Möcüzəyə inanıram (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 3 949
Səs ver:
(səs: 0)
Onların yanlarından bir az uzaqlaşdıqdan sonra üzümü asıb ona baxdım. Məni qorumaq istədiyini başa düşə bilirdim. Amma belə etməyi nə dərəcədə düzgün idi? Ona elə baxdığımı görüb "Mənə elə baxma. Duz getirin mənə"dedi gülərək.

Nə duzu? Nəyə gülürdü? Ağlından nə keçirdi. Rəna ilə bir - birimizə baxdıq. Oda dodaq altı gülüməyə başladı. Hər ikisi gülürdü, bir mən idim saf olan?

"Duzu neynirsən?"dedim qaşımı çataraq.

"Duz gətirməsən, kofeni başlarından aşağı tökərəm. Secim sənindir"deyərək mənə göz vurdu.

Rəna buna necə razı olacaqdı? Elgünə söz çatdıra bilməyəcəyimi görüb, şansımı Rənadan yana sınadım.

"Rəna, müştəri hər zaman haqqlıdı. Elgünün belə sey eleməyinə icazə verməsən sən"deyib dediyimi təsdiq edsin deyə qaşlarımı qaldırdım. Rəna isə mən tərəfə durmayıb "Qadın olduğum üçün hec nə edə bilmirdim mən. İndi Elgün var. Qoy dərslərin versin. O 2 şəxsdən bezmişəm mən onsuz"dedi.

Bu Elgünün işinə yaramışdı. Mənədə bu halı qəbullanmaq düşürdü. Biz indi iki yeni isti kofeninin içinə 3 qaşıq duz atıb qarışdırırdıq. Ağıla gəlməyən, amansız bir işi edirdik. İşimiz bitdikdən sonra Elgün kofeləri həmin O 2 şəxsə təqdim etdi. Bizdə arxadan olanları izlədik.
Elgünün üzündəki saxta gülüşü yanlış başa düşüb, hər ikisi kofedən sanki böyük məmnuniyyətlə içməyə başladılar. Amma nəticə nə oldu təxmin etdiz? Hər ikisidə kofeni bir - birinin üzünə üfürüb, dodaqlarını silməyə başladı. Duzun dadın, kofe ilə birlikdə hec təxmin belə etmək istəməzdim. Öskürməyə başladıqda, Elgün əlini masanın üstünə çırpıb "Müştəri hər zaman haqqlıdı. Amma sizinki müştərilər əsla! Durun indi cəhhənəm olun burdan! Birdə sizi yolunuz bu tərəfə keçən görməyim!"dedi. Əsmər oğlan əsəbi formada Elgünə baxıb, ayağa qalxdı. Öskürərək "Bu etdiyinizin cəzasını verəcəksiz! Aqil gedək burdan!"dedi.

Mən dava çıxacağını düşünmüşdüm. Yəni, həqiqətən tək bir qadın gördükdə, rəftarları kişilərə nisbətən dəyişirdi? Onlar çıxıb getsədə, ətrafda bizə maraqla baxan gözlər çox idi. Elgün onlara tərəf dönüb "Narahatcılığa görə üzr istəyərik"dedi. Necədə hər seyi yoluna qoymağı bacarmışdı.

Kafedə bir az daha oyalanıb, birlikdə kafedən çıxdıq. Səssizcə mənim maşınımın yanına qədər gəlib, dayandıq. Ətrafda onun maşının görmədim yenə. Necə müddət idi maşınsızlığa necə dözürdü? Mən maşının kənarına söykənərkən, qarşıma keçib "Evə çatanda, mənə yazarsan yaxşı?"dedi. Mən kiməsə, hesab verəcək bir qadın deyildim. Evə çatdım, çatmadım bu onu maraqlandırmalı deyildi.

"Niyə? Nəyimsənki sən mənim?"dedim bir az sərt olub. Üzündə bir qırqınlıq yarandı. Dünən, onun əlindən tutduğumu unutmuşdum. Öyrəşə bilmirdim...

"Mən narahat olmayım deyə soruşmuşdum... Mən hələdə sənin, hec nəyinəm onsuz. Böyük bir hecəm... Varlığımda, yoxluğumda eynidi sənin üçün"

Tam elə sayılmazdı. Amma haqqsızda, deyildi...
Mən aşa bilmirdim, hələdə...

"Elgün, mən necə davrancağımı inanki bilmirəm. İçim o qədər yalnız və tək qalıbki, indi kimisə qəbul etmək ona ağır gəlir"deyib susdum. Mən onu çox incidirdim. Yanımda olmasını, O özü istəmişdi... Yanımda, olmaq ona ağrı, acı versə belə...

Asıq üzünü güclə güldürməyə çalışıb "Yanındayam... Yanındayam... Və yenə yanındayam mən. Gecən xeirə qalsın, gülüşü can alanım" deyərək arxasın döndərib, irəlləməyə başladı. Gedişinə baxa - baxa son sözünü düşündüm. 'Gülüşü, can alanım' bu necə cümlə idi? Gülüşümə taxmağı normal bir hal idi? Məndə hamı kimi sıradan, bir gülüş ilə gülürdüm. Gülüşümü gözəlləşdirəcək, bir qəmzəm belə yox idi. Amma Elgünün isə hər 3 sözündən biri, gülüşüm haqqında olurdu. Onun ardından çox baxdığımın fərqinə varıb, maşınıma minib, evimə doğru yol aldım.

Evimə çatmış, Elgünün mənə aldığı kaktusu öz kaktusumun yanına qoydum. İndidə yerimin içində ona baxırdım. Kaktusa baxıb, gülürdüm. Otağıma çox yaraşmışdı. Əllərimin arasında olan telefona baxıb, Elgünə yazım yazmayım deyə düşündüm. Az əvvəl onu incitmişdim. Yanımdan incik getmişdi. Bir balaca könlünü alsaydım, nə olardı?

"Evə çatmışam. Həttda çarpayıma uzanmışam. Üstəlikdə aldığın, kaktusu baş ucuma qoymuşam" yazaraq göndərdim.
Nə dilim dinc dururdu, nə də əllərim...
Telefonuma bir mesaj gəldikdə ekranın yandırıb baxdım.

"Azda olsa sevindim" mesajı gəldi ondan. Nə qısa bir cavab?!

"Deyəsən, başın qarışıqdı! Ona görə uzun hec nə yazmadın!"yazıb tez şəkildə göndərdim.
Evə getməmişdi?! Harda idi gecənin yarasında?!

"Ağlım gedir, ağlına .."

Gələn mesaja baxıb, hec nə başa düşə bilmədim. Onun ağılı,mənim ağlım? Nə məna verirdi?
"Ağlın mənim ağlıma niyə gedir? Sən niyə belə yazırsan mənə? Bunun sabahı var bilirsən?"
Mesajımın anında oxunduğunu görəndə, bilmədiyim məni boğan əsəblə cavab yazmasını gözlədim. Səbrim çatmırdı, yazdıqlarına.

"Ağlım, çünki sənin ağlındadı... Ancaq səni düşünür. Sanki, başqa işi gücü yoxdu. Gülşən indi neynəyir? Kim güldürür onun üzünü? Kimə gülür? O qədər çox fikirləşirki... Səndə bunları bilmirsən"

Mənə bu qədər bağlanması xeir əlamət idi? Kicik xoşlantını, öz içində nə qədər böyütmüşdü? Mən bu işin içindən necə çıxacaqdım bəs?
Hec bir zaman bir uşağım belə ola bilməyəcəkdi. Bunu qəbul etmək necə çətindi bilirsiz? Mən özüm bunu qəbullana bilməzkən, həyatıma bir başqa insan necə ala bilərdim? Necə korlaya bilərdim axı saf, xəyaldan ola biləcək düşüncələri... Hər zaman, qarşımı bu kəsirdi. Harda xoşbəxt olmaq istəsəm, yadıma düşürdü. Məndə, bu acı reallığa qurban gedirdim.

Elgünün dilindən davam
Acıyan ürəyim ilə gecə bitmiş, səhər acılmışdı.
Hər birimizin hekayəsinin başlaması üçün gecənin bitməsi, səhərin açılması lazımdı. Evdən çıxmaq istədikdə, atam qapı kənarında məni yaxalamışdı. Mən istəməsəm belə, maşının açarlarını mənə geri qaytarmışdı. Dünən xalamgil, yəni Türkan öz evlərinə köçmüşdülər. Bu bir növ xeirimə yarayacaqdı. Dəyişməli olduğum bir həyatım vardı. İnsan kimi, insan olmaq yolunda irəlləyirdim mən.
Uniyə dərsin vaxtından tez gəlmişdim. Ona görə... Onu görərəm deyə. Buranın yolun tanımayan mən, dərs oxumayan mən, keçmişdə verdiyim sözləri udmağa çalışıb, yeni nələrsə edirdim. Bacarsamda, bacarmasamda əlimdən gələni etməyə çalışırdım. Öz giriş korpusumuzun, kənarında durub divara söykənərək başımı aşağı salmışdım. Taki eşitdiyim, "Səni başı aşağı görməkdə varmış" sözünə qədər. Səsi qulağıma gəlmişdi? Ya həqiqətən qarşımda idi O insan? Başımı astaca qaldırıb, qarşımda durmuş insana baxdım. Ləmanı görməyi hec gözləmirdim... Uzun sacları qısalamışdı... İlk nəzərimə çarpan bu olmuşdu. 2 ildən sonra qarşıma çıxmasının altında nəsə yatırdı? Ya bu bizim təsadüfümüz idi?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri