Möcüzəyə inanıram (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 081
Səs ver:
(səs: 0)
Gülşənin dilindən davam
Elgünə mesaj atıb, həyəcanlandığımdan barmaqlarımı masanın üstünə vurub ritim tutmağa çalışırdım. Hə, bir az həyəcanlanmışdım. Oda atdığım mesaja görə idi. Bu gün onu hec yerdə, görməmək bir az onun üçün darıxmağa səbəb olmuşdu. Nəfəsimin nədənsə daraldığını hiss edərək, yazdığım mesaja təkrar baxdım. Belə olmağım normal idi? Nə edəcəyimi tam olaraq, bilmirdim. İçimdə bir qərarsızlıq və tutarsızlıq var idi. Elgün ilə tanışdığımızdan bu yana hec bir işimiz düz getməmişdi. Onu tanımırdım belə... İndi isə tanımaq istərmişcəsinə, həyatımın tam mərkəzinə oturub, ayağa qalxmırdı. Mənə ilk başda dediyi sözləri unutmasam belə, yanımda olması acı xatirələrimin üstünə su sərpirdi. Yox, mən isti bir münasibətə aldanacaq biri deyildim, amma qəlbim israrla ona inanmaq istəyirdi. Etdiklərini asanlıqla silə bilməzdim. Nə də görməzdən gələ bilməzdim. Onsuzda, bu yollara əl atmışdım. Hec vaxtda alınmamışdı... Həmişə yaxşı mənada məni yanıltmışdı. Adildən məni mərcə qoyduğunu öyrəndikdə, bu mənə dərs olsun demişdim. Sən demə mərc söhbəti yox imiş. Elgün böyüyürdümü? Buna çalışırdımı? Böyüsə belə, mənim yanımda olmağı nə dərəcə düzgün idi? İçimi yeyib bitirən o qədər sey vardiki. Onlardan ən başlıca keçmiş həyat yoldaşımın 3 il sonra ortaya çıxması idi. Daha doğrusu, bacısı mənə zəng edib onun xərcəng xəstəsi olduğunu və son dəfə onunla görüşüb, məndən halalıq almaq istəməsini bildirmişdi. İlk dəfə eşidəndə qarşı çıxdım. Hansı halalıqdan bəhs edirdi?! Sonra Rauf ilə instagramda yazışdıqda, mənə düz yolu göstərdi. Məcburda olsa, onun yanına gedib halalıq verdim ona. Tək gedə bilməyəcəyimdən Raufda mənlə getmişdi. Onunla söhbətimiz olduqca, yaxşı tuturdu. Elgünü, dəyişdirirsən deyib, dururdu mənə. İnsan dəyişməz deyə, düşünürdüm. Elgün isə bu fikirimi yanıltamaqla məşğul idi.

Bu qədər düşüncə bəs idi. Ayağa qalxıb, Rənaya kömək etsəydim yaxşı olardı. Qapı kənarında olan, oturduğum masadan ayağa qalxdıqda Elgünün içəri girdiyini gördüm. Əlləri arxasında idi, məni görməyinə isə sevinmiş kimi idi. Məndə az da olsa, sevinmişdim... Dünən yaşamış gecəni düşündükdə, elektirik vurmuş kimi oldum. Ətrafda bir çox insan olduğundan, mən yanına getməzkən özü mənə qarşı irəli addım atıb "Biri sənə gül alsa, nə rekasiya verərsən?"dedi.
Salam verməmiş, necəsən'ə belə keçməmiş ilk bu sualı verməsinə güldüm. Düşündüyüm sey idisə, mənə gül almışdı...
Qəsdən "Gülləri yazıq etmək istəmərəm. Ammaki o gülləri qarşımdaki insanın başına çırpa bilərəm" dedim.

Elə sey edəcək, insan deyildim. Amma mənə gül alınmağınıda, hec sevməzdim.

"Bəs yaxşı, başa vurulası gül deyilsə?"deyib arxadan olan əllərini qarşıya gətirib əlindəki gülü mənə uzatdı. Gülməyəsən nə edəsən? Mənə aldığı gül kicik dibcəkdə, rəngarəng tikanları olan kaktus gülü idi. Böyük məmnuniyyət ilə əlindəki kaktusu aldım.

"İlk qızılgül almağı fikirləşdim. Sonra özümü sənin yerinə qoydum. Gülşən,qızılgülü əlimdə görsə mənə nə edər deyə düşündüm. Eynən, gülləri mənim başıma çırpar dedim. Onun üçündə kaktus aldım. Bunu başıma çırpsan, hər halda sabahı xəstəxanda açaram"dedi.

"Təşəkkür edirəm sənə. Evdəki kaktusum tək qalmışdı. Bunu onun yanına qoyacam"dedim.

Həqiqətən kaktusa sevinmişdim. Rəngarəng tikanları çox şirin görsənirdi.

"Adını Elgün qoyarsan" deyib gözlərini qısaraq saclarını dağıtmağa başladı. Kaktusun adını Elgün qoyacaqdım? Qulağa istəməzcədə olsa çox xoş gəlirdi.

Aşağı adam dolu olduğundan yuxarı mərtəbəyə çıxdıq. Əslində, Rənaya köməklik etməli idim. Çünki 1 işcisi icazəli idi. Aşağıdada adamlar var idi. Mən isə Elgün ilə oturub, çay içirdik. Pürrəngi çaya baxıb, birdə qarşılıqlı şəkildə oturduğum adama baxdım. Bu adam mavi gözlərini, məndən çəkmək bilmirdi. Gülüşümü çox sevdiyini demişdi... Onun yanında gözəl gülə bilərdim? Biz imkansızı istəyən, iki insan idik. Harda imkansız deyə bir sey olsa, ilk meyilim ona gedərdi.

Çayı içmək üçün dodaqlarıma dəydirikdə "İnsan, bir insanın çay içməsinə aşiq olarmı?" dedi. Sözün təsirindən isti çay, dilimi yandırdı. Gülüşüm, bitdi çay içməyimmi başladı?

"Hec olmaya, çay içməyimə qarışma. Yoxsa gülüşüm kimi, bunuda bir ömür boyu deyəcəksən"deyib əlimdəki çay bardağını yerə qoydum. O hər sözü çəkinmədən ya da çəkinərək belə olsa mənə deyirdi. Mən isə hec nə deyə bilmirdim... Gözlərinin mavisindən, xoşum gəldiyini belə bu dilimə gətirə bilməmişdim. Mavilikləri ilə bir dəniz qədər hüzurlu baxırdı. Hüzur bəxş edirdi...

"Sənə ömrümü verərəm. Nəyinki, bir ömür bu sözləri sənə demək"

Ömrünü ömrümə verərdi? Onun içindən keçənləri bilmirdim. Məndən xoşlanırdımı? Yoxsa adi kecici bir həvəs idimi? İçimdə bir yerlərdə yarım qalan seylər, məni o qədər incidib qorxudurduki...

"Ömrünü istəyən yoxdu səndən. Sən ömrünü başqa qızları ver"dedim canıma gələn kicik əsəb ilə. Onu başqa birinin yanında təsəvvür etmək belə, qəlbimə ox batırmış kimi bir hiss yaradırdı içimdə. Getdiyi clublar, yanında olan dostlarını düşünmək belə istəməzdim.

"Başqa qız söhbəti hardan çıxdı? Səninlə qarşılıqlı oturub çay içirəm, üstəlik - üstəlik səninlə söhbət etməyə çalışıram. Səninsə ağılına başqa qızlar gəlir?"dedi.

Gəlirdi... Hər dəfə, gəlirdi... Amma üzə vura bilmirdim. İndi bu cür söhbətin ortasında belə niyə dediyimidə bilmirdim. Mən uşaq deyildim. Özümü bir az elə aparmış, kimi oldum...

"Mən elə demək istəmədim. Yanında məndən başqa insanlar olacaq əlbət. Yəni, biz sonsuza qədər belə ola bilmərik ki"dedim dediyimi düzəltməyə çalışıb. Amma düzəltməmişdim, bərbad etmişdim.

"Mənim ətrafımda qız yoxdu. Nəyinki qız hec dost adlandırdığım qardaşlarım belə yoxdu. Təkəm mən..."dedi.

Son vaxtlarda, elə olduğunu həm görürdüm həm də hiss edirdim. Amma ürəyimə höküm edə bilmirdim. Beynimdən yalnızca elə düşüncələr keçirdi. Başa düşmüş kimi edərək, başımı aşağı salladım.

"Əlimdən tutdun, indi mən sənin əllərini buraxıb başqa birinin yanına gedə bilərəm? Mən özümü hec kimə başa sala bilmirəm. İnan sənin üstünə belə bu mövzuda gəlmək istəmirəm. Sadecə haqqlı olaraq düşün. Səhər unidə oluram. Sonra sənə yazıram. Çox vaxtda axşamları görüşürük. Görüşmədiyimiz günlərdə belə səni görüntülü yığıram, danışırıq. Bunu düşün... Hər zaman ürəyindən bunları keçirt. Sonra rahatlaş... Özün özünə deki, Elgün mənim gülüşümü çox sevir. Başqa gülüşlərə baxarmı?"

Son cümləsi, nə qədərdə gözəl idi. Ürəyimi basan həyəcandan ayağa qalxdım.

"Seyy... Aşağı düşək, Rənaya kömək etməliyəm mən"dedim sevincimi basdırmağa çalışıb.
Mənimlə razılaşıb, bərabər aşağı düşdük. Rənanın mənə olan isyankar baxışlarına, bir qarşılıq vermədim. Elgün bir kənarda oturub, mənə baxarkən məndə boş masalarda olan qabları yığışdırmağa başlamışdım. Elgün nə qədər kömək etmək istədiyini desədə, razı olmamışdım. İndidə yan masada oturan 2 oğlana 2 ci dəfə idiki kofe aprırdım. Bəyənməyib geri qaytarmışdılar. Belə problemli insanlar ilə birinci dəfə idi qarşılaşmırdım. Altdan almağa çalışırdım, bəzən olurdu bəzənsə yox. Elgünə baxdıqdan sonra həmin 2 şəxsin yanına yaxınlaşdım. Elgünün gözünün mənim üstümdə olması, yaxşı deyildi. Gözlərində yaranmış, əsəbi uzaqdan olsa belə görə bilirdim. Sifariş etdikləri kofeni təkrar masanın üstünə qoyduqda, əsmər olan oğlan biləyimdən tutdu.

"Nə edirsiz?"dedim biləyimi əlindən çəkməyə çalışıb.

"Dadına baxacam hələ, bəyənməsəm yenə dəyişəcəksiz"dedi.

Bunu deməyi ilə nə olduğunu bilmədən, Elgünü yanımda gördüm. Biləyimdə olan əli aşağı atıb "Nə lazım idi?!"dedi. Bu gün baş verməli idi bu hadisə?! Elgün tam burda olarkən!

"Elgün, bizə baxırlar xahis edirəm dava çıxartma"deyib mülayimcə ona baxdım.

"İstədiyimiz, kofeni gətirmir!"deyə oğlan yenidən dilləndi.

Elgünün səbrli şəkildə davranmaq istəməsini gördüm. Sonrasında alt dodağını dişləyib "Sifarişlərinizi mən gətiricəm indi!"deyib masanın üstündə olan kofeləri əlinə aldı.
Belə bir seyin baş verdiyinə inana bilmədim. Məni qorumağa çalışan birimi vardı? Həmdə, başa düşülən biri olmağa çalışaraq.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 081
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri