Ürəyimdə karantina (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 6 725
Səs ver:
(səs: 0)
İzabella: Karantin bitdikdən sonra ilk işin nə olacaq?
İzabella: Hər səhifədə bu sualı görməkdən bezdim mən
Xəyyam: Səni görmək
İzabella: Durduq yerə niyə elə yazırsan? Demirsən bu qızın qəlbi dayanar?
Xəyyam: Görməyəcəm səni?
İzabella: Bilmirəm hələki
Xəyyam: Yoxsa sən mənlə əylənirsən?
İzabella: Nə əylənmək?
Xəyyam: Mənimlə görüşməyəssənsə,niyə yazırsan mənə? Namusumu kirlətmək istəyirsən? Adıma söz çıxardacaqsan mənim?
İzabella: Həə evdə qalcaqsan, alan olmayacaq səni pis
Xəyyam: Evdə qalanlar çox şanslıdı
İzabella: Niyə?
Xəyyam: Çöldə karantin var)
İzabella: Mənə deyirdin, amma səndə boyat zarafatlarından geri qalmırsan
Xəyyam: Ah Ella
Xəyyam: Səninlə yazışmaqdan sənə bənzəyirəm artıq
İzabella: Başqa kim iləsədə yazışırsan?!
Xəyyam: Yazışmayım dostlarımla?
Xəyyam: Başıma cəllad kəsilmək fikrin var?
İzabella: Ümüd edirəmki oğlanlarla yazışırsan
Xəyyam: Qızlarda var aralarında
İzabella: Səni qısqanım deyə belə yazırsan bilirəm
Xəyyam: Mən belə ucuz nömrələrdən istifadə edəcək insan deyiləm
İzabella: Mənimlə yazış! Məni ora gətizdirmə uşaq!
Xəyyam: Uşaq deyiləm mən
İzabella: Uşaqsan! Burda səni sevən qız var. Sənsə ona yazırsanki mən başqa qızlarlada yazışıram!
Xəyyam: Dostlarımdı! Allahın salam, sağ olunda yazışmayaq?
İzabella: Yox mən icazə vermirəm
Xəyyam: Səndən icazə almadım mən
İzabella: İcazə alsanda, almasanda mən vermirəm!
İzabella: Bax uşaq, sənə haqqımı halal etmərəm!
Xəyyam: Ella mənə qadağa qoyma
Xəyyam: Ən sevmediyim seydi
İzabella: Mən başqa oğlanla yazışsam xoşuna gələr?
Xəyyam: Əvvəldən dostun olubsa, burda qəbahətli bir iş görmürəm mən
İzabella: Necədə asand deyirsən, çünki sən məni sevmirsən! Mən isə sevirəm! Onun üçündə qısqanıram
Xəyyam: Bunun sevməklə sevməməklə əlaqəsi yoxdu. Qısqanılacaq seylər var. Qısqanılmayacaq seylər var. Başa düşdün?
İzabella: Yox başa düşmədim
Xəyyam: Necə başa salım səni bəs?
İzabella: O qızların nömrəsini silərək
Xəyyam: Bu söhbətin axırı davaya gedib çıxacaq. Gəl sonlaşdıraq
İzabella: Yaxşı
İzabella: Get sevimli dostlarına yaz!
Xəyyam: Olmadı Ella!
Xəyyam: Qısqanclıq yaxşı bir sey deyil
İzabella: Qısqanmıram!
İzabella: Nə deyirəm sənə? Get yazış deyirəm. Mən kiməmki onsuz?
Xəyyam: Qızlarında bu trip atmağı olmaya
İzabella: Gör nə qədər qızlarla yazışırsanki, qızların necə trip atdığını bilirsən!
Xəyyam: Nə yazsam, günah olur. Ella gecən xeirə qalsın(oxundu)




Xəyyam: Hardasan? Günortadı səndən bir mesaj olsun belə gəlməyib (13:04)
Xəyyam: Ella yazdığım 2 xəttdi cavab ver mənə (15:26)
Xəyyam: Yazmayacaqsan daha mənə?(17:02)
İzabella: Necəsiz?(18:47)
Xəyyam: Necəsiz nədi?
İzabella: Rəsmi danışacam sizinlə
Xəyyam: Gecədən bəri bunu düşünmüsən?
İzabella: Xeir Xəyyam bəy
İzabella: Gecə yatmışdım mən
Xəyyam: Robut kimi danışma
İzabella: Mən robut deyiləm, Xəyyam bəy
Xəyyam: Mənə birdə bəy yazma!
İzabella: Sizi qıracağıma, dişimi qıraram Xəyyam məllim
Xəyyam: İndidə məllim oldu?
İzabella: Bəli, Xəyyam məllim
Xəyyam: Ella canımı sıxma mənim
İzabella: Niyə əsəbləşirsiz?
İzabella: Allah uzaq eləsin təziqiniz qalxar sonra. Mənim bir uzaq qohumum vardı. Təziqi qalxmışdı, sonra rəhmətə getdi
Xəyyam: Nə vaxt düzələcəksən?!
İzabella: Xarab olmamışam hələki. Özümü soyducunun buzluğunda saxlayıram
Xəyyam: O soyducunun buzluğundan çıx. Əri sonra gələrsən yaxşı?
İzabella: Mən dondurma deyiləm axı
Xəyyam: Nəsən bəs?
İzabella: Kəllə paçayam)
Xəyyam: Normal deyilsən sən
İzabella: Niyə?
Xəyyam: Ella ciddiyətlə yazıram sənə. Mən belə uşaqca hərəkətləri sevmirəm. Dünən qəlbini qəracaqda bir iş etmədim. Özün özünə dəliləndin çıxdın getdin. Düzələndə yazarsan...
İzabella: Yaxşı (oxundu)


1 gün sonra
Xəyyam: Ella düzəlmədin hələdə?
İzabella: Səni narahat etmək fikirim yoxdu daha
Xəyyam: Bu nə deməkdi?
İzabella: Sonuncu mesajını dəfələrlə oxudum. Haqlısan... Uşaq olan mənəm... Uşaqca hərəkət edən də mənəm. Sən daha olğun bir insansan. Mənimlə yola gedə bilmərsən...
Xəyyam: Sən yaxşı deyilsən
İzabella: Yaxşıyam mən Xəyyam
İzabella: Həqiqətləri gördüm deyə daha yaxşıyam
İzabella: Mənim uşaq yana kaprizlərimi, sən çəkməli deyilsən
İzabella: Sənə həyatında xoşbəxtliklər
Xəyyam: Ella dayan!
Xəyyam: Yazdıqlarının hamısının bir zarafat olduğunu de
İzabella: Zarafat deyil... Boş - boş xəyallara qapılan mən idim. İndi xəyallarımdan ayılmaq vaxtı gəlib çatıb.
İzabella: Kitablara aşiq olan bir adama, şeir olmaq nəyə yarar? Həmin insanın özü bir şeirdisə...

İzabella "Xəyyam" adlı kullanıcıyı əngəllədi!

Bölüm sonu

Müəllif: Goncha

Ps. İzoda bu cür manyakadı
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri