Möcüzəyə inanıram (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 3 968
Səs ver:
(səs: 1)
Gülşənin dilindən davam
10 Gün Sonra
Keçən 10 gün
10 gündə, 100 ədəd fikir dəyişdirən, bir ədəd mən. Fikirlərimində hər biri Elgündən bəhs edirdi. Ona yaxın dursamda alınmırdı. Uzaq dursamda... Ortada da bir yerdə qalmaq olmurdu. Mənim yanımda var olmaq istəyi, nə qədər qulağıma xoş gəlsədə bəzi həqiqətlərə görə, içimə bir qorxu düşürdü. 10 gün olmağına baxmayaraq üzündə bir az yaranın ləkə izləri qalmışdı. Niyə döyülmüşdü? Kim döyümüşdü? Hec nə deməmişdi, demirdidə.. Onun elə olması, Adilin 10 gündü mənim ətrafımda dolaşması olduqca qəribə idi. Adil, olub olmaz yerlərdə qarşıma çıxıb dururdu. Utanmasam, onunda məndən xoşu gələcəyini deyərdim. Amma bu fikiri düşünmək belə istəmirdim. Elgün ilə aralarında olan soyuqluğu görə bilirdim. Bəlkədə düşündüyüm idi... Elə idisə bu işin sonu hec xeyir kimi görünmürdü. Bu gün onsuzda bir insana incik düşmüşdüm. Elgün, ad günümü yaddan çıxartmışdı. Ya da ad günüm olduğunu bilmirdi. Saat 19 : 37 idi... Məndə tv qarşısında boş - boş kanal çevirməklə məşğul idim. Hecmi bilmirdi ad günümü? Bu gün Rəna kafedə mənə yaxın dostlarım ilə bir seylər hazırlamışdı. Amma mən yanımda Elgünün olmağını istəmişdim. Bu gün mənə yola verici mesajlar yazıb, ortalıqdan yox olmuşdu. Nə istədiyimi hec özümdə bilmirdim. Onun saclarının sarısını sevdiyimi, belə necə demişdim bilmirdim. İçimdəki hiss, məni yeyib bitirmək üzrə idi. Bu yaşımda nə istədiyini bilməyən bir qadın olardımı? Tamam olan 25 yaşım ilə özümü hec də xoşbəxt hiss etmirdim. Ailəm bu gün, yanlarına gəlim deyə israr eləmişdilər mənə. Məndə gördüyünüz kimi qəbul etmədim... Ailəm adlandırdığım insanların üzündən bu gün kimlərinsə yanında başı aşağı gəzirdim. Qəbul etsəmdə, etməsəmdə belə idi. Bir seyi başa düşürdümki, Elgünə qarşı içimdə sevgi tumurcuqları əmələ gəlmişdi. Səhv düz olduğunu bilmədən sevgi toxumu mənim bu ürəyimə düşmüşdü. Mən böyümüş bir qadın idim. O isə, hələdə böyüməkdə olan bir uşaq...
Başa düşürəm, başına pis bir hadisə gəlməyib deyə, O hələdə böyüməyib. Amma ya mən onun həvəsi olsam? Yenidən incinib, qırılsam? Əlindən tutduqda işin bu yerlərə gəlib çıxacağını təxmin etməmişdim. Məndən sıxılacağını düşündüm. Lakin hər seyi əksi oldu. Nə mən ondan sıxıldım, nə də O məndən... Bir birimizə dahada bağlandıq. Bağlanmaq sevgidən daha bərbad bir ötə hiss idi. İnsan bağlandığı adamdan necə uzaq dursun?
Tv - ni söndürüb, oflayaraq telefonuma baxdım. Ondan bir mesaj gəlməmişdi. Məni belə tez unutmuşdu? 2 günü ididə soyuq idi mənə qarşı... Zəng etdikdə, belə zənglərimə gec cavab verib, işi olduğunu söyləyərək qısa kəsirdi. Nə işi vardı? Məndən uzaq durmaq üçün edə bilərdi? Telefonun ekranın söndürüb yanmayan tv-yə gözlərimi zillədikdə qapı zəngi çalındı. Bu saatda kimin yadına düşmüşdüm? Bir başa qapını açıb qarşıma baxdıqda, ətrafda bir insan deyil, qapı ortasında qırmızı rəngli orta boy böyüklüyündə kvadrat bir qutu gördüm. Qutunun kənarında 5 ədəd ağ şar bağlanmışdı. Üstündə isə bir not vardı.

Nota baxdıqda üstünə "Yaxşıki doğulmusan, gözəl gülüşlüm"yazılmışdı.

Bu notu oxumaqla hədiyyənin sahibinin kimdən gəldiyini bildim. Sağa - sola boylanıb baxsamda, özünü ətrafda görə bilmədim. Demək, məni unutmamışdı...
Qutunu qaldırmağa çalışıb evə gətirdim. Ağır olduğunu deyə bilərdim. Bəs içində nə vardı bunun? İçimdəki o xoşa gələn hiss ilə qutunun ağ rəngli lentini açıb, qapağını qaldırdım. Qarşımda cürbəcür şokaladlar vardı. Mən bu şokaladları 1 il yesəmdə qutara bilməzdim. Əlimi atıb üstə olan kitkat şokaladındam birini açıb, yeməyə başladım. Ömrümdə mənə belə hədiyyə gəlməmişdi. Şokaladı yeyib bitirməyim ilə qapı yenidən döyüldü. Bu dəfə gələn özü olardı. Böyük sevinc ilə qapıya yaxınlaşıb, qapını açdım. Yenə qarşımda kimisə görə bilmədim. İlk iş yerə baxmaq oldu. Bu dəfə orta boy qırmızı rəngli ürəkli bir qutu gördüm. Gülərək, aşağıya əyilib hədiyyəni götürərək evə daxil oldum. Yenə qutunun qapığını açanda, içində gördüklərimə böyük bir təbəssüm etdim. Məni, hədiyyə yağışına tutmuşdu... Qutunun sol hissəsində balaca ayıcıq, sağ hissəsində qar kürəsi, ortasınsa necə vaxtdı istədiyim amma tapa bilmədiyim mavi və çəhrayı rəngdə oyuncaq maşınlar vardı. Kənarlarında isə yenə bir - iki yastı şokaladlar... Özümün özümə belə hədiyyə aldım deyə paxıllığım tutmuşdu. Hədiyyələri ortalıqda idi. Bəs özü harda idi? Sadecə mavi gözlərini gözlərimə dikib, təbrik etsəydidə olardı. Maşınlarımı əlimə götürdükdə, qapı təkrar döyüldü. Hədiyyəni bir kənara qoyub qapını açdım. Qapını açmağım ilə, 101 ədəd qızılgül olduğunu təxmin etdiyim bir gül buketini, öz əlində tutmuşdu Elgün. Oda gülümsünürdüm, məndə...
Gülü mənə uzatdıqda, gülü əlindən, əllərimiz bir - birinə dəyəcək şəkildə aldım. Daha doğrusu elə alınmışdı...

İçəri dəvət etdikdən sonra ayaqqabılarını soyunmadan "Elə bildin, unutmuşam?"dedi.
Utanc hissi ilə gözlərimi əlimdə olan qızılgülə zillədim. Bir ara həqiqətən məndən bezdiyini düşünmüşdüm. O, isə mənə hədiyyələr almaq ilə məşğul imiş.

"Bir anlığına, elə bildim..."dedim.

Hər nə olur olsun, 2 gün mənə soyuq davranmışdı.

"Ağlımdan, çıxdığın bircə saniyə belə yoxdu. Sənə özünü unutmuş kimi, hiss etdirdiyim üçün bağışla məni. Gülü bir yerə qoy, əyninidə qalın elə. Səni bir yerə aparacam"dedi.

Hər cümləsi ürəyimin vuran ritmin dəyişdirərkən, dediyi kimi edib, gülü masanın üstünə qoyub yanına gəldim. Hara gedəcəkdik, hec bir fikirim yox idi. Hətda ev geyimində idim mən. Paltomu geyinərkən, mənə yaxın durub düymələri bağlamağa başladı.
'Hara gedirik' hec demədim... Yanında hara olsa, gedərdim. Ona güvənməyi öyrənmişdim. Məni yanıltmırdı...
Yola çıxdıqda, yolun sonun evlərinə tərəf gəldiyini görürdüm. Evlərinə niyə aparırdı məni? Maşını saxladıqda aşağı bərabər düşdük. O mənim üzümə gülərək baxsada, mənim üzümdə olan təbəssümüm silinib getmişdi. Çöl qapıdan içəri daxil olduqda, evin hec bir işığının yanmadığını gördüm. Yanıldacaqdı məni? Adam olmayan evə niyə gətirmişdi məni?

"Elgün, bizim burda nə işimiz var?"dedim daha çox dayana bilməyib.

"Ardımca gəl görəcəksən" dedi.

Bu yolun sonu hara çıxırdı? Onun addımladığını gördükcə, ayaqlarım getmək istəməsə belə irəli adım atırdı. Evin yanından kecdib getdikdə, nə etmək istədiyini hələdə başa düşə bilməmişdim. Evin arxa tərəfinə keçid eləmək istədikdə, əlləri ilə gözümü arxadan tutdu. Neynirdi bu oğlan?! Burdan nə süpriz çıxacaqdı? Bir az daha addım atdıqda, gözlərimi açdı. Gözlərimi ovuşdurub qarşımda olan mənzərəyə baxdım. Gözlərim bu mənzərəni gördüyünə inana bilmirdi. Mən nə düşünmüşdüm, O isə mənə görə nələr etmişdi. Utanmalı idim...

"Bəyəndin?" dedi qarşıma keçib.

Böyük bir ağacda, lampa və bankaların içinə yerləşdirlimiş şamlar vardı. Ətrafı işıqlandırırdı... Ətrafında taxtadan ibarət olan bir masa, 2 stol vardı. Nağıllar aləmindən belə daha gözəl idi.

"Bu qədərini düşünüb, mənim üçün etməyin... Həyatımın ən gözəl ad gününü yaşatdın mənə" dedim.

Bir əlini açıb, əlimi tutmaq istədi... Məndə əlimi çəkinmədən, əlinin üstünə qoydum. Əlimi sıxmağa başlayıb "Sözümü kəsmədən mənə qulaq asacaqsan. Söz verirsən?"dedi.
Başımı 'Hə' mənasında aşağı yelləyib "Söz verirəm"dedi. Dekbarın soyuğu, əllərimə təsir etmədi. Əllərim onun əlində çox isti idi. Fikirim isə nə deyəcəklərində..

"Sözə hardan başlayacağımı bilmirəm. Sən özün məni bilirsən. Mən böyüməmiş bir insanam hələdə. Amma səninlə böyümək istəyirəm... Ya böyüyək, ya da uşaq qalaq... Mən o 2 sözü dilimə gətirib deyə bilməsəmdə, sənə etdiklərimlə izah etməyə çalışmışam hər zaman. Bilirəm, mənə inanmırsan, mənə güvənmirsən hələdə. Bu evə daxil olmaq istədikdə belə, içindən kicik şühbə keçdiyini belə gördüm. Mən çünki, belə insan idim... Belədə yaddaşında qalmışam... Amma inanki, mən əvvəlki mən deyiləm. Əllərindən tutaram, daha irəli getmərəm. Çünki, mən səni həqiqətən çox sevirəm... Sevirəm"dedi.

Dediklərinin təsirindən çıxmamış, yenidən dodaqlarını aralayıb "Həvəs deyilsən... Bir həvəs üçün mən bunların hec birin etmərəm. Məni gülüşünə, həsrət qoyma"dedi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 968
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri