Möcüzəyə inanıram (21-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 587
Səs ver:
(səs: 0)
Elgünün dilindən davam
Maşını son sürətdə sürüb xəstəxanaya üz tutdum. Necə baş verdiyin bilmirəm amma Gülşən indi xəstəxanada idi. Rəna zəng edib, xəstəxanaya gəlməyimi istəmişdi. Xəstəxanaya çatdıqda Rənanı görməyim ilə son sürət ilə yanına qaçıb gəldim. Ağlamaqdan gözləri şişmiş dərəcəyə gəlmişdi... Mən isə deməyimə hec ehtiyyac yox idi...

"Nə baş verir? Gülşən hardadı?"dedim. Əli ilə saclarını dartıb duraraq "Az qalsın qazdan zəhərlənib, boğulacaqdı..."deyib anidən susdu. Bu necə baş verə bilərdi? Niyə başqa bir sey demirdi?

"Rəna mənə düzünü de! Gülşən yaxşıdı? Bu necə oldu axı"dedim. Dilim deməyə başqa bir söz tapmırdı..

"Qazın üstünə çaydan qoyubmuş, suda qaynayıb tökülərək qaz sönüb. Bunun necə baş verdiyini inanki bilmirəm... Qapı qonşusunun qapısını döyüb, elə ordaca ürəyi gedib... İçərdə canı ilə əlləşirdi qız... Şükür hec nə olmadı... İndi sistem altındadı, yuxuya gedib"dedi.

Dərindən bir nəfəs aldım. Bu ehtiyyatsızlıq necə baş tutmuşdu? Ya O qonşunun qapısını döyə bilməsəydi... İndi içərdə sistem altında yox, başqa bir yerdə olacaqdı... Dizlərimin titrədiyinin fərqinə varıb, əlim ilə divardan tutub divara söykəndim. Sanki içimdən nəyisə qoparıb yerə atırdılar... Bu gün ən gözəl gün olacaqdı... Bu gün hər sey başqa cürə olacaqdı...

Rənanın üzümə durub baxdığını gördükdə "Mənə niyə elə baxırsan? Başqada nəsə var?" dedim. Göz qapaqlarını qırpıb "Həə..."dedi.
Söykəndiyim divardan çəkilib qarşısına keçdim. Dodaqlarını yavaşca aralayıb "Seyy... Deyəcəm amma özündən çıxma. Gülşənin indi sənə ehtiyyacı var, bir dəlilik etmə"dedi. Ya səbr! Daha qulağım nə eşidəcəkdi? Ölüm ilə üz -üzə dayanmaqdan, başqa daha nə çətin bir sey ola bilərdi?! Gözlərimi gözlərinə dikib, sözünün ardın ondan eşitmək istədim.

"Qonşular dediki, Gülşənin evindən səs - küy gəlirdi... Dodağının kənarında da qan izi vardı"

Canıma gələn əsəb ilə əlimi möhkəmcə yumruq edib sıxdım. Onu kimsə vurmuşdu?! Kim idi ona vuran?! Mən evimdə uzanıb onu düşünərkən, onun canı təhlükədə idi...? Allahım məqsədin məni dəli, ya da bir qatil etmək idi?! Bu necə amansız bir iş idi?! Özümü ələ almağa çalışıb, Gülşənin yatdığı palataya daxil oldum. Eləcə ruhsuz bir şəkildə uzanmışdı. Qolunda da qoşulu sistem vardı... Canım çox pis dərəcədə yanırdı indi. Dodağında yaranmış çatlaqlıq vardı, yanaqlarında isə qızartılar... Ona baxa - baxa gözümdən yaşların bir - bir axıb yanağıma töküldüyünü gördüm. Göz yaşlarım belə məndən xəbərsiz axırdı... Göz yaşlarımı sildikcə yanına yaxınlaşıb, stola əyləşərək, ona baxdım.
Bir birimizin həyatına xəbərsiz bir şəkildə daxil olmuşduq. Onu bu qədər canımdan çox sevəcəyimidə hec vaxt düşünməmişdim. Kimisə sevmək, kiməsə sevgi hissi bəsləmək mənlik bir sey deyildi. İndi icazə belə almadan, əllərinə toxuna bilmirəm... Ya yarım qalsaydı hər sey? Ölüm deyilən sey, ani deyildimi? Gözümüzü yumub acdıqda belə, anidən hər sey baş verə bilərdi. Necəki, mənə hec bir sey olmamışdı, amma mənim indi nəfəsim daralırdı. Ürəyim qorxmuş bir şəkildə döyünürdü. Başımı aşağı salıb, əlim ilə sıxmağa başladım. "Gülşən... Sən olmasan, məndə olmaram" dedim çox aciz bir şəkildə...

"Sən olmasan, hər fəsil mənim üçün eyni olar. Yaz nədir bilmərəm... Gül - çiçəyə yaxın durmaram. Ürəyim həmişə ayazlı bir şaxtalı qış olar. Gedən saatın əqrəbləri dayanar. Dəqiqələr ötməz mənim üçün... Sən mənim yanımda olmasan, dünyama gecə çökər. Ay sən olduğun üçün, işıqsız qalaram məndə... İnsan çox sevdiyi bir insanın, itirmək qorxusunu yaşamasa həyatı dərk etməz. İndi azda olsa, qardaşımı başa düşə bilirəm. O, bu acıya necə dayanıb? Səni belə görmək mənim qəlbimi parçalayırsa, onun qəlbi yoxdu demək... Ona çox haqqsızlıq etmişəm, mən... Mən səni daha çox sevirmişəm... Məndən, getmək istədikdə anladım"

İçimdəkiləri səsli bir şəkildə dedikdən sonra "Məndə..."deyə güclə çıxan bir səs eşitdim. Qulağıma gəlmişdi səs? Başımı yerdən qaldırıb, qarşıma baxdıqda, Gülşənin gözlərinin azacıq açıldığını və gülümsəməyə çalışdığını gördüm.
"Məndə, səni sevirəm..."deyə yenidən təkrar edib öskürməyə başladı. Gözlərini açmasınamı sevinsəm, yoxsa məni sevməsini deməsinəmi?
"Özünü yorma... Mən indi həkim çağırıb gəlirəm" deyib yanından ayağa qalxdım. Sevirəm sözünə sonra bir cavabım olacaqdı. İndi əsas olan sağlamalığı idi. Mən otaqdan çıxıb, həkimi çağırmışdım. Həkim onu müayinnə edirdi, məndə onun dediklərini düşünüb dururdum. Keçirtdiyim qorxu hissi, qorxu hissini dəf etmək istəyən sevgi hissi ürəyimi azda olsa yerinə gətirə bilmişdi. Lakin, dodağının kənarında olan çatlaqlıq ağılımdan çıxmırdı. Həkim bu gecəni burda keçirməyi məsləhət bildikdən sonra palatanı tərk etmişdi. Sonra polislər gəlib Gülşənə bir - iki sual verib getmişdilər. Gülşən çox yorulduğundan üstünə getməmişdim. İçim - içimi nə qədər yesədə, suallarımı sabah səhər soruşacaqdım.
Dünən gecənin bitdiyinə şükür edərək, gözlərimizi səhər açmışdıq. İndi isə Gülşəni xəstəxandan çıxardıb, Rəna ilə bərabər evə gəlmişdik. Rəna Gülşəni divanda uzandırmağa çalışırdı, məndə ətrafda qalan hədiyyələri otağına yığırdım. Hədiyyələri belə otağa qoymağa vaxtı olmamışdı... Rəna mətbəxə keçib bir sey hazırladıqda, məndə divanın künc tərəfindən aşağı çöküb oturdum. Səssizcə ona baxırdım. Səssizcə mənə baxırdı..
Həmdə içimdəki onca sözə rəğmən. Dünən onun burda başına nə gəldiyindən hələdə bir xəbərsiz idim. Soruşacağımı bildiyi üçün, gözlərini yumdu.

"Yatıb, məndən qaça biləcəyini düşünmə. Yatıb, durduqdan sonra başına gələn hər seyi mənə danışacaqsan. Həmdə nöqtə, vergülünə qədər" deyib yanından ayağa qalxdım. "Səndən qaçışım olmayacaq hə?"dedikdə gözlərimi 'yox' mənasında qırpdım. Səsindən yorğunluq axırdı. Amma mənə hec nə bildirməməyə çalışırdı...
Rənanın yanına gəlib, ona bir az kömək etmişdim. Gunortanı yola verdikdən sonra isə kafe üçün məcbur olub getmişdi. Tək qaldığımıza görə, artıq bəzi şeylərin soruşmağın vaxtı gəlmişdi. Divanda bir az dikələrək oturub, göz altı mənə baxırdı. Məndə divanın bir küncünə söykənib "Dün axşamdan bəri içim - içimi yeyir. Gör nə qədər dodağının kənarındaki çatlağı düşünər oldumki, məni sevdiyini dediyini belə xatırlamaz oldum"dedim.

Bu sözüm ilə ayağa qalxdı. Ayağa qalxdığı halda hec bir fikirim olmadan, çantasından bir açar çıxardıb evin qapısını kilətləyib, gözləri dolmuş bir şəkildə yanıma gəldi. Qapını niyə bağlamışdı?
Yanıma təkrarən gəlib oturduqda "Mən sənə çox haqqsızlıqlar etmişəm"dedi. Gözlərim əlindəki açara taxılıb qaldıqda, açarları əlində möhkəmcə sıxmağa başladı.

"Sənə gec inandım... Sənə gec güvəndim... Dünən etirafına belə bir cavab verə bilmədim. Məni nə qədər çox sevdiyini görə bilmədim... Döyüldüyünü bilməsəydim, səni sevdiyimi deyə bilməyəcəkdim..."dedi.

Döyüldüyümü necə bilirdi? Tapmaca tapırdım mən?!

"Gülşən bunların hamısını keç! Mənə məni sevib sevmədiyin maraqlı deyil indi. Mənə maraqlı olan bu vəziyyətə necə gəlməyindi. Açarla qapını niyə bağladın sən?"deyib ona qarşı bir az sərt çıxdım. Amma başqa bir çarəm, bir yolum yox idi.

"Ona görə bağladımki, az sonra deyəcəklərimə görə əsəblə bu evdən çıxıb bir sey etməyəsən! Mənə bu vaxta qədər Adilin məni sevdiyini niyə deməmişdin?!"dedi.

"Sənə O, əl qaldırıb!"deyərək ayağa qalxdım.

"İncitmədi..."deyib dodaqlarını ağlaq şəkildə büzdü. Mənim toxunmağa belə qıya bilmədiyim qadına, O alcaq əl qaldırmışdı hə?! Gözüm əlindəki açara sataşdı. Üstünə gedib açarı almaq istədim. Gülşən isə açarı geri çəkib "Mənə qulaq as Elgün! Mən bu acarı sənə verməyəcəm!"dedi.
"Dəlisən sən?! Mən sənin saclarının ucuna belə toxuna bilmireme! Elə bilirəm, sənə toxunsam ruhun inciyəcək... Axmağın biri isə gəlib səni vuracaq, məndə durub buna baxacam? Mən sənə görə, döyülməyi gözə aldım... Sənin üzündəki yara üçündə, həm ölərəm, həmdə öldürərəm! İndi uzatmadan öz xoşun ilə verirsən o acarları mənə!"deyib üstünə təkrar gedib açarları almağa çalışdım. Gülşən isə ayağa qalxıb, pəncərə tərəfə gəlməyə başladı.

"Dəlilik edib, o açarı pəncərədən atma!"dedim.

"Sakit olmasan, acarı aşağı atacam. Mən göz görə - görə özünə nəsə olmağına razı ola bilmərəm. Gözlərimdəki qorxunu görmürsən? Qorxum Adilə nəsə olmağına görə deyil! Qorxum sənə, nəsə olacağına görədi. İndi keç sakitcə o divana otur"dedi.


Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri