Möcüzəyə inanıram (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 120
Səs ver:
(səs: 0)
Oda məni gördü...
İndi onu izlədiyimi falan düşünəcəkdi...
Gözlərimi onun üstündən tez çəkib, masaya saldım. Birdə bunun üstündə dava etsəydik, sonumuz hec xoş olmayacaqdı. Əlimə telefonumu alıb başımı qatırmış kimi etdim. Bu sırada sifariş etdiyim qəhvə gəldi. Qəhvə masaya qoyulsada, yanımda bir kölgə vardı. Başımı qalıdırıb, yanımda duran adama baxdım. Gülşən gözlərini əsəbi şəkildə mənim üstümə zilləmişdi. Qəhvəmi gətirən O idi?
Mən nə deyəcəyimi bilmədiyim üçün, boğazımı təmizləməyə başladım. O, isə qarşımdakı stolu çəkib masaya oturdu. Mənim oturduğum masaya... Həmdə, düz qarşıma...

"İndidə məni izləyirsən?! Əl çək dedikcə, sən mənə yapışıb qalırsan!"dedi.

Tam düşündüyüm kimi... İndidə onun arxasıyca gəldiyimi düşünürdü.

"Təsadüf deyək... Mən səni izləyib etmirdim. Uzaq qal deyirsən, məndə uzaq qalmağa çalışıram. Amma Tanrı bir yerlərdə bizi hey qarşılaşdırır"dedim.

Gözlərini süzdürüb, boynuna düşən saclarını arxaya atıb, dərindən bir ah çəkdi. Gözləri mənə baxmır, sağı - solu gəzirdi. Dodaqlarını isə bu anın gərginliyindən dişləyirdi. Mənsə oturub qarşımdakı göz alıcı mənzərəyə baxırdım. Ona baxmaqdan doymurdum... Ona baxmaqdan yorulmazdım...

Əllərini masanın üstündə birləşdirib, mənə baxmağa başladı.

"Mən həqiqətən yoruluram daha. Nələrisə sənə izah etməkdən, nələrisə sənə başa salmaq istəməkdən... Səninlə necə rəftar edəcəyimi bilmirəm. Məsafə qoysam alınmır, qoymasamda alınmır. Bir - birimizi tanımamış kimi etsək olar?"

Verdiyi sual ilə masaya bir az daha yaxın durdum. Tanımamış kimi etsəmdə, olmayacaqdı. Bəzən olmur... Bəzən, hec nə istədiyin kimi olmur.

"Tanıyırıq... Tanımamış kimi etməkdənsə, keçmişi silib, tanımış kimi qalsaq olar?"dedim.

Dediyim 2 cümləni silsəydim... O qapını döyüb, içəri girsəydim, tanışlığımız indi bir üst səviyyədə olacaqdı. Biz isə, hələdə alt səviyyədə idik. Ora ilişib, qalmışdıq...
Bir sey demədi...
Məndə gözlərinin dərinliklərinə daldım. Gözlərdəki dərinlik, bir seyləri qəbullanmaq istəyirdi. İçində baş qaldıran qürur isə buna yox deyirdi. Onun üçün bu dəfə öz qürurumu bir kənara atıb əlimi ona uzatdım.

"Salam mən Elgün... Tanış olmaq olar?"dedim.

İndi verəcəyi cavab, bundan sonraki davranışlarımızı əla alacaqdı. Bu əldən tutsaydı, daha əvvəlki tək olmayacaqdı hec nə. Bəs tutmasaydı necə? Bircə anlıq ona uzadılan əlimə baxmağa başladı. İçindən keçənləri təxmin edirdim. Bu əldən necə tutmaq olardı? Mən sadecə, normal ünsiyyət üçün bu əli ona uzatdım. Masanın üstündə olan əllərini bir birinə birləşdirib təkrar mənə baxdı. Mən isə hələdə havada qalan əlimə...

"Bu yalnız filmlərdə olur... Əlini aşağı sal"dedi.

Havada qalan əlimi yavaş - yavaş aşağı saldım. Qırıldığımı ona bəlli etməyəcəkdim. Onsuzda bu onun çoxda vecinə deyildi. Əlimi masanın arxasına gətirib yumruq etdim.
Film deyildi... Filmdən gözəl, ola bilərdi. Bu əldən tutsaydı...

Məcburən üzümü güldürməyə çalışdım.

"Fəsillər belə dəyişir"dedim. Üzümü daha çox güldürə bilmədiyimdən dəyişən üz ifadəm ilə davam elədim.
"Hər sey dəyişir... Biz amma dəyişə bilmirik. Dəyişmək, istəyəni belə dəyişmirsən. Bax 1 həftə əvvəl günəş çıxmışdı. İndi isə aramsız yağışlar yağır. Yağmağada davam edir. Mənə yol göstər nə edim? Mən ağılsız tələbəyəm... Sənsə dahi bir müəllimə"dedim.

Vuruldağım tələbə, müəllim sözü həyatımın tam mərkəzinə oturub qalxmırdı.

"Bax, bilmirəm bizim bu məsələnin, uzanmaq səbəbi nədi. Biz sadecə dərs barəsində danışsaq, hər sey yaxşı ola bilər. İndi səndən soruşuram, fərdi işlərini yazırsan hec?"dedi.

Zəhranın bəhs etdiyi fərdi işlər... Əsas söhbəti qoyub, dərs söhbətinə keçdik!

"Mən fərdi iş falan yazan deyiləm. Nə də dərs oxuyan. Söhbətimiz isə dərslə bağlı deyil. Görürəmki biz, yola gedə bilməyəcəyik"deyib ayağa qalxdım. Daha çox qala bilməzdim burda.
Qəhvənin pulunu çıxardıb, masanın üstünə qoyub qapıya tərəf döndüm. Ürəyim onun yanında qalmağımı desədə, mən bu yağışda çölə çıxacaqdım. Ona baxmadan qapıya tərəf irəlləyib kafedən çıxdım. Son olaraq kafenin bağcasından durub ora baxdıqda, ayağa qalxmış mənə baxırdı. Özü istəmişdi...
Bu əli tutsaydı, indi orda olacaqdım. Yağan yağışın altında deyil... İslanmaqdan qorxmurdum. Mən onsuzda yağışdan çıxıb, yağmura düşümüşdüm. Yağış yağa - yağa hara getdiyimi bilmədən, ayaqlarıma güc verdim. İçimdə baş qaldırmış, bu hiss məni çox sıxırdı. Bu gün Adilin dediklərini düşünüb durduqca dəli olurdum. Onu sevirmiş... Həmdə çoxdan...
Mənimsə hec nədən xəbərim yox idi. Adil nə qədər dürst, ağıllı bir oğlan olsada, Gülşənin ona baxmayacağını bilirdim. Ya bəlkə baxardı? Nəticədə O mənim kimi biri deyildu... Bəlkədə hər seyə durub kənardan baxmalı idim. Amma insan öz həyatına necə kənardan baxa bilər? Bu hec cürə alınmır... İstər yağış altında ol, istərsə günəş altında, beyində olan düşüncələr hec nəyə baxmır. Nə yerə, nə də zamana...
Yol üstünə çıxdığımdan bir taksiyə mindim. İslanmış halım ilə məni qəbul etdiyi üçün, təşəkkürümü bildirmişdim... Başımı pəncərəyə yaslayıb yola baxdım. Pəncərədən axan yağış damlalarına. Yeni damlalar gəldikcə, əvvəlki damlalar aşağı düşürdü. İnsanlarda belə deyildimi? Köhnə insanların yerini, yeniləri əvəz edirdi. Buna icazə versəndə, verməsəndə belə olurdu. Bu damlardan kim axmaq istəyərdiki? Hec biri...
Evə gəlib qapının zəngini basdıqda, saclarımda olan suyu əlim ilə sıxırdım. Qapını üzümə qardaşım Rauf açdı. İçəri keçib ayaqqabımı çıxartdığımda Türkan qonaq otağından çıxıb qapı kənarında dayanaraq mənə baxdı. Mənə niyə belə baxırdılar?

"Çöldə yağış var... İslanmağım normaldı"dedim.

"Normal olmayan hal, sənin bu saatda evə gəlməyindi"dedi atamın səsi.

Onu dünəndən sonra ilk dəfə idi görürdüm.
Yadıma atdığı şillə düşdü.

"Üstümü dəyişib, çıxıram. Narahatcılıq vermərəm sənə!"deyib sürətli şəkildə piləkanları çıxdım. Otağıma gəldikdə, qapını arxadan kilitlədim. Türkan qapını döymədən içəri girəcəkdi. Üşütdüyümün fərqinə varıb, ilk əvvəl duş aldım sonra, sacımı qurlayıb çarpayıma uzandım. Niyə üşüdürdüm, bilmirdim. 1 saatdan çox olardı telefona baxmamışdım. Telefonu əlimə aldıqda, qapım açılmaq istədi. Kilitli olduğundan açılmadı...
Türkan qapını döyüb "Elgün, qapını aç. Danışacaqlarım var"dedi.

Kilitləməsəydim, qapını döyməyi öyrənməyəcəkdi. Güclə ayağa qalxıb qapını açdım. Təkrar yerimə uzandım. Türkan isə çarpayının aşağısına çökdü.

"Bilirəm, həddim olmayan bir seyi dedim. Mən yaxşılığını istədim... Bağışlaya biləcəksən məni?"dedi.

Sanki, hər sey təkrar olunurdu. Mən bir səhv edib, Gülşəndən üzr istəyirdim. İndi onu başa düşə bilirdim. Üzr istəməklə, bəzi şeylər keçmirdi...

"Atamın üzünə baxa bilmirəm... Səni bağışlasam belə, özümü bağışlaya bilməyəcək seylər etmişəm mən. Mən səhvimi düzəltməliyəm"

Ayağa qalxdım. Atamla danışmalı idim...
Yoxsa, başqa vaxt buna cəsarət edə bilməzdim.

"Hara gedirsən? Yetəri qədər yağışda islanmısan"dedi.

"Atamla danışmağa gedirəm. Etdiyim səhvi düzəltməyə gedirəm"dedim.

Otağımdan aşağı düşdüm. Piləkandan durub qonaq otağına nəzər saldıqda, atamı orda görmədim. Yəqin iş otağında idi.
Qapını döyüb, içəri keçdim. Atamın qaşqabaqlı halını yoxsa sayıb, masasının qarşısında olan tək stola oturdum. O, susaqcaqdı bilirdim...
Mənə atdığı şilləyə görə peşmanda olmuşdu.
Hardan başlayacağımı bilmədən "Ata..."dedim.
Əlində qələm tutub yazı yazırdı, mənə baxmadan. Qulağının məndə olduğunu isə bilirdim.

"Mən hec vaxt Rauf ola bilmədim. Buna cəhd belə göstərmədim. Çünki, insanlar fərqlidi... Həyatdan bir dərs almadım mən. Alacaq, bir seyim olmadı. Daha doğrusu bu vaxta qədər alacaq bir seyim olmamışdı... Bu gün yağışın altında çox fikirləşdim. Sey... Ata... Necə deyim bilmirəm. Türkan ilə Adilin sənə dediklərinin yalnız bir miqdarı düz idi geri qalan hər sey isə onların düşüncəsi idi..."

Bunun sonun hara gətirirdim?
Mənim səsim kəsildikdə, atam əlində tutmuş olduğu qələmi saxladı. O baxışlar az sonra mənə dönəcəkdi. Düşüdüyüm kimi olduda.

"Hansı miqdarı düz idi? Hansı miqdarı səhv idi?"dedi.

Tam olaraq, bilmirdim...
Atamın mənə inanmasını istəyirdim...

"Ata, mən özümü ifadə edə bilmirəm. Sən sadecə mənə inana bilərsən?"dedim ümüdlənib.
Atam, inanardı mənə...
Arxamda durub, mənə həyatı başa salacaqdı.
Dodaqlarını araladıqda, ondan o xoş sözləri eşitmək istəyirdim. Amma atam məni yanıldıb

"Rauf olsaydın, inanardım... Amma sən Elgünsən, sənə inana bilmərəm mən"dedi.

Mənə hec kim inanmırdı...
Növbəti, qırılmışlığım...
Növbəti, yalandan gülümsəyişim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri