Möcüzəyə inanıram (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 2493
Səs ver:
(səs: 0)
"Sən artıq nə dediyini belə bilmirsən! Mən dediklərindən hec nə başa düşmədim!"dedi.

Başa düşürdü... Çox gözəl başa düşürdü. Sadecə başa düşülməməzlikdən gəlmək istəyirdi. Amma alınmayacaqdı...

"Deyirəmki, atama gedib mənim haqqımda nə demisən?! Utanmaz - utanmaz demisənki oğlun mənə yanaşır?! Atamın atdığı şillənin haqqını ödəyəcəksən!"dedim.

Qaranlıq olduqca soyuq olan havada, bu yerdə tək ikimiz vardıq. Üstümüzə düşən küçə işığı onu görməyimə mane olmurdu. Son dediyim sözlərdən sonra gözlərini yerə dikmiş, mənə baxmırdı. Beynindən nə keçdiyini, bilməmək mənim canımı sıxırdı. Canımı sıxan ikinci bir sey isə üşüməsi idi... Qollarını çarpaz edib, soyuqdan titrəyirdi.

Baxışlarını yerdən qalıdırıb "Atan sənə şillə atıb?"dedi.

Ciddi idi O?
Mən ondan hesab soruşurdum, oda məndən şillənin atılıb atılmamasını?

"Bundan sonra nə sənin üzünü görmək istəyirəm, nə də səninlə danışmaq... Səni gördüyüm ilk gündən, başıma gəlməyən iş qalmayıb mənim..."

Hiss etdiklərim bunlar idi. Onu görməmək, onun səsini belə artıq, eşitməmək...
Arxamı dönüb getmək istədikdə, incə səsi ilə "Getmə..."dedi.

Getmədən ona tərəf döndüm. Əslində, ona daha ağır sözlər deməli idim. Amma boğazımda qalıb, ilişmişdi sözlər...

"Məni boşuna günahlandırma... Mən sənin atana hec nə deməmişəm. Yalan yox, bu günki sinifdəki hərəkətindən sonra atana sənin haqqında demək istədim. Amma etmədim sonra... Dərs çıxışı isə atan qarşımı kəsib, sənin adına məndən üzr istədi... İnanki ona mən hec nə deməmişəm. Kimin dediyinidə, bilmirəm"

İçimdə yaranan ona inanmaq hissi, bütün hər seyi bir kənara atırdı.
Bəs atama kim demişdi? Dilim tutulmuşdu, sanki...
Yenə bilib - bilmədən onun üstünə düşmüşdüm. Hələ üstəlik sakit qalaraq, məni bu dəfə alçaldmamışdı...

"Məən... Atam sənin haqqından danışdıqdan sonra, mənə şillə vurdu... Məndə o əsəblə sənin dediyini düşünüb bura gəldim. Yenə səhv elədim... Bu dəfə bilərək etmədim... Amma yenədə bir səhv elədim... Bağışla..."

Tutarsız olan cümlələrimi dəyib əllərim ilə gözlərimi tutub bağladım. Bu saatda, bilib bilmədən Gülşənin qapısına dayanmışdım. Mən nə səbirsiz adam imişəm...

"Səhvləri et sonrada gəl bir bağışla de. Bununla hər sey düzələcək hə? Həyatına çəki düzən ver... Sorğu sualın bitdisə, gedə bilərəm yəqin evimə?"deyərək gözlərini üzgün halda gözlərimə dikdi.
Mən niyə belə idim axı?
Qarşımdakı insan hec düşünmürdüm. Öz çıxarlarım üçün nə gəldi edirdim... Onun necə üzüldüyünü görə bilirdim... Hec nə, edə bilmirdim... Bu dodaqlardan başqada, hec bir kəlimə çıxmazdı.

"Çox üşütdün?"dedim qaranlıq olan göy üzünə baxıb.

"Üşüdüm..."dedi

Üşümüşdü... Üşüyürdü...

Bunu hiss edəcək qədər, onu fikirləşmişdim...

Sözünün ardından dərin ah çəkib "Üşüdüm... Amma havanın soyuğuna deyil... Sənin xaraktersiz olmağına..."deyə əlavə elədi.
Məndə, mənə nə vaxt söz atacaq deyə gözləyirdim. Amma sözünə bir cavab verməyəcəkdim...

"Gecən xeirə... Birdə səni narahat etməyəcəm" deyib arxamı dönüb yanından uzaqlaşmağa başladım. Bu ayaqlarla hara gedəcəyimi bilmirdim... Arxaya çönüb, ona baxmaq istəsəmdə, özümə mane olaraq arxaya dönməyib yoluma davam elədim.
Nə bitmək bilməyən, uzandıqca uzanan bir gecə olmuşdu. Hər seyi bir kənara atıramda, kim demişdi axı atama? İlk Gülşəndən niyə şühbələndim? Mən nə axmaq bir insan imişəm. Nə boş yaşayıram, hə həyatı? Ən yaxşısı yol kənarına çıxıb, bir taksiyə minərək evə getmək idi. Maşın olmadıqda, güc ayaqlara düşməzdi... Pula düşərdi...

Bitmək bilməyən, gecə nəhayət bitmişdi. Bəlkədə, hər seyi axışına buraxmaq lazım idi. Atamı görməmək üçün onun getməsini gözləyirdim. Onun üçün aşağı düşməmişdim... Atamı görməyəcəkdim? Bəs qrup uşaqlarını necə? Hec nə olmamış kimi özümü aparada bilmirdim. Güzgü qarşısında dayanıb uzanan saclarımı əlim ilə geriyə itib, özümə nəzər saldım. Mavi gözlərim, əvvəlki tək parlamırdı... Sönüklük vardı... Ya da son olanlar məni çökdürmüşdü. Mən güzgü qarşısında olarkən, içəri qapını yenə döyməyib, Türkan daxil oldu.
"Güzgüyə az bax. Bu gündə çox yaraşıqlısan" deyib yanımda bitdi.
Ona üzdən baxmadan, güzgüdən nəzər salmağa başladım. Mənə baxanda, üzü gülürdü... Necə sevə bilirdi məni?

"Yaraşıqlı olmağım, hec nəyi dəyişmir. Bəzilərinin gözü nə yaraşıq görür, nə pul nə də maşın..."dedim.

Nəyə əsaslanaraq dediyimi bilmirdim.

"Elgün, kefini hec nəyə görə pozma. Atanda gedib, aşağı düşə bilərik"dedi.

Kefimin olmamağı üzümdən görsənirdi. Bəs atam? Gecə söhbətimizə qulaq asmışdı?
Güzgüdən özümə baxmağı kəsib ona baxdım.
"Bizə qulaq asmısan?!"dedim əsəbləşərək. Özümlə bacarmırdım, mən daha...
"Sizə qulaq asmamışam..."deyib sacları ilə oynamağa başladı. Bəs hardan bilirdi?
Düşündüyüm sey olmasın...
Türkan, deməz...

"Bəs necə bilirsən? Atama kim, nə deyib?" dedim.

Ağılıma bir Rauf, bir Türkan, birdə Famil gəlirdi... Başqada kimin mənimlə nə işi var?

"Mən birdə Adil..."dedi gözlərini məndən qaçırdıb.
Niyə axı? Hec bir əsas olmadan, bir xalam qızı, digəri isə ən yaxın dostum...
Gözümün döndüyünə baxmayıb, sağ qolundan tutub onu özümə tərəf çəkərək "Nə demisiz atama?! Hec utanmadınız?! Mən sizə görə dünən yenə Gülşənin qəlbini qırdım! Mənə cavab ver Türkan!"dedim.
Qolunu əlimdən çəkmək istəyib, məni itələməyə çalışdı.
"Qolumu ağrıdırsan! Gözün dönüb sənin?! Düz eləmişik! Hər ikimizdə sevdiyimiz insanları qorumağa çalışırıq!"dedi.

Nə sevmək! Məni hec kim sevməsin!

"Nə məni sən sev! Nə də dost dediyim, Adil! Nə demisiniz atama!"deyib qolunu daha möhkəm sxıdım.

"Dost dediyin Adilin sevgisi sənə deyil! Gülşənədi!"dedi qışqıraraq.

Qeyri ixtiyari, əllərim qolunda boşaladı. Düz eşitdiyimə, əmin olmaq üçün "Adil, Gülşəni sevir?"dedim. Məndən bir az aralı durub "Bu qədər kor olduğunu bilmirdim! Mən səni, oda Gülşəni sevir! Hərəkətlərinədə dayana bilmədiyi üçün atanın yanına getmək qərarı aldı. Məndə onunla bərabər getdim. Sənin Gülşən haqqında olan fikirlərini dedik! Bəlkə, yığışasan deyə!"dedi.

Gülməyə başladım. Gülüşün getdikcə otağa yayıldı. İnsan əsəbindən gülə bilərmiş! Mən bunun bariz nümünəsi idim!

"Sən qız olduğun üçün, sənin şansın var. Amma Adil oğlan olduğu üçün, onun hec bir şansı olmayacaq!"deyib otaqdan çıxdım.

Mən univeristetə çatar çatmaz, Türkanda taksidən aşağı düşüb "Elgün dayan!"dedi. Ona qulaq asan kim idi?! Dayanmayacaqdım!
Mən getdikcə, qarşıma keçib duraraq "Sona qədər qulaq as mənə! Bura yeri deyil. Xahis edirəm əsəblərinə hakim ol"dedi.
Mən əsəblərimi necə sakitləşdirim? Özümə necə hakim olum?! Dayandım...

"Türkan mən hər ikinizdə cavab verəcəksiniz! Uşaqsız siz?! Məni atama xəbərləyirsiz?! Məndə düşmüşəm, Gülşənin üstünə..."

Tək dərdim məni atama şikayət etmələri deyildi. Dərdim, bilib bilmədən Gülşənin üstünə düşməyim idi. Gecənin bir yarısı onu narahat etmişdim...

"Sənin yaxşılığın üçün etdik. Adildə Gülşəni sevir deyə məcbur qalıb dedik. Sən buna pis tərəfdən baxma. Elgün, bir dəfə də düz olanı et. Hec kimi incidib, qırma... Mən inciməkdəndə, qırılmaqdanda çox yoruldum..."

Hər kəs incinib, qırılırdı... Məndə daxil...
Məni başa düşən yox idi. Məndə hec kimi başa düşmək istəmirdim. Türkana söz başa salmaqdan yorulmuşdum. Olmazdı, bizdən...

"Çəkil kənara! Hec nəyədə qarışma! Yoxsa daha çox qırılacaqsan!"deyərək addımı atıb uniyə daxil oldum. Burda davam etmək istəmirdim. Amma onu görən kimi, yaxasına yapışacağıma adım kimi əmin idim. Sinifdə daxil olduqda ilk gözüm onu axtardı. Famil ilə ən axır pəncərə tərəfdə durub söhbət edirdi. Dünən etdiyi mərifətlərindən danışırdı, hər halda! Mən ona baxdıqca, onunda gözləri məni tapdı. Tam burda onun yaxasından tutub, yarım qalan hesabımı ala bilərdim?! Üstünə getdikdə, Familin hər seyi təxmin etdiyini bildiyimdən, Adilin qarşısında dayandı.

"Famil çəkil! Bu sənin məsələn deyil!"dedim onu itələməyə çalışıb.

"Sinifin içində olmaz Elgün! Siz dostsuz!"dedi.

Nə dost?! Dost - dosta bunu edər?!

"Budu dostluğu?! Arxamdan iş çevirməkdi?!" dedim.

Famil qışqıraraq sinifdə olan uşaqlara "Çıxın!" deyə bağırdı. Gücləri yalnız olara çatardı.
Sinifin uşaqları çıxıb, qapını bağladıqda, nəhayət səssiz duran Adil "Dostum, olduğun üçün etdim... Arxandan iş çevirmək deyil bu"dedi.

Dəli olmağıma saniyələr qalmışdı! Hər kəsdə mənim yaxşılığımı fikirləşərmiş!

"Mənə görə yox! Gülşənə görə etdin! Sən hansı ara sevdin onu?!"deyib üstünə gəlib yaxasından yapışdım. Famil nə qədər məni onun üstündən ayrımağa çalışsada, bir əlim ilə onu itələdim. Adildə işə keçib, məni var gücü ilə itələdi. Arxa partaya dəyib özümü sabitlədim. İnana bilmirdim, dost dediyim adam ilə qarşı - qarşıya dayanmışdım!

"Sənin əsəbin mənim Gülşəni sevməyimdi?! Ya atana hər seyi deməyim?!"

Mənim əsəbim nəyə görə idi?
Gülşəni, sevməsi məni niyə maraqlandırsınki?

"Biz ondan danışanda ona görə qeyrətə gəlib, bizə qarşı çıxırdın! Cəsarətin olmadımı deməyə, mən onu sevirəm?! Həmdə, 1 ayın içində"deyib kinayəli şəkildə, əsəbimdən gülməyə başladım.

"Mən onu 1 aydı tanımıram... Bu ilin Fevral ayından tanıyıram... O gündən, harda qarşıma çıxsa ürəyim əsir... Sən sevgi nədir, bilmirsən... Sənə nə qədər başa salsamda, başa düşməyəcəksən. Niyə demədim bilirsən? Çünki siz normal fikirləşə bilmirsiz. Məni ələ salacaqdız. Əsasda sən Elgün! Dünən isə sinifdə etdiyin hərəkət hec düzgün deyildi! Dayana bilmədim... Başa düşürsən, dayana bilmədim"

Bunada gülməli idim...
Rauf mənə yazıq deyirdi, amma əsas yazıq Adil imiş!

"Gülşənin sənin hec varlığından xəbəri yoxdu! O sənə baxmaz! Çünki, sən bir tələbəsən, oda müəllim!"dedim.

Gülşənin mənə daim təkrarladığı sözləri, sırf canı yansın deyə ona deyirdim. Məndə bu cür iki üzlü imişəm...

"Bilirəm! Onun üçün ona hec cürə yaxınlaşa bilmirəm! İmtahanlarımızı gözləyirdim məndə...
Amma sən bütün işləri korladın! Ondan uzaq dur Elgün! Səninlə qarşı -qarşıya gəlmək istəmirəm mən!"dedi.

Nə qədərdə düşüncəli, bir insan modeli!

"Dost dediyim adamların iç üzünü görmək, bu günlərə qismət imiş. Mən ondan uzaq durmayacam! Bunuda beynin bir kənarına yazarsan!"

Mən ona meydan oxuduğum sırada, qapı açıldı.
Türkanı içərdə gördüyümdə, sinif uşaqlarıda çəkingən havaları ilə içəri girməyə başladılar. Başa düşdüyüm, dərs vaxt idi...
Ən ön sırada oturan Rəvanəyə yaxınlaşıb "Sən mənim yerimə keçə bilərsən?"dedim. Famil ilə Adilin yanında otura bilməzdim...
Rəvana ilk əvvəl nə olduğunu başa düşməsədə, sonradan razılaşıb mənim yerimə keçdi. Məndə düz müəllim partasının qarşısına.
Dərs başladığından, Gülşən içəri keçmişdi. Qarşısında oturduğumu hec gözləmirdi... Dərs boyu göz altı mən ona baxmışdım, oda mənə...
Arada bir yanımda oturan Zəhra ilə söhbətləşirdik. Düz, Gülşənin gözü qabağında. Zəhra bu qrupun ən cana yaxın qızı idi. Atası onları uşaq vaxtından atıb getdiyindən, həm oxuyub, həmdə işləyərək anasına baxmağa çalışırdı.

"Fərdi işlərini niyə yazmırsan?"deyə pıçıldadı mənə. O nə olan sey idi?

"Mənim yazı yazmaqla aram yoxdu"dedim.

Mən bunu deyərkən, Gülşən bizə baxırdı. Zəhra başını aşağı salıb, nəsə yazırmış kimi edərkən, məndə gözlərimi Gülşənin gözündən hec çəkmədim. Bilirəm indi burda adam olmasaydı 'Bəlkə, gözlərini məndən çəkəsən'deyərdi. Ondan sonrada mən bir cavab verərdim. Beləliklə normal ünsiyyətimiz olmazdı...
Beynimi Adilin onu sevməsi ilə, birdə ona baxmağım ilə yetəri qədər yormuşdum.
Zəngin səsini eşidər eşidməz, ayağa qalxıb hec kimin üzünə baxmadan sinifi tərk elədim. Məqsədim dəhlizin başında durub, Gülşəni gözləmək idi. Mən onun sinifdən çıxmasını gözlədikdə, yanında Adildə vardı. Onunla bərabər, nəsə danışıb gülərək mənə tərəf gəlirdilər. Onu güldürən nə idi? Onların bu vaxta qədər normal söhbət etdiyini belə görməmişdim. Ya da fikir verməmişdim... Hec özümdə normal danışmamışdım, bu vaxta qədər.
Adili arxadan sinifən kimisə səslədikdə, Gülşən qarşımdan tək keçdi. Onunla bu piləkanları düşmək, zövq verici idi.

"Dünən üçün bağışladın məni?"dedim hardan söhbət açdığımı bilməyərək.

"Dərsdə, mənə az bax... Səhv başa düşərlər sonra"dedi.

Bilirdim, belə deyəcəyini...

"Mən baxmıram... Gözlərim baxır..."dedim.

Gülməmək üçün özünü güclə tutduğunu gördüm. Gülmək üçün deməmişdim...

"Məni birdə narahat etməyəcəyini demişdin?" deyib ayaq saxladı.

Narahat etmirdim... Amma ona bu hissi verirdim...

"Mən belə narahat edəcəyimi düşünməmişdim... Normal ünsiyyət qurmağa çalışıram..."dedim.

"Narahat edirsən məni... Dünən gecədən sonra çox düşündüm. Sən ünsiyyət belə qura bilmirsən. Hamını özündən aşağıda görürsən. Bu gün dostlarınla deyil, Zəhranın yanında oturdun. Sən get məncə, dostlarınla aranı düzəlt. Onlar belə səninlə nə edəcəklərini bilmirlər..."dedi.

Deyəcək sözüm çox olsada, susdum... O getdi, məndə arxasıyca baxdım. Hec kimlə aram yox idi... Onunla danışmağa çalışırdım, oda alınmadı... Tək idim...
Dərslər bitər bitməz, unidən çıxdım. Hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Başqa vaxt olsaydı, başqa dostlarla əylənərdim. Amma indi başqa vaxt deyildi, nə də əvvəlki vəziyyət. Yerdikcə, təmiz soyuq olan havanı içimə çəkirdim. Soyuqda, burnum üzüm qızarırdı. Sarışın olmağın, pis tərəfləri...
Çox üşüdüyümdən, qarşıda olan bir kafeyə özüm atdım. İsti bir çaya, ya da qəhvəyə yox deməzdim. İnana bilmirdimki, təkəm indi. Ətrafımda hec kim yoxdu. Qəhvəmi sifariş edib, telefonu əlimə aldım. Bir neçə lazımsız insanlardan mesaj vardı. Türkanda, dayanmadan yazmışdı... Telefonumu masanın üstünə qoyub, ağrıyan gözlərimi dincəlsin, deyə əlim ilə sıxdım. Gözlərimi açanda isə qarşımda, yuxarı mərtəbədən aşağı düşən Gülşəni gördüm. Mən bu qədər təsadüflərə inanamazdım.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2493
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 491
Xəbər sayı: 0
Sevinc €
Tesaduflere mende inanmiram cox vaxt
17 iyul 2020 12:05
7
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Olur ey herden, herkes senden üz dönderer, amma senin qlobal sehvin olmadan, düşünmeden etdiyin boş şeylere göre, maraqlı bölüm oldu, tşk
11 may 2020 09:25
6
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Gozel bolum oldu
10 may 2020 00:41
5
Sevgi Qatarı
Şərh sayı: 8572
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Sitat: Ays
Çox gözəl bölüm oldu. Elgün artıq ağıllanacaqdır məncə
8 may 2020 23:29
4
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Elgunu Adam elese muellime edecek.
8 may 2020 13:43
3
p.s
Şərh sayı: 964
Xəbər sayı: 19
_abdullazadə_l_
Çox gözəl bölüm hər bölümdə heart Elgün heart obrazını daha çox sevirəm. Əllərinə sağlıq yazarımız
8 may 2020 12:24
2
Hərbiçi yarı
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Çox gözəl bölüm oldu. Elgün artıq ağıllanacaqdır məncə
8 may 2020 11:38
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri