Möcüzəyə inanıram (22-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 1086
Səs ver:
(səs: 0)
Divanda oturub dizlərimi titrədərək pəncərə tərəfdə, duran Gülşənə əsəbi şəkildə baxırdım. Məni başa düşmək istəmirdi.. Onun canı yanmışdı, dünən gecə ölümlə üzbəüz qalmışdı. İndi isə məni qorumağa çalışması, mənim üçün qəbul edilməz bir şey idi.

"O açarı ver mənə daha! Gülşən, mən getdikcə daha çox əsəbləşirəm!"

Mənə doğru yaxınlaşıb, yanıma oturdu. Axırki, deyəsən o acar mənə verəcəkdi.

"Mənə qulaq asacaqsan, sonrada mən bu acarı sənə verəcəm"dedi.

Yənə, bir bazarlıq edirdi mənimlə?

Nəfəsimi darmağa başlayıb "Eşidirəm səni" dedim.

Gülşən diqqətini mənə versədə, mən başımı aşağı saldım. Dünən onu niyə qoruya bilməmişdim? Niyə, çətində olduğunu hiss etməmişdim?

"Dünən axşam səni döydüyünü bildikdən sonra onun üstünə gedib, ağzımdan çıxanı dedim ona. Necə itələdimsə, başı möhkəmcə divara dəydi. O əsəblə üstümə gəlib, mənim üzümə bir şillə atdı. Sonra nə etdiyinin fərqinə varıb, tez bir şəkildə evimdən çıxıb getdi. Məndə yerə çöküb, dəqiqələrcə ağladım. O şilləni atdığına görə yox, sənin canını mənə görə yandırdığına görə. Bundan xəbərsiz bir şəkildə həyatıma davam etdiyimə görə. Sən mənə görə bunları edərkən, mən isə sənə bir yox imiş kimi davranırdım. İnanmırdım sənə, nə də güvənmirdim... Halbuki, mən sənə çoxdan inanmalı, çoxdan güvənməli idim. Yalan yox, məni sevmədiyini, mən bir həvəs gözündə gördüyün çox düşünmüşdüm, günlərlə. Sonra dün axşam düşndümki, hansı həvəsdən bəhs edirmişəm? Həvəs dediyin hissə görə, kim ölümcül halda qalaraq döyülər? Döyülsə belə gəlib, həmin insana niyə döyüldüyünü deyər. Amma sən məndən bunların hamısını gizlətdin. Mən bunları fikirləşərkən, ürəyimin tez - tez çırpındığını gördüm. Ayağa qalxmaq istədim, amma üstümə elə bir yorğunluq çökmüşdüki, qalxdığım kimi təkrar yerə oturdum. Sonra, gözüm qaralmağa başladı. Yadıma çox sonra düşmüşdüki, mən qazın üstünə bir çaydan qoymuşdum. Özümə ələ almağa çalışıb, qapını açıb özümü çölə atıb, qonşunun qapısını döydüm. Sonrasını xatırlamıram... Amma bir seyi xatırlayıramki, mənə nəsə olsaydı, sən səni sevdiyimi bilməyəcəkdin.."

Gözlərindəki bulanıqlığı əli ilə ilə silib, üzündə ikrah hissi ilə bir gülüş əmələ gətirdi.
Əlində tutduğu açarı mənə uzadıb "Gedə bilərsən indi... Ged, Adil səni döysün, sən onu döy... Sonra ikinizdən birinə nəsə olsun... Ona görə zərrə qədər narahat olmasamda, sənə görə narahatam. Məni düşün... Sən getsən, sənə nəsə olsa, mən necə olacam? Bizim sevgimiz yarım qalacaq onda?"dedi.

Necə danışmaq lazım olduğunu çox yaxşı bilirdi. Dedikləri ürəyimin düz üstünə oturmuşdu. İndi qalx ki, oturduğun yerdən qalxa biləsən...

"Bu haqqsızlıqdı... Çox böyük haqqsızlıq... Məni hardan vuracağını çox yaxşı bilirsən... İndi deyirsən, onun etdiyi yanına kar qalsın? Məndə ortalıqda elə gəzim? İkili oyunlardan çox sıxılıdım daha mən"

Əlimi atıb, açar götürmək istəyəndə əlini bağlayıb, geri çəkdi.

"Adil, etdiyi səhvi başa düşüb qaçaraq getdi. Oda, əsəblə atdı o şilləni mənə... Demirəmki, etdiyi yanına kar qalacaq onun, amma indi ağılla hərəkət etməliyik. Əsəblə, deyil..."

Mən onu sevirdim
O, da məni sevirdi
Hər seyi bircə anlıq unudub, gülməyə başlayıb
"Biz indi nəyik?"dedim

"Nəyik?"deyə təkrar etdi məni.

"Sevgili"dedim üzümə daha çox yayılayan gülüşüm ilə.

Onunda üzündə yavaş - yavaş gülücüklər yaranmağa başladı.

"Sevgiliyik"deyib dodaqlarını bir - birinə basdırdı.

Göz qapaqlarını yumub "Möcüzəyə inandım"dedi. Ona yaxın durub alınmı alnına yasladım, gözlərini açmadan gülümsədiyini gördükdə "Çünki, möcüzə sən özünsən"dedim.
Alınına bir öpücük qondurub, əlindəki açarı alaraq geri çəkildim. Gözümə narahat olmuş bir ifadə ilə baxdığını gördükdə "Möcüzəmiz yarım qalmayacaq. Səni çox sevirəm"dedim. Qapıya yaxınlaşıb, qapını açaraq evdən çıxdım.
İçimə bir sıxıntı dolmuşdu. Xoşbəxt olmağa qoyacaqdılar bizi? Hər keçən gün içimdəki sevgi daha çox böyüyürdü. İndi hisslərmizin qarşılıqlı olması ilə məni daha böyük sınaq gözləyirdi. Hər seyi aşıb, keçərək öz möcüzəmizi yardacaqdım. Aylardı zəng etmədiyim, Adilə zəng etdim. Telefonuna zəng çatmırdı... Ağılıma Türkan gəldi. Bəlkə, O bilirdi... Ona zəng edib, evdə olduğunu öyrəndikdə onlara gəldim. Evə keçmədən qapının kənarında durub "Adilin harda olduğunu bilirsən?"dedim.

"Dünən axşam mənə zəng etdi. Bir müddətliyinə buralıqdan gedəcəyini, daha mənimlə birləşib sizi ayrımaq planları qurmayacağını, çox peşman olduğunu dedi. Elgün, bağışla məni... Bağışla bizi.. Adil ilə birləşib, sizi ayırmaq planları qurarkən, mən Adilə bağlandığımın fəriqinə varmadım... Mən indi onu gəlişini, gözləyəcəm"dedi.

Yanıltmışdı məni
Gözlərinə çökmüş kədəri görə bilirdim. Özümü qəribə hiss etməyim normal hal idi? Mənim kimi Türkanla, Adildə dəyişə bilərdi? İnsanlara şans tanımaq lazım idi?

"Bəlkə, sənin möcüzən O, onunkuda sənsən..." deyib qırılmışlıq hissi ilə yanından ayrıldım.
İnsan fərqli hissləri eyni anda hiss edə bilərdimi? Həm sevinc, həm kədər...
Həmdə, xoşəbxtlik yolunda baş verməyək istəyən növbəti qəzalar kimi.
Evə gəlim çatdıqda, hava qaralmış ev əhlinin hamısı qonaq otağında idi. Sakitcə yanların keçib oturdum. Atamın mənə qəribə baxışlarını görüb "Gülşən yaxşıdı?"dedi.
Atam onun başına gələnləri, mənim onun yanımda harda olduğunu bilirdi?
Həmdə, çox sakit idi... Üstümə gəlməyəcək qədər...Baxışlarımı Raufa çevirdim. Atama hər seyi danışmışdı?

"Bilirəm, maşınımı əlimdən alıb, məni evdən qovacaqsan... Amma mən ondan yenə əl çəkməyəcəm. Qarşımı nə sən, nə də anam kəsə bilməz mənim"dedim.

Anamın gözlərindəki didərgin ifadəni başa düşə bilmədim. Rauf ayağa qalxıb "Onlara hər seyi çoxdan danışmışam... Valideyinlərimizi mühakimə etmədən, onlara bir qulaq as"dedi.
Hər sey üst - üstə düşürdü. Ondan ayrıl deyəcəkdilər... Onlar məni hec vaxt başa düşməmişdilərki...

"Rauf bu məsələ sənin məsələn deyil! Sizin hec biriniz məni başa düşə bilmərsiz! Mən onu sevirəm... Ayrılmış biri olması, onu sevməyimə mane deyil mənim. Ya qəbul edin, ya da mən çıxım gedim bu gün bu evdən"deyib ayağa qalxdım məndə.

Atam əlləri ilə gözünü sıxıb "Səni ən yaxşı mən başa düşürəm"dedi.

"Sən məni başa düşə bilmərsən!"dedim qışqıraraq.

"Başa düşməsəydim, bu gün sən olmazdın. Sən doğulmazdın"dedi.

Hec nə başa düşə bilmədim... Tək - tək hamısının üzünə baxdım.

"Rauf atam nə danışır?"dedim

Raufun susduğunu görüb, gözlərimi atamın gözlərinə dikdim. Oda Raufa dönüb baxaraq "Mən ananı tanıyıb, sevdikdə Raufun 2 yaşı vardı... Ona görə bu gün səni ən yaxşı mən başa düşürəm. Qarşını kəsməyəcəm, oğul..."dedi.
Mən bu vaxta qədər, bu həqiqəti bilmədən yaşamışam?

Bölüm Sonu

Müəllif: Goncha

Ps. Finala son bir bölüm
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1086
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 8426
Xəbər sayı: 279
Qeydiyyat: 26.01.2015
❤Nilay❤Canan❤
Aaa demek atasida ayrilmis hetta usagi olan bir qadini sevib ona sahiblenib.Halaldi cox adam pis baxir ki ayrilmis qiz subay oglana gede bilmez.Ama neceki subay qiz ayrilmis oglan gede bilir.ayrilmis qizda subay oglana gede biler...
Maraqli oldu..Final gozel olacax
23 may 2020 14:21
4
canan qizim sirin seker qizim.
Şərh sayı: 440
Xəbər sayı: 0
Qeydiyyat: 21.07.2019
Ays
Maraqlı bölüm oldu yenədə. Təşəkkürlər))
22 may 2020 12:05
3
Şərh sayı: 4090
Xəbər sayı: 47
Qeydiyyat: 19.11.2017
fiyonik
Darixmisdim Raufdan otru :)
Turkanla Adil inana bilmedim. Son mene bele catdi Raufla Elgun anadan ayri qardaslardi?
Maraqli bolum oldu. Tesekkurler!
22 may 2020 11:59
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 6005
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Ogul atanin heyatin tamamlayir maraqlidi
22 may 2020 11:29
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri