Ürəyimdə karantina (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 042
Səs ver:
(səs: 0)
Anonim: Gedib gəldin marketdən?
Xəyyam: Marketdəyəm hələdə!
Anonim: "Marketdəyəm hələdə əzizim" yaza bilərdin. Qırıcı olursan, xəbərin olsun
Xəyyam: Əzizim nədi? Dəli eləmə məni
Anonim: Bahalı seyler niyə alırsan? Makaron al onansa
Xəyyam: Sən hardan bilirsən mənim nə aldığımı?
Anonim: Mən bir anoniməm axı bilirəm :)
Xəyyam: Məni izləyirsən? Demək yaxınımdasan
Anonim: Mən evdəyəm
Xəyyam: Evdə deyilsən. Yanımdasan
Anonim: Yanında olsaydım, məni görərdin :)
Xəyyam: Bəlkədə görürəm. Ama mən onsuzda səni tanımıram
Anonim: Xəyyam sən doğuşdan belə başa düşülməz biri olmusan? Ya bu hal səndə sonradan yaranıb?
Xəyyam: Sonradan yaranıb. Sənin kimi insanlar olduqca, belə halım davam edəcək
Anonim: Bu gedişlə məndə ürək falan qalmayacaq
Anonim: Sən tez ərzaqları al və birbaşa evə get
Xəyyam: Əmriniz olar xanım!
Anonim: Bax belə xoşum gəldi yola gəlirsən yavaş - yavaş
Xəyyam: Nə makaronu alım mən?
Anonim: Ankara al. Yeyəndə də elə hiss etki Türkiyədəsən
Xəyyam: -.-
Xəyyam: Hələlik yazma mənə
Xəyyam: Yazma!




Anonim: Yazacaqdımkı makaronun üstünə keççapda al ama sən yazma dedin. Axşama qədər gözlədim dayana bilməyib yazdım sənə
Xəyyam: Yaxşı bir az qırıcı oldum
Xəyyam: Bağışla anonim
Anonim: Oyy kuzum mənim :)
Xəyyam: Quzu nədi?
Anonim: Sənin adındı
Anonim: Dostlarıma səndən danışanda quzu deyə bəhs edirəm
Xəyyam: Quzu böyüyəndə bilirsən nə olur?
Anonim: Nə olur
Xəyyam: Qoyun olur
Anonim: Qoyun deyirsən özünə?
Xəyyam: Mən demirəm, sən deyirsən!
Anonim: Quzudan niyə qoyun olsunki? Quzu qoyun olmamış onu bişirirlər axı
Xəyyam: İndidə məni bişirmək istəyirsən?
Anonim: Off quzu
Anonim: Sən hansı qazana yerləşərsənki səni bişirim
Xəyyam: Yəni böyük qazan tapsan bişirəcəksən?
Anonim: Ya Rəbbi bu uşağın ağlını, niyə belə qıt yaratdın
Xəyyam: Uşaq dediyin, oğlan 23 yaşındadı
Anonim: Nə yaxşı dedin mən hec sənin yaşını bilmirdim
Anonim: Canımı sıxma mənim uşaq
Anonim: Sevgidən danışalım
Xəyyam: Maraqlıdı ətrafımda hansı qız məni sevə bilər?
Anonim: Yanındakıları çıxmaq şərti ilə gizlindən sənə heyran olan qızlar səni çox sevə bilər. Onlardan biridə mən
Xəyyam: Hələdə sənin həqiqət olduğunu düşünmürəm. Elə bilirəm tanıdıq adamsan, məni sınayırsan
Anonim: Ordan baxanda o qədər işsiz gücsüz birinə bənzəyirməki, yalan yerə durub sənə belə yazam?
Xəyyam: Burdan baxanda telefonun ekranını görürəm mən bir tək
Anonim: Sənə olan eşqimi bəs?
Xəyyam: O duyğular mənə çox uzaq hisslərdi
Anonim: Amma mən o duyuğuları sənə yaşatacam
Anonim: Bu bir Anonim sözü olsun ❤ (Oxundu)

Anonim: 3 st un
Anonim: 2 yumurta
Anonim: 1 st süd
Anonim: 2 pomidor
Anonim: 2 ədəd rəngli bibər
Anonim: Zövqə görə duz istiot
Xəyyam: Başım şişdi dayan bir!
Xəyyam: Bunlar nədi yazırsan?
Anonim: Tvdə pizza resepti verirdilər məndə yazmağa yer tapmadım sənə yazdım
Xəyyam: Menyu dəftərçisiyəm mən?
Anonim: Sənədə yaxşılıq yaramır. Dedim yazım evlənəndə bişirərəmdə sənə.Səndə zəhərlənəsən
Xəyyam: Allahım bir dəlim, əskik idi oda gəlib məni tapdı
Anonim: Karantin günlərində sıxılmayasan deyə gəldim mən
Xəyyam: Gəl demişdim?
Xəyyam: 3 gündü mənə yazırsan
Xəyyam: 3 gündü mənə əsəb verirsən
Xəyyam: 3 gündü məni dəli etməklə məşğulsan
Xəyyam: Bir rahat burax məni
Xəyyam: Bax tanımıram səni
Xəyyam: Qəlbini qırmaq istəmirəm
Xəyyam: Buna məni məcbur eləmə
Anonim: Belə olduğum üçün çox sevənim olmadı mənim. Səndə onlardan birisən
Anonim: Dəfələrlə özümə olmaz demişəm
Anonim: O, sənə baxmaz demişəm
Anonim: Baxsada səni görməz demişəm
Anonim: Amma olmayıb
Anonim: Gecə ağlayıb yataraq, demişəmki səhər duranda onu unudacam
Anonim: Unutmaq olurmu?
Anonim: Mən ürəyimə söz keçirə bilmirəm
Anonim: Bacarırsansa sən keçir, qurban sənə... (Oxundu)





Anonim: Ben yoruldum hayat gelme üstüme
Anonim: Diz çökdüm aşkın namert yüzüne
Anonim: Ardın bilmirəm
Xəyyam: Başa düşdüm
Anonim: Nəyi?
Xəyyam: Səndən xilasım olmayacağını
Anonim: Qəbul etməyin çox xoş oldu mənim üçün^^
Xəyyam: Adını de hec olmaya
Anonim: Adım Gülnazdı
Xəyyam: Nəsə içimdəki səs deyirki bu yalancı Anonimə inanma adı Gülnaz deyil
Anonim: Yaxşı adım həqiqətən Gülnaz deyil ama içim Gülnaz adı kimidi. Öz adım cool bir addı, amma özümün bir qram cooluğum yoxdu.
Xəyyam: Adını de
Anonim: İzabella
Xəyyam: Dəqiq?
Anonim: Aldığım son məlumatlara görə, 20 ildi mənə bu adla səslənirlər
Xəyyam: 20 yaşındasan onda
Anonim: Off yanlışlıqla dedim yaşımı
Xəyyam: Onda belə çıxırki arada sırada qapıma yemək buraxıb not buraxaraq 'Ayabella' yazan sənsən?
Anonim: Hə mən, ola bilərəm oda
Xəyyam: Yeməklərin dadlı olur Ella
Anonim: İzabella!
Xəyyam: Ella deyəcəm qısa İzabella yazmağa məndə səbr yoxdu
Anonim: Ella demə mənə
Xəyyam: Ella qəribə bir qızsan
Xəyyam: Həqiqətən o qədər bekarsanki yemək hazırlayıb qapıma qoyursan?
Anonim: Sənsiz boğazımdan keçmir axı yemək
Xəyyam: Ətrafımdasan məni yaxşı tanıyırsan. Mənsə sənə qarşı koram
Anonim: Xəyyam sən xoşbəxt ol mənə bəs edər
Xəyyam: Səni tapacam Ella :)
Anonim: Bu yalnız mən istədiyimdə başa verə bilər. Bu dəfə Anonim olaraq söz vermirəm. Ayabella olaraq söz verirəm❤ (Oxundu)

Bölüm Sonu

Müəllif: Goncha

Ps. Yaşasın Anonim'lik ❤
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri