Ürəyimdə karantina (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 4 236
Səs ver:
(səs: 0)
Xəyyam: Nəyahətki karantin bitir
Xəyyam: Son 2 gün
Xəyyam: Səni görməyə necə səbrsizlənirəm bil bilsən
Xəyyam: Hələ içimdə yaranmış olan, kicik həyəcanı demirəm
Xəyyam: Hardasan Ella?
İzabella: Gəldim
İzabella: Sən mənim ürəyimdə güvəndə idin, indi isə karantin bitir
Xəyyam: Məni görmək istəmirsən?
İzabella: Anonim olan mənəm
İzabella: İcazə ver mən həyəcanlanım
Xəyyam: Əlimdə deyil axı
İzabella: Nə?
Xəyyam: Əllərin...
İzabella: Romantikliyin bir üst səviyyəsi
İzabella: Darıxma bəlkə 2 gün sonra əllərim əllərində olar..
Xəyyam: Buna hec şühbəm yoxdu
İzabella: O gün qar yağsaydı, yollar bağlansaydı -.-
Xəyyam: Yayda qar yağar hec? Hec şansın yoxdu, Ella
İzabella: Görüş üçün dəqiq söz vermirəm
Xəyyam: Ciddisən?
İzabella: Sabaha işdən icazə alacam. Çünki bizdən yuxarı mərtəbədə yaşayan dostumun söz kəsdisidi. Məndə dəvətliyəm
İzabella: O birisi günə, müdür ard - arda icazə verməz
Xəyyam: Bütün təsliklər məni tapmalıydıda hə?
Xəyyam: Sən görüşmək istəmirsən. Hər seyi bəhanə edirsən
İzabella: Niyə bəhanə edim?
Xəyyam: Sən bilirsənki kitabaxana sabah yox birisi gün açılacaq. Hər seyi öz beynində çox gözəl qurmusan. Belə davam elə
İzabella: Xətrimə dəyirsən
Xəyyam: Xətrinə mən yox özün dəyirsən. 3 aya yaxındı yazışırıq. Məni sevirsən... Məni görürsən... Amma mənsə səni hiss edə bilmirəm...
Xəyyam: Özünü mənim yerimə, bircə anlıq qoy
İzabella: İşdən bir - iki saat tez çıxa bilərəm...
Xəyyam: Mən səni gözləyərəm...
İzabella: Qərar qəbul edildi
İzabella: Xəyallarıma bir adım daha yaxınlaşıram
İzabella: Xəyallar sənlə gözəl❤(Oxundu)




Xəyyam: Söz kəsdiyə hazırlaşırsan?
İzabella: Aha artıq hazıram. Çıxacam yuxarı birazdan
Xəyyam: Yaza bilməyəcəksən onda?
İzabella: Vaxt tapsam yazacam. Səni tək qoymaram :)
Xəyyam: Çox yaxın dostundu qız?
İzabella: Hə, sənidə bilir ^^
Xəyyam: Mənim qiybətimi edirsiz demək)
İzabella: Arada sırada edirik)
İzabella: Saçlarda burulmur əsəbləşirəm off
Xəyyam: Mən olsaydım, burardım
İzabella: Ooo ^^
İzabella: Onsuzda buruqdu saclarım. Sadecə bir az düzəliş edirdimki geyimimə yaraşsın
Xəyyam: Geymin nədi?
İzabella: Sadə birşeydi. Qara ətək, üstünədə tünd narıncı rəngli bir köynək)
Xəyyam: Şəkil atarsan baxaram, olar? :)
İzabella: Üzüm düşməmək şərti ilə çəkib atıram)
İzabella: *şəkil*
Xəyyam: Hm
İzabella: Nə oldu?
Xəyyam: Ətəyin bir az qısa deyil?
İzabella: Qısadıki?
Xəyyam: Bir azdanda çox qısadı
İzabella: Geyimə qarışanlardansan səndə?
Xəyyam: Yanında mən olsam, nə istəyirsənsə geyin. Amma indi yanında yoxam..
İzabella: Xəyyam sadecə yuxarı mərətəbəyə çıxıram)
Xəyyam: Oğlan olacaq?
İzabella: Həə əmisi ilə dayısı oğlanları var. Bir yerdə böyümüsük hamımız
Xəyyam: Hm elə olsun
İzabella: Qısqanclıq damarı?
Xəyyam: Yox mənim nə həddimə səni qısqanmaq
İzabella: Ya sən məni qısqandın
Xəyyam: Niyə qısqanmayımki?
Xəyyam: Yanında olmaq istədiyim qızın yanında deyiləm. Necə gülüş ilə gülür, onu belə bilmirəm... Amma yanındakılar sənin gülüşünü görür... Saçların necə qoxur bilmirəm... Amma onlar sənin qoxunu bilir...
Xəyyam: Qısqanmağa ən çox mənim haqqım var
Xəyyam: Görmürsən sən
İzabella: Nəyi?
Xəyyam: Artıq, sənsiz qala bilmədiyimi.. (oxundu)


İzabella: Sabahın xeir
İzabella: Bu gün taxirə yazılacaq bir gündü
İzabella: Mənsiz qala bilmirəm dedin ha
İzabella: O medajdan sonra özümə gələ bilmirəm :)
Xəyyam: Necə keçdi axşamki gecən?
İzabella: Yaxşı idi
İzabella: Aynur üzüyünü mənim barmağımada taxdı)
Xəyyam: Sıra səndədi onda
İzabella: Yox hələ mənim sırama çox var)
Xəyyam: Niyə?
İzabella: Xəyyam belə seylərdən danışmasaq
Xəyyam: Yaxşı üstünə getmirəm
İzabella: Kitabxanadasan?
Xəyyam: Hə nəhayət qovuşdum övladlarıma)
İzabella: Bu gün hədiyyə edəcəksən kitab mənə?
Xəyyam: Aha tamda bu gün edəcəm :)
İzabella: Ürəyim getsə, eləsə məni tutarsan ha
Xəyyam: Sevə - sevə :)
Xəyyam: Nə bilmək olar, bəlkə mənim ürəyim getdi?
İzabella: Onda bir - birimizi tutarıq)
Xəyyam: Ella həycandan əlim ayağım əsir
Xəyyam: Bu gündən sonra hər seyin dəyişəcəyini hiss edirəm
İzabella: Yaxşı mən gedim öz işimə, səndə keç öz işinin başına
İzabella: Saat ya 9 - a ya da 10 - na qədər gələcəm
İzabella: Məni gözlə (Oxundu)



(Saat: 21:14)
Kitabxananın qarşısında durub, içəri adım atmaq haqqında fikiləşirdim. Özümü bu günə nə qədər hazırlasamda, indi həyəcandan ürəyim sürətli şəkildə döyünürdü. Mənim yəni, bizim hekayəmiz ilk burda başlamışdı..
Günlərin bir günü idi. Çox sevdiyim bir kitab vardı. Onu hər yerdə axtarmışdım. Amma hec bir yerdə də tapa bilməmişdim. Yorğun və üzgün bir halda bu kitabxananın qarşısında, yenə bu şəkildə dayanmışdım. Bir ümüd edirdimki, o kitabı burda tapa bilərəm. İçəri keçdikdə, ətrafda hec kimi görmədim. Çox səssiz idi ətraf. Ətrafa baxıb, boylanmağa başladıqda, sol tərəfdə olan qara dərili qapının açıldığını gördüm. Sonra isə, o qapıdan O, çıxdı... Həmdə əlində mənim axtardığım, olan kitab ilə..
Keçmiş günü xatirəmdən silib, qapıdan asılan 'Bağlıdır' yazısına baxdım. Üzümdə azacıq bir təbəssüm əmələ gəldi. Artıq bu kitabxanaya daxil olmaq vaxtı idi. Qapını açıb içəri daxil oldum. Uzun ve geniş olan kitabxananın ilk girişində olan işıqlar sönmüşdü.. Ən sonda olan işıqlar yanıb, ən arxa hissəni aydınladırdı. Yenə ilk girişimdəki ki, gözlərim ətrafı gəzməyə başladı. Xəyyam harda idi? Həyəcandan, səsimi belə çıxarda bilmirdim. İrəli addımlar atdıqca, öz üstümə nəzər salmağa başladım. Saclarımın dünəndən qalan buruqları açılmışdı. Üzümdə hec bir makiyaj yox idi... İşdən çıxıb gəldiyimdən üstümdə cins bir bol şalvar, sadə ağ rəngli futbolka köynəyim, üstünə isə geyindiyim toxunma bardo rəngində uzun qol jiletim vardı. Özümə hec fikir vermədən gəlmişdim.. Ən yaxşısı, məni görmədən geri qayıtmağım idi. Üzümü asıb, arxamı döndüm getmək üçün. Amma arxadan gələn səs "Ella..." dedi. Olduğum yerdə qaldım. Atamdan sonra mənə ilk Ella deyən insan idi. Onun səsindən adımı, eşitmək ilk saniyədən kövrəlməmə səbəb olmuşdu. Bura gəlmişdimsə geri dönüşümdündə, olmayacağını başa düşərək, özümü sıxaraq yenidən ona tərəf çöndüm. Biz 2 rəfin arasında idik... Mən başında, O isə ən sonunda idi... Onun irəli addım atdığını gördükdə, məndə ona tərəf yavaş - yavaş addımlar atmağa başladım. 3 cü adımında addımını saxlayıb, qısıq gözləri ilə mənə baxmağa başladı. Mən ona hər yaxınlaşdıqca, üzündə yaranmış olan təbəssümü getdikcə, böyüməyə başlayırdı. Xəyallarımda olan insanı, qarşımda bu cür şəkildə görmək məni ilk dəqiqədən çox xoşbəxt etmişdi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 236
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri