Möcüzəyə inanıram (23-cü bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 6 151
Səs ver:
(səs: 0)
Eşitdiyim həqiqət ilə, sanki ayaqlarım yerdən kəsildi. Hər üçünündə gözlərində bir bulanıqlıq və hüzun gördüm. Həyatımın ən böyük şokunu indi yaşayırdım mən. Bu günə qədər yaşadığım, hər sey boşuna imiş? Bu ayrı seckiliyin səbəbi bu imiş? Dil söz tutardımı indi?

"Ana, siz məndən nə gizlətdiyiniz fərqində idiz? Mən ayrılmış bir qadını sevməsəydim, mənə hec vaxt hec nə deməyəcəkdiz?!"deyərək səsimi onlara qarşı ucaltdım. Atam yanıma gələrək, qolumdan tutmaq istədikdə qolumu çəkib "Toxunma mənə! Toxunma!"dedim.
Əlini geri çəkib, qarşımda duraraq başını aşağı saldı. Hamı indi gözümdə böyük günhakar idi. Belə bir seyi normal hal kimi qarşılamaq mənlik bir sey deyildi. 25 ildi bu həqiqəti bilmədən yaşamaq, indi isə bunu belə bir şəkildə öyrənmək başıma gəlmiş ən pis hadisə idi. Elə hadisə idiki, ailəmin yanımda olmasına belə sevinə bilmirdim. Eynən Gülşənin mənə qarşı olan hisslərini öyrəndiyim kimi...
Atam mülayim danışmağa çalışaraq "Səni başa düşürəm indi bizə qarşı çox əsəbisən, amma bizə qulaq asmalısan"dedi. Onların dediyi hec nəyə qulaq asmayacaqdım!

"Məni hec biriniz başa düşmürsünüz! Əgərki başa düşmüş olsaydınız, bu vaxta qədər gözləməzdiz... Əgər bunu vaxtında mənə desəydiniz, rekasiyam bu gün bu qədər sərt olmayacaqdı! Rauf ona görə bu qədər başa düşən imiş hə?! Mən yazığı isə, ömür boyu yalanlarınızın arxasına saxlamısız! İndidə keçib qarşıma, mənimlə qürur duymuş tərzdə danışmayın! Mənim Gülşəndən başqa hec kimim yoxdu daha..."

Sözümü deyib bir başa evdən çıxdım. Arxamca gəlib, danışsalarda onlara qulaq asmadım. Bu dəfə haqqlı olan mən idim. Onlar deyil...

5 il Sonra
Səhər yuxudan ayılıb, gözlərimi ovuşduraraq çarpayının boş qalan yanına baxdım. Hec biri yox idi. Demək məndən tez yuxudan ayılıblar hə? Yuxudan daha çox ayılmağımı gözləməyərək, otaqdan çıxıb piləkanlardan aşağı düşərək "Möcüzəm" deyə səsləndim.
Mətbəxdən qaçaraq yanıma gələn 5 yaşlı qızım "Ata can" deyib boynuma sarıldı. Onu qucağıma alıb alından öpərək "Nə yaman, ağırlaşmısan sən"dedim. Gözlərini süzdürməyə başladıqda, hirsləndiyini təxmin edib "Dünyalar gözəli olan, anan hardadı"dedim. Bunu deməyim ilə bağçadan içəri keçən Gülşən "Anası burdadı. Təmbəl atası ilə yatmaqla məşğuldu"dedi. Deyəsən, azacıq hirslənmişdi mənə. Onsuz onların əlindən bu evdə günüm güzaranım yox idi. Amma bu hal mənim üçün çox xoş idi...
"Mən gecə - gündüz bilmədən sizin üçün işləyirəm. Yeri gəlsə ac qalıram, yeri gəlsə yuxsuz qalıram"deyib nə dediyimi bilmədən susdum. Anası qədər gözəl olan, qızım qucağımdan aşağı enib "Artistlik eləmə ay ata" dedi. Səni çoxbilmiş, cücə..

"Elgün, yemək yeməmiş kömək edirsən mənə. Günorta qonaqlar gəlməlidi. Əldən cəld ol, paltarını dəyiş aşağı düş. İşlər bizi gözləyir" dedi.

Möcüzənin yanımızdan getdiyini görüb, ilk əvvəl üzünə bir öpüş qondurdum. Üzündə, ən sevdiyim gülüşü əmələ gəldi.

"Baş üstə, həyatımın xanımı. Sən istə canımı verim sənə"dedim.

Gülşəndə sol yanağıma bir öpüş qondurub "Xoş sözlərini sonraya saxla. İndi iş başına kecəcəksən"dedi.

Hər günüm bu tərzdə keçsədə, onunla olduğum üçün hər saniyəmə şükür edirdim. Üstümü dəyişmək üçün yuxarı öz otağımıza çıxdım. Gözün çarpayının yanında olan toy şəkilimizə sataşdı.
Onunla 5 ilimi paylaşırdım...
5 ilin hər sabahını onunla açırdım.
5 ilə nələri sığdırmadıq biz?
Yeri gəldi bir ağladıq, yeri gəldi bir güldük. Amma hər zaman sona qədər mübarizə apardıq. İndidə bu gün özmüzə aid olan, kicik 2 mərtəbəli bağçalı olan bir evdə yaşayırdıq. İllər əvvəl atamdan öyrəndiyim həqiqət ilə, evdən çıxıb getmişdim. Tək təsəlli yerim, Gülşənin yanı olmuşdu. Bu vaxta qədərdə, qəbullana bilməmişdim. Ailəmlə aramda bir buz yox idi. Amma mən hər zaman onlara məsafəli davranırdım. Mənim dünyam yalnız Gülşən və Möcüzədən ibarət idi. Möcüzəni evliliyimizin 1 illiyində övladlığa götürmüşdük... Bizim üçün bir möcüzə baş verməyəcəyi üçün, özümüz öz möcüzəmizi yaratdıq. Çətində olsa, adını Möcüzə qoymağı bacarmışdım. Bu gündə Möcüzəmizin 5 yaşı tamam olurdu. Ona görə qonaqlıq vardı. Gülşənin ailəsi daxil olmaqla, hər kəs dəvətli idi. Türkan Adillə evlənmişdi, Adəm adında 2 yaşlı bir oğulları vardı. Türkan bu dəfə haqqlı bir mübarizə aparmışdı. Daha böyük şoku isə Raufa yaşamışdım. Sən demə mənim qrup yoldaşım olan Zəhra ilə araları var imiş. Gülşənlə bizdən sonra onlarda evlənmişdi. 3 yaşında, Can adında bir oğullarıda vardı. Amma içlərində ən xoşbəxti biz idik. Bir çoxuda bizə həsəd aparırdı. Haqqlarıda var idi. Kimsə öz həyat yoldaşını və qızını mən qədər sevə bilməzdi bu həyatda. Üstümü dəyişib, aşağı düşərək Gülşənə kömək etməyə başladım. Hava yaxşı olduğundan, bağcada bir masa açmışdıq. Bütün işlər bitdikdən sonra "Gülşən mən öldüm"deyib bir stol çəkərək oturdum.
"Canım, ordan tez ayağa qalx, masanı korlama" dedi. Məndə, oturduğuma peşman oldum. Bizim münasibət belə idi. Ən çox Gülşənin sözü keçərdi. Mən yazıqda, hər nə deyirdisə razılaşırdım. Mən ayağa qalxdıqda, Möcüzədə yanımıza gəldi. İndi bir qiyamət qopacaqdı. Saclarını acıq qoymuşdu. Gülşəndə bunu hec sevmirdi.

"Qızım, get o saclarını yığ elə gəl"dedi.

"Bu gün ad günüdü, hec olmaya ürəyi istədiyi kimi sacları açıq qalsın"dedim Möcüzəyə tərəfə duraraq. Gözlərini aca bildiyi qədər böyük açıb, bərəldərək mənə baxdı.

"Gedin yuxarı. Paltarında geyindir, sacınıda yığ elə düşün aşağı. Saat 12 yarısıdı harda olsa gələcəklər indi. Başqa əksi, söz eşitmək istəmirəm"

Yenə öz dediyi olmuşdu, Möcüzənin əlindən tutub otağa gətirərək aldığımız açıq cəhrayı rəngli platyasını geyindirib. Güzgü qarşısında acıq şabalıdlı rəngli ipək kimi saclarını darmağa başladım.

"Ata, saclarımı hör onda. Tacda taxaram, prenseslərə oxşayaram"dedi.

Saclarının ucundan yavaşca dartıb, başını geriyə itərək alınına bir öpücük qondurdum.

"Onsuzda qızlar, ataları üçün bir prensesdilər" dedim.

Saclarını hörməyə başlayıb, tacınıda başına taxdım. Harda olsa, hədiyyəsidə gəlib çıxacaqdı. İstədiyi acıq cəhrayı rəngli, böyük bir mişqa almışdıq. Bu rəngi çox sevirdi.
Bərabər aşağı düşdükdə, Gülşən qızmızın gözəlliyini görüb gülümsündü. Bu anda qapı çalındı. Deyəsən, hədiyyəsi gəlmişdi. Qapını açıb böyük hədiyyə qutusunu içəri saldım. Gülşən, qızımızı öpüb "Yaxşıki doğulmusan, canım qızım"dedi. Möcüzə, gecədən bəri bu sözü 100 cü dəfə idi eşdirdi. Yanıma gəlib, qutunu açdıqda içindəki mişqanı görüb "Olley"deyə qışqırdı. Sonra hər birimizin üzündən öpdü. Onun sevincinə şahid olmaq necədə gözəl bir sey idi.

1 saat Sonra
Hər kəs bir - bir gəlməyə başlamışdı. Hamı bir - biri ilə deyib gülürdü. Kim deyərdi, illər sonra hər kəs bir arada olacaq? Gülşən tortu gətirmək üçün mətbəxə keçdikdə məndən onun yanına gəldim.

"Bilirsən, mən bu gün çox xoşbəxtəm"dedi.

Məndə onun kimi... Çox xoşbəxt idim. Bu xoşbəxtliyimin səbəbi isə, mənim illərlər dəyişməyən sevgimin bəhrəsi idi.

"Məndə... Sən varsan deyə, qızımız var deyə" deyib dolan gözlərimi ondan gizlətməyə çalışdım.

"Hey sən ağlayırsan? Ay mənim, incə ruhlu sevgilim"deyib məni qucaqlamağa çalışdı. Onu qucaqladıqda, Möcüzənin yanımıza gəldiyini gördüm. "Mənsiz qucaqlaşırsız?"dedikdə, onu qucağıma aldım. Sonra üçümüz bir - birimizə möhkəmcə sarıldıq. Bir qollarımda olan Möcüzəyə baxdım. Birdə bağcada olan insanlara...
Möcüzəm, bu gün hər kəsi bir yerə toplamağı bacarmışdı. Əsl möcüzədə, bax bu idi ❤

Davam etməkdə olan bir SON
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri