Möcüzəyə inanıram (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 979
Səs ver:
(səs: 0)
Gecənin qaranlığına, gözlərinin mavisi bir işiq olmuşdu. Mavi gözlərindəki, dərin qorxaq baxışlar isə mənim ürəyimin ən orta yerinə oturmuşdu. Dediyi etirafa mən nə cavab verəcəkdim? Ümüd dolu gözlər ilə, gözlərimə baxıb dururdu... O mənə ümüd vermişdi. Mən necə, ümüdünü əlindən alacaqdım? Qarşımı kəsən acı həqiqətləri, O bilmirdi... Bilsəydi, əgər mənə yenə belə eşq dolusu baxacaqdı? Əlimi əlindən çəkməkdən başqa, başqa bir çarəm yox idi. Ürəyim ona doğru çırpınarkən, mən həqiqətlərin əsri olmuşdum. Yaşanan keçmişimə görə, indi içim sevinmək əvəzinə qan qusurdu.

Özümü dik tutmağa çalışıb onu incitmək istəmədən "Olmazlara, çox meyilləsən"dedim. Kaş, lal olsaydım... Az sonra dilimdən çıxacaq kəlimələrə, möhtac olmasaydım...
Nə etsəmdə, O incinəcəkdi... Məni incitmək istəməyən insanı, sözlərimlə yaralayacaqdım.

"Olmazlara səni sevməmişdən əvvəl, meyilli idim. İndi isə meyilim yalnız sənədi. Mən sənə, səndə mənə olarsan. Beynindən keçən hər seyi bir kənara at. Ürəyindən necə gəlirsə, elədə rəftar elə. Məni sözlərin deyil, sənsizlik incidər"

Sanki, hər seyi bilirmis kimi danışması məni düşündürməyə vadar etdi. Mən ona inanmaq və güvənməklə öz sonmu gətirmişdim...

"Sənin əsl həqiqətlərdən xəbərin yoxdu. Xəbərin olduqdan sonra, bu verdiyin sözlərin hec birini tuta bilməyəcəksən. Xahis edirəm bu günün sonunu korlama"dedim.

"Mənim hər seydən xəbərim var"dedi.

Nəydən xəbəri vardı? Rauf ona hər seyi açıb, demiş ola bilərdi?

"Sənin hec nədən xəbərin yoxdu"dedim onun əksinə getməyə çalışıb.

"Gülşən, məni sevdiyini uzatmadan de olsun bitsin bu iş"dedi.

Onu sevmirmiş kimi düşünüb hərəkət etməyə çalışırdım. Amma bir həqiqətdə vardı. Mən onu sevirdim... Sevmərəm dediyim, mənə olmaz dediyim adamı inadla daha çox sevirdim. Sevginin hər seyi həll etmək, gücünə sahib olmasına isə inanmırdım.

"Mən hec vaxt ana, ola bilməyəcəm!"deyərək qışqırdım. Üzündə şoka girmiş kimi bir ifadə axtardım. Amma görə bilmədim... Həqiqətən bu həqiqəti bilib, mənim yanımda idi? Mənə ifadəsiz şəkildə baxdığını görüb "Amma sən, ata ola bilərsən..."dedim.

Kinayəli bir səkildə dodaq altından gülməyə başladı. Mənim dediyim hec bir sözü, ciddiyə almayacaqmış kimi... Əli ilə özünü başdan aşağı göstərib "Mənə bir bax"dedi. Onsuzda qarşımda idi, məndə ona baxırdım... "Mənə diqqətlə bir bax... Məndə öz sevdiyi qadını, körpəsi olmayacaq deyə atan bir tip görürürsən? Sualıma cavab ver. Bu cavab özü sənə hər seyi izah edəcək dedi"

Verdiyi sual, onsuzda bir cavab idi... Elgünün məni bir körpədən daha üstün tutacağını həm bilirdim. Həmdə artıq görürdüm. Lakin, insan bir tərətüd etmədi deyil... Yaşı artdıqca, bir körpəsinin olmasını istədikdə, necə? Necə olacaqdı ona? Özünü haqqlı çıxartmağa çalışması, mənim gözümü boyaya bilməzdi.

"Sənə diqqətli bir şəkildə baxıram. İndi olmasada, yaxın gələcəkdə səndə ata olmaq istəyəcəksən... Parkda yellənən bir uşaq gördükdə, içindən mənimdə bir uşağım ola bilərdi deyə keçirdəcəksən. Çünki, mən bu gündə elə hiss edirəm! Nağıl dünyasından, ayıl Elgün! Bu gün bu ətrafı nağıl olmayacaq, qədər çox gözəl bəzəmişdin. Amma nağılların bir sonu var. Bizimdə sonumuz burda bitir... Sən dünyada, ən yanlış insanı sevdin... Ən yanlış insanda, sevgi hissini daddın... Başa düşürsən? Mənə qarşı bəslədiyin bütün hisslər, yanlışdı"

İçimə dolan ağlamaq hissini dəf edib, arxamı ona tərəf çevirdim. Ağlamamlı idim... Onu etdiyi səhvləri düzəldirdim mən.

"Mənim sevgimə sən, yanlışdı deyə bilmərsən! Mənim bu dünyada olan tək doğrum, sənə bəslədiyim sevgimdi! Sevgimdəndə, səndəndə əl çəkən deyiləm! Göz yaşlarını, məndən gizlətmək üçün, mənə arxanı döndüyündə bilirəm. Sənsə, mənə yanlış insanı sevdiyimi deyirsən. Etdiyim səhvlərin, hansı savabısan hec bilmirəm... Sənə hec etiraf etmədim, deyə düşün, və üzünü mənə döndər"dedi.

Əlimin tərsi ilə, üzümə səssizcə axan göz yaşlarımı silib, burnumu çəkib, dərin nəfəs alaraq ona döndüm. Beynim çox qarışıq idi. Artıq uşaqca hərəkətləri yox idi. Nə istədiyini bilirmiş kimi hərəkət edib, danışırdı. Bu dəfə nə etməli olduğunu, bilməyən mən idim. Orta bir yerlərdə qalmışdım. İrəlidə getsəydim olmazdı, geriyədə... Ortada bir yerdə qalmaq olmazdımı?

Boğazımı təmizləyib, səsimin titrəməsi üçün dodaqlarımı bir - birinə möhkəmcə basdırıb
"Düşünməyə ehtiyyacım var. Bu düşüncə, nə qədər, çəkəcək bilmirəm..."dedim.

"Nə qədər çəkirsə çəksin, məni özündən uzaq tutmadıqca bir problemi yoxdu"dedi.

İçimə, bir bardaq su səpmiş kimi oldu...

"Son bir sey daha... Ana ola bilməyəcəyimi hardan bilirdin?"dedim.

Nə vaxtdan bilirdi? Bunu bilə - bilə məni daha çox sevməsi, hansı ara baş vermişdi?

"Yadında bir dəfə sizdə idim. Rəna gəldi deyə, məni öz otağına atdın. Sənində qara rəngli bir dəftərcən vardı. Məndə bir az onu açıb, oxumuş ola bilərəm"dedi.

Şəxsi dəftərcəmi açıb oxuyub?! Onu boğa bilərdim indi!

Əsəblə "Məni evimə apar!"dedim.

Gözüm ama ağaclardan asılmış işıqlarda qalmışdı. Hec birinə yaxından baxa bilməmişdim! Onlara baxdığımı görüb "Ged, yaxından bax sonra səni evinə aparacam"dedi sakitcə. Canını necədə, bu qədər asand qutara bilmişdi əlimdən...
Ona baxmağı kəsib, ağacın yanına tərəf gəlib yanan şamlara baxaraq, gülümsündüm. Hər şam işıq saçırdı. Amma ətrafıda işıqlandırarkən, özü yanırdı. Buna rəğmən, çox gözəl idi... Bəzən azacıq xoşbəxtlik, yanmağa dəyərdi. Yanmaqda olan şam mənə məhz, bunu izah edirdi...

Elgün məni evə qoyub getikdən sonra, hədiyyələrimə təkrar baxdım. Bu gün ürəyimdən gələn kimi bir hərəkət edə bilməmişdim. Düşünməyə çox ehtiyyacım vardı. Ayağa qalxıb, çay içmək üçün qazın altını yandırdım. Şokaladlarla çay içməli idim. Qapının zəngi isə yenidən çalındı. Yenə hədiyyə falan qoymuşdu qapımın kənarına? Qapını açdıqda, qarşımda Adili gördüm. Hə, Elgünün dostu olan Adili... Qaşlarını çatıb, mənə baxırdı. Mənim evimin qapısını niyə döyümüşdü?

"Adil, sən xeir ola bu vaxtdı mənim qapımı döyürsən?"dedim.

"Elgünə olar, mənə isə olmaz?"dedi.

Bu nə danışıq idi?! Bu gecə niyə bitmək bilmirdi!

"Bilmək olar qapıma niyə dayanmısan?"dedim təkrarən.

"İçəri keçib, danışa bilərik? Çöl çox soyuqdu" dedi.

Başımı 'yox' mənasında yellədim. Onun niyyəti nə idi?

"Adil, sözün varsa unidə gəlib deyə bilərsən. Gecən xeirə qalsın indi"deyib qapını bağlamağa çalışdım. O, isə qapını əli ilə açıb içəri keçdi. Bu hadisəni Elgünlədə yaşamışdım... Amma onda nədənsə qorxmamışdım. İndi isə içim titrəyirdi...

Qapını möhkəmcə çırpıb bağlayaraq
"Sən hamı kimi deyilsən deyə düşünmüşdüm... Amma sən demə səndə hamı kimi imişsən! Bunu bu gün Elgünün evinə getdikdə başa düşdüm! Neynədiniz hə o evdə?!"deyə səsinin tonun ucalatdı. Hansı haqqla evimə daxil olub mənimlə bu cür danışırdı!

"Xəstəsən sən! Tələbəmsən, tələbəliyini bil! Çıx evimdən yoxsa qışqırıb qonşuları başına yığaram sənin!"dedim.

"Hec nə edə bilmərsən! Mənim aylardı uzaqdan baxdığım qadına, O əclaf toxundu hə?!" deyərək üstümə gəlməyə başladı. Əsəbimdən dayana bilməyib, üzünə bir şillə çəkdim.
"Hansı cəsarət ilə, qarşıma keçib mənimlə belə danışırsan! Kim sənə öyrədib bunları! Allah məni sənin kimilər ilə sınağa çəkir! Parazit kimi hər yerə yayılmısız! Çıx evimdən!"deyib qışqırdım. Kim gəlir gəlsin daha...

"Elgünə bəs etmədi, onu döyməyim! Sən bilirsən, O sənə nə gözündə baxırdı! Məndə səni qorumağa çalışırdım! Amma sən öz istəyin ilə bu gün onun evinə daxil oldum! Atdığın şillənində hesabını verəcəksən!"dedi gözü dönmüş şəkildə.

Elgünü o vəziyyətdə salan Adil imiş...? Gözüm yaşarmağa başladı. Mənə görə... Mənə görə, döyülməyə razı olmuşdu...

"Əclaf sənsən! Eşitdin sənsən! Sənin kimi oğlanlardı, namusu hər hansı bir evə girməklə ölçən! Sizin kimi xarablardı, onun bunun bacısına göz dikib, öz özlüyündə onları qorumağa çalışan! Neynəyəcəksən?! İndi evimə gəlib, mənidə döyəcəksən?!"deyib onu möhkəmcə itələdim.

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri