Möcüzəyə inanıram (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 172
Səs ver:
(səs: 0)
Hər sey inamdan aslı imiş...
Hər sey inam üstündə qurulurmuş...
Atamın mənə inanamamığı, canımı bir az incitdi. Mən onsuzda öyrəşmişdim, bu ayrıcılığa. Amma Gülşəni düşünüb durduqda, fikirlərim dəyişilirdi. Oda mənə inanmadığı üçün, biz yola gedə bilmirdik. Bir insana inanmaq çətin iş imiş hə? Güvənində qazana bilmirəmki...
Hava qaraldığı, özümüdə bir az halsız hiss etdiyim üçün yerimə girmişdim. Bu saatda həm evdə, həmdə yerimdə idim. Üstümdə olan qırğınlığı yağışda islanmağıma verirdim...
Niyə o yağışında altında islandım? Niyə indi bunları düşünürdüm? Mən çox düşünən bir insan deyildim. Günlərim hər gün eyni tərzdə olurdu. Ətrafımda dost dediklərim, gecə həyatım ... Nədənsə indi Adilin üzünü belə görmək istəmirdim. Gülşəni sevdiyimi üçünmü beləyəm deyə hec özümü sorğulamırdımda. Cavabını bilməkdən çəkinirdim. Özümü gizlətmək daha yaxşıdı idi. Ya da daha yaxşı olduğunu hesab edirdim. Nəticəsində öz özümə bu cür danışırdım. Sizin belə danışlığınız olub?
Olduqca, can sıxıcı bir vəziyyətdi...
Hər şeyi yorğunluğuma verib, yatmaq üçün gözlərimi yumdum. Amma beynimin içi hələdə işlək bir vəziyyətdə qalmışdı. Mən həmişə başımı yastığa qoyub, hec nə düşünmədən rahat yatan biri idim. İndi isə beynimdə bir ton fikir çəkirdim. Susmayan beynimə inad ağlıma başqa seylər gətirməyə çalışdım. Ağlıma gələn ilk sey isə Gülşən oldu. Gülşəni gülərkən, xəyal etdim... Beynimdən yeganə silinməyən sey O idi. Nə silə bilirdim, nə də ondan əl çəkə...

Narahat yatdığım bütün gecənin səhəri açılmışdı. Üstümdə olan yorğunluq deyildi. Yüksək hərarət idi... Əlimi istlikdən yanan alınma qoydum. Qızdırmam qalxmışdı...
Başımda çox pis ağrıyırdı. Yağışın altında qalanda, hər seyi düşünmüşdüm, amma xəstələnə biləcəyimi hec düşünməmişdim! Canıma gələn üşütümə ilə gecə yarısı üstümə atdığım adyalı dahada başıma çəkdim. Biri mənim aşağı düşmədiyimi görüb yanıma gələcəkdi? Gözlərimdən çıxan alovu, gözlərimi sıxaraq basdırmağa çalışırdım.
Qapımı nəhayət biri döyümüşdü. Türkanın içəri girdiyini gördüm. Məni belə görüb "Bu nə haldı? Nə olub sənə?"dedi. Üzümdən görsənmirdi nə olduğu? Sarı üzüm, qızarmışdı...
"Mənə möhkəm soyuq olub"deyə güclə danışdım.
Halsızlığın bu qədəri. Bir tədbir görsəydim, bu cür soyuqlamazdım. Əlini alınıma qoyub "Sən qızdırmadan yanırsan. Niyə xəbər etməmisən bizə"dedi. Mən indi nə deyim buna?

"Get anama xəbər elə mənə dərman falan gətirsin"deyə mızmızlandım.

Türkanın yanımdan gedəli 10 dəqiqə olardı, içəri anamla qardaşım daxil olmuşdu. Raufun yanıma gəlməsini gözləmirdim. Anamın ərköyün oğlu olmağımı, üzümə vurmağa gələrdi...
Anam məcbur mənə bir - iki sey yedizdirib, hərarət salıcı dərman vermişdi. Türkanda dərsə görə məcbur qalıb yanımdan getməli olmuşdu. Saatlar kecdikcə halsızılığım bir az düzəlmişdi. Həm gunorta yaxınlaşdığından həmdə sıxıldığımdan yerimdən ayağa qalxmağa çalışdım. Bu sırada telefonuma mesaj gəldi. Normalda mesajlara baxan bir insan olmasamda, bəlkə bir nəfərin yadına düşərəm, oda mənə yazar düşüncəsi ilə telefonuma baxdım. Amma ondan bir mesaj gəlməmişdi. Yazan hər zamanki kimi məni məndən çox düşünən Türkan idi.

"Xəbərin olsun qrup uşaqları sənə baş çəkməyə gəlir. Həmçinin, Gülşəndə..."

Mesajı oxuyar oxumaz göz bəbəklərim böyüdü. Uşaqların gəlməyin harda olsa başa düşsəmdə, Gülşənin gəlməyini hec cürə başa düşmədim. Mən o qədər ağır bir xəstə deyildim. Türkan bəzəyib, düzəyib deməyibsə...
Tez aşağı anama xəbər etdim. Evdə anamla qardaşım vardı... Yuxarı yenidən öz otağıma çıxıb üstümə başıma çəki düzən verdim. Verə bildiyim qədəri ilə... Bu gözlər onsuzda məni ələ verirdi. Mavi gözlü, sarışın biri olmağı onun üçündə sevmirdim...
Aşağıdan gələn səs küy ilə onların gəldiklərini bildim. Gülşəni görməyə hazır hiss etmirdim özümü. Onsuzda ona görə olmuşdu, hər sey...
Ona görə o yağışın altında idim... Ona görədə indi bu haldaydım. Otağımdan çıxıb yavaş adımlar ilə aşağı düşməyə çalışdım. Oratlığa göz gəzdirdikdə, demək olar qrup uşaqlarının yarsını qonaq otağında gördüm. Adili görməmək şərti ilə... Gəlməmişdi... Gözüm isə Gülşəni axtararkən, onu atamla danışıb gülən gördüm. Bu sırada mənim piləkanlardan aşağı enən Seymur görüb "Xəstəmizdə gəldi"dedi. Qrupun ən zarafat canlısı demək olardı ona. Türkan yanıma gəlib "Gərək aşağı düşməzdin"dedi.

Ölümcül xəstə idim xəbərim yox idi? Gözüm hec kimi görməzkən, yenə Gülşənə baxdı. Gülən üzünü dayandırıb mənə baxırdı. Onun burda nə işi var idi axı? Gedən kimi, ilk işim bunu soruşmaq olacaqdı...
Atam Gülşənin aynından ayağa qalxıb "Bax dostların sənə dəyməyə gəlib. Gəl əyləş səndə söhbət edin"dedi. Mənə inanmayan atam...
Familində gəlməyini gözləməzkən, onun yanına keçib oturdum. Qarşı qarşıya olan 2 böyük divanlar ilə hər birimiz oturmağa çalışmışdıq. Xəstə ziyarətinə deyil, deyib gülməyə gəlmişdilər ən çox...
Baxışlarım ancaq Gülşənin üstündə idi. Onunda mənə baxdığını görürdüm. Onu görmək istəməsəm belə, indi ona baxasım gəlirdi. Bəlkədə, saatlarca ona hec yorulmadan baxa bilərdim. Bir səhrada, susuz qalmış kimi, onu görməyə susamışdım...
Raufla söhbət edirdi...
Atamda Gülşəni ona tərifləyirdi...
Yuxu kimi idi...
Ya da bununda bir yuxu olmasını istəyirdim.
Geniş masamızda onlar üçün çay süfrəsi açıldığından digər qonaq otağına gedilmək üçüb ayağa qalxdı. Bundan başqa fürsətim olmadığı üçün, hamının çıxmasını gözlədim. Gülşən çıxmaq istəyəndə isə qolundan onu özümə tərəf çəkdim.

"Nə edirsən?! İndi bir görən olacaq!"dedi.

Vecimə deyildi hec nə...
Amma onu incitməmək üçün əlimi qolundan aşağı salıb, qarşısına keçib dayandım.

"Məni görməyin üçün yağışın altında islanıb, xəstə olmağım lazım idi?"dedim.

"Mən bura sənin üçün gəlməmişəm! Nazim müəllim dəvət etdiyi üçün gəlmişəm! Sən tam bir xəstəsən!"dedi.

Mən əsl xəstə olmağa doğru gedirdim! Məni bir adam olsun, belə düşünmür onsuz...

"Məni niyə başa düşmürsən? Niyə acı çəkdiyimi görmürsən? Ən əsas mənə niyə inanmırsan?" deyə suallar verdim ona. Cavabın verməyəcəyini, bildiyim halda...

"Burax gedim burdan... Suallarının cavabını sənə təkilikdə daha sonra deyəcəm"dedi.

Burda daha çox söhbət edə bilməzdik...
Keçib, getməsi üçün kənara durdum.
Nədənsə, tez getmələri üçün içimdə dua edib dururdum. Onları yola saldıqdan sonra rahat bir nəfəs aldım. Suallarımın cavablarını almaq üçün Gülşənə yazacaqdım. İçimdən belə keçirdi... Amma içimdən bitməyən bir qəzəbdə keçirdi. Hec bilmədiyim bir səbəb...

"Bunlar niyə gəlmişdi?"dedim qonaq otağında olan atama, qardaşıma və Türkana baxıb.
Rauf "Qrup yoldaşların deyil? Sənə baş çəkməyə gəliblər"dedi.

Mənə baş çəkməyə gəlmişdilər? Ya evə baxmağa?

"Gülşən niyə gəlmişdi bəs? Nazim müəllimdə elə tərifləyir yerə göyə sığdırmır"dedim əsəblərimə hakim ola bilməyib.
Hər üçünün üzünün döndüyünü gördükdə atam ayağa qalxıb "Sən düzəlməyəcəksən! O qızın tərifə ehtiyyacı yoxdu. Olanı deyirəm mən. Sən amma utanmırsan hec nədən"dedi.

Yenə söz mənə atılmışdı! Atam olduğundan daha irəli gedə bilməyib, otağıma çıxdım. Xəstəliyimə falan baxmayacaqdım. Mən onunla görüşməli idim. Niyə gəlmişdi? Hec kim, hec nə demirdi mənə... Lazımsız biri kimi hiss edirdim özümü... Lazımsız...
Mən telefonumu əlimə aldıqda, Rauf içəri keçdi. Birdə onun dediklərini, çəkmək vardı...

"Sənin O müəllimlə nə alıb verə bilmədiyin var? Sənin axır vaxtlar özündən xəbərin var?"dedi.

Mənim özümdən xəbərim yox idi...
Batırdım mən...

"Sənin nə işinə? Onu mən bilərəm, birdə Gülşən bilər! İndi otağımdan çıx!"deyib tərslədim onu.
Hər kəsdə, bizim işimizə qarışan olmuşdu.

"Bax Elgün, halın hal deyil sənin... Dərdin nədi axı sənin? Qardaşına de hec olmaya"dedi.

Yaxamı nə vaxt buraxmaq fikiri vardı?! Mən özünü başa düşə bilmirdim! Ona necə başa salım?

"Rauf mənim dərdimdə yoxdu! Hec nə eşitmək istəmirəm mən!"dedim bezmiş bir halda.
Bezmişdim hər seyden...

"Nə qədər demək istəməsəndə, mən sənin dərdinin nə olduğunu yaxşı bilirəm"dedi otağımdan çıxmaq istəyərkən.
Mənim dərdim nə ola bilərdi?
Mənim bilmədiyimi O bilirdi?

"Rauf dərdim nədiki mənim?"dedim onu otaqdan çıxmağa qoymayıb.

"Mənədə gəlmə... Gözəl bir qızdı, üstəlik - üstəlik boşanmış bir qadın. Səndə isə bu dəfə alınmadı. Yatağına ata bilmədin onu"dedikdə
üzünə yumruq yeməyidə bir oldu. Hə, məndən yaşca böyük bir qardaşıma yumruq atdım. Səbrimin olan qalan həddini bitirdiyi üçün!

Əli ilə vurduğum üzünü tutub mənə əsəbi formada baxdıqda, hislərimi cilovlaya bilmədiyim üçün gözlərimi sıxıb, eləcə qalıdım. Nə etmişdim mən? Qardaşımı necə vura bildim?

"Qardaşını vuracaq qədər, düşümüsən..."dedi.

Düşüməmişdim... Dibdəydim mən onsuz...

"Sözlərinə diqqət eləmədin! Dediyin sözün mənasına bax bir! Səndən bir qardaş kimi istəyim məni başa düşməyindi... Nə etsəm, sənin gözünə batır... Sual verirəm hec kim bir cavab vermir..."

Nəfəs - nəfəsə qalaraq dediyim sözlərdən sonra nəfəsimi dararaq qaldım. Ala bilmirdim, mən nəfəs...

"Dua elə evdə xalam gil var!"deyib qapını möhkəm vuraraq otaqdan çıxdı.

İnsan öz özünə əsəbləşərmi? Mən indi çox əsəbi idim! Hec kimə yox özümə! Həyatımdan baş verən bu dəyişikliklərə! Belə deyildi, mənim həyatım! Bu otaqdan ibarət deyildi! Amma gəl gör ki, 1 aydan çox idi artıq mənim həyatım bura olmuşdu! Hər seydə Gülşənə görə olurdu... Ona görə, davam edirdi...
Mənə bir cavab verməyib, qaçdığı üçün olurdu. Ya da məni bir insan yerinə qoymadığı üçün...
Üstümə bir papaqlı bir kapşon geyinib, cibimədə bir az pul qoyub evdən çıxdım. Həyatım boyunca qardaşıma vurmayan mən, indi onu vurmuşdum. Peşman idim...
Məndən böyük idi nəticədə. Dost bildiklərimdən deyildi... Qardaşım idi... Məni sevib sevməməsi çox vacib deyildi. Mən onu hər nə olsada, çox sevirdim. İnsan canının bir parçasını necə sevməsin?

Gülşənin evinə gəlib çatmışdım. Ayaqlarım bura gətirmişdi məni. Əlimi qapının zəngini basmaq üçün qaldırdıqda, aşağı saldım. Basa bilmirdim o zəngi. Əlimi geri çəkdim...
Pikanda oturub, orda qaldım. İndi o qapını döysəydim, birdə bunun üstündə söhbətimiz düşəcəkdi. 'Niyə döydün? Niyə gəlmisən?' deyəcəkdi. Mənimdə tutarlı bir cavabım olmadığı üçün, boş və mənasız danışacaqdım. Onsuz belə idi bizim söhbətlərimiz...
Bir çoxunuzun əsəblərinə toxunacaq bir tipdən idi. Titrədiyimi hiss etdiyimdən qolumu bir birində çarpaz şəkilində birləşdirdim. Nə gedə bilirdim, nə də qapını döyə...
Bu halımla burda oturub saatlarca tərpəmdən qalmışdım. İnsan gedərdi! Gedə bilmədim mən... Alladan binaya giriş edəndə olmamışdı. Amma saat 6 ya yaxınlaşırdı... Kimisi işdən gələ bilərdi. Burda soyuqdan üşüyən pişiklər kimi oturub, gözləməyin kiməsədə faydası yox idi.
İnsan bəzən hara aid olduğunu bilməzdi. Hara id olmaq istəməyinidə... Aid olduğum yerdə idim? Yoxsa aid olmaq istədiyim? Buranın yolun bilməzdim, əvvəl... Sayəsində əzbərləmiş oldum. Ayaq səsləri eşitdikdə, başımı özüm tərəfə çəkdiyim dizlərimin üstündən qaldırdım. Sola kimin gəldiyinə baxmaq istədikdə, Gülşənin pilələri çıxdığını gördüm. Neçə saatdı burda boşuna gözləyirmişəm? Evdə deyilmiş...
Gözüm onun üstündən hec çəkmədikdə, yuxarı çıxarkən məni gördü. Məni görməyi gözləmirmiş kimi qorxuduğundan əlini qəlbinin üstünə qoydu. Məndə saatlarca oturduğum yerdən qalxdım.

"Dəlisən sən! Necə qoruxtdun məni!"dedi ilk dəqiqədən məni azarlamağa başlayıb. Onla dava etməyə gəlməmişdim bura...
"Niyyətim səni qorxutmaq deyildi. Gedirdim məndə"deyib bir addım atdım. Atdığım adımdan gözüm qaralmış kimi oldu. Öz tarazlığımı saxlaya bildim lakin.
"Sən necə saatdı burdasan? Görnüşündən xəbərin var?!"deyib tam yanıma yaxınlaşdı.

Halsız olduğuma görə belə olmuşdu. Ruhumun çökdüyünü nəzərə almasaq...

"Mən yaxşıyam... Mən elə indicə gəlmişdim. İndidə gedirəm"dedim.

Getmək üçün gəlməmişdim... Nələrisə düzəltmək adına gəlmişdim. Bu isə kiminsə düşündüyü bir sey deyildi.
Mənə diqqətlə baxdıqda, əlini qaldırdı. Vuracaqdı məni? Əlini yavaşca üzümə toxundurdu. Əli üzümdə idi... Mənim...

Əlini saniyə sonra tez çəkib "Buz kimi olmusan... Yaxşı görsənmirsən sən. İçəri keçək"dedi.

O evə girə bilməzdim... Girəcəkdim, sonra mən çağırdım səndə o dəqiqə gəldin oldacaqdı, sonu.
Başqa niyyətlə o evə girmiş, sayılacaqdım. Gülşənin yaxşı niyyətini, görməzdən gəlmək mənim üçün ən yaxşısı idi. Özümü dik tutmağa çalışdım. Bacara bildiyim qədər...

"Buz olan mən deyiləm. Buz olan sənin qəlbindi. Evinə girmək istəmirəm... Əgər istəyin olsa, bir yerlərə gedib otura bilərik. Mən bəzi sualların cavabını bilməliyəm"

"Səni evə güzgüdə özünə bir bax deyə dəvət edirəm. Az sonra yerə yıxılıb qalacaqsan... Bizi biri görməmiş bu içəri keç. Ya da suallarına bir cavab tapmamış çıx get"

Necədə açıq sözlü...
Çantasının cibindən açarı çıxardıb, qapını açmağa başladı. İçəri girməkdən başqa bir çarə görmürdüm... Qapını açıb son dəfə mənə baxdı. Ən az bir yumşalıb, məni içəri dəvət etmişdi...
Ona uzadılan əldən, tutmayan insan...
Çəkinirək onunla bərabər evinə daxil oldum. Ayaqqabılarımızı çıxardıb, bərabər addımladıqda "Sən keç otur. Mən sənə nanə, limon qaynadacam"dedi.
Qeydimə qalırdı?
Dediyini sorğu sualsız edib qonaq otağında əyləşdim. Bura nanə, limon içməyə gəlməmişdim...
15 dəqiqədən sonra yanıma gəlib, yanıma oturaraq bardağı mənə uzatdı. Bardağın istiliyi ilə qızınmağa çalışırdım...

"Saatlarca qapının kənarında oturdum"dedim.

Ardını necə gətirəcəyimi bilmədən... Əlimi isə yandıran bardağa hec məhəl qoymadım. Bəzən uzun cümlələrə ehtiyyac olmaz. Əlimi yandıran bu bardaq uzun cümlələri əzib keçər.
Üzümə ifadəsiz bir şəkildə durub baxdıqda, cümləmin ardını gətirməyə çalışdım.

"Sənin evdə olmadığını bilmədən..."deyib susdum yenə.

Qapının zəngini basıb, onun evdə olmadığını bilərək gözlədiyimi bilməsini istəmirdim. İnsan hiss etdiyini, demək istədiklərini deməli idi. İçimizdə qaldıqca, bizə ağırlıq verəcəkdi...
Gözlərinin bir adım daha açılıb, böyüdünü gördüm. Qapı arxasında nə baş verdiyini bilmədəndə, gözləyərmiş insan...
Nanə, limondan bir qudum içməyə başladım. Bu ikilini hec sevmədən...

"Hər şeyi bi kənara ataraq, sənə gəldim...
Əlimdən tutmayışını, mənə inanamaq səbəbini öyrənməyə gəldim. Mən hec kimə deyil, sənə gəldim... Sənə..."dedim.

"Bardaq əlini yandırır sənin"dedi sanki dediyim hər seyi yoxa saymaq istəmişcəsinə.

"Yanmır... İstisi ilə qızınmağa çalışıram. Mən suallarıma bu gün cavab tapacam? Yoxsa bu gündə cavabsız qalacaqlar?"dedim.

"Elgün, sən insanı çox yorursan. Söz başa dümək istəmirsən. Başa düşdüklərində də başa düşülməməzlikdən gəlməyə çalışırsan. Mənə o əli niyə tutmadımı deyirsən. Mən necə tutum əlini? O əllərin etibarlı olub olmadığını bilmərəm mən... Səni tanıdığım o gündən bu yana hec nə dəyişilməyib. Mən səninlə hansı ara bu vəziyyətə gəldiyimidə bilməz oldum. Müəllim tələbə olmaq sərhədimizi çoxdan aşıb keçdik... Səni uzaq tutduqca, sənə bir adım daha yaxın gəlməyə başladın. İşin içindən necə çıxım indi? Hər seyi başdan başlasaq, məndən sıxılaraq əl çəkib gedəcəksən?"

Gözlərindən gördüyüm qədəri ilə, bir qərarsızlıq içində idi. Haqqıda vardı...
Nə istədiyini bilməyən bir adama, həyatı başa salmağa çalışırdı. Bu adam isə israrla onun yanında olmağını istəyirdi.

"Yanımda olma dedikcə, mən sənin daha çox yanında oluram. Mənim tək başa düşdüyüm, tək başa düşə biləcəyim budu... Daha normal söhbət etmək istəyirəm səninlə. Sən aramıza bir divar tikmirsən... Bu divar olsaydı, yıxıb keçərdim. Sən aramıza bir buz qoymusan. Mənsə bu buzu əridə bilmirəm..."

Başını aşağı salıb, əli ilə üzünü tutdu. Oda fikirləşirdi...

Birdən başını qaldırıb "Yaxşı... Mən razı... Bundan sonra səninlə normal iki insan kimi söhbət edib, davranacıq. Sonda səndə məndən sıxılıb, əl çəkəcəksən"dedi.

Üzümdə yaranan təbəssümü gizlədə bilmədim. Hər nəyə görə olsada, sonunda qəbul etmişdi. Sıxılacağımı təxmin edib, bir yola çıxırdı. Bilmədiyi bir sey mən yollardan sıxılmazdım. Nə də əl çəkməzdim...
Tək nəfəsdə nanə limonu içib bardağı ona uzatdım. Bardağı əlimdən alıb ayağa qalxıb, getdikdə əlimin tərsi ilə dodaqlarımı sildim. Bunu içdiyimə inana bilmirdim.
Yanıma təkrar gəldikdə oda mənim oturduğum formada bardaş qurub oturdu. Onunla üz - üzə bu şəkildə olmaq gözəl bir hiss idi.
Əlini yenə alınıma uzadıb, saclarımı geri çəkdi. Belə sıxılacağımı düşünürdü ondan? Mən amma onu təbəssümlə seyr edirdim. Saclarımı geri itdikdən sonra əlini çəkmədən alınma qoydu. İstiliyimin olmasını hiss edirdim.

"İstliyin var sənin. Hələdə düşməyib... Dərman gətirim mən sən üçün"deyib ayağa qalxmağa çalışdıqda qolundan tutub saxladım.

"Dərmana ehtiyyac yoxdu. Bir gülsən, bəs edər"dedim.

Bu sözümdən sonra gülümsədiyini, görə bildim...

Bölüm sonu

Müəllif:Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri