Ürəyimdə karantina (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 11
Baxılıb: 5 643
Səs ver:
(səs: 0)
Xəyyam: Salam
İzabella: Mən düz görürəm? Sən mənə salam yazdın?
Xəyyam: Hə, salam
İzabella: Səndə mənim xalam)
Xəyyam: Bu vaxta qədər səni bloka atmamışam, amma bu vaxtı keçmiş zarafatına görə ata bilərəm
Xəyyam: Ona görədə sus yazdıqlarıma bax
İzabella: Yaxşı susdum mən :(
Xəyyam: Adını telefonuma Ella deyə qeyd elədim. Adını bilirəm, amma sən mənim üçün hələdə bir anonimsən.
İzabella: Ayy Ella deyə qeyd etsəndə, buna çox sevindim
Xəyyam: Səni necə tapacam?
İzabella: Bu çox sadə bir seydir
İzabella: 9595 ə 'İzabella kimdir?' deyə yaz göndər
Xəyyam: -_-
İzabella: Üzünü elə asma evimin rəisi
Xəyyam: Yaxşı. Sənə yazdığım kimidə gedirəm otağıma
İzabella: Otağa gedib nə edəssən?
Xəyyam: Özümü asmağı planlaşdırıram
İzabella: Mənidə gözlə sevgilim
Xəyyam: Yatmağa gedirəm
İzabella: Bilirəm axşam olanda insanlar yatır
Xəyyam: Bəs niyə soruşub, məni çilədən çıxardırsan?
İzabella: Səninlə daha çox danışmaq üçün
Xəyyam: Amma sən mənim ürəyimi yumşalığımdan istifadə edirsən belə yazmaqla.
İzabella: Mərəhəmətli ürəyini sevirəmdə❤
Xəyyam: Hər kəsə qarşı mərhəmətli deyiləm
İzabella: Mərhəmətlisən ürəyimin parçası❤
Xəyyam: Mərhəmətli biri olsaydım, mənimlə sevgili olmaq istəyən qızın təklifini qəbul edərdim.
İzabella: Başa düşmədim
Xəyyam: Bir qız 1 həftədən çoxdu yaxamdan əl çəkmir. Mənimlə sevgili olmaq istəyir. Məndə sevmədiyimdən qəbul etmirəm.
İzabella: O, hansı qızdı belə?! Ürək yeyib O qız?!
Xəyyam: Tanımarsan sən uzaq qohumdu mənə
İzabella: O qızın nömrəsini ver həyatı başa salım ona. Sahibsiz görüb səni? Sən mənim evimin rəisisən. Səni kimselere yar etmem!
Xəyyam: Ella başlama səndə
İzabella: Qulağını aç və yaxşı eşit! Yada qulağını açma onsuzda eşitmirsən. Ona görə gözlərini ac və yaxşı oxu. SƏN MƏNİMSƏN! MƏNİM... AYABELLA'NINSAN! (oxundu)



İzabella: Arada xəyal edirəm. Çox sevdiyin kitablardan birini mənə hədiyyə edirsən. Məndə onları oxuyuram. Daha doğrusu sən öz evində, mənsə öz evimdə eyni kitabı oxuyuruq. Düşünsənə bəlkədə eyni sətirlərdə, duruxub qalırıq. Eyni sətirlərin altına xətt çəkirik :)
İzabella: Necədə gözəl xəyalım var
İzabella: Bir gün real olar bu xəyalım?
Xəyyam: Kitabxanası olan, bir insana belə cümlələr yazmaq, onun qəlbinin tam ortasından vurmaq deməkdir.
İzabella: Kitabxananı o qədər çox sevirəmki. Sənin kitablarla olan davranışını gördükdə, səni sevməyim üçün daha bir səbəbim olur. İncə ruhuna aşiqəm sənin adam.
Xəyyam: Dəli - dolu qız hara getdi belə?
İzabella: İçimdə hələdə bir Ələddin dayı yatır)
Xəyyam: Evimidə, kitabxanamıda bilirsən. Səndən qorxmağa başladım
İzabella: Qorxma məndən sənə ziyan gəlməz
Xəyyam: Ella sənə kitab hədiyyə edim?
İzabella: Ayy çox istəyərəm. Həqiqətən edərsən? Çünki səni görmək üçün kitabxanaya gəlib, kitab almaqdan məndə pul qalmayıb daha
Xəyyam: Gözəl ürəyini kəşf etdim. Pulunu kitaba verən insanları sevirəm.
İzabella: Yaxşı onda kitabın adını mən deyim. Ya özün göndərəcəksən.
Xəyyam: Mən özüm secəcəm kitabı. Zamanı gələndə o kitabı götürəcəksən.
İzabella: Bu xəbərlə məni çox xoşbəxt etdin
Xəyyam: Səndə məni edirsən... (Oxundu)



İzabella: Dünən utandığımdan bir cavab yaza bilmədim. Karantinanın 11 ci günü necə keçir?
Xəyyam: Can sıxıcı keçir. Evdə tək qalmaqdan bezdim daha mən
İzabella: Çox adam sənin kimidi. Mənimdə ürəyim sıxılır. Sənə yemək gətirə bilmirəm...
Xəyyam: Ac qalmıram narahat olma
İzabella: Ailən hardadı?
Xəyyam: Ailəm xarici ölkədə yaşayır. Nə əcəb bunu bilmirsən?
İzabella: Bilirdim. Amma səndən eşitmək istədim. Sən niyə oların yanında deyilsən?
Xəyyam: Çünki bizim dünyalarımız fərqlidi. Ailəm şan şöhrəti sevən biridi. Mən isə kitablara aşiq olan sadə bir insanam.
İzabella: Səndən çox gözəl həyatı yoldaşı olacaq
İzabella: Səndən çox gözəl ata olacaq
İzabella: Çünki çox gözəl ürəyə sahibsən. Bəzi oğlanlar kimi yalandan qızların hissi ilə oynayıb, onları bir küncə atmırsan. Ki, edədə bilərsən. Dəfələrlə qızların kitabların arasına nömrə qoyduğunu görmüşəm. Amma sən yenədə bunu özünə sığışdırıb hec bir nömrəyə zəng vurmamısan.
Xəyyam: Sən bunu hardan bilirsən?
İzabella: Cavabı çox sadədi
İzabella: Anonimlər hər seyi bilir (oxundu)



İzabella: Darıxdım
İzabella: Sıxılıram
İzabella: Yenə yatıb qalmısan
Xəyyam: İndi qalxdım
Xəyyam: Gözləyirdim yazasan
İzabella: Sən mənə öyrəşdinmi? :)
Xəyyam: Məcburiyyətdən
İzabella: Olsun, bunada razıyam
Xəyyam: Gecə yatarkən nə fikirləşdim bilirsən?
İzabella: Nə fikirləşdin?
Xəyyam: Adını kim qoyub?
İzabella: Anam Bella olsun istəyirmiş, atam isə Ella. Nənəmdə İzabella qoyubki hec kim inciməsin)Amma dost tanış mənə Ayabella ilə İzo deyir.
Xəyyam: Vay adının tarixçəsinə bax
Xəyyam: Bəs sənə Ella deyəndə niyə xoşuna gəlmədi?
İzabella: Atam məni Ella çağırırdı deyə...
Xəyyam: Bəs indi?
İzabella: Göylərdədi artıq...
Xəyyam: Başın sağ olsun... Kaş əvvəldən deyərdin, sənə elə səslənməzdim...
İzabella: Səndə atam kimisən... Səndə onu tapmışam... Yoxsa Ella yerinə başqa bir seylərdə deyə bilərdin. Nəticədə secənək çox idi
Xəyyam: Ella sən onda acılarını gülüşlərin ilə gizlətməyə çalışırsan?
İzabella: Atam öləndə 12 yaşım vardı mənim. Əvvəl ölümün varlığın dərk eləməsəmdə, sonra atamın yoxluğu ilə ölümün nə demək olduğunu başa düşdüm. Mən saxta biri deyiləm... Güldümsə hec dayanmaram. Amma ağladımsa, birdə gülməyim çətin olar.
Xəyyam: Ağır oldu bu bir az
İzabella: Bunlardan danışmayaq, gəl bu gün ikimizdə eyni yeməyi bişirək :)
Xəyyam: Mən razı
Xəyyam: Yeməyi sən sec (Oxundu)

Bölüm Sonu

Müəllif: Goncha

Ps. Bir az duyğusal oldu(
Kitabı sevib kitabaxnası olan insana, aşiqmi olmaq? Var bir hayalimiz ^^
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 5 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri