

Elgün ona gözlərini süzdürüb, oflamağa başladı. Tükranın onu bu halında başa düşməsini hec gözləmirdi. Hec kimlədə danışmaq istəmirdi...

"Gözəlim, mənim bir az başım ağrıyır. Olar mən yatım?"dedi ona yola gətirməyə çalışaraq.
Türkan bu sözü eşidər eşidəməz Elgünə daha yaxın durub alınını masaj etməyə başladı. Amma Elgün Türkanın əllərini geri çəkib "Yatmaq istəyirəm! Masaj yox!"deyə tərslədi onu. Səbrli olmaq istəmişdi, yenə bacara bilməmişdi. Türkan bu hərəkət qarşısında dodaqlarını büzüb "Yaxşılıq etmək istədim! Nə qışqırırsan üstümə!"deyə yanından durub otağı tərk etdi. Onun getməsi ilə Elgün telefonunu əlinə alıb qrupdan gələn 451 mesajı oxumağa başladı. Qrupa bu qədər mesaj yazılmazdı axı...
Mesajları oxuduqca qaşları daha çox çatılmağa başladı. Nəfəsini isə tutub, darırdı...
Mesajlar özü haqqında idi. Hamı onun bu günki günündən yazışmışdı...
Dayana bilməyib "Deyəsən, burda olduğumu unutmusuz!"deyə mesaj yazıb göndərdi.
İndi, içindəki kin daha çox qalxmışdı...
Yazdığı mesajdan sonra bir mesaj gəlmədi daha. Mesaj alınmışdı...

Kəçən bir günün altından, bütün gecə ona nə edəcəyini düşünüb durmuşdu. Bu gün dərsə öz xoşu ilə daxil olsada, Gülşən müəllimin onlara dərsi olmaması canını yenə bir qədər sıxmışdı. İçindəkiləri deyə bilməməsi, onu özünün pis hiss etməsinə səbəb olurdu...
Vurulan zəngin ardından bir göz qırpında sinifdən çıxdı. Gözü sağda - solda, demək olar hər yerdə onu axtarırdı. Öz oxuduğu korpusdan çıxıb aşağı düşdükdə, arxadan bir nəfər əlini möhkəmcə kürəyinə çırpıb "Gözün kimi axtarır sənin?"dedi. Elgün gözlərini Familə bərəldərək, hələdə çiynində olan əlini aşağı saldı.

"Lazımsız bir insanı axtarıram. Ona bir - iki kəlimə sözüm var. Boğazımda qalıb, keçmir aşağı!"dedi.

Famil hiyləgər biri olduğundan, söhbətin nədən getdiyini başa düşüb gülməyə başladı.
"Əcəb işə kecdin səndə, bir müəllimin əlindən. Elə bil uşaq falansan. A bucu - bucu" deyərək Elgünün çənəsini qıdıqlamağa çalışdı. Elgün yenə əlini tutub, hirslə aşağı çəkdi.

"Görürsən əsəbiyəm, əsəbimin üstünə benzin tökürsən! Yandıranıda at, alov saçım hər tərəfə!" deyib Famili sinəsindən itələyərək irəli addımını atdı. Hər kəsi zəhərləyəci aydın idi...
Boş - boş ətrafa baxmağa başlayarkən, gözü piləkanlardan aşağı düşən, dalğalı buruq şəkilində, tünd qara sacları gördü. Dodağındakı qırmızı dodaq boyası əsmər üzünə çox yaraşmışdı. Ətrafın boşluğundan istifadə edib, addımını sürətli ataraq Gülşən müəllimin qarşısını kəsdi. Onu göydə axtarırdı, yerdə tapdı...

Gülşən, başını qaldırıb qarşısındaki insana baxdı. Onun qarşısını niyə kəsmişdi?
"Dünən mən bütün gecəni yatmamışam! Bununda səbəbkarı sizsiniz!"dedi daha çox dayana bilməyib.

Müəlim və bir tələbə hansı səbəbdən qarşı - qarşıya idi? Ona belə danışmaq hüququnu kim vermişdi?

"Mən niyə? Qapını döyməyib içəri daxil olan mənəm? Həm, bu nə danışıqdı?! Qarşındakının bir müəllim olduğunu unutmusan?!"deyə bu dəfə əsəbləşdiyini ona bildirdi. Belə seyləri hec sevmirdi...

Elgün "Məni tərbiyə etmək sizə qalmayıb. Birdə məni sinifin içində kicik vəziyyətdə qoymayın... Müəllim olmağınız, kimisə əzmək mənasına gəlmir. Buna haqqınız yoxdu!"deyərək bir addım kənara çəkildi. Bu sözündən sonra Gülşənin gedəcəyini düşünürdü. Amma düşündüyünün tam əksi oldu. Gülşən ona doğru bir addım atıb, ayaq saxlayaraq "Sən o qapını döyüb içəri girərək, icazə alsaydın mən bu gün səninlə bu problemi yaşmazdım?! Sən özünü nə hesab edirsənki, gəlmiş qarşıma mənə bu sözləri deyirsən?! Uzaq başı şan şöhrətlə, sarışın görüntün ilə özünü bir sey hesab edən insansan! Mən müəlliməm, sənə bu sözləri deməli deyiləm. Amma sən məni çilədən çıxardırsan! Sənin qarşında, qrup yoldaşın ya da hər hansı bir qız dostun yoxdu! Birdə addımını atarkən, 100 dəfə düşün!"deyib yanından ayrıldı. İri addımlar ilə universetdən çıxış elədi. Tam 3 gün idi, eyni insanla eyni problemi yaşamağa davam edirdi...
Maşının qapısını açdıqda, bir əl arxadan qapını bağladı. Bunun Elgün olmağını düşünmək, istəmirdi amma bu ondan başqası deyildi.
Elgünün əsəbdən sarışın üzü qızarmağa başladı. Gülşənin qolundan tutub özünə tərəf çəkərək
"Hara belə?! Mən hörmət edib siz - lə danışmağa çalışıram. Amma görürəm buna ehtiyyac yoxdu. Qara siyahıma düşdün, bunu belə bil!"deyə qolunu aşağı saldı.

Kicik bir söhbət böyüməyə başlamışdı. Bir tərəfdə haqqlı olan Gülşən, bir tərəfdə bunu qəbul etmək istəməyən Elgün...
Qarşı çıxılmağın, nə olduğunu öyrənmək zamanı idi onun üçün.

"Sabah dərsimə girib, belə tərbiyyəsizlik etsən, səni şikayət edəcəm!"dedi. Allahdan ətrafda hec kim yox idi...
Elgün ikrah hissi ilə bu sözə gülməyə başladı. Gülüşünü yarıda kəsib, içindəki qalmış əsas sözləri ona deməyə başladı.

"Şikayət edib nə edəcəksən?! Onsuzda boşanmış qadınların hamsı eyni olur! Düzün de, məndən nəsə gözləntin varki, ilk gündən mənə bu qədər taxdın?!"

Ayrılmış bir qadını nə ilə susdurmaq olardı? Gülşənin əsəbi üzü bir anda düşmüşdü. Bunu deməsini hec gözləmirdi. Qatil, belə insaflı davaranardı...
Sanki, bir anlığına bir səssizlik yarandı. Gedən maşınlar dayandı, marketlərdən çıxan insanlar olduğu kimi qaldı...
Dünən onsuzda dəniz kənarında danışdığı acı həqiqətlərdən sonra çox pis olmuşdu. Bu gün yenə onları xatrılaması bir anlığına onu səssizliyə qərq etdi. Daha nə qədər "Boşanmış qadın" sözünü eşidəcəkdi?! Daha nə qədər hər ayağa qalxmaq istədikdə, bu ifadəni onun üzünə vurub onu yenidən aşağı oturmağını istəyəcəkdilər?! Tək Elgünü ilə bitmirdiki... Bəzilərinin beyni hələdə, formamalaşmamışdı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri