Möcüzəyə inanıram (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 345
Səs ver:
(səs: 0)
Məni blokdan çıxartdıqdan sonra, çayı içdikdən sonra bir başa ayağa qalxıb evə gəlmişdim. İndidə evdə idim.
Uzun söhbətimiz olmadı...
Nə də daha irəli gedəcək bir söhbət...
Çünki, bir az daha qalıb ona narahatcılıq vermək istəmədim. Bir az daha çox qalsaydım, beynində mənim haqqında hec xoş fikirlər keçməyəcəkdi.
Hələdə davam etməkdə olan yağışa, pəncərə arxasından baxıb gülümsəyirdim. Yağışmı belə gözəl yağırdı? Yoxsa mən gülümsünməyə bir bəhanə axtarırdım?
Daha məni əngəlləmədiyinə görə ona yaza bilərdim. Bilirəm, sizdə o mesajı daha at deyirsiz.

"Necəsən indi?" yazaraq göndərdim.

Nə rəsmi idi, nə də səmimi bir mesaj. Gələcək cavab nə vaxt gələcəkdi, bilmirdim. Bu gün ora getməyim, orda o mənzərə ilə qarşılaşmağım tam bir təsadüf oldu mənə. Təsadüflərə inanan biri olmasamda...
Keçən 5 dəqiqənin ardından ondan gözlədiyim cavab gəldi.

"Yaxşıyam..."

Yenə soyuqluq olacaqdı aramızda? Mən onu düşünüb ona mesaj atıram, oda kicik bir qısa cavab verir.

"Elə bu? Niyə soyuq cavab verdin mənə?" yazıb göndərərək gözlərimi ekrandan hec çəkmədim.

Mesajımı bu dəfə gecikdirməyib, oxuyaraq yazmağa başladı. Amma yazdıqlarını gah silir, gah yenidən yazırdı.

"Nə yazmağımı gözləyirsənki sənə? Məni xilas etdin, təşəkkürümü bildirərək səni evimə dəvət edib, çay verdim. Sonrada blokdan çıxartdım... Sən mənim dostumsan? Yoxsa bir tanışım?"

Mənə əsəbləşməmək üçün bir səbəb göstərin. Allaha xatir, kicik bir səbəb...
İnsan insana yazıb yaxşı olduğunu soruşa bilməzmi? Yenə ən başa qayıtdıq...

Elgün: Mən düşündümki, daha aramızda olanlar keçmişdə qaldı. Amma sən demə sən yenə ora taxılıb qalmısan.
Gülşən: Məni xilas etdin deyə sənə borclu olduğumu düşünürsən? Kaş, xilas etməsəydin
Elgün: Mən səni xilas etdiyimə görə yazmadım. Sənin üçün narahat oldum, necə olduğunu bilmək istədim. Burda qəbahət görmürəm mən.
Gülşən: Səhv etdim mən. İndi əl çəkməyəcəksən məndən. Sənin necə biri olduğunu bilə - bilə buna niyə icazə verdim axı
Elgün: Of! Nə etdim? Çayımı içən kimi durdum ayağa... Nəsə artıq hərəkət elədim?
Gülşən: Edədə bilməzsən! Bilirsən niyə?!
Elgün: Bilirəm
Elgün: Sən müəlliməsən, məndə tələbəyəm
Elgün: Bilirəm, bunları mən. Hər dəfə eyni sözü təkrar edib durursan. Amma əsas səbəb bu sayılmır mənim üçün.
Gülşən: Bir insan necə bu qədər iki üzlü olar, sualının cavabısan sən!
Gülşən: Təşəkkürümü etdim, birdə yazma mənə
Elgün: İndi məni niyə blokdan, çıxartdın bəs desəm? Deyəcəksənki, sənin bu beynin ancaq ora qədər fikiləşir. Beynim düz işləmir... Sən de nəyə görə bəs?
Gülşən: evimdən çıxıb gedəsən, deyə
Gülşən: yoxsa getməyəcəkdin...
Elgün: kaş qapı məsələsi olmasaydı. Olmasaydı, səni tanımazdım... Tanımazdım... 10 günün içində, məndə ancaq əsəb yaratdın. Yaratmağada davam edirsən. Məndə yenə dolaşıb durub eyni yerə gəlirəm.
Gülşən: sən bu sözlərinlə sənə heyran olan qızları ancaq yoldan çıxarda bilərsən!
Gülşən: yazmağa cəhd etsən, yenə bloka gedəcəksən!

Son mesajına bir cavab vermək istəsəmdə, yazıb - yazıb təkrar sonra yenə göndərmədən sildim. Bu dəfə bloka getsəydim, ordan çıxa bilməzdim. Yenə söz söhbətli bir yazışma. Başqada nə ola bilərdi? Mənə şirin cümlələr quracağını onsuzda təxmin etmirdim. Amma bu qədərinidə gözləmirdim.
Mənə gülümsünmüşdü... Məndə onun gülüşünə, gülümsünmüşdüm...
İndi isə geriyə qalan, o gülüşlər deyildi. Geriyə qalan mesajlar idi. Öldürücü mesajlar...
Nə qədər mən müəllim, sən tələbə söhbəti olacaqdı? Nəysə... Nəyimə lazım, arxasıyca bu qədər qaçdığım bəs idi. Daha doğrusu insan olmağa çalışmışdım, alınmamışdı. Mənə də daha əvvəlki vəziyyətimə qayıdmaq düşürdü. Başa qayıdmaq ən gözəli idi.
Oktaybr girər girməz, hava dəyişmişdi. Yenə soyuq hava ilə hazırlaşıb aşağı düşdüm. Hər kəs masanın arxasında idi. Dünən, Türkanın qəlbini incitdiyimi, xatırladım... Masadan ayağa qalxıb, yanıma gəldi. Mən səhərlər yemək yemədiyimdən, ayaqqablarımızı geyinməyə başladıq. Evdən çıxarkən, səssizliyi yenə davam edirdi.

"Küs qalacaqsan indi mənə bütün günü? Üzünü asma, gözəlim" deyib üzünü oxşamağa başladım.
Əllərimi üzünə daha çox basdırıb "Qəlbimi qırma mənim... Üzr istə barışaq"dedi. Bizim dəyişilməz qaydalarımızdan biridə bu idi. Ya da Türkan asand yola gəlirdi.

"Üzr istəyirəm, gözəllik. Barışdıq indi?"dedim

Əlini üzümdən çəkib, məni qucaqladı. Belə olmağını, özü istəyirdi...
Uniyə gəlib, sinifə çıxdım. Bu gün birinci dərsin, onun olduğunu bilə - bilə. Məni yox saymaq istəyirdi, alınmayacaqdı. Əkizlər bürcü idim, sanki. Bir dediyim, bir etdiyim hec bir sey bir - birini tutmurdu. Hamı ayaq üstü bir - bir ilə söhbət edərkən, məndə onlara qoşulmaq istədim amma içəri Famil daxil oldu.

"Qrup bilirsiz nə olub?"dedi.

Səhər - səhər nə ola bilərdi? Zarafatını yenə işə salacaqdı. Qrup uşaqları Familə yaxınlaşıb nə olduğunu öyrənmək istəyəndə, Famil "Gülşən müəllimənin maşının vurublar"dedi.
İçimdən keçən o sızıltını yox sayıb, Familin yanındaki uşaqları itələyərək "Ciddisən sən?! Özü necədi bəs?"dedim.

Burda nə vaxt itirirdimki? Onun cavabını gözləmədən sinifdən çıxdım. Ardımca nə qədər "Elgün, Elgün" desədə ona qulaq asmayıb, qaçaraq piləkanları düşməyə başladım. Axrıncı piləkanı düşdükdə, qarşıma baxmadığım üçün, biri ilə toqquşdum.

"Yavaş!"deyə səs eşitdikdə, qarşımdakı insana baxdım. Qarşımda Gülşən vardı...

"Gülşən"dedim

Adını deməyim ilə sonuna "Müəllimə" artırdım təkrar...

"Şükür sənə hec olmayıb, bəs maşın?"dedim.

"Nə danışırsan sən?! Yuxunda məni görmüsən səhər?"dedi.

Off Famil! Yenə zarafat!
Necə ələ alım bu vəziyyəti?

"Məənn... Məənn"deyib bir sey tapmayaraq "Dərs! Dərsinə gecikirsən!"dedim.

Mənə tərs - tərs baxıb yanımdan getdi. Bu dəfə canımı qutara bilmişdim. Amma Famili əlimdən hec kim ala bilməzdi! Mən bunu düşünərkən Famil yanıma doğru gəlirdi.

"O dəqiqə hara getdin?!"deyib qarşıma keçdi. Yaxasına yapışmamaq üçün özüm güclə tutub "Belə bir seyin zarafatı olar?! Famil, mənim səbrimin həddini sınama!"dedim.

"Dəli - dəli danışma! Gülşən deyən, kimi o dəqiqə qaçdın çölə! Gülşən müəllimə dedim, deməyinə amma sənin Gülşənindən bəhs etmirdim! Bu unidə olan tək Gülşən O deyil!"dedi.

Bu sözləri məni özümdən çıxartmağa bəs oldu! Unidə olduğuma, camera çəkib çəkməməyinə baxmayaraq yaxasına yapışdım.

"Famil! Məni dəli eləmə! Sənin Gülşənin nə deməkdi hə?! Sözlərinə fikir ver!"
Bunu deməyim ilə əlimi yaxasından çəkdikdə, bir səs "Elgün, dərhal otağıma!"dedi.

Atam, yenə tam vaxtında gəlmişdi...

Atamın otağında durub dizlərimi titrədirdim. Mənə 'Otağıma get, məni orda gözlə'demişdi. Özünün isə gələcəyi hec yox idi. Pəncərə qarşısında çölü izlədikdə, qapını açıb içəri girərək mənə tərs - tərs baxmağa başladı. Bu baxışları bilirdim. Hec də xeirə əlamət baxışlar deyildi...

Atam əlini möhkəmcə masasına çırpıb "Utanmırsan sən? Daha mənim bu üzümü nə qədər qara çıxardacaqsan?! Unidə olduğunu bilə - bilə dostunun yaxasından tutursan! Səbəb de mənə!"dedi.

Mən daha bu sözləri nə qədər eşidəcəkdim?
Bu dəfə, mənim hec bir günahım yox idi. Famil, başımı yaxmışdı!

"Ata göründüyü kimi deyil. Vallah bu dəfə mənim günahım falan yoxdu. Maşınımı əlimdən alma yaxşı"dedim boynumu büküb.

"Tək dərdin maşındı hə sənin?! Mən burda nə danışıram, Elgün bəy nə danışır! Mən harda səhv elədim hə?! Oxşamadın O qardaşına"dedi.

Söhbət qardaşıma gedib çıxmağı yenə bacarmışdı. Axı, mənim qardaşım, məndən daha yaxşıdı... Məndə onun dediyi kimi yazığın biri idim.

"Həmişə onun tərəfini tut! Sonrada Elgün sən niyə beləsən de! Məni insan yerinə qoyursanki?! Cavab verirəm qoymursan! Mənim tək canım var. Başqada hec nəyim..."

Cibimdə olan maşının açarını çıxardıb, masanın üzərinə atdım.

"Bu gün mənim evə gəlməyimi gözləmə! Gəlmiyəcəm!"deyərək əsəblə otağından çıxdım. Başıma bəlalar hamsı birdən - birə gəlirdi. Hec nədə düşünə bilmirdim. Dərsə falanda girməyəcəkdim! Gülşənin o kaprizlərini hec çəkə bilməzdim! Mən irəli getdikcə arxadan bir səs "Dayan!"dedi. Məndən nə istəyirsən axı ata?

"Mən sözümü deməmiş hara gedirsən? Tez ol dərsinə gir! Axşamda evə gəl. Öz başına deyilsən sən!"dedi.

Mən o dərsə girmək istəmirəm...

"İstəmirəm... Mən tək qalmaq istəyirəm... Bu aralar hər sey məni çox sıxır"dedim.

Səsli demişdim...
Həmdə atama...

"Oğlum, gəl bir - birimizi çox incitməyək indi get dərsinə gir. Dərsdən sonra tək qalarsan"

Sözünə qulaq asmaqdan başqa bir çarəm qalmamışdı. Qəbullanıb, sinif qapısının yanına gəldim. Bezmişdim! Eyni şeylərin təkrar - təkrar yaşanmasından bezmişdim! Bu qapını nə qədər döyüb, icazə alım?! İcazə bir tərəfə, üzr istəyim?! Hələ Famillə yanaşı oturmağı demirəm...
Qapını yavaşca döyüb, sinifə daxil oldum. Bütün gözlər yenə üstümə döndü. Gülşəndə sözünü de demiş kimi üzümə baxırdı.

"Üzr istəyirəm dərsinizə gec qaldım, icazə olar yerimə keçim?"dedim.

Cümləyə bax...
Qurbanlıq qoyunlar kimi can çəkişərək, məcburən dedim. Nəyə uzadırdıq? Onsuz keçib, oturacaqdım. Mən bunu fikirləşdikcə "Olmaz" deyə bir səs gəldi qulağıma. Olmaz dedi mənə?
Bu dəfə vəziyyət dəyişmişdi.

"Nəyə görə? Qapını döydüm, üzr istədim, icazə də aldım? Başqa nə edim?"dedim.

Gülşən yanan alovun üstünə benzin tökürdü, xəbəri yox idi.

"Hər dəfə belə olacaq? Dərsin sonuna qədər küncdə dayan. Uşaqlar bizdə qaldığımız yerdən davam edək"dedi məni saymamış kimi.

Bir küncə baxdım, bir mənə uşaqlara, əsasda Familə... Sonrada ona baxdım. Qarşısında olan jurnala baxırdı. Addımı atıb, yanına gələrək jurnalı qəfildən bağladım.

Bu hərəkətimi gözləmədiyindən "Dəli olmusan sən?!"deyərək ayağa qalxdı.

"Həə! Dəli elədiniz məni! Mən uşağam, küncə keçəm duram?! İnsan insanı nə qədər alçaldar axı?! Doymursan, məni alçaldmaqdan?! Nəynəyim?! Sənə yaranmaq üçün neynəyim mən?!"deyib uşaqlara döndüm. Bir necəsi ayağa qalxmışdı. Adildə yanıma gəlmək istəyirdi. Əlimlə dur işarəti elədim. Gözləri dolan Türkana baxdım. Məni sevən, qızı hec sevə bilmirdim... Hamını tək - tək incidib, nə istədiyini bilməyən biri idim.
Səssizliyin ardından, Gülşən qışqıraraq "Tez sinifdən çıx! Mənim dərsimədə bir daha girmə!"dedi. Nəyinki, dərsə hec həyatınada daxil olmayacaqdım daha! Qapını möhkəm vurub, sinifdən çıxdıqda, ardımca Türkanda gəlməyə başladı.

"Niyə gəlirsən?! Dərsinə get sən!"deyə qışqırdım ona.

Üzünü asıb, dodaqlarını büzməyə başladı.
"O müəllimlə aranda nə var? Sən az əvvəl bir müəllimlə necə danışdığını bildin? Elgün, o bir müəllimdi"dedi.

Lənət olsun! Hər sey onsuzda onun bir müəllim olmasından irəli gəlirdi! Müəllim olmasaydı, ona nə edəcəyimi bilərdim mən! Amma qarşımı atam, onun yaratdığı qayda qanun kəsirdi!
"Türkan, mən gedirəm. Səndə məni boş ver!"deyib bir başa unidən çıxdım.
Maşın yox, bir sey yox...
İçimdə yalnız bir dərd, var birdə kədər...
Havanın soyuğu canımı üşüdəcək qədər, olsada bir taksiyə minməyib ayaqlarıma güc verdim. İrəli getdim, boynuma alıram.
Bəs niyə etdim?
Bax bunu bilmirəm.
Mən öyrəşməmişəm, belə seylərə...
Yerimə kecib, otursaydım bunların hec biri yaşanmayacaqdı.
Ard - arda gələn telefon zənglərini qəbul etməyib, telefonu söndürdüm. Adil, Famil, atam hamısı zəng edib dururdu.
Axşam saatlarında başımdaki fikiri dağıtmaq üçün, bir - iki dostlarım ilə cluba yığışmışdıq. Başımı nəhayət, ayıra bilmişdim. Buranın yolu yadımdan çıxmışdı.
İçməsəmdə, saga - sola yanan işıqlara baxıb dururdum. Qızlara baxmırdım... İnanınki, baxmırdım. Çünki, başım ağrıyırdı... Həmdə, çox...
Dostlarla bir az oturduqdan sonra məni evə atıb, getmişdilər. Saat 1 - ə yaxınlaşmışdı. Bu vaxtı hamı yatardı. Evə keçdikdə, qonaq otağında oturan bir adam gördüm. İşıq yanmırdı hec. "Gələ bildin"dedi atam olduğunu təxmin etdiyim insan. İşığı yandırıb yanına gəldim. Bunun üçün içməmişdim... Yoxsa, birdə başıma içmək çıxacaqdı. Mən qarşısına keçdikdə, oda ayağa qalxıb məni başdan aşağı süzdü. Sonra bilirsiz nə oldu? Üzümə bir şillə atdı...
Əlim ilə üzümü tutub, ona baxdım. Atam mənə bu yaşımda əl qaldırmışdı?

"Sənə daha nə deyim bilmirəm! Yaşından başından niyə utanmırsan?! Niyə utanman yoxdu sənin?!"dedi.

Mən neynəmişdim, yenə xəbərim yox idi!

"Ata mənə şillə vuracaq qədər, mən neynəmişəm sənə?"dedim.

"Gülşən... Sən Gülşən müəllimədən nə istəyirsən?! O, qızı niyə rahat buraxmırsan? Niyə ağlından əxlaqsız fikirlər keçirdirsən ona qarşı?!"dedi əlini yenə mənə qalıdırıb, daha sonra yumruq edib aşağı salaraq.
Nə əxlaqsız fikir?! Nə danışırdı, axı mənim atam! Hələ, sən Gülşənə bax! O dəqiqə, atama yerli - yersiz cümlələr bəzəyib, düzəyib deyib!
"Sənə nə deyib, deməyib bilmirəm! Amma düşündüyün kimi deyil hec nə! Şillənə görədə, çox peşman olacaqsan ata!"deyib sürətli addımlar ilə evdən çıxdım.
Şillənin yeri incitmirdi! Gülşənin ona dedikləri incidirdi!
Cibimdə olan telefonu çıxardıb, ona zəng etdim.
Açmırdı... 7 ci zəngimdən sonra telefonu açdı.
Alo deməsini belə, gözləmədən "Mən gələnə qədər yatma! Sizə gəlirəm, səndə aşağı düşüb mənə cavab verirsən! Aşağı düşməsən, bütüb binanın qarşısında qışqıraram!"deyib telefonu üzünə bağladım. Məni sakit gördüyü, bəs idi!
Taksiyə minib, onun aşağı düşməsini gözləyirdim. Oktyabr ayınada, bu qədər soyuq hava bəs idi. Qalın, hündür bir ağaca söykənib, azcada olsa əsəbimi basdırmağa çalışırdım amma olmurdu.
Gülşən "Bu saatda, adam adamı çağırar?!"dedi anidən qarşıma keçim. Onun üzünü belə, bu saatdan sonra görmək istəmirdim...

"Dilinə necə gətirə bilmisənki, mən sənə əxlaqsız gözündə baxmışam?! Hə, Allah mənim bəlamı versinki o 2 cümlə dilimdən çıxdı! Onsuzda Allah səni mənim qarşıma çıxartmaqla, bəlamı verib! Amma ondan o tərəfəsi olmadı! Üzr istədim səndən! Sənsə gedib, atama məni pisləmisən! Mən çayı içib, evindən tez durdum... Çayıda zəhərim elədin, bu günümüdə..."dedim.

Mən hec vaxt bu qədər arada qalmamışdım...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri