Möcüzəyə inanıram (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 2769
Səs ver:
(səs: 0)
Onun üzündə kicikdə olsa, bir təbəssümə sahib olmaq gözəl bir sey idi.

"Gülüşüm dərman deyilki, mənim"deyib yanıma oturdu təkrar.

Gülüşü dərman id. Dərmandanda ötə idi...
Buna ona deyə bilməzdim. Bir az daha irəli getsəydim, yenə başa qayıdardıq.

"Bəlkədə, dərmandı... Hələki bunu bilə bilmərik. Dərmanlar bağımlılıq yaradır bilirsəndə hə bunu?"dedim.

Üzündəki təbəssümü yavaş - yavaş soldurmağa başladı. Oturub dərmandan danışmağımızda ayrı bir hekayə idi. Normal söhbət necə edilirdi? Bilmirdim...

"Bəzi dərmanlar yaradır. Bəziləri isə əks təsir göstərir. İnsan bir çiçəyi çox sevdiyindən ona hər gün su tökür. Amma bilmirki, çox sevdiyi o gülün sonunu, o su ilə gətirir... Hər seyin çoxu ziyandı. Eynən sevginində... Nəzərindən qaçırtma..."dedi.

İnsan sadecə sevir. Çoxun və azın necə bir ziyan verəcəyini bilmədən sevir. Sevginin gözü kordu deyiblər, insan bilə - bilə uçuruma atmazki özünü. Sizində çox sevdiyiniz bir gülə, həddindən ziyadə su vermişliyiniz oldumu? Sizi bilmirəm, amma mən o çiçəyə su verməyə başlamışdım artıq. Ziyanın mən çəkəcək kimi görsənsəmdə... Bəzən o çox sudan çiçək qurumaz. Əksinə su bitdikdə, insan quruda qalar...

"Gün gəlir, çiçək suyu qəbul etmir. Torpaq sudan çox doyduğu üçün... Məndə bunları bilmirdim. İndi öyrənirəm, öyrənməyə çalışıram... Etdiyim səhvləri dərk edirəm... Səninlə qarşı - qarşıya oturmuşuq. Sənə sual verməkdən, qorxuram... Cavabsız qoyacaqsan suallarımı... Səninlə danışdıqda, cümlələrimi seçər biri oldum. 100 dəfə düşünürəm, sənə nə deyim, nə deməyim. Nə edim, etməyim.."dedim.

Saçlarının ucları ilə oynamağa başladı, mənə baxmamağa çalışaraq. Bir az yumşala bilmişdi, mənə qarşı...

"İçindən gəldiyi kimi davran" deyib mənə baxdı.

İçimdən gəldiyi kimi, davranmaq asand bir sey deyildi. Onda gərək, ondan əl çəkməyərdim...

"Canını məndən qurtarmaq üçün, mənimlə yaxşı yola getməyə çalışırsan. Sən de indi mənə, mən necə içimdən gəldiyi kimi davranım?"

"Elgün, mən bir çıxış yolu göstərdim sənə. Geri qalan hər seyi bizə zaman göstərəcək. Bunları düşünərək beynini yorma sən"dedi.

Hər seyin sonu ya əvvəli zaman idi. Zamana bağlı idi. Zamanın isə bizdən nə alıb götürəcəyi bəlli deyildi. Zaman gedirdi, birdə geri qayıtmamaq adına...
İndi isə üstümə düşən, bir vəzifə burdan getməyim idi. Evə mənimlə birgə gəlmişdi. Dincəlmək lazım idi ona. Ayağa qalxdım...

"Nanə, limon üçün çox sağ ol. Yenə getmək vaxtıdı... Dərsdə görüşənə qədər"dedim.

"Sabah gələcəksən dərsə?"dedi.

"Hə, bir nəfəri görmək üçün halım belə olmasa mütləq gələcəm"deyib yanından çəkilərək irəli addımladım. Ayaqqablarımı geyinərkən, divara söykənib mənə baxırdı. Mən bir insan dolusu evə gedəcəkdim, O isə burda tək qalacaqdı...

Qapını açıb çıxarkən "Özünə yaxşı bax Elgün" dedi.

Evdən çıxıb, yolda addımladıqca ürəyimin bir az rahatladığını hiss edirdim. Üzümündə, güldüyünü...
Silmək olmurdu, üzümdəki gülüşü. Bəzən sözlərə ehtiyyac qalmaz, üzdəki gülüş hər seyə bəs edər.
Çıxdığım bu yolda, hara gedəcəyim haqqında hec bir kicik fikirə sahib deyildim. Evə getsəydim, başım daha çox ağrıyacaqdı. Rauf bu vaxta qədər boş dayanmazdı. Atama olan bitəni danışardı. Ki, atamdan gələn 11 cavabasız zəng buna bir sübut idi. Yoxsa məni niyə axtarsın? Onun əziz övladı deyildim...
Bu gecə bir dostum gildə qala bilərdim. Yaxın tanışım olan Zeynala zəng edib axşam onda qala bilərəmmi deyə soruşdum. Oda qəbul etdi. İndidə onun evinə doğru gedirdi, mindiyim taksi. Zeynalda yaxın bildiklərimdən biri idi. Məndən bizdən biri idi. İşə bax, hər kəsin ayrı evi vardı, mənsə hələdə ailəmlə yaşayırdım. Atam və onun qanunları keçərli sayılırdı bizim üçün.
Evə çatdıqda qapının zəngini basıb açmasını gözlədim. Geniş 4 otaqlı bir bina evində yaşayırdı. Qapının arxasından qulağıma musiqi sədaları gəlirdi. Tək başına yüksək səslə musiqiyə qulaq asırdı?
Qapını gülən üzü ilə açıb "Oo xoş gəlmisən qardaşım"dedi. Qardaş yana qucaqlaşıb, daha sonra içəri keçdim. İçəridə isə Famili, Zakiri birdə adını bilmədiyim amma üz olaraq xatırladığım 4 qız gördüm. Zakir ayağa qalxıb mənimlə görüşərkən, Famil yanında oturan qızın qulağına nəsə fısladıyırdı. Aramızda bir uçurum yaranmışdı.

Yaratmışdım... Yaratmışdıq...

Zeynal əlini çiynimə atıb "Olmaya Famil ilə küsmüsünüz?"dedi. Küsmək ayrı bir sey idi. Bizim vəziyyətimiz isə tamamən ayrı bir sey.

"Yox Zeynal hər sey yaxşıdı. Sadecə xəstə idi, amma görünür qız adını eşidincə o dəqiqə düzəlib"dedi.

Yanındakı qızların gülüşdüyünü gördüm. Mən bura qız üçün gəlməmişdim. Qız olduğundan belə xəbərim yox idi onsuz. Zeynalın qulağına "Bu qızlar nə vaxt gedəcək?"deyə pıçıldadım.

"Bax 1 qız artıqdı onsuz, səndə onunla əylən. Bu gecəlik bizdədilər. Sənə yaxşı gələr"dedi.

Yanımdan keçib qızın biri ilə dans etməyə başladı. Mənsə ortalıqda durub ətrafa baxdım. Famil qızların yanından durub üzü mən tərəfə gəldi.

"Adil ilə olan fərqiniz... Utanma ona demərəm. Ged əsmər qız boş qalıb onsuz"dedi.

Canım hec dava eləmək istəmirdi. Bu qədərmi düşmüşdüm, mən dost bildiklərimin gözündən?

"Mənim hec nədən xəbərim yox idi! Mən qalmağa yer axtarırdım başa düşdün?! Zeynalda mənə hec nə demədi! Məndə bura gəlib belə mənzərə ilə qarşılaşdım"dedim.

"Bəs indi nə edəcəksən?"dedikdə, hec uzatmadan "Gedəcəm"dedim.

Ağrıyan başıma bu musiqi səsi yaraşmırdı. Nə də burda yaranmış atmosfer. Bilərək çiyninə dəyib qonaq otağından çıxdım. Arxamca Zeynalın gəldiyini gördüm.

"Əyləncəni qoyub hara belə? Gecəni qalacaqdın bəs?"dedi.

Əyləncə istəmirdim! Gecəni isə bu vəziyyətdə hec kecirmək istəmirdim!

"Zeynal sizə xoş əyləncələr. Mən əyləncə havasında deyiləm indi. Çox sağ ol"deyərək qapını açıb özümü çölə atdım. Nədənsə Famil ilə burda qarşılaşmağımızın sonu mənə xeyir kimi görsənmirdi. Evdən çıxdıqdan sonra cibimdə olan pula baxdım. Bununla otelə belə qəbul eləməzdi məni.
Pulu cibimə təkrar qoyduqda telefonuma gələn mesaja baxdım.

"Evə gedib çata bildin?"deyə yazmışdı Gülşən.

Çox gözəl çatmışam... Soyuq havanı ciyərlərimə çəkirəm...

"Həə evdəyəm artıq. Hər sey yaxşıdı"yazaraq göndərdim. Anında mesajım oxundu. Telefonun başında yazmağımı gözləyirdi?

"Onda görüntülü yığıram səni. Rənginə baxacam, görüm nanə limon xeir etdi sənə"

Mesajı oxuyar oxumaz, görüntülü zəng etdi. İndi olmazdı... Yalan dediyim üçün, mənə əsəbləşcəkdi. Zəngi rədd etdim.

"Yalan dedim evdə deyiləm..." yazıb məcbur göndərməli oldum. Məni düşünməsini istəmədim.

"Əyləncədəsən onda... Səni düşünməklə yanıldım..."

Mən bundan artığı deyildim. Ağıla ilk gələn sey bu olardı.

"Nə əyləncəsi? İçimi görmürsənmi mənim? Mən sənin yanında nanə limon içən həmin O insanam. Onu kirlədəcək bir sey etmərəm"

Uzandıqca yenə uzanan mesaj yazışmaları. Mesajımı oxuduqdan sonra görüntülü yığdı. Açmaqdan başa çarəm olmadığından, zəngini açdım. İşığı az olan küçələrdə addımladıqca
"Sən çöldəsən? Evə niyə getmirsən?"dedi.

Onu telefondan görmək, məni rahatlatmışdı.
"Evdə bir az söz söhbət olmuşdu. Məndə sənin yanına gəldim. Sonrada evə getmək hec istəmədim. Bir tanışımda qalacaqdım... Oda alınmadı"deyib iç çəkdim.

"Evinə get, Elgün... Yetəri qədər gec oldu. Yoxsa dahada pisləşəcəksən, sabah dərsə gələ bilməyib, məni görməyəcəksən"dedi.

Məni düşünməsinəmi sevinim? Yoxsa evə getməyiməmi pis olum?

"Başqa gedəsi bir yerim yoxdu. Hara dolaşsamda, yolun sonu bizim evə çatır. Narahat olma... Hələlik..."

Telefon danışığımız bitdikdən sonra, onsuzda başqa bir yerim olmadığını başa düşmüşdüm. Zeynalın evində qalmayıb, çıxmağıma özüm sevinmişdim. Bacara bilmişdim...
Evin sönən bütün işıqlarını gördükdə, rahatlıqla evə daxil oldum. Bu gecə nəhayət bitirdi. Həmdə böyük irəlləyişlər ilə...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2769
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 417
Xəbər sayı: 0
Sevinc €
Her weyde xeyir var. Ona gore pis olmaq lazim deyil. Her pis weyde yaxwi nese axtarmaq lazimdi.Tewekkurler
18 iyul 2020 17:26
4
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Elgun duzelecek buna eminem
13 may 2020 22:35
3
Sevgi Qatarı
Şərh sayı: 8567
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Maraqli bir bolum daha..Gulsenin Elgune inanmasi yaxsi oldu...Buna gorede Elgun ozne Ceki duzem verecek
11 may 2020 12:53
2
Şərh sayı: 6339
Xəbər sayı: 0
Cema_Axodova
Elgun zamanla duzelecek men bele hiss edirem
11 may 2020 12:35
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri