Ürəyimdə karantina (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 13
Baxılıb: 8 019
Səs ver:
(səs: 0)

Bölüm 1 (Bir Anonim Hekayəsi)

Anonim: Na - na - na Selena!
Xəyyam: Nə?
Anonim: Hades yenə pisliklər edir -.-
Xəyyam: Kimsiz?
Anonim: Kim kimdir, bir vaxtlar Azər Axşam aparırdı bu verilişi)
Xəyyam: Rasim sənsən?!
Anonim: Yox Qəzənfərdi)
Xəyyam: Qəzənfər?
Anonim: Hə Qəzənfərəm mən. Xalid kişinin oğluyam
Xəyyam: Bu nə duzsuz zarafatdı?
Anonim: Keç mətbəxə mesajın üstünə duz tök. Olsun duzlu zarafat
Xəyyam: Ciddi şəkildə deyirəm gülmədim, bu ət tökən mesajına
Anonim: Ətin baha vaxtı, əti niyə çölə tökürsən?
Xəyyam: Çünki olduqca yersiz cümlələr yazırsan
Anonim: Off! Bəyimizə özümüzü bəyəndirə bilmədik
Xəyyam: Nə bəy?
Anonim: Özünü nə saflığa qoymusan?
Xəyyam: Nə saflıq? Hec nə başa düşmürəm yazdıqlarından
Anonim: Bəy deyirəm çünki karantin, bitikdən sonra səninlə mən evlənəcəyik
Xəyyam: Dəlilik
Anonim: Biz buna sevgi deyek :)
Xəyyam: Niyə belə mesajlar yazdığını deyəcəksən?
Anonim: Karantin günlərində darıxmayacaqsan artıq. Mən həyatının tam mərkəzinə oturacam. Hər gün mesajlarımla səni çox xoşbəxt edəcəm.
Xəyyam: Kimsən?
Anonim: Karantin günlərində sənə yaxşı gələcək insanam :)
Xəyyam: Ürəyimi sıxma mənim! Kimsən de demirsənsə bloka atıram
Anonim: Evimin rəisi hirsləndi
Xəyyam: Sənə bu karantin pis təsir edib! Məni narahat eləmə
Anonim: #Evdəqal' maqdan canım sıxılıb. Gör necə ildi mən #evdəqal'mışam. Bu il dəqiq toy edirik.
Xəyyam: Zarafatını hec sevmədim! Mən interneti bağlayıb yatıram. Ayılanda mesajını görməyim.
Anonim: Kıvılcımı hec sevə bilmirəmdə oda Hadesin tayıdı məncə
Xəyyam: Dəqiq manyaksan sən
Anonim: Var bir az manyaklığım. Şam yandırıb  cin çağırıram arada evə. Belə oturub deyib gülürük onlarla
Xəyyam: Manyaklığın təsdiq olundu!
Anonim: Hamısı #Evdəqal'mağın nəticəsidi
Xəyyam: Gedirəm birdə yazma (oxundu)


Anonim: Çevrimiçi olub mənə yazmamağın, mənə pis təsir etdi biləsən
Xəyyam: Məni rahat burax
Anonim: Ekranda yazıyor sözünü görəndə ürəyim necədə həycanlandı. Ah, həyacandan ürəyim gedəcək indi)
Xəyyam: Sənin tip qızları hec sevmirəm
Anonim: Hə bilirəm
Anonim: Ona görə sən Aykaları sevirsən
Xəyyam: Mən səni ciddi qəbul etmirəm. Bunu bilirsən?
Anonim: Ciddiyyəti sevmirəm
Xəyyam: Mesajlarından bu onsuzda görünür!
Anonim: Nidaları qətiyyən sevmirəm.
Xəyyam: Mənsə sevirəm! Nida!
Anonim: 3 nöqtə,bir nida balam sənə əlvida)
Xəyyam: Gülüm?
Anonim: Yaxşı qəbul edirəm şit zarafat idi
Xəyyam: Çox şükür bunu qəbul edə bildin. Mənə yazmaqda məqsədin nədi?
Anonim: Məqsədim budu ki, Allahın izini ilə sənin ilə evlənim :)
Xəyyam: Onda sən səf mesaj yazmısan. Çünki, mən Toy Olsun verlisi deyiləm.
Anonim: Toy olsun olma, Onun yarısı ol Mənim yarım ol
Xəyyam: Adını de səninlə yazışmağa davam edim
Anonim: Anonimlər ad deməz^^
Xəyyam: Anonimlər ad deməsə, bloka gedər
Anonim: Bloka getikdən sonra yenidən yazarlar
Xəyyam: Bu anonimlik yaman çox yayılıb. Elə bil şəbəkəsiz
Anonim: Şəbəkə deməyəkdə, bəxtsizlər deyək biz ona
Xəyyam: Yaxşı artıq gecədir yatmaq vaxtıdır. Bu günlük bu qədər bəsdi.
Anonim: Bir şərtlə yataram
Xəyyam: Nə şərtidi bu belə?
Anonim: De görüm Arka sokaklara baxırsan?
Xəyyam: Anonimsən və bunu məndən soruşursan?
Anonim: Cavabı səndən eşitmək istəyirəm
Xəyyam: Hə, hələdə arada sırada baxıram
Xəyyam: Nədiki?
Anonim: İnşallah bizimdə sevgimiz Arka sokaklar qədər uzun ömürlü olar
Xəyyam: Şərhsiz...
Xəyyam: Mən sənin xəyal dünyana ayaq uydurammaram
Anonim: Çünki, xəyallarımda sən varsan
Anonim: Zarafat bir yana
Anonim: Sənin qara gözlərinə aşiqəm
Anonim: Gecən xeirə qara gözlüm ❤(Oxundu)



Anonim: Sabahlar artıq səninlə xeirdi
Anonim: Necədi? Romantik cümlə oldu?
Anonim: Hardasan sən?
Anonim: Mənə cavab ver!
Anonim: Huuu
Anonim: Xəyyam!
Xəyyam: İmkam ver yatım! Səhərin gözü açılmamış nə yazırsan?
Anonim: Səhər deyil günortadı qalx ayağa
Xəyyam: Mən yatıram narahat eləmə məni
Anonim: Yatma
Anonim: Yatmaq ziyandı
Anonim: Qalx ayağa əlini pəncərədən çölə çıxart şəkilini çək. Məndə elə edəcəm. Bir az romantik cütlük olaq :)
Xəyyam: Sənə yazım bilmirəm artıq
Xəyyam: Dünən gecədən daxil olmusan həyatıma
Xəyyam: İmkan ver nəfəs alım
Anonim: Nəfəsim mənim
Anonim: Qalx ayağa bayramdan qalan şəkərburalar ilə çay iç
Xəyyam: Bayramdan 1 həftədi keçib, evdə şəkərbura qalar hec?
Anonim: Biz evlənsəydik mən saxlayardım sənə
Xəyyam: Mən ayağa qalxıb gedirəm
Anonim: Hara gedirsən? Karantinadı hər yer!
Xəyyam: Marketə gedirəm! Ac qalım?
Anonim: Yaxşı icazə verirəm gedə bilərsən
Xəyyam: İcazə verməsəydin gedə bilməyəcəkdim. Necədə yumşaq bir ürəyə sahibsiz xanım!
Anonim: Eynen ürəyim yumşaqdı mənim :)
Xəyyam: Ürəyi yumşaq əl çək məndən
Anonim: Ürəyimi qırdın
Anonim: Qırdığın ürəyim ananın cehizlik qabları deyildi..
Xəyyam: İnanki bu yazışmalarınla diqqətimi çəkmirsən
Anonim: O günlərədə gələcəyik bəyim
Xəyyam: Gələ bilməyəcik
Anonim: Niyə?
Xəyyam: Çünki karantindi
Anonim: Sən onsuzda mənim Ürəyimdə Karantindəsən❤ (Oxundu)

Bölüm sonu

Müəllif: Goncha

Ps. Əyləncə məqsədi daşıyaraq yazılıb. Hekayəni ciddiyə almamağınız, mən tərəfindən tövsüyə olunur :D
Bir az qəmdən kədərdən uzaq olub,bir Anonim hekayəsi oxuyun :)
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 8 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri