Ürəyimdə karantina (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 4 823
Səs ver:
(səs: 0)
İzabella: Xəyyam, marslılar yerə ayaq basanda nə olurlar?
Xəyyam: Nə olurlar?
İzabella: Yerə ayaq basan)
Xəyyam: Bəs yaxşı, tufan qopanda nə edirlər?
İzabella: Nə edirlər?
Xəyyam: Yapışdırırlar)
İzabella: Oo bu yaxşı idi
İzabella: Təbriklər!
İzabella: Oxşar cəhətlərimiz çoxdu səninlə
Xəyyam: Məsələm nə?
İzabella: Məsələm ikimizində zarafat səviyyəsi çox qıtdı)
Xəyyam: Qəbahət səndən ağıllı söz gözləyəndədi
İzabella: Mənim evimin rəisi :)
Xəyyam: Yenə evlilik xəyallarındasan?
İzabella: Olmayım?
Xəyyam: Mən sual verdim birinci. Cavab ver
İzabella: Mən cavab versəm, səndə mənim sualıma cavab verəcəksən
Xəyyam: Yaxşı
İzabella: Hə hələdə evlilik xəyalı qururam. Balaca bir bağ evimiz var. Orda səninlə mən yaşayırıq. Bağçamızda güllərimiz var. İkimiz onlara su verib, onları böyüdürük :)
İzabella: İndi cavab ver bu xəyallarımı qurumağa davam edim?
Xəyyam: Vayy xəyala gəl
Xəyyam: Bu xəyalı qurmağa davam elə. Sonra xəyallarında nələr var?
İzabella: Sənə yeməklər hazırlayıram, səndə onları iştahla yeyirsən. Çay dəmləyirəm, çay içə - içə səmimi söhbətlər edirik. Söhbətimizi yarıda kəsib, içi gözəl olan bir kitabı oxumağa başlayırıq :)
Xəyyam: Vuruldum xəyalına
Xəyyam: Tam səmimi deyirəm :)
İzabella: Sən olsan nə xəyal edərsən?
Xəyyam: Eynən bunları xəyal edərəm. Amma özümdən bir - iki sey elavə edərəm
Xəyyam: Sənin gözlərinin içinə baxaraq bir şeir oxuya bilərəm :)
İzabella: Ölürüm ben sana❤
Xəyyam: Utandırma adamı
İzabella: Oyy oyy mənim qəlbimin sahibi utanırmışda. Sevirəm səni... Sevmək nə kəlimə, ölürəm sənə... Qıyıq gözlərin ilə, gözlərini qısırsan ha, bax ömür boyu o baxışlarına elə baxmaq istəyirəm. Mənim kitab qoxulum (oxundu)




İzabella: Yorulmuşam
Xəyyam: Çoxmu gəlib gedən oldu marketə?
İzabella: Bir ara səssizlik idi sonra birdən axın başladı
Xəyyam: Yanında olsaydım, yorğunluğunu çıxardacaq bir qəhvə hazırlayırdım sənə
İzabella: Amma yanımda deyilsən..
Xəyyam: Bir gün yanında olacam :)
İzabella: Sən mənimlə xoş davranırsan fərqindəsən?
Xəyyam: Xoş danışmıram
Xəyyam: Xoş danışdıtdırırsan :)
İzabella: Evmin rəisi mənə öyrəşib :)
Xəyyam: Evinin rəisi sənə öyrəşib..
İzabella: Yazmayım, yazmayım deyirəm amma olmur. Yazışırsan dost dediklərinlə?
Xəyyam: Keflərimizi pozmağa davam yəni?
İzabella: Pozulmayacaq hec nə
İzabella: Sakit qalacam
Xəyyam: Hec kim ilə yazışmıram
İzabella: Nəyə görə?
Xəyyam: Ella
İzabella: Məni 1 aya yaxındı tanıyırsan. Mənə görə dostlarını sildin?
Xəyyam: İstədiyin bu deyildi?
İzabella: Bu idi.. Amma bir gün mənidə atıb gedə bilərsən
Xəyyam: Səndə belə fikirləşənlərdənsən?
İzabella: Reallıq budu :)
Xəyyam: Reallıq bilirsən nədi?
İzabella: Nədi? -.-
Xəyyam: Reallıq oduki, sən mənim gözümü açdın. Onları yoxladım... Verdikləri cavabda məni qane etmədi. Məndə uzaq durmağa çalışdım ordan. Kimisə atıb getmək, mənim lügətimdə yoxdu. Xüsusi ilədə səni...
Xəyyam: Dəfələrcə getdin məndən
Xəyyam: Dəfələrcə sənin hər nazına dözdüm
Xəyyam: Mən O, qızı tanımasamda O, qız məni tanıyır deyib, sənin xətirinə dəyməməyə çalışdım.
Xəyyam: Sən bunları görməli idin, Ella..
Xəyyam: Kimisə qoyub, getdiyimi yox (oxundu)




İzabella: Dün gecə xətrinə dəydim?
Xəyyam: Sual verirsən?)
İzabella: Xətrinə dəymişəm
Xəyyam: İşdə tellə necə oyanaya bilirsən?
İzabella: Günorta yeməyindəyik ona görə
Xəyyam: Onda yeməyini ye
Xəyyam: Əsas yeməyindi :)
İzabella: Mən onsuz çox iştahla yemək yeyən bir insan deyiləm
Xəyyam: Arıqsan?
İzabella: Normal çəkim var yaşıma görə :)
Xəyyam: Təxmin edirəmki sarışın bir qızsan :)
İzabella: Bir az yaxınlaşmısan)
Xəyyam: İnsanlar ya sarışın olarlar, ya da olmazlar. Sən sonradan sarışın olanlardansan?
İzabella: Yox əzizim :)
Xəyyam: Özünü dövlət sirri kimi gizləyirsən
İzabella: Bu tədbirlər özümü, sənin tərəfindən qorumaq üçündür
Xəyyam: Bir gün səni özüm tapsam, pis olacaq
İzabella: Evdən çıxa bilsən taparsan
Xəyyam: Bu günlər gəlib, gedəcək məndə onda səni tapacam
İzabella: Məndə bunu gözləyəcəm
Xəyyam: Elə bilirsənki səni tapa bilmirəm?
İzabella: Taparsan :) Amma karantin var
Xəyyam: Hə hər işi bu karantin korlayır
İzabella: Amma bu karantin mənim işimə yaradı. Cəsarətlənib sənə yazdım :)
Xəyyam: İlk gün mesajlaşanda yazmışdın əlini pəncərədən çölə çək at. Məndə yox demişdim... Sabah səhər - səhər dediyini edək?
İzabella: Yavaş!
İzabella: Demirsən qız yemək yeyir. Yemək boğazında qalar? Sonra nəfəs ala bilməz. Ondanda sonra boğulub ölər
Xəyyam: Xanım, necədə dərin düşüncələrə sahibsiz...
İzabella: Allahım bir arzum sabah yerinə yetəcək
Xəyyam: Sabahı səbirsizliklə gözləyəcəm
İzabella: Səni sevirəm adam❤
İzabella: İndi işə qayıtmalıyam. Hələlik (Oxundu)




Xəyyam: Darıxdım (18:06)
Xəyyam: Hə, mən darıxdım...
Xəyyam: Əvvəl mənə yazmağını istəməyən mən, indi sənin mesajının yolunu gözlər oldum
Xəyyam: Bilirəm, bu vaxtı telefona baxmırsan. Amma yenədə bilki, sənin üçün darıxan mən varam.
Xəyyam: Xəyallarına nə qat bilirsən?
Xəyyam: Xəyallarına, birlikdə gün batımını izlədiyimizdə əlavə elə. Ya da yağışdan sonra çıxan göyqurşağını görməyi...
Xəyyam: Xəyyalarına yaraşan mən deyiləm
Xəyyam: Xəyallarına yaraşan, sənin bu qədər gözəl düşüncəli bir insan olmağındı
Xəyyam: Ella,
Xəyyam: Yaxşıki mənə yazmısan❤
İzabella: Ayy ayyy (22:34)
İzabella: Bu dəqiqə ürəyim gedəcək, bu mesajlara
İzabella: Duyğulandım..
Xəyyam: Qıya bilmirəm..
Xəyyam: Bu gözəl sevginə
İzabella: Xəyyam
Xəyyam: Aycan Ella
İzabella: Səsini eşitmək istəyirəm (Oxundu)

Yazdığım sonuncu mesajı oxudu. Sonra whatsappdan çıxdığını gördüm. Yazdığı mesajları oxuyanda o qədər sevinmişdimki, gözlərim dolub durmuşdu indi. Əlimdə telefon yenə pəncərəmin qarşısına keçib, dibcək güllərimə baxdım. Zəng etməyəcəkdi yəqin... Üzüntü ilə telefonun ekranını söndürdükdə, ekranda "Kitab qoxulum" sözünü gördüm. O, idi ... Zəng etmişdi... İndi ürəyim əsməsin nə etsin? Hələ əlimin titrəməsini demirəm... Böyük həycan ilə gələn zəngi açdım. Telefon arxasından incə bir səs "Mən pəncərə qarşısındayam... İçimə doğduki, səndə pəncərə qarşısındasan..."dedi.

Təxmin etdiyi seyin nəticəsində, titrək çıxan səsim ilə "Ayrı evlərin pəncərəsindən, eyni göyüzünə baxırıq"dedim.

Telefon arxasından eşitdiyim, gülüşü ilə məndə gülümsədim. Gülüşünüdə sevirdim... Bir gün mənim gülüşümü sevərdimi? Bax onu bilmirdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri