Möcüzəyə inanıram (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 669
Səs ver:
(səs: 1)
Bəzən sözlərin, yetərsiz qaldığı zamanlar olur. Gülşən üçündə indi belə idi...
Qarşında durmuş bu adam, sözdən hec nə başa düşməzdi. Əgərki, düşmüş olsaydı, dilindən o kəlimələri hec çıxartmazdı. Ona diqqətlə baxan Elgünə, daha çox fikir vermədən maşınına minib, maşını işə saldı. Elgünün dediyi sözlər, yol boyu ağılına gəlirdi. Əlləri titrəməyə başlamışdı, rolu idarə edə bilmirdi. Eyni seylər müxtəlif zamanlarda, müxtəlif insanlar tərəfindən təkrar olunurdu. Boşandıqdan sonra, Bakıya üz tutduqda qohumları ona qarşı çıxmışdı. Boşanmış bir qadın olaraq, orda nə edə biləcəklərini demişdi. Bütün bu söz söhbəti arxasında qoyub yeni bir həyat üçün bura üz tutmuşdu. Bu hər kəsin haqqı idi...
Bəziləri bu haqqı əlinizdən almağa çalışsada, siz güclü olub öz istəklərinizin ardınca gedin. Maşını daha çox sürə biləmədiyini başa düşdüyü üçün, yaxınlarda olan bir dostunun şirin kafesinin yanında saxladı. Burda yeni dostluqlar edinmişdi...
Kicik 2 mərtəbəli, gülərlə çiçəklərlə bəzədilmiş kafeyə daxil olduqda, kasanın kənarında duran dostu Rənanın gözünə sataşdı. Gülşənə tərəf irəlləyib narahat olaraq "Sənin rəngin niyə solub? Yaxşısan sən?"deyə suallara boğdu onu.
Gülşən əlini alınına masaj etməyə başlayaraq "Yuxarı mərtəbə boşdu?"dedi.

Yuxarı mərtəbə boş olduğundan yuxarı çıxdılar. Rəna aşağı düşüb ona bir bardaq su gətirdikdə, Gülşən suyu əlləri əsə - əsə içməyə çalışırdı.
Sudan bir qudum daha içib masanın üstünə qoyaraq "Rəna mən boğuluram daha. Boşanmış olduğumu üzümə vuran, məni bununla yaralayan insanlardan boğuluram..."dedi.

Rəna üçün aydın olmuşdu, məsələ...

"Sən niyə hər insanın dediyini ciddiyə alırsan? Niyə bu mövzu gələndə, dağılmış bir vəziyyətdə olursan? Bax bir deyil iki deyil, mən bu barədə səninlə necənci dəfədi söhbət edirəm. Başa düş mənim dostum, buranın qanunu budu. Sən yaşamağına bax, sən öz həyatına bax..."

Rəna yenə çarəsizcə eyni sözləri təkrarlamışdı... Düzlən, deyildi bu insanlar...
Gülşən "Rəna bu dəfə fərqlidi! Bir tələbə qarşıma keçib ağzından çıxanı dedi mənə! Mən müəllim isə onu susdura bilmədim!"deyə içindəkilər ilə sanki alov püskürdü.
"Bəlkədə bu vaxta qədər öz halal zəhməti ilə bir qəpik belə qazana bilməyib, ata pulundan istifadə edən əclaf, bu gün mənim qarşıma keçib mənə həyat dərsi verməyə çalışır! Mənim bu yerə necə gəldiyimdən bir xəbərsiz olan, həmin əclaf məni pul ilə çıxan küçə qızlardan sayır! Ağırıma gedir daha!"deyib susqunluğuna qərq oldu.

İçindəkiləri azcada olsa deyib rahatlamışdı. Amma bu sadecə bir miqdarı idi. Hər gülən insan xoşbəxt olmazdı... Buda sizə bir sübut olsun...
Rəna dostuna təsəlli edici sözlər deməyə başlamışdı. Amma boş təsəlilər nəyə yarar? Mən təsəlliləri, sevmirəm...
Sizdə, lazımsız təsəlilərinizi hec kimə verməyin.

Hava qaralana yaxın Elgün evə üz tutmuşdu. Gülşənə dediyi sözlər üçündə özünü hec peşman saymırdı. Əksinə dünəndən qalmış əsəbi, o sözlərdən sonra keçmişdi. Öz düşüncəsində, belə hesab edirdi... Onun üçün evə gülərək daxil olduğu hec kimin gözündən qaçmamışdı. Həmçinin, Türkanında...

Dünən onun qəlbini qırdığını xatırladığı üçün mətbəxdən səsi gələn Türkanın yanına üz tutub "Dünən, səni bir az qırmış ola bilərəm. Əgərki məni bağışlasaydın, bu gün səninlə bərbər bir yerlərə çıxardıq"dedi.

Türkan üçün olduqca əla bir fürsət idi. Elgünün hər xırda hərəkətinə sevinirdi. Çünki, onu sevdiyini düşünürdü. Sevgi ən adi seyləri belə, insanın öz gözündə böyüdən bir duyğudu. Göz - gözə gəliriksə sevir, mənə gözəl söz deyirsə məndən xoşlanır kimi boş ifadələr sevgiyə aid bir sey deyil. Sevən insan sevdiyini etiraf etməkdən çəkinməz. Daha oscarlıq rol oynamaq niyə?

Türkan "Elgün, düzdü məni dünən çox qırdın. Amma bu günün şərəfinə səni bağışlayıram. Mən yuxarı çıxım, hazırlaşım sonra gedək"deyib Elgünün üzünə bir öpüş qonduraraq mətbəxdən çıxdı. Qardaşı Rauf isə mətbəxin qapısından onları gördüyü üçün Türkan çıxar çıxmaz qardaşının yanına gəlib "O, qıza az ümüd ver. O sənin xalan qızıdı"dedi.

Bu gün Elgünün kefini hec nə poza bilməyəcəyindən qardaşının çiyninə əlini qoyaraq "Nədi olmaya sənin xoşun gəlir xalan qızından"dedi. Hec vaxt qardaşı ilə düz yola gedə bilməzdi. Xaraktercə 2 zidd olan bir insan necə yola gedə bilərdiki? Rauf əsəbləşərək Elgünün əlini çiynindən aşağı saldı.

"Ağzına gələni danışma! O bizim xalam qızıdı. Ona başqa cür gözlə baxmaq olmaz! Bu xüsusu ilə sənə aiddi! Qadınlar sırf yataq üçün yaradılmayıb!"dedi.

Bu sözlər Elgünün gülən üzünü bir andaca dayandırdı.

"Rauf sənin mənimlə dərdin nədi?! Hər seyi ciddiyə alırsan! Bir insanlara qarış, ətrafa çıx, gəz əylən! Əgərki bunları eləmirsənsə, eləyən insanada qarışma! Onun ölümünün üstündən düz 7 il keçib! 7 il! Sən hələdə nəyin yasını tutursan bilmirəm!"dedi.

Rauf bu sözlərə başını sallamağa başlayıb "Ay yazıq! Sən axı sevməyin nə olduğunu hardan biləsən! Bir insanı dəli kimi sevməyin, onun tərəfindən dəlicə sevilməyin nə olduğunu bilmirsən axı... Sənin üçün o yataqdan ibarət olan hisslər var, bir gün o hisslər sənin axrına çıxacaq. Elə bir insan sevəcəksənki, sırf sən adi, şərəfsizin biri olduğu üçün səni hec vaxt qəbul etməyəcək! Öz pisliyində boğul, Elgün! Zəhərini başqalarının üstünə salmağa davam elə! Sənədə bu yaraşar qardaş"deyib söz söhbət dahada böyümədən mətbəxdən çıxdı. Rauf mətbəxdən çıxar çıxmaz, Elgün mətbəx mebelinin küncünə söykənərək, əsəbdən əli ilə boynunu sıxmağa başladı. Ən pisidə, Raufun həmişə haqqlı olması idi. "Mən hec kimi sevmiyəcəm onsuz! Hec vaxt bunu etmiyəcəm! Raufda hec vaxt haqqlı çıxmayacaq!"deyə öz özünə danışıb, özünü haqqlı çıxartmağa çalışırdı. Zaman ona birdə hec vaxt, "Hec vaxt" deməməyi öyrədəcəkdi...

Türkanın aşağı düşüməsi ilə evdən çıxıb, şəhəri gəzməyə başlamışdılar. Gəzdikləri yer clublardan ibarət idi. Ona yaxşı gələcəyini düşünmüşdü. Yanılmışdı, amma...
Sağlıqlı bir şəkildə, düşünə bilmirdi... Özünə yaxın durmağa çalışan, Türkanı özündən aralı çəkməyə çalışırdı. Raufun bu dəfəki sözlərini asand - asand həzm edə bilmirdi. Türkandan da eyni qrupda oxuyacaqlarını öyrəndiyi vaxtdan hec yaxşı deyildi.
Hər axşam göy üzünə düşən bir gecə vardı. Amma bu gecə hamı üçün bir başqa idi. Kimisi rahat yatar, kimisidə qəlbini qıran sözləri fikirləşib özünü dahada bərbad bir hala salar. Eynən bu baş verirdi hər birində. Çünki, gecə tək göy üzünə çökməzdi. Gecə həmdə, insanın ürəyinə çökərdi...
Bir növ imtahanda olardın. Ya göyüzünün heyranlıqla baxılası Ay'ı, ya da ulduzlara dəyişilən bir əyləncəsi...

Açılan soyuq bir səhər vardı. Sentaybr ayının sonları olduğundan hava, birdən birə dəyişmişdi. Gəlmişdi yenə, bir - birini tutmayan havalar. Gülşən maşınından aşağı enib, univeristetə daxil oldu. Özün toplamağı bacarmışdı. Ya da bacarmağa çalışmışdı. Onun özündən başqa ona kömək edəcək, birisi yox idi. Bu gün Elgünlə qarşılaşmaq istəməsədə, ilk dərs onlara idi... Keçən günlərin əksi necə davranacağını, bilmirdi...
Onların korpusuna daxil olub, 3 cü mərtəbəyə çıxmağa başladı. Hər addım atdıqca, ürəyi yerindən çıxacaqmış kimi olurdu. Onu görməyi istəmirdi... Ona sərf etdiyi sözlərə görədə, özünü günahkar sayırdı. Piləkanlar bitdikdən sonra düz dəhlizdə yeriməyə başladı. Gözü qolundakı saata sataşdı. Saatın işləmədiyini indi görürdü. Saatdan başını çəkdiyi an sinif qapısının kənarında durmuş Elgünü gördü. Tam qapının ortasında dayanmışdı. Onun qarşısına keçib, qapıdan çəkilməsini gözlədi. Elgün isə oralı, deyildi... Bilə - bilə orda dayanıb, arsızca gülümsünürdü, Gülşənə...

Gülşən özünə daha çox hakim ola bilməyib "Qapının yanından nə vaxt çəkilmək fikrin var?!"dedi.

Elgün isə sağa - sola baxıb, Gülşəni eşitməmiş kimi edərək, mahnı mızmızalanırdı.

"Ya səbr! Allah məni sənin kimi insanlarla niyə sınayır?! Eşitmirsən məni?! Çəkil qapının kənarından!"deyə səsini ucalatdı. Elgünün divara baxan, baxşı onun üzünü tapdı.

"Bir az yavaş! Qulaqdı məndəkidə! Kar oldum burda!"dedi bilərəkdən.

"Sən onsuzda karsan! Həm karsan, həm də kor!"

Bundan sonra, aralarında hec normal söhbət edilə bilməzdi. Hazırcavab Elgün, bu cümləyə bir söz tapıb deyə bilmirdi. Əllərini tünd sarı saçlarında gəzdirib, mavi gözlərini Gülşənin gözlərinə dikdi. Gülşən onun gözlərinə bu qədər yaxın baxmamışdı. Mavi gözlərə çox vaxt, dəniz deyirlər, amma bu gözlər bir dənizi deyil, göyüzünü xatırladır...

Gülşən ona baxan bir cüt mavi gözlərə "Mənə niyə elə baxırsan?! Kor olmadığını sübut etmək üçün?"dedi.

Elgün gözlərini çox sevdiyindən işə yarayacağını hesab etmişdi. Amma onu bu dəfə gözləri belə qutara bilməzdi.

"Gözlərimin mavisini gör deyə... Sənin hec gözün rəngli deyil" deyib gülümsəyə başladı.
Fərqində deyildi, olduqca uşaq yana söhbətlər edirdi. Gülşən gözlərini oynadmağa başlayıb, bu söhbətdən sıxıldığını bəlli edərək "Söhbətimiz göz rəngidi? Həm mənim gözümdə qəhvəyidi. Bu da bir rəngdi! İndi çəkil kənara, dərsə geçikirəm!"dedi.

Dünənki söhbətdən sonra onunla kəlimə kəsməsinə belə inana bilmirdi.

"Söhbətimiz karla, korla başladı, göz rəngində bitdi. Normal söhbət tapmayan biri sənsən, mən deyil"

Qollarını sinəsində birləşdirib, qapıya daha çox yasalandı. Onunla daha çox danışa bilmək üçün söhbəti mənasız - mənasız yerlərə gətirirdi.

"Bunu dünən qarışma keçib, mənə olmazın - olmazın sözlər deyən, biri deyir?! Sən mənə nə dediklərini xatırlayırsan?! Səninlə necə normal söhbət etməyimi gözləyirsən məndən?! Birdə qarışıma bu şəkildə çıxıb, gözümə görsənmə! Sənin o geridə qalmış düşüncələrini, eşitmək məcburiyyətində deyiləm mən!"deyərək səhərdən bəri etmədiyi hərəkəti edib, Elgünün yanına yaxınlaşaraq, onun qolundan tutub qapının kənarından çəkərək, sinifə daxil oldu.
Bağlanan qapı ilə, Elgün fikirə daldı. Əslində, geri düşüncəli bir insan deyildi. Sadecə özünə həmin iş sərf etmədikdə, iyrəncləşməyə başlayırdı. Qarşısındakı insanı o cürə susdura biləcəyini düşünüb, onu ən zəif nöqtəsindən vurmağa çalışırdı. İndidə içəri necə keçəyini düşünürdü. Yenə qapını döyməli, icazə istəyib içəri elə keçməli idi... Bu vəziyyət daha nə qədər təkrarlanacaqdı?Üstünü başını düzəldib, özünə bir az daha vaxt verməyə çalışırdı. Gec ya tez o içəri girilməli idi...
Qapını döyüb içəri keçərək, qapının küncündə dayandı. Məqsədi, Gülşəni daha çox əsəbləşdirmək idi. Sinif qarışıq, Gülşəndə qapı küncündə dayanan Elgünə baxdılar. Hamının baxışı öz üstündə görən Elgün dayana bilməyib "Nəyə baxırsız? Dərsə gecikmişəm, məndə öz özümə belə cəza verirəm"deyib gülməmək üçün özünü güclə tutdu.

Gülşən bu uşaqca hərəkətə başını yelləyib "Özünü gülünc vəziyyətə daha çox salma. Keç otur yerinə"deyərək qarşısına dönüb, ona daha çox baxmamaq üçün jurnala baxdı. Ona baxmadağını görən Elgün, parta arxasına keçərək əyləşdi. Yanında oturan Famil, qarşısında oturan Adil ona dönüb tərs - tərs baxırdılar. Nə etdiyini, hec özüdə bilmirdiki...
Famil qoluna yavaşca toxunub "Uşaqsan sən? Bu nə hərəkətlərdi edirsən?!"dedi.
"Nə var mənim hərəkətlərimdə? Artistlik edən odu"dedi gözü ilə Gülşəni göstərib.
Adilə bu hərəkətlər xoş gəlmədiyindən "Artist dediyin müəllimindi sənin. Özünə çəki düzən ver bir zəhmət" deyərək onu iynələyib qarşısına döndü.

Hər kəsin, Elgünə arxa döndərdiyi vaxtlardan idi yenə. İlk başda qardaşı, sonra Adil, Adil ilə uyuğunlaşmağa çalışan Famil... İnsan səhv etdiyini qəbul etməzmi? Hələ, geri qalan qrup uşaqlarının baxışlarını demirəm... Qrupdakı qızlara hec vaxt başqa gözlə baxmamışdı. Onlara başqa niyyətlə yaxınlaşmamışdı. Çünki, ona zidd bir sey idi... Qızlarda onu tanıdıqlarından, ona yaxın durmazdılar. Bəzi hekayələrdəki kimi, mütləq bir qrup qızı onu dəli kimi sevməli deyildi. Bu, bu günlük belə idi... Ağılına xalası qızı Türkanı gətirdikdə, sabahdan başına bir bəla alacağını təxmin edə bilirdi. Həm evdə, həm burda ona rahatcılıq olmayacaqdı artıq. Onsuzda yox idi...
Zəngin vurulması ilə sinifin yarısı çölə çıxmağa başlamışdı. Elgün isə ayağa qalxıb sinifdə özü üçün gəzişib, Gülşənin sinifdən çıxmasını gözləyirdi. Löhvə kənarında durub yuxarı tavana baxıb, vaxtını öldürməyə çalışırdı. Bu isə Gülşənin gözündən qaçmamışdı...
Çantasını hazırlayıb ayağa qalxdıqda, Elgün yenə gülümsünüb "Tavana baxıramki, görüm zəlzələ olanda uçacaq ya yox"dedi.

Nə tavan? Nə zəlzələ?

Gülşən bu yersiz mənzərəyə daha çox baxa bilməyib, sinifdən çıxdı. Sinifdən çıxar çıxmaz, Elgündə onun arxasıyca gəlirdi. Gülşən səbrlə yanaşmaq istəyib addımını saxlayaraq ona döndü.

"Ardımca bir az daha gəlsən, həqiqətən bir zəlzələ baş verəcək!"

Elgün zəlzələni bir kənara atıb ciddiyyəti ilə "Sey... Mən üzr istəyirəm... Dünənki sözlərimə görə. Üzrümü qəbul edirsən?"dedi.

Niyə dediyi haqqında, hec bir fikirə sahib deyildi. Arada insanda, belə hallarda baş verə bilirdi.

"Üzr istəyincə kecəcək, sənin mənə dünən dediklərin? Qəbul etmirəm, etmiyəcəmdə. Sən dünən səhv etmədin, sən bilərəkdən etdin. Sən başa düşmək istəmirsən? Mən səninlə danışmaq istəmirəm... Nə də səni görmək... Sənin hal hazırki səmimiyyətinədə inanmıram. Qarşıma çıxma daha..."

Ona daha çox vaxt sərf etməyib, ordan uzaqlaşdı. Dünən bilərəkdən bir səhv et, bu günsə gəl üzr istə... Həmdə durduq yerə...
Gülşən, Elgünü düşünüb bu məsələni ağlına salacaq bir insan deyildi. Elgün isə tam əksi idi... Gülşən belə etdikcə, onu daha çox düşünürdü. Düşününcədə, dəliyə dönürdü. İnsanın hər istədiyi olmazdı. Elgündə, gec ya tez bir gün bunu öyrənəcəkdi...
Sıradan keçən bir günün ardından evə gəldi. Düşünməkdən başı qazan kimi olmuşdu. Dünən ona o sözləri deyən O, bu gün üzr istəyəndə O... Tavanı, zəlzələni bir - birinə qatıb, küncdə dayananda O... Ortalıqda bir tək qardaşını gördü.

"Ev əhli hardadı? Görünmürlər"dedi.

Rauf dodaq altı gülüb "Gözə görünməz olublar, oldu"dedi.

Qardaşının yanına keçib oturdu.

"Kim olsada, Türkan ola bilməz. Gözləyirəm, indi bir yerlərdən çıxıb boynuma atlayacaq" deyərək qardaşı ilə normal söhbət etməyə çalışdı. Rauf isə onun nəyinki normal söhbət, hec bir kəlimə belə kəsmək istəmirdi... İnsanlardan qaçırdı, qaçmağada davam edirdi.
Rauf Elgünün yanından qalxıb "Ev əhli dayım gilə qonaq gediblər. Acsansa, soyducuda bir seylər var. Qızdır ye... Mən öz otağıma çıxıram" deyərək yuxarı çıxdı.
Elgün öz özünə "Sonrada Elgün pisdi, Elgün belə qardaşdı, Elgün adam deyil, deyin... Mən öz evimdəki ilə yola gedə bilmirəm, ətrafımdakılar ilə necə gedim. Nə qədər yaxşı, olum yarana bilmirəm onsuz hec kimə" deyərək mətbəxə keçdi. İçində olan ağrının səbəbini bilmirdi. Amma onun qəlbini, incidən bir seylər vardı. Qardaşı ilə yola getməzdi, ailəsinə qarşı çıxardı, sevgi nədir bilməzdi ...
Famil ilə yaxın olduğu qədər, qardaşı ilə yaxın deyildi hec. Onunla bir masa arxasına keçib bir çay içib, söhbət etməmişdi belə. Ancaq iynələyici, atmacalı sözlər vardı aralarında. Öz ailəsi ilə belə idisə, çöl ilə necə ola bilərdi? Qardaşının 7 il əvvəlki halını gözünün qarşısına gətirdi. Sevdiyi qız öldükdən sonra 1 il otağından hec yerə çıxmamışdı... Yeməkdən, içməkdən kəsilmişdi. Bir insan axı niyə belə edərdi? Sevgi dedikləri sey bu idimi? Onsuz yaşamağa güc tapmamaqmı? Ya O olmaqdıqdan sonra onsuz yaşamağı özünə zülüm edə bilməkmi? Qızdırdığı səbzəli əti, bir tikə çörəklə qarşısına qoyub mətbəxdə yeməyə çalışdı. Olmurdu, amma...
Yeməyini yarıda kəsib, telefonunu əlinə aldı. İstədiyi sey bir mesaj idi. Kicik, bir mesaj... Kimdən gələcəyini bilməsədə, kimə yazacağını yaxşı bilirdi. Yaxşı bilirdidə, amma onda nömrəsi yox idi...
Qrup uşaqlarından 2 - 3 nəfərə yazmağa başlayıb, sonda Gülşən müəllimin nömrəsini tapdı. İndidə boş -boş ekrana baxıb, yazıb yazmamaq arasında qərarsız qalmışdı. Barmaqlarını masaya çırpıb, vaxtını itirməyə çalışırdı. O mesaj yazmağı sevməzdi. Mesajlaşacaq bir insanda deyildi. Nə də bu hekayə, bir Anonim hekayəsi deyildi...

Bu hekayə möcüzənin bir var olması idi. Bəlkədə bu möcüzə bir mesajdan ibarət idi.

"Qardaşım... Biz qardaşımla yola gedə bilmirik. Başqaları ilə səmimi olub, onunla bir kəlimə belə kəsə bilməməyim məni çox incidir. Bəzən düşünürəmki, mən övladlığam? Atam belə, onu məndən çox istəyir... Mən həmin o ailələrdəki, sevilməyən həmin övladam. Anamın məni ərköyün böyüdməsi, məni günahım deyil. Maşınımı çox istəyirəm mən. İstəniləcək başqa bir seyim yoxdu. Dünən ona görə dərsə daxil oldum. Nə yazıram hə, mən belə? Bəlkədə sona qədər oxumayacaqsan hec. Kimdisə səhv düşüb deyəcəksən. Amma bu dəfə səhv düşməmişəm. Səhv etməmişəm... Bu axşam başa düşdümki, mən təkəm... Yuxarda qardaşımın olmasına, rəğmən..."

Bu mesajı yazıb, göndərdiyinə inana bilmirdi. Mesaja nə cavab gələcəyinidə bilmirdi... Telefonu bağlayıb, cibinə ataraq boşqabı əlinə alıb alayağa qalxdı. Əlindəki boşqaba baxıb irəli addım atdıqda, telefonuna gələn mesaj səsi ilə əlindəki boşqab yerə düşdü. Adi bir mesaj idi... Kimdən gəldiyini belə, bilmədiyi adi bir mesaj...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri