Möcüzəyə inanıram (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 130
Səs ver:
(səs: 0)
Özümü itirməyib ona baxmağa başladım.
Ləman isə gülərək "Məni unutmusan, demə mənə"deyib bir adım mənə doğru yaxınlaşdı.
Əslində unutmuşdum. Görüncə xatırladım...
"Bu vaxta qədər hec qarşılaşmamışdıq. Xeirdi?"dedim. Dərsin başlamağına az bir vaxt qalarkən, burda Ləman ilə görsənməyim hec yaxşı deyildi. Hələ üstəlik Gülşənin bizi görməsini hec istəməzdim.

"Təsadüfən rastlaşdıq. Sənin kimi insanın üzünü görməyə, hec də maraqlı deyiləm mən. Bizim korpusumuz təmirdədi deyə, bizi bura köçürüblər. Səni görmək istməsəm, belə qarşılaşacağıq"dedi.

Hec inandırıcı gəlmirdi, qarşılaşmaq söhbəti. Amça inanmış kimi edib, üstündən keçib gedəcəkdim.

"Hə, başa düşdüm. Mənimlə söhbət edəcəyinə, dərsinə get"dedim.

Soyuq və səmimiyyətsiz söhbətdən sonra mənə gözlərini süzdürüb yanımdan ayrıldı. Ləmanın gedişinə baxıb, üzümü sol tərəfə çevirdikdə mənə tərəf gələn Gülşəni gördüm. Dünəndən sonra onu görmək, məni rahatlaşdırmışdı. Söykəndiyim divardan ayrılıb, onun yanıma gəlməsini gözlədikdə "O, qız kim idi?"dedi.
Ayaq saxlayıb, bir nəfəs almadan ilk bu sualı soruşması nəydən xəbər verirdi? "Tanış bir qız idi. Korpusları təmirdədi deyə, bizim korpusa köcüblər. Məni görüb, salam verdi" dedim düşdüyüm işin içindən çıxmağa çalışaraq.
"Bəs yanında niyə çox qaldı? Hansı dərəcədə yaxından tanışdı sənə?"deyə yenə Ləmandan bəhs etdi.
"Gülşən, niyə çox maraqlanırsan bu haqqda? Qızdıda salam verdi keçdi. Yaxşı day Allahın salamında almaram"deyib özümdən çıxdım.

Hardan qarşıma çıxmışdı? Gülşəndə onu yersizcə qısqanmışdı?

"Yanında olanlara, yanından keçənlərə belə diqqət elə. Bir daha xəbərdarlıq etmərəm mən" dedi sahiblənici qadın duruşu ilə.
Əsəbimi bir kənara qoydum. Bu hal olduqca xoşuma gəlmişdi.

Gülərək "Qoxu hiss etmirsən?"dedim.

"Nə qoxusu?"dedi

"Qısqanclıq"dedim daha çox gülməyə başlayaraq. "Elgün!"deyə səsinin tonunu qaldırdı. Boynuna qoya bilməyəcəkdim indi, qısqandığını. Onun əksi yumşaqca "Aycan" dedim. Üzündəki ciddi ifadəsi yavaş - yavaş yox olmağa başladı. Onun üzündəki kicik təbəssümə belə heyranlıqla baxırdım. Üstəlik o təbəssümü mən özümü yaratmışamsa...
"Dərsə girmək lazımdı. Sənsə burda məni söhbətə tutursan. Pis tələbə!"deyərək irəli bir addım atdı. Məndə onun ardıyca irəllədim. Dərsə bərabər girdik. Gülşənin gözü qarşısında Zəhra ilə oturmuşdum. Ara sıra Türkanın mənə baxdığını görürdüm. Ondan uzaqlaşdığımın fərqində idim. Amma özümdə bir günah görmürdüm. Üstünə getməsəm belə Adil ilə birləşib elədiyi hərəkəti unutmamışdım. Özüm isə arxaya çönüb baxırdım. Adilin baxışlarını Gülşənin üstündə idi. Bu beynimin hücəyrələrini oynatmağa bəs idi! Durub yaxasına yapışmaq istəsəmdə olduğum yerdə qalmışdım. Kim olaraq yaxasına yapışacaqdım? Gülşənlə yola getməyə çalışsaqda, mən hələdə onun üçün bir `hec idim. Dərsə girəndən bir dəfə olsun belə mənim üzümə baxmamışdı. Sevilməyə layiq olan insan O idi. Mən isə ona dəlicə aşiq idim. Gülşən ayağa qalxıb dərs başa salarkən, Zəhra qoluma toxunub bir vərəy uzatdı mənə. Vərəydə "Diqqətli ol" yazısı yazılmışdı. Zəhranın öz xətti idi bu. Bəs mənə niyə belə yazmışdı? Qələmi əlimə alıb sözün altına "Nəyə görə?"yazdım. Oda mənə, birdə Gülşənə baxıb gülümsündü. Vərəyi məndən alıb yenə nəsə yazmağa başladı. Vərəyi yenidən qarşıma qoyduqda "Gülşən müəlliməyə qarşı olan, baxışlarına görə" yazısını oxudum. Qrupun ən saf qızı bunu başa düşmüşdüsə, geri qalanlarını düşünmək belə istəməzdim.
"Zəngdə bufetə düşərik? Mənim bir dosta ehtiyyacım var"yazdım qarşılığında. Vərəyi alıb parta altına ataraq, gözlərini yaxşı mənasında qırpdı. Zəhranı Gülşənlə iki ya üç dəfə danışan görmüşdüm. Bəlkədə, azda olsa mənə köməyi toxuna bilərdi.
Zəng vuruluşunda Zəhra ilə bərabər bufetə düşdük. 2 çay alıb yanına gəlmişdim. Başqa qızı əsla yanıma buraxmazdım. Amma Zəhranı, Gülşən yanımda görüb qısqanmazdı.

"Çox bəlli olur, ona qarşı olan hisslərim?"dedim.

Əlindəki çayı masanın üstünə qoyub cana yaxın bir tərzdə gülümsündü.

"Həmdə necə... Ona baxanda gözlərində bir işıltı yaranır. Gülşən müəllimə çox yaxşı biridi. Mənə çox köməyi dəyib... Keçənlərdə qazımızın pulu ödənməmişdi, cibində olan pulların hamısını çıxardıb mənə verdi. İndidə işsizəm, mənə bir iş axtarır"dedi.

Mən bir mələk sevmişdim. Xəbərim yox idi...

"Gülşən, onu sevdiyimi bilmir... Məni sevməsi ehtimalını belə düşünə bilmirəm. Azca xoşu gəlsə, belə mənə yetər"dedim.

Yanında olmağım, yanımda olması bir sevgi işi deyildi. Gülşən, hisslərini gizli tutmağı bacaran bir insan idi. Ona görə onu başa düşə bilmirdim.

"Xoşu gəlməsə, ən azından yanında olmaz. Səninlə görünməkdən çəkinər və ya qorxar" dedi.

İşin qəribəsi gah yanımda olması, gahda bir baxış qədər uzağımda olması idi. Dərslərdə hec üzümə baxmazdı. Deyirəm, axı onu başa düşmək çətin bir məsələdi. Fikirə daldığımı görən Zəhra "Hey qara dənizdə gəmilərin batıb sənin? 12 gün sonra Gülşən müəllimənin ad günü olduğunu bilirsən?"dedi yenidən.

Ad günü idi? Mənimsə bundan xəbərim belə yox idi. Eşitdiyim ən əla xəbər oldu bu.
"Çox sağ ol Zəhra. Sən deməsəydin, hec xəbərim olmayacaqdı. Gərək ona bir süpriz edəm"dedim sevinərək.
"Kicik ip ucu verirəm sənə. Şokaladları çox sevir. Düzdü hər qız sevir, amma O daha çox sevir"dedi.
Bunu deməsi ilə beynimə indidən bir fikir gəlmişdi. Ən gözəl ad günü olacaqdı, bu il.

Dərs çıxışı hər zaman olduğu kimi çıxıb evə gəlmişdim. Necədə unidən evə, evdən uniyə gedən bir oğlan olmuşdum. Bu aralar hec nə qaydasında getmirdi. Getdiyini hesab edirdim amma elə deyildi. Ətrafımda baş verən hec bir seyin bir acıqlaması yox idi. Hər sey üst - üstə gəlib açılaraq bağlanırdı. Misal, Adil əl çəkmişdi bizdən? Ya bunun altında nəsə vardı? Həmçinin Türkanda... Dərsdə yanıma yaxınlaşmamışdı. Bəs bu gün Ləmanı gördüyümə nə deməli? Ləmanın həyatımda böyük bir rolu olmamışdı. Mənim üçün sıradan bir qız idi. Günlərin bir günündə göz nəzərimə girdi. Məndə onunla yazışmağa başladım. Sonra ondan sıxıldığım üçün mənim əvəzimdən Famil mənim adımla onunla yazışdı. Bizim münasibətin 7 ay getdiyini hesab edirdi. Sonra məni başqa bir qızla gördükdə, bütün həqiqətləri bildi. O gündən sonra mənə etmədiyi qarğış qalmamışdı. Onda daha uşaq idim. Ağılım hec nəyi kəsmirdi... Bu gün olsaydı, əlbət onların hec birini etməzdim. Söhbətim isə indi bu deyildi. Mənim söhbətim bu gün qarşıma çıxması idi. Hər kəs öz yolunda irəlləyərkən, yenidən yoluma qayıdmaqda məqsədi? Həyatımı tam qaydasına salmağa çalışarkən, niyə hər sey bir - birinin üstünə gəlirdi? Zəhranın yanımda olmasını gözləmədən, Zəhra bu gün mənə kömək etməyə çalışdı. Hər sey dəyişməyə doğru gedirdi. Dəyişən tək seyin fəsillər olmadığınıda, öyrənmiş oldum.
İnsan evdə nə qədər boş bekar gəzərdi? Bir iş lazım idi mənə. Hə, indi ağlım başıma gəlirdiki mənə bir iş lazımdı. Əlimdəndə, hec nə gəlmədiyi halda. İnsan nə qədər boş yaşayarmış? Telefonu iş elanlarına baxmaq üçün əlimə aldıqda, Gülşəndən bir mesaj gəldiyini gördüm. Mesaj 20 dəqiqə əvvəl atılsada mən indi görürdüm.

"Mən dəniz kənarındayam. Gəlmək istəsən, gələrsən..."

Məni yanına çağırmağına sevinsəmdə, bu soyuq havada orda olmağına qaşlarımı çatdım. Başqa yermi yox idi gedəcək? Bu dənizə aşiq olan insanları başa düşə bilməmişəm. Öz gözüm dənizi xatırladır deyə, dənizə ehtiyyac duymayanlardanam mən. Hələdə, dəniz kənarında olduğunu öyrənərək, yola düşdüm. Dəniz kənarına gəldikdə, aşağı enib daşların üstündə oturduğunu gördüm. Havanı deməyimə ehtiyyac vardı? Küləyi bir yandan, ayazlı havası isə bir yandan adamı üşüdürdü. Gülşən mənə dönüb baxdıqda, soyuqdan burnun qızardığını gördüm. İçimdən 'dəlidi bu qız' deyə keçirtsəmdə özünə hec nə deyə bilmədim.
"Gülşən, burnun qızarıb amma sən bu soyuqdasan"dedim yanına keçib məndə bir daşın üstünə oturaraq. Üzündə yaranan o xəfiv gülümsə ilə dənizin gedib gələn ləpələrinə baxıb "Birlikdə üşüyək" dedi.

"Səninlə üşüməyədə varam, yağış altında islanmağada varam, nə bilim qar ucqunun altında belə qalaram. Amma sənə nəsə olmağına icazə vermərəm. Dənizə baxmaq keçirsə, könlündən qarşındakına deyil, yanında duran insanın gözlərinə bax"dedim.

Gözlərini aram - aram dənizdən çəkib, mənə baxdı. Sonra başını göyüzünə qaldırıb baxaraq
"Sənin gözlərin mənə bir dənizi deyil, göyüzünü xatırladır. Dəniz, rəngini göyüzündən alır... Mənim də göyüzüm sənsən"dedi.

Dəniz olmağı gözləyərkən, göyüzü olmaq daha çox xoşuma gəlmişdi. Əllərimi yavaşca əllərinə toxundurdum. Əlinə toxunuşum ilə başını mənə çevirdi. İcazə istəyirmiş kimi gözlərinə baxıb, əllərini əllərimin arasına alaraq nəfəsim ilə isitməyə çalışdım. Buz idi bu əllər... Noyabrın son günləri öz sözünü deyirdi. Ətrafda hec kim olmazkən, bizim burda olmağımız nə idi? Biz üşümürdük, biz sanki donurduq...

"Əllərin, əlimə çox yaraşdı"dedim əlindən öpərək. Çəkmək istəsə belə, əllərini daha möhkəm tutdum. Bu əllər bir birindən ayrılmayacaqdı.

"Əllərimi buraxmaq fikrin yoxdu?"dedi gözləri ilə əllərini işarət edərək

"Yox" dedim
Sonra "Əllərimi əllərindən çəksən, əllərim çox üşüyər"deyə əlavə elədim.

Daha sonra O, güldü...

Üzümdəki təbəssüm ilə onun üzündə yaranan təbəssümə utanaraq baxıb "Gülüşünə necə faiz spirt qatmısan bilmirəm. Amma hər güləndə, məni sərxoş edirsən"dedim.

Utanmaq hissi, hardan daxil olmuşdu qəlbimə bilmirəm. Ona içimdə olan hisslərin, daha çoxunu demək istəməyim üçünmü belə olmuşdu? Ona onu sevdiyimi necə etiraf edəcəkdim? O qədər ürəkli, cəsarətli deyildim...

"Sən belə cümlələri hardan tapım deyirsən mənə? Bu cümlələr bir kitab cümlələrinə oxşayır"deyib əllərini yavaşca əlimdən çəkdi.
Ona çox yaxın durduğumu başa düşüb aramıza kicik bir məsafə qoydum.

"Sən bir kitabsan... Mənsə, sənin səhifələrini bezmədən oxuyan, bir oxuyucu... Bizim hekayəmiz səncə necə bitəcək?"dedim.

"Mənə elə gəlir bizim hekayəmiz xoşbəxt sonluqla deyil, həyatın əsl həqiqətləri ilə bitəcək. Bu ölkədə varıqsa, başqa sonluq gözləmək bizə yaraşmaz. Öz ayaqlarımın üstündə durmağı bacarsam belə... Bəzən mənimdə aşa bilmədiyim manelərim olur. Bacarmadıqda bir daha cəhd edirəm. Yorulduqda isə kənara çəkilirəm. Səndə elə et. Olmursa, daha çoz zorlama..."dedi.

İnsan bir insana sevgisini etiraf etmədən, daha hansı cümlə qurub deyə bilərdi? Mən tərəfdən tərətdütlü olduğu bəlli idi. Acıq - aydın oda üzümə hec nəyi deyə bilmirdi. Üz cizgilərində kicik bir məysuluq ifadəsi yaranmışdı. Dənizə qarşı baxıb, yanaqlarını şişirdirdi. Yanımda olan insana, ilk dəfə idi uzaq idim. Bunu başa düşməyim, öz ürəyimi ağrıtmışdı. Boğazımda yaranan qəhərə fikir vermədən "Bəs sən möcüzəyə inanırdın axı?"dedim.

Möhkəmcə udqundum. O, isə gözlərini dəniz ləpələrindən hec çəkmədi. Mənə dönüb baxmadı... Yanaqlarını daha şişirtməyib, dilindən bir 'Ah' naləsi töküldü.
"Möcüzəyə inanıram" deyib anidən ayağa qalxdı. Üzünü dənizə tərəf tutub "Möcüzəyə İnanıram... Amma bilirsən necədi? Ya baş verəcək möcüzə vaxtsız gəlsə? Mən həyatımı bir möcüzəyə etibar edə bilmərəm. Sən mənim haqqımda çox seyi bilmirsən. Misal qardaşın Rauf ilə ilk burda tanış olmuşduq. O gün səni tanıdığım günün 2 ci günü idi... Həyatıma məndən icazəsiz daxil olduğun, həmin o günün. İlk başlarda çox dirəndim. Sən müəllimsən, özünə gəl dedim. O, isə bir tələbədi... Həmdə, həyatı hec başa düşməyən bir tələbə... Sonra sən bu imkansızı yıxdın. Müəllimə tələbə söhbətin bitirdin mənim üçün. Mən sənə yaxın oldum. Yaxın olmaq istədim... İndidə yanında olmaq istəyirəm. Amma qarşımı başqa seylər kəsir. İcazə vermirki, mən rahat olduğum kimi davranım"dedi.

Dediklərini həzm etməyə çalışaraq, məndə ayağa qalxdım. Çənəmin titrədiyini ondan gizlətmək üçün üzümü əllərim ilə bağlamağa çalışdım. Ya da çənəmin titrəməsini görməsini bir hecə sayıb, gözlərimin dolduğunu görməməsi üçün etdim. Dediyi cümlərlədə deyə bilmədiyi nə qədər sözləri vardı. Qarşısını kəsən seylərin nə olduğunu yaxşı bilirdim. Mənə tərəf döndükdə "Elgün, özünü mənə görə dənizə at desəm atarsan?"dedi.

Hec düşünmədən atardım... Böyük daş üstündə olduğumdan aşağı kicik daşa adım atdım. Uzağı, dəniz məni aparırdı... Onsuzda sevdiyim qadanı belə görmək məni öldürürdü. Addımı yenidən atdıqda qolumdan tutub məni saxladı.
"Dəniz şahidimiz olsun. Göyüzü şahidimiz olsunki bizim möcüzəmiz bir gün baş verəcək. Mən hec kimə söz verməmişəm. Amma sənə bir Elgün sözü verirəm. Sözmü tutacam... O gün, səndə buna şahid olacaqsan"dedim daha çox özümü tutub saxlaya bilməyərək. Gözlərimin kənarlarından yaşların axmasına icazə verdim. Qəribə bir hiss idi içimdə baş qaldıran, bu sevgi hissi. Qarşındadı... Dəlicə qucaqlamaq istəyirsən, amma olmaz deyə əllərini həyata küsdürürsən. Eləcə gözlərindən yaşların axmağına icazə verirsən. Bu mənzərəni harda görsəm, gülərdim. İnsanın öz başına gəlincə, gülmək olmurmuş... Onun gözlərində yaranan bulanıqlağa baxıb, burnumu çəkərək "Gülüşündən, cənnət axanım"dedim. Əli ilə qoluma yumruq atıb "Cənnəti sənin yanında hiss edirəm deyə ola bilərmi?"dedi. Cənnəti görmüş qədər oldum...

"Mənim deyil sənin olduğun yerlərdi cənnət. Hər ayaq basdığın yerlərdə çiçək açır. İnsan daha sonra nəfəs alır. Sən göyüzündən yer üzünə düşmüş bir mələksən. Həmdə hər kəsi qısqandıracaq qədər gözəl bir mələk"dedim.

Möhkəm əsən külək, Gülşənin saclarını uçurtduqca, Gülşən gülərək saclarını düzəltməyə çalışıb "Oo sən romantik biri imişsən. Cənnət mələk söhbətin sonra edərik? Çünki indi getməliyik. Bir az daha burda qalsaq dona bilərik. Havada qaralmağa doğru gedir" dedi.

Razılaşmaqdan başqa yol varmıydı? Yollarımızı maşınlarmıza minərək ayırdıq. İnsanı bir birindən ayıran yollar idi. Qarşımıza çıxan manelər idi. Evə gəlib çatdıqda ortalıqda hec kimi görə bilmədim. Evin belə boş olmasını hec görməmişdim. Bir yerə gedəndə mənə xəbər etmirdilərki... Yenicə qonaq otağında olan divana özümü atmışdımki, telefonumun zəng səsini eşitdim. Ekranda 'Famil' yazısını görəndə uzandığım divandan ayağa qalxdım. Famil mənə bu saatda zəng edirdi? Zəngini açıb cavablandırdıqdan sonra telefonu əlimdə tutub sıxdım. Söhbət etmək üçün məni mənə bir ünvan adı demişdi. Evə dəvət etsəmdə, mənim gəlməli olduğumu bildirmişdi. Məndə onun üçün razılaşıb, evdən çıxaraq verdiyi ünvana tərəf gəldim. Maşından aşağı düşdükdə, qarşımda düzənlik kimi bir yer, birdə bir necə sökülü ev var idi. Belə yerdə söhbət etməyə nə ehtiyyac vardı? Mən ətrafa baxmağa davam edərkən, uzaqdan bir maşın gəldiyini gördüm. Maşın dayanarkən, içindən Famil və Adil aşağı endi. Adili yanında görməyi hec gözləmirdim. Bizi barışdırmağı düşünürdü? Onlar mənə tərəf gələrkən, maşından unidən uzaqdan elə belə tanıdığım 3 oğlan aşağı düşdü.

"Famil nə işdi?"dedim gözüm ilə yanındakıları işarət edib.

Qulağıma qəh - qəhə səsləri dolarkən, Adil "Zəhərli bir işdi"dedi.

"Famil sən bura məni söhbət eləməyə çağırmışdın! Etdiyin hərəkət kişilikdəndi sənin?! 5 adam üstümə düşəcəksiz indi mənim?!"dedim.

Düşündüyüm sey idisə, burdaca məni döyəcəkdilər! Ağlıma başqa hec bir varinat gəlmirdi! Adil "Sənin etdiyin bəs kişilikdəndi! Gülşənin orda burda arxasıyca danışıb, sonra bir anda mələyə çevrildin?! Sənin o boş söhbətlərin mənə sökməz! Elə bildin məsələ bağlanıb?" deyərək üstümə gəlməyə başladı. İyrənmişcəsinə Familin üzünə baxdım. Bu gün burdan al qanın içində çıxacağıma əmin idim. Amma dost dediyim adamların, bunu mənə yaşatmasını hec vaxt unutmayacaqdım! Adil üzümə bir yumruq atıb, diz qapağı ilədə qarın boşluğuma vurdu. Yerə yıxıldıqda, böyrəyimə bir təpik dəydiyin hiss etdim. Nəyin cəzasın çəkirdim indi bilmirdim...Sadecə gözümün qarşısına Gülşən gəlirdi. Ona görə, hər seyə dözməyə hazır idim.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri