Möcüzəyə inanıram (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 4 981
Səs ver:
(səs: 1)
"Yaxşı mən düşüm aşağı başqa adam tapım" deyən atama "Dayan"deyib ayağa qalxdım. Başqası niyə gedsin? Mən burda qala - qala...

"Sən ünvanı ver mən gedərəm ata. Onsuzda işim vardı çölə çıxmalıydım"dedim.

Gülşənin adını eşidən kimi, 180 dərəcə dəyişən bir ədəd mən...

"Oğlum, sən dəqiq əkizlər bürcü deyildin hə? Bu nə dəyişkən, xasiyyetdi? 5 dəqiqəyə hazır ol, düş aşağı" deyərək otağımdan çıxdı. Ay da il də, bir dəfə atam işə yaramışdı. Buna sevinməli idimmi? Bilmirdim...
Ya da belə kicik, amma xoş olan təsadüfə necə? Cins penceyimi geyinərək aşağı düşdüm. Atamdan ünvanı alıb, bir başa evdən çıxıb yola düşdüm. Görəsən, məni qarşısında görəndə nə reaksiya verəcəkdi, Gülşən xanım? Mən əslində, özünə qoyulmayan bir insan idim. Onunla nəyə görə dalaşdığımızda bilmirdim. Düzdü, dodaqlarımın arasından o 2 kəlimə çıxımışdı. Buna rəğmən, yenədə öz bildiyimi edirdim.
Verilən ünvana gəlib çatmışdım. Qapının yanında durub sacımı başımı düzəldib qapının zəngini basaraq, hər ehtimala qarşı bir az kənarda durdum. Nə məlum, qapıdan baxıb, məni görsəydi, bu qapını açmazdı...
Qapı açıldıqda, qapının kənarından çıxıb "Süpriz"dedim əllərimi iki yana açaraq.
Məni gördüyünə, inanmamış kimi "Nazim müəllim, adam göndərəcəm dediyinə görə, səni görməyi hec gözləmirdim"dedi.

Mənim adamlığıma söz atmışdı?
Onu ev halında görməmişdim deyə, bir az qəribə oldum. Geyindi qara dar lasin, üstünə düşən ağ uzun sadə köynək, qara saclarını yığdığı dağınıq ev topuzu ilə tamamən gözə bir başqa gözəl görsənirdi. Hə, gözəl idi...
Bunu ilk gündən, demişdim.

"Gördüyün kimi, 2 əlim, 2 ayağım olduğu üçün məndə bir adamam. Səndən fərqim yoxdu" dedim söz altında qalmamağa çalışıb.

"Hər 2 əli, 2 ayağı olan insanlar özlərinə bir zəhmət, adam deyib ortalıqda gəzməsinlər. Sənin kimilərin hava olması, boş israfdı. İndi burda gözlə mən sənədləri gətirib, gəlirəm" dedi içəri keçərək.

Bir maşınla üstümdən keçmədiyi qalmışdı...
Onuda etsəydi, tam olardı.
Yoxsa mən belə asanlıqla ölməzdim.
Sənədləri verəcəkdi sonra gedəcəkdim? Elgün, bir az bu boş başını işlət. Ağlımada bir sey gelmirdiki...
Aralı qapını açıb, Gülşən sənədləri mənə uzatdı. Məndə sənədlərə baxıb, onları almırdım...
Gözü ilə sənədləri işarət edib "Gələn ilə götürmək fikirin var?"dedi.
Sənədləri əlindən alıb "Telefonuma indi baxdım. Telefonum sönüb... Olar 5 dəqiqəlik səndə adaptra qoşum?"dedim.
Yalana bax...
Tapa - tapa bunu tapdım...
"Olar, niyədə olmasın"dedi gülümsəyərək.
Tez yola gələcəyini, hec gözləmirdim. Demək,mənim cazibə qüvvəmə çox dayana bilmədi. İrəli addım atıb yarım aralı olan qapını açmaq istədikdə, qapını özü tərəfə daha çox çəkdi. Gülən üzündə olan ifadəni dayandırıb, anidən sərtləşdirdi.

"Mən səni içəri alacam, daha sonra nə olacaq? Nə düşündün? Səni həqiqətən evimə alacağımı? Bəstdi daha! Mənə əxlaqsız, bir qadınmışam kimi, davranmaqdan əl çək! Sənədləridə aldığına görə daha gedə bilərsən!"

Dediyi sözlərdən sonra qapını üzümə bağladı.
Yavaş adımlara piləkanlardan aşağı düşdüm. Bu qədər sərt reaksiya verəcəyini düşünməmişdim. Ümümiyyətcə mən hec nə düşünməmişdim... O fikirdə evinə daxil olmaq fikrim yox idi. Məni özündən uzaq tutduqca, mən inadla ona yaxın durmağa çalışırdım. Olan bu idi...

2 gün sonra
Keçən bu 2 gündə Gülşənin son sözlərinə taxılıb qalmışdım. Sözün əsl mənasında, dediyi sözlər ağlımdan hec çıxmırdı. Hal belə olunca, nəyinki evdən hec öz otağımdan çölə çıxmamışdım. Türkanın otağıma gəlib getməsini saymasaq. Həzm edə bilmirdim, bu sözləri...
Həzm etməkdə, olmazdı ...
Ən yaxşısı nə idi bilirsiz?
Daha ona baş qoşmamaq...
Mənim üçün ən düzgün yol bu olardı. Yoxsa otağımdan hec çıxmazdım.
Uniyə getmək üçün hazırlaşıb evdən çıxdıq. Maşını işə salmağa çalışsamda, maşın işə düşmədi. Maşına baxmaqdanda başım çıxmırdı...
Türkanla maşından aşağı enib "Taksi ilə getməliyik"dedim. Bu sırada evdən Rauf çıxdı. Türkan mənə gülüb Raufun yanına qaçaraq "Rauf bizi uniyə ata bilərsən? Elgünün maşını xarab olub. Xahis edirəm, nə olar"deyib balaca pisiklər tək boynunu bükdü. Rauf qəbul etməzdi... Amma "Sənin xətrinə" deyərək məni yanıltdı.
Onun maşınına minib yola düşdük. Yolda hec bizimlə danışmayıb, musiqiyə qulaq asırdı. Yad planetli olduğunu, bir daha başa düşdüm. Uniyə gəldikdə maşını saxladı. Türkan yenə edəcəyini edib "Səndə gəldə uniyə, həm Nazim əmiyə iş yerində baş çəkmiş olarsan"dedi.

Rauf həyatda, bura gəlməzdi...

"Türkan, bilmirsən mənim qardaşım bir robutdu. O hec vaxt gəlməz"dedim.

Mənim bu sözümə tərs cavab verərək "Gəlirəm" dedi. Bununda inadı inad idi...
Türkana gözlərimi çevirib, aşağı düşdüm. Yox yəni atamı 1 saat deyildi hec gördüyü, iş yerinə baş çəkmək düşüncəsi nə idi? Rauf qarşıda Türkan ilə mən isə olunda gedirdik. Kurtlar vadisi kimi bir havamız var idi. Univeristetin giriş qapısına yaxınlaşdıqda, Gülşəni gördüm...
Biri məni gizlətsin...
Ona doğru yaxınlaşdıqca, biz tərəfə baxmağa başlamışdı. Birinci dəfə idi məni görürdü?
Mənə baxdığını düşündükcə, Rauf addımını saxlayıb dayandı. İkisi eyni anda "Sən?"dedi.
Biri başa sala bilər burda nə olduğunu? Ardından hər ikisinin üzündə bir təbəssüm yarandı. Qardaşım bizə hec fikir vermədən "Nə xoş təsadüf... Sən nə yaxşı buralıqdasan?"dedi.

Təsadüfləri hec sevməzdim...
Nə xoş, nə bəd...

"Mən burda müəllimə işləyirəm. Bəs sən?"dedi göz altı mənə baxıb.

"Oo nə gözəl... Mən Nazim müəllimin böyük oğluyam. Bu qardaşım Elgün, bu da xalam qızı Türkandı"dedi.

Yox birdə bütün nəsilin adını saysaydı...

Səsimi təmizləyib "Dərs... Dərsin başlamağına az vaxt qalıb"dedim. Rauf "Mən sizi tutmayım o zaman. Hələlik" deyərək yanımızdan ayrıldı. Məndə işıq sürəti ilə uniyə daxil oldum. Bu gün bizə dərsi yox idi...
Raufla bir birini hardan tanıyırdılar? Şəhərdə üz - üzə gələcək başqa adam qalmamışdı?
Bütün dərsləri beynimdə olan bu fikirlərlə eləcə yola verib, evə gəlmişdik. Raufdan soruşsaydım, mənə həqiqəti deyərdi? Niyə maraqlanıramsa...
Yuxarı öz otağıma çıxmaq istədikdə, Raufun qapısını döyüb içəri keçdim. Əlindəki kitabı yerə qoyub mənə baxdı.

Sözü hec uzatmadan "Gülşəni hardan tanıyırsan?"dedim.

"Gülşən, müəllimə olacaqdı O ..."dedi.

Tək problem müəllim deyib, deməmiyim idi?

"Bizə görə biri deyil O"dedim.

"Bizə görə biri deyil, deyərkən nəyi nəzərdə tutursan?"deyərək ayağa qalxıb qarşıma keçdi.

"Birdən xoşun gələr edər. Etməsin... O boşanmış bir qadındı..."dedim.

Hə, dedim...
Nə qədər iyrənc bir cümlə qurduğumunda, fərqindəyəm...

"Sənə yazıq deməklə düz demisəm. Sən bilirsən o qız niyə boşanıb? Özünü kicik vəziyyətlərə az sal! Və birdə mən qızlara sənin gözün ilə yanaşıb, yaxınlaşmıram! İndi çıxa bilərsən otağımdan!"dedi.

Hər seyi bir kənara qoyub "Niyə boşanıb?" dedim.

Bu nece vəziyyət idi?
Müəllim olduğunu bilmirdi, amma nəyə görə boşandığını bilirdi...

"Bilirəm... Amma demirəm... Demiyəcəmdə... İndi çıx, mən kitab oxuyram"dedi.

Məni nə gözündə görürdülər, görəsən?

Qardaşım bir başa qapını açıb, məni mədəni sürətdə otağından qovdu. Hec nə bilməmək canımı sıxırdı. Mənə maraqlı idi...
Onun üçün öz otağımda o baş bu başa getməyi dayandırıb telefona baxdım. Üzsüzlüyümü işə salıb, bir mesaj yaza bilərdim...

"Qardaşımla bir - birinizi necə tanıyırsız?"

Atdığım mesajı bəlkə 30 dəfə təkrar - təkrar özüm üçün oxudum. Atılan bir mesaja, cavab gəlməyəcəyini bilə - bilə ekrana baxırdım. Normal bir sual yazmışdım, yazmağına amma bizim hec normal söhbətimiz olmamışdıki...
Bizimki qır tök idi... Bunada şərait yaradan mən idim. Bu işində içindən çıxa bilməyəndə mənəm.
Mesajımı 12 dəqiqə sonra oxudu. Bu dəfə bəlkə yumşaq tərəfinə gələrdidə, mənə sərt bir mesaj yazmazdı.

"İki kəlimə söz yazacam sənə səndə biləcəksənki, biz necə tanış olmuşuq. Yazım?"

Əlbətdəki, yazsın...

"Yaz" yazaraq göndərdim.

"SƏNƏ NƏ?"deyə böyük heriflərlə yazılan bir cavab gəldi...

Məndə həqiqətən bir cavab gözləmişdim.

"İnsan kimi sual soruşdum. Bax, təkrar yazıram İnsan Kimi... Cavab versəydin, nə olacaqdı? Egon düşəcəkdi?"

Qaşlarımı çatıb mesajımın cavabını gözlədim. İşə bax, mesajlaşırdım... Daha doğrusu mesajlaşamağa çalışırdım...
Mesajımın oxunduğunu gördüm. Sonrada əngələ atıldığımı...
Əsəbləşməliyəm indi. Əsəbləşirəmdə...
Əlimdəki telefonu əsəblə sıxdıqda, otağımın qapısı açıldı. İçəri kimin girdiyini deməyimə ehtiyyac var? Yenə Türkan bu qapını döymədən içəri daxil oldu.
Getdikcə kəskinləşən baxışları ilə yanıma doğru gəlib, mənə baxmağa başladı. Daha çox dayana bilməyib "Bu qapını döyməyi nə vaxt öyrəncəksən? Həm niyə gəldin? Mənə niyə elə baxırsan?"dedim səsmin tonun uca tutmamağa çalışaraq. Dizimin dibinin yanına çökərək aşağı oturub, saclarını geri atdı.

"Bura gəldiyim gündən bəri səni həm əsəbi görürəm, həmdə çox dəyişik... Mənimlə maraqlanmırsan belə... Həmişə bura gəldikdə, mənə vaxt ayırardın bir yerlərə çıxardıq, sən bunu etmək əvəzinə özünü bu otağa kilitləyirsən. Məni boş ver... Hec dostlarınla belə bir yerlərə çıxmırsan. Bunun onunla əlaqəsi var?"

Kiminlə əlaqəsi vardı? Nə nağıl danışırdı? Canım bir yerə getmək istəmirdisə, niyə məcbur çıxmalıyam evdən?

"Türkan canım istəmir... Həm sən kimi deyirsən?"dedim.

"Canın niyə istəmir?"dedi cavabını gecikdirmədən.

Maraqlı sual idi. Canım bəs çölə çıxmağı niyə istəmirdi? Bilmirdim...
Cavab verməyib oflamağa başladım. Oda ayağa qalxıb, alnıma düşən sarı saclarımı əl vuraraq geri atmağa çalışdı.

"Gülşən dediyiniz, müəlliməyə necə baxdığını gördüm. Bu gün Raufun yanında olanda belə sanki nəfəsin kəsildi... O boş əyləncəyə aldanıb, özünü bu otağa birdə kilitləmə. Gözünü aç ətrafına yaxşı bax"

Ah, indi yadıma düşdü...
Türkan ona baxdığımı görmüşdü. Düşüncələri isə səhv idi. Nəyə görə ona baxdığımı, onunla nə məsələ olduğunu bilmirdi. Ətrafıma baxıb, onun özünü görməyini isə hec istəmirdim.
Hələdə saclarımda olan əlini aşağı salıb, ayağa qalxdım.

"Türkan məsələni bilib bilməmiş bu nə danışıqdı? Məni bütün sinifin içində kicik vəziyyətə saldığı üçün əsəbiyəm O müəlliməyə qarşı o qədər! Başqada hec nə yoxdu... Həm olada bilməz"dedim.

Lazımsız söhbət etdiyimin fərqində idim. Sizidə sıxır bu söhbətlər bilirəm... Amma mənim həyatım budu... Yaşantım budu...

"Necə olacaq onda? Hər gün dərsə gedib gəlib, özünü bu otağa atacaqsan? İnsan içinə çıxmayacaqsan? Mən səni səndən yaxşı tanıyıram! Azdan çoxdan bilərəmki Gülşən dediyiniz O qadın boşanıb! İndi sən de boşanmış qadına baxdığın, baxışlarının altında nə yatırdı?!"


Baxışlarımın altında hec nə yatmırdı...
Onunla aramda olan məsələ tamam başqa bir məsələ idi. Türkanın dediyinə qarşılıq, alqış çalmağa başladım.

"Afərim sənə... Xala qızı, xalası oğlunun qarşısına keçib ağızına nə gəldi deyir! Türkan, məni sevməkdən əl çək... İndi burdan çıxdıqdan sonra otağına qaçıb ağlayacaqsan bəlkə... Amma olmaz... Bizdən hec vaxt bir sey olmayacaq... Mən sənə hec vaxt başqa gözlə baxmadım. Sənə ümüd belə vermədim... Bunları sənə qarşı etmədim... Sənə verdiyim dəyəri gör..."deyərək onun üzülməsinə fikir vermədən otağımdan çıxdım. Dediyi ifadlər ilə ağlım çox qarışdı... Evdəndə bir başa maşınma minib işə saldım. Birinci qardaşımla, sonra Gülşənlə, indidə Türkanla eyni gündə dalaşmağın hec yaxşı deyildi. Hər sey bir gündə üst - üst gəlir. Hələ Gülşənin məni bloka atmasını demirəm. İndi neynəyim? Hara gedim? Maşını sürdükcə Gülşənin evinə tərəf yol aldığımı gördüm. Ayağımla getsəm, yenə gəlib bura çıxardım hər halda. Hansı üz ilə gedim qapısını döyüm? Adama deməzlərmi, sənin necə üzün var? Deyərlər... Maşını əl verişli bir yerdə saxlayıb aşağı düşdüm. Amma nə irəli bir addım atıram, nə də geri ... İndidə burda dayanacaqdım? Maşının qapısını açıb, minmək istədikdə, gözüm binanın qarşısında olan bloka sataşdı. Gülşəni gördüm... Yanında bir oğlan... Yağan yağışa hec fikir vermədən, məni görməyəcək şəkildə ağacların yanından keçərək o tərəfə doğru yaxınlaşmağa başladım. Onsuzda görəcək bir halda da deyildi. Çünki, çox əsəbi görünürdü.

Gülşən səsinin tonun qalıdırıb "Bax sənə son dəfə deyirəm, mənim evimin qarşısına gəlmə! Yoxsa səni polisə şikayət edəcəm!"dedikdə yaşı 30 aralığında olan oğlan qolundan tutmağa çalışıb "Məni polis ilə qorxutma! Bir hə desən nə olacaq?"dedi. Onun qolundan necə tuturdu? Gülşən qolunu çəkmək istədikdə daha çox dayana bilməyib işiq sürəti ilə arxadan oğlanın yaxasından yapışıb onu yerə itlədim. Gülşənin dilindən, titrəkcə olan səsindən "Elgün..." kəliməsi çıxdı. Yerdə yatan əclaf ayağa qalxıb "Sən kimsən?!"deyə üstümə gəlməyə başladı. Bilmirəm, yağışın olduğundanmı ətrafda kim isə yox idi? Ya kim isə başına iş almasın deyəmi? Mənə atmaq istədiyi yumruğu əlim ilə tutub qolunu burmağa başladım.

"Kücüy! Sən sahibsiz görmüsən bu qızı! Hələ qoluna falan əl atmağına bax! Rədd ol birdə gözüm səni buralıqda görməsin!"deyib qolunu burub möhkəmcə itələdim. Digər əli ilə qolunu tutub "Qolum... Qolum..."deyərək bağırmağa başladı.

"Hələdə burdasan?!"deyib üstünə gəldikdə, qaçmağa başladı. Məndə ardıyca gülüb, Gülşənə döndüm. Gülşənə döndükdə, üzümdəki gülüş silindi... Qorxmuş kimi baxırdı...

"Məən... Çox sag ol..."dedi bir cümlə qura bilməyib.

"Çox islanmısan, evinə ged"dedim.

Yağışdan sarı cücələrə oxşayırdım, çox güman.

"Səndə islanmısan... Belə evə gedə bilmərsən. Çay dəmləsəm içərsən?"dedi.

Bunu Gülşən dedi?
Məni hər fürsətdə, əzən Gülşən?
Dediyi ilə təbiki razılaşdım. Evinin qapısını açıb içəri keçdikdə, dar dəhlizin sonunda geniş bir qonaq otağı vardı. Üstümdəki cins penceyi çıxardıb ona uzatdım. Köynəklə idarə edərdim...
Saclarım yaş olduğundan, bir yerə oturmadan bir küncdə durub Gülşənin fen gətirməsini gözlədim. Fransız sayağı açıq mətbəxlə qonaq otağı birləşik idi. Modern tərzdə daha çox pudra və toz rənlərindən istifadə edilmiş bir qonaq otağ idi. Birdə, divarların yarısını kitab rərfləri təşkil edirdi. Gülşən otağından çıxıb "Mən fenlədim, səndə hamama gir sacını qurud, mən ona qədər sənə çay hazırlayacam"dedi.

Əlindən çay içməkdə, varmış...
Yaxşıki, bura gəldim...
Demək qadınlar nə istəyir?
Qadınlar yalnızca güvən istəyir...
Saclarımın işi bitdikdən sonra divanın bir küncünə keçib oturdum. Gülşəndə çayları gətirib məndən bir az aralı oturdu.

"Kim idi O?"dedim

"O rayondan biridi... Əvvələr məni sevirdi, sonra başqası ilə ailə qurub, ayrıldı... Məndə ayrıldıqdan sonra məndən əl çəkməyib, məni belə narahat etməyə çalışır. Həqiqətən bu gün özündə bilmədən, mənə böyük bir yaxşılıq etdin. Onun qarşılığında bu çayı içirsən"dedi.

İndi mənə səndə ona bənzəyirsən, deməyin... Bir qadın istəmirsə, deməli istəmir... Mən biri istəməsə barmagımın ucu ilə belə olsa, bir qadına toxunmram.

"Gözü dönüb bu adamın?! Valideyinlərinə niyə demirsən?"dedim.

"Birdə gələcəyini düşünmürəm. Çünki, səndən çox qorxdu"deyib gülməyə başladı.

Qorxulu deyildim... Sadecə, O adamı parçalaya bilərdim.

"Həm sən niyə gəlmişdin?"dedi əlavə olaraq.

"Məni blokdan çıxart deməyə gəlmişdim"dedim.

Başqa nə deyim? Niyə gəldiyimi, bilmirdimki...

"Onun üçün o boyda yolu gəlmisən?"dedi gülüşünü daha çox artıraraq.

Onu güldürmüşdüm...
İlk dəfə idi mənə tərs davranmayıb, gülürdü...

"Həə sən məni çox əsəbləşdirdin, məndə o boyda yolu durub gəldim. İndi bilirsən nə edirsən?"dedim

Gülüşünü azaldmağa başlayıb "Nə edirsən?" deyə məni təkrarladı.

"Məni blokdan çıxardırsan"deyib onun, gülüşünə gülümsündüm.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 981
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri