Möcüzəyə inanıram (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 176
Səs ver:
(səs: 1)
Elgünün dilindən davam
Yerdəki qırıqlara fikir vermədən, cibimdə olan telefonu çıxardıb ekrana baxdım. Gələn mesaj, ondan deyil Famildən idi...
Kefimi hec pozmadan Familin yazdığı mesaja daxil oldum. Axşam bir yerlərə getməyi təklif etmişdi. Amma mənim könlüm hec yerə getmək istəmirdi. Ona gəlməyəcəyimi xəbər edib, whatsappdan çıxmaq istədikdə, Gülşənə atdığım mesajın 2 mavi xət olduğunu gördüm. Amma bir cavab yox idi...
Bəlkədə, mən olduğumu təxmin etmirdi?
Onun üçün hələlik telefonu cibimə salıb, aşağı əyilərək ətrafa sacılmış qırıqları yığmağa başladım. Qırıqları yığıb ayağa qalxdıqda, telefonuma gələn mesaj səsi ilə yenə əlimdəkilər yerə düşdü. Əllərim niyə belə edirdi? Ya ürəyim?
Mesajın ondan gəldiyini təxmin etdiyim üçünmü belə oldum? Ya ona bir mesaj yazdığım üçünmü?
Telefona baxdıqda, ondan gələn bir mesaj vardı. Yox, onu gözlətməyəcəkdim... Yazdığını oxuyub, bir cavab verəcəkdim.

"Hec nə olmamış kimi, mənə necə yaza bilirsən?Sənin bu üstün zəkana heyranam! Özünü az gülünc vəziyyətə sal! Mənə nə sən, nə də qardaşın maraqlı deyil!"

Dəqiqlərdi gözlədiyim mesaj bu idi? Nə gözləyirdim, məni təsəlli etməsini? Amma ən azından məni yerin dibinə salacaq kəlimələri işlətməyə bilərdi...

"Üzr istəmişdim..." yazaraq göndərdim.

Görünən o idiki, üzrüm onsuzda bir işə yaramamışdı. Məndə israrla bunu ona xatırladırdım. Cavabını gözləməyib, yerdəki qırıqları yenidən yığmağa başlayıb, onu zibil qabını ataraq yuxarı öz otağıma çıxdım. Türkan gəlməmiş, otağıma çıxmağım əla olmuşdu. Üstümü dəyişib, özümü çarpayıya atdım. Gülşəndən gələn mesajı oxumaq üçün telefonu əlimə aldım.

"Üzr istəmişdin? Nə gözəl... Səhv et, sonrada gəl bir üzr istə, onunlada hər sey kecib getsin? Bağışla amma mən sənin 18 yaşlı qızlarından deyiləm. Bu nömrələrin yalnız onlara işləyə bilər, mənə deyil... Birdə məni narahat eləmə!"

Nömrə yox idi...
Olsaydı, mən bunun qarşısını alardım.
Ya nə bilim, dediyi kimi onu ətrafımdaki qızlar kimi bildim. Bəlkədə, daha artıq...
ünən gecə daha hec nə yazmadım. Bir insanı narahat edəcək, bir insanda deyildim mən. Dərsə getmək üçün, məcbur olub isti yatağımdan ayağa qalxdım. Bu gün 5 ci gün idi... Yəni son dərs günü...
Havanın cisginli olmasını görüb, əynimi bir az qalın edərək, otağımdan çıxdım. Otağımdan çıxar çıxmaz, Türkanda öz otağından çıxıb mənə doğru gəlirdi. "Yaraşıqlı, nəhayət bu gündən səninlə bir yerdə oxuya biləcəm. Məndən qaçışın yoxdu"deyib üzümə gülümsündü.
Yox idi bir qaçışım...
Başa düşdüm...

"Türkan unidə mənə yapışıb qalma yaxşı? Özün bilirsənki mən elə seyləri hec sevmirəm"dedim.

"Mən hec elə sey edərəm?"dedi dodaqlarını büzərək.

Edərdi...

"Mən xəbərdalığımı edirəm, hər ehtimala qarşı" deyərək aşağı düşməyə başladım.
Türkanla bərabər evdən çıxıb uniyə yollandıq . Yolda hec nə olmamış kimi davranmağa çalışıb, danışmaq gülmək istəyirdim. Amma alınmırdı...
Ağlımdan nə dünən atdığım mesaj çıxırdı, nə də mənə gələn o cavab...
Uniyə gəldikdə ilk iş Türkanı qrupla tanış etməyim oldu. Xalam qızının olması, avantajları ilə özünü hec tanımadığım bir tərzdə tanıtdırmağa başlamışdı. Dəyişən, xarakterli insanları sevmirdim. İşin qəribə tərəfi, mənim özümündə belə olmağım idi.
Türkanın "Səninlə mən oturacam daha"deməsi ilə Famil araya girib "Mən yerimdən duran deyiləm"dedi. İndidə yer üstündə dava gedəcəkdi... 5 gün idi qapı döymək üstündə gedən, dava bəs etmirdi...

"Türkan sən Günel ilə oturarsan onsuzda bir tək onun yanı boşdu. Biz Famil ilə ayrı - ayrı otura bilmərik"dedim.

Bir az daha israr etsəydi, onun qəlbini qıracağım bəlli idi.

"Evdə günün görəcəksən!"deyərək divar tərəfdə olan 2 ci boş partaya keçib oturdu.

Kimin dərsi olduğunu bilmədən arxa partaya keçib əyləşdim. Sinif hamısı öz yerinə keçərkən, Adil üzünü mənə döndərim "Nəhayətki, ağıllana bildin" dedi gülərək.

Ağıllanmamışdım, mən...
Gülünüləsi bir seydə yox idi...

"Nə deyirsən sən? Açıq danış"dedim qaş qabağımı töküb.

"Gülşən müəllimənin dərsidi. Səndə hazır gəlib oturmusan"dedi.

Aha, mənə indi aydın olmuşdu.
Nə edəcəyimidə, bilmirdim...
Qalxmalı idimmi burdan?
Mən bir cavab verməzkən, Famil yenə araya girib "Adil, bu uşaqla işin olmasında. Bəlkə könlündən Gülşən müəllim keçir"dedi.

Adilə baxan gözüm, bir andaca dönüb ona baxdı.
Gözümü ona baxıb bərəltməkdən kəlləmə çıxmışdı deyə bilərdim.
"Ağzından çıxanı qulağın eşidir sənin?! Neynirəm onu mən!"deyib ayağa qalxdım.
Normalda belə söhbətlərə əsəbləşəcək bir insan deyildim. Amma indi anormallıq vardı...
Mənim ayağa qalxmağım ilə səsi gələn sinifin səsi kəsildi. Sonrada qapı açıldı, içəri Gülşən daxil oldu. Gülşən müəllimə deməyimi, gözləməyin məndən...
Onun gəlməsi ilə, gedəcəyim var idisədə, getməli olmadım. Məcburən parta arxasına yenidən əyləşdim. Son vaxtlar çox seyi təkrar edirdim. Çox sey sey təkrar olunurdu.
Sinifə salam verdikdən sonra yerinə keçib oturdu. Keçən dərs boyu, Türkanlada tanış oldu. Hamı ilə dərs barəsində ünsiyyət saxlayıb, onlara hər seyi bir - bir izah etdi. Amma gəlki, mən tərəfə bir dəfə olsun belə baxmadı...
Gözünün ucu ilədə...
Mən hardan bilirəm?
Çünki, dayana bilməyib ona baxırdım. Gözüm sağa - sola baxıb təkrar ona baxırdı. Təkrar və təkrar...
Bu gün qara, çiynindən aşağıya qədər olan saclarını dalğalı buruq etmişdi. Ona bu buruq modeli yaraşırdı...
Mən nə deyirəm belə? Sacın buruğundan danışıram?
Gözümü ondan çəkib divara baxmağa başladım. Bu sırada Türkanın mənə altdan - altdan baxdığını gördüm. Gözündəndə hec nə qaçmırdı, mübarəkin...
Ona çiynimi salladım, mənə baxmasın deyə. Eyni sinifdə olmağımız, hec yaxşı deyildi...
Famil mənə yaxın durub asta səslə "Az əvvəl niyə əsib coşdun elə?"dedi.

Niyə ola bilərdi?
Dünən ona içimi açıb tökürəm, oda qarşılığında məni yerin dibinə salır...

"Başqa bir seyə əsəbi idim deyə. Üstünə alınma dostum"dedim yola verməyə çalışıb.
Mənə hec baxmaması nəyin nəsi idi?
Zəng vurular vurulmaz, Türkan məni suallarına boğmasın deyə sinifdən işiq sürəti ilə çıxdım. Çıxdımmı, qaçdımmı orası dəqiq deyil.
Dəhlizin başında dayanıb sinifdən Gülşənin çıxmağını gözləyirdim. Dünən niyə elə bir, mesaj yazdığının cavabını verəcəkdi mənə. Yoxsa mənə rahatlıq olmayacaqdı. Sinifdən çıxdığını gördükdə, üzü mən tərəfə gəlməyə başlayırdı. Məni gördüyünə, əmin idim. Amma yanımdan düz keçib gedərək, piləkanlardan aşağı düşməyə başladı. Məndə onun ardıyca, onunla bərabər piləkanda irəlləyirdim. İnsanların çox olmaması işimə yaramışdı.

"Mən narahat etmək istəməmişdim"deyib sözü açdım. "Ən azından təsəlli verə bilərdin" dedim.

Nə deyirdim mən?

"Tam olaraq məndən nə istəyirsən?!"dedi atdığı addımını saxlayıb.

"Mən səndən üzr istədim, sənə pis olduğumu yazdım. Amma sən mənlə yazışmadın. Bu gündə gəlmisən, üzümə belə baxmırsan"dedim.

Daha sonra nə?
Tək problem bu idi?

"Mən daha sənə nə qədər deyimki, mən bir müəlliməm! Sən isə həddini bilməz, bir tələbə! Əl çək məndən... Əl çək..."

Bu müəllim, tələbə söhbəti, məni əsəb edən ən başlıca səbəblərdən biri idi. Hər üç sözündən, biridə bu olurdu...
O getdikdən sonra, mən hələdə olduğum yerdə qaldığımın fərqinə vardım. Bu gündə, kefim yerinə gəlməyəcəkdi.
Dərsləri bitirib evə gəldik. Hələki, Türkan hec nə soruşmamışdı məndən. Bu qəribə bir hal idi. Evə gəldikdə, yemək yeyib öz otaqlarımıza dağlışdıq. Çarpayıma yenicə uzanmışdımki, otağımın qapısı döyüldü. Türkan qapı döyməyi öyrənə bilmişdi deyə düşündükdə, içəri atam daxil oldu. Atam və mənim otağım?

"Oğlum, bir neçə sənəd var onu dediyim ünvana aparmalısan. Mən unidə olanda, otağıma girən müəllim əlində olan kağızlar mənimkiləri qarışdırıb. Onda olan sənədlərədə bu gün baxmalıyam"

Atam nə nağıl danışırdı? Onda olan sənədlər, məndə olan sənədlər...

"Ata mən hec yerə getmirəm. Başqa adam yoxdu niyə mən gedirəm? Həm özü səhv salıb, özü gətirsin"dedim.

"Gənc cavan qızı yola vuraq deyirsən? Əhmədlilərə yaraşacaq hərəkətdi? Dur təmbəllik eləmə"dedi.

Mən hec yerə gedən deyiləm. Getmiyəcəmdə...

"Rauf getsin. Mən yatıram. Kiminsə qapısını döyüb, sənəd ala bilmərəm"dedim.

Niyə bezmirsən axı ata?
Atam dodaqlarını araladıqda telefonuna bir zəng gəldi. Telefonu açıb "Həə Gülşən qızım, indi bir adam tapıb göndərirəm, sən əziyyət çəkmə"dedi.

Gülşən? Bu hansı Gülşən idi? Hələ qızım deməsi?

"Bu hansı müəllimdiki?"dedim maraqlanıb.

"Sizə dərs deyən Gülşən müəllimə var ha odu. Çox tərbiyyəli, ağıllı qızdı"dedi.

Xəstə olacaq insanın, dərman ayağına gələrmiş.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri