Möcüzəyə inanıram (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 468
Səs ver:
(səs: 0)
3 saat Sonra
Gözlərimi yavaş - yavaş aralamağa başladım. İlk öncə gözüm baxdığım tavanı bulanıq görməyə başladı. Mən harda idim? Gözüm tam açdıqda, qabırğa hissəmdən gələn ağrı ilə yenidən gözlərimi bağlayıb dərindən nəfəs aldım. Qulağıma isə "Elgün, ayıldın nəhayət"səsi gəldi.

Səs Gülşənin səsi idi. Mən axrıncı dəfə o düzənlikdə idim. İndi Gülşənim evində nə işim vardı? Ağrıma hec fikir vermədən gözlərimi tam şəkildə açıb, yanı başımda aşağı çöküb mənə baxan, Gülşənə baxdım. Üzündə yaranmış qorxu ifadəsini görüb, uzadıldığım divandan bir az dikəlməyə çalışdım. "Mən niyə burdayam?"deyib əlimi dodağımın kənarına götürdüm. Üz gözüm yara içində olardı, hər halda.

"Sən yaxşısan? Mən sənə görə çox narahat oldum. Kimlərə baş qoşmusan sən?!"dedi.

Ah, yenə suallar veriləcəkdi. Cavabıda güclə deyiləcəkdi... Gülşənin verdiyi sonuncu sual ilə onun üzünə baxmayıb, baxışlarımı aşağı saldım. Ağrıdan nə danışacaq halda idim, nə də nəfəs alacaq... Amma mənə edilənləri xatırlayırdım. Bir adamın üstünə 5 adam düşdüyü üçün bu haldaydım... Adam deməzdim onlara... Üzümdən, gözümün altından xəbərim yox idi amma, qabırğa altım, böyrəklərim bir sözlə hər yerim ağrı içində sızıldayırdı. Hələ, kürəyimi demirəm... Sevgi deyəndə insanın ürəyi ağrayarmış, dost deyəndə isə kürəyi... Bu misalın üstümdə sınanmasını, hec vaxt gözləmirdim. Gözləmədiymiz seylər onsuzda hər zaman başımıza gəlmirdimi? Gülşəni sevmək, hesabda hec yox idi. Amma bu qəlbimə söz keçirdə bilmədim. Mən özümü başa düşməzkən, Gülşəndən məni başa düşməsini gözlədim. Adil Gülşən üçün nə etmişdi? Hansı sevgidən danışırdı? Sevgi belə bir sey idimi? Mən hec nə bilmirdim... Gülşənin gözlərində yaranmış bu qorxunun bədəlini isə Adil ödəyəcəkdi! İndi olmasada, bir gün mütləq! Məni döyüb getdikdən sonra, güclə cibimdə olan telefonu çıxardıb qardaşıma zəng etmişdim. Məni hansı halda tapırsa, tapsın xəstəxanaya getməsin deyə güclə nəfəs alıb danışmışdım. Bu halda xəstəxanaya getsəydim, birdə başıma polislər çıxacaqdı. Amma burda olmağı, burda göz açmağımı hec gözləmirdim.
Fikirlərimi bir kənara atıb, Gülşənin yenidən "Elgün, cavab verəcəksən mənə? Səni kimlər bu günə qoyub? Xəbərin var özündən..."deməsi ilə ağrıyan başımı əlim ilə sıxdım.

"Məni Rauf bura niyə gətirib? Özü hardadı indi?"dedim.

Başını sağa - sola yellədib "Rauf sənin üçün aptekdən ağrı kəsici almağa gedib. Bu halda səni evinizə aparacaqdı? Adil ilə Familədə zəng edib hec biri zənglərini açmayıb. O sırada mən sənə zəng etmişdim. Telefonu isə Rauf açdı... Sənin necə olduğunu dedikdə, məndə mənim evimə gətir dedim. Səni belə görmək içimi paramparça etdi mənim... Bizim yollarımız ayrılanda, mən səni belə qoyub getməmişdim"dedi.

Səsindəki titrəmə ilə anidən gözlərinin dolduğunu gördüm. Mənə görə, ağlamasın o gözlər... Mən acı çəksəmdə olardı...

"Ağlama... Mənə görə, ağlama... Mən yaxşıyam... Hec ağrıdmırki"dedim sanki bir uşaq başı aldatmağa çalışıb.

Acı içində gülmək... Mən əsl aktyor idim...

"Ağrıtmır hə?! Necə ağrı çəkdiyini mən burdan həm görürəm, həm də hiss edirəm. Rauf sənin elə bir vəziyyətdə olduğunu dedikdə, əllərim buz kəsdi mənim... Ayaqlarım sanki yerdən kəsildi... Mən ilk dəfə idi, belə bir hissi eyni anda yaşayardım. Sənin canın yanarsa, mənimdə canım yanar. Ona görədə, ağlamağa haqqım var mənim. Ağlayacam! Səndə mənə qarışmayacaqsan!"

Sözlərinin ardından, gözlərindən damlalar aşağı süzlüdü. Onun yanağına düşən, bir damla yaş idisə, mənim ürəyimə düşən nə idi? Əllərini üzünə tutub, özünü gizlətməyə çalışdıqda daha çox dayana bilməyib divandan ayağa qalxmağa istədim. Əllərim qarın boşluğuna tutaraq yarım qat bir şəkildə qaldım.

"Gülşən..."dedim güclə.

Əllərini üzündən çəkib, mənə baxdı.

"Sən bir azda ağlasan, mənim ağrılarım dahada artacaq. Ağlama ona görə... Sən gülsən, mənə bəs edər. Bədənimdəki bütün sızıltıları alıb götürər. Neynirəm mən o ağrıkəsicini, içində sənin gülüşün olmadıqdan sonra"

Azda olsa gülümsəməyə çalışdım. Mənim sözümə islanmış göz qapaqlarını açıb, yumaraq kicik bir təbəssüm etdi. Qalxdığım yerə təkrar uzanmağa çalışdıqda, qapı döyüldü. Gülşən qapını açmağa getdikdən sonra içəri Rauf gəldi. Başımı aşağı salıb, ona baxmadım. Onunda verəcəyi suallarından qorxurdum.

"Şükür özünə gəlmisən. Səni o vəziyyətə kim salmışdı hə? De qardaşına, gedib onların dərsini verim mən! Xəstəxanayada getmək istəmədin. Ya daxili qanaxman falan olsa?"dedi.

Raufda ilk dəfə belə narahat olan görürdüm. Soyuq qardaşım mənə görə bu saatda çöllərdə idi. Başda dediklərini yox sayıb son cümləsinə "Qanxamam falan olsaydı, indi ölmüş olardım" dedim gülərək. Amma nə Rauf nə də Gülşən gülmədi... Gülüşü üzümdən silib "Zarafat üçün demişdim"dedim. Amma yenə üzlərindəki o ağır ifadə dəyişmədi. Rauf "Deyəsən, bir yumruqda məndən yeyəcəksən! Dəlisən sən Elgün?! Bu işin zarafatı olmaz! İndi gecdi sənə dinlənmək lazımdı. Amma mütləq sabah mənə, bu vəziyyətinin hesabının cavabını verəcəksən!" dedi. İstintaq edəcəkdi məni...
"Rauf gəldiyinə görə, evə gedək. Gülşənədə narahatcılıq verdik onsuz bütün gecəni" deyərək ayağa qalxmağa çalışdım. Amma Gülşən çiynimə toxunub "Hec yerə getməyəcəksən! Sabahda şənbədi onsuz. Mən baxacam sənə"dedi.

Yox... Burda qalmayacaqdım. Düzgün deyildi...

"Gülşən, qala bilmərəm. Raufun onsuzda məni bura gətirməsi düzgün deyildi"dedim. Təkrar ayağa qalxmaq istədikdə, bu dəfə Rauf məni qalxmağa qoymadı.

"Gülşən düz deyir. Bu halda evə getsən, atam və anam səni belə görsə bu gecənin sonu polislərdə bitəcək. Bu gecəlik burda qal. Məndə səni idarə etmək üçün evə gedəcəm. Sabahsa, tezdən gələrəm. Biz iki sən isə tək. Biz deyən olacaq"dedi.

Qaşlarımı çata bildiyim qədər çox çatıb hər ikisinədə baxdım. Rauf ağlıyca məni burda saxlamaq istəyirdi. Gülşən isə mənə görə narahat olduğu üçün. Hardan baxılırsa baxılsın, düz deyildi burda qalmağım.

"Gülşən, onda Rənada gəlib burda qalsın. Yoxsa qalmayacam burda mən"dedim.

Mənimdə inadım inad idi. Hec kimin əlinə menu dəftəri verəcək bir halım yox idi.

Gülşən anidən səsinin tonun yüksəyə qaldırıb "Gecə saat 1 di və səndə deyirsən Rənanını yerindən yurdundan edim?! Burda qalacaqsan Elgün bəy! Məndə sənə qulluq edəcəm"dedi.
Küsmüş halda ona baxdım. O, isə gözlərini bərələdib "Raufu keçirdib gəlirəm mən!"dedi.

Əsəbləşmişdi? Bir az əsəbləşmişdi...

Raufu yola saldıqdan sonra, ağrıkəsicini bir bardaq su ilə mənə uzatdı. Dərmanı əlindən alıb "Bəs gülüşün?"dedim.

Təbəssüm edib "50 tonda sarı gördüm mən. Amma gedib, sənin saclarının sarısına vuruldum"dedi.

Ağrıkəsicidən daha keyidici bir cümlə...
Bütün bədənimə, dərman kimi yayıldı bu cümlə. Həm cümləsi, həmdə mənə bəxş etdiyi gülüşü...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri