Ürəyimdə karantina (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 928
Səs ver:
(səs: 0)
Xəyyam: Sabahın xeir
Xəyyam: Dünən axsam evə getdikdən sonra hec nə yazmadın
İzabella: Hə, çox yorulmuşdum. Həmdə çox sevincli olduğumdan hec nə düşünməyərək yatdım
Xəyyam: Hmm...
İzabella: Nəsə səhv bir sey etmişəm?
Xəyyam: Mənə çox haqqsızlıq etmisən..
İzabella: Mən? Nə etmişəm sənə?
Xəyyam: Səninlə yazışdığım 3 ayıma çox heyifim gəlir
İzabella: Xəyyam belə düşünürsən?
İzabella: Bəyənmədin məni?(
İzabella: Mənsə dün gecədən sonra, düşündümki səninlə gözəl günlərimiz çox olacaq
İzabella: Əgər elə olmayacaqdısa, dün gecəni mənə niyə yaşatdın?!
Xəyyam: Heyifim gəlir həqiqətən...
Xəyyam: Kor olduğuma
Xəyyam: Səni bu vaxta qədər görməyişimə...
Xəyyam: Gözümün qarşısında olarkən, hiss etməyimə...
Xəyyam: Haqqsızlıq etmisən mənə
Xəyyam: 3 ay yazışmaqdansa, qarşıma çıxa bilərdin. Mən sənsiz necə yaşamışam? O gözəl gülüşünü, okean gözlərini məndən niyə əsirgəmisən?
İzabella: Qorxutdun məni! Pis oğlan
Xəyyam: Sən gecə rahat yatmısan. Mən isə səhərə qədər səni düşünmüşəm. Gözümə hec yuxu getməyib. Ağlımı aldın mənim
Xəyyam: Daha çox gözləməyədə ehtiyyac yoxdu
İzabella: Nəyi gözləməyə? Sən yazırsan hec nə başa düşmürəm
Xəyyam: Bir gün belə itirmək istəmirəm
Xəyyam: Evlənirik...
İzabella: Xətəsən sən?
Xəyyam: Hə xəstə etdin məni özünə
Xəyyam: Mən bir 3 ayda gözləmək istəmirəm
İzabella: Ciddi deyilsən hər halda
Xəyyam: Ciddiyəm
Xəyyam: Şəxsiyyətinidə götür, gedək evlənək
İzabella: Həə bu dəqiqə gözlə məni gəlirəm -.-
Xəyyam: Sən deyildin mənimlə evlənmək istəyən? Evinin rəisi idim bəs mən? Yalan idi hamısı?
İzabella: Səhər - səhər bu nə temadı? Yaxşısan sən?
Xəyyam: Deyiləm
Xəyyam: Səni yenə görmək istəyirəm
Xəyyam: Səni yenə qucaqlamaq istəyirəm
Xəyyam: Evlənəkdə... Qəbul elə
İzabella: Səni ən sonda özümə oxşatdım)
Xəyyam: Manyak qız
Xəyyam: Qəbul edirsən?
İzabella: Nəyi axı?
Xəyyam: Təklifimi
İzabella: Nə təklifi?
Xəyyam: Evlilik təklifimi
Xəyyam: Mənimlə evlənərsən?
Xəyyam: Evlənsən sənə hər gecə kitab oxuyacam
İzabella: Sən ciddi - ciddi ilk görüşündən sonra mənimlə evlənmək istəyirsən)
Xəyyam: İlk görüşdən sonra yox...
Xəyyam: 3 ay içində tanıdığım qız ilə...
Xəyyam: Həmdə daha çox vaxt itirmədən
İzabella: Təklifinizi geri çevrimirəm. Amma bir düşünəcəm
Xəyyam: Yaxşı düşün
Xəyyam: 1 saatdan sonra cavabını deyərsən
İzabella: Nə 1 saat? 2 - 3 gün fikirləşəcəm mən
Xəyyam: Ella
Xəyyam: Mənim 18 yasım vardı. Bir gün bir kitabxanaya getdim. Bir kitab alıb evə gəldim. Kitabı o gün əlimə almadım. Gecə yatarkən, çox fikirləşdimki niyə o kitabı oxumadım? Özümə söz verdimki bir günə o kitabı oxuyub bitirəcəm. Səhəri gün yuxudan ayıldım. O kitabı bir günə bitirdim. Üstündən 2 il keçdi... Yenə bir gecə yarısı idi... Kitab rəflərimə baxdım. Nə qədər kitab vardı. Düşündümki mənim niyə bir kitabxanam olmasın? O gecə verdiyim qərar ilə səhər yenə ayağa qalxıb, maraqlanmağa başladım. Dün gecədə səni düşündüm... Sonra öz özümə dedimki onunla evlənməliyəm... Həyatımı paylaşacağım qız, tamda odu...
Xəyyam: Mənim gecə yarısı verdiyim qərarlar, həyatımın ən böyük səhvsiz qərarlarıdı. Sənə qəribə gələ bilər. Amma həqiqət budu...
Xəyyam: Özümə gələ bilmirəm...
Xəyyam: İcazə ver sənə gəlim... (Oxundu)



İzabella: Çox yorğunam bu gün
İzabella: Şit zarafatlar edəcək halda da deyiləm(
Xəyyam: Mən edim sənin yerinə?
İzabella: Oxşama mənə sən. Birimiz hec olmasa ağıllı olaq)
Xəyyam: Ağıllı olmaq canımı sıxır axı mənim. Mən sənin şit dediyin, zarafatlarına belə aşiqəm
İzabella: Allahım yenə başladı Bay Romantik
Xəyyam: Yaxşı, yaxşı... Odun olacam məndə
İzabella: Sən odunmu olacan? Səni atacaqlar oda yandıracaqlar)
Xəyyam: Bəs yorğun idin sən? Məni yandırmaq haqqında düşünürsən? -.-
İzabella: Odunlar yanırda bəs. Ayı ol onda
Xəyyam: Sən mənim Maşam olsan, ayı olmağa razıyam :)
İzabella: Mən onsuzda başa bəla olan bir Maşayam) Səndən amma ayı olmaz
Xəyyam: Ayıda olaram
Xəyyam: Evlənsək əgər
İzabella: Ah, sən yenə ordasan?
Xəyyam: Sabah cavabını mənə deyəcəksən
İzabella: İndi sən mənim başıma bəla oldun
Xəyyam: Sabah işə aparımda səni
İzabella: Olmaz
Xəyyam: Niyə?
Xəyyam: Sevgilimi işinədə aparmayım?
İzabella: Nə sevgilisi?
Xəyyam: Sevgili deyillik ki biz?
İzabella: Sevgiliyikki?
Xəyyam: Sual vermə
Xəyyam: Sevgiliyik
Xəyyam: Sevgilmisən
Xəyyam: Evinin ünvanın at
Xəyyam: Evinin rəsini əsəbləşdirmə
İzabella: Mənim indi xəbərim oldu sevgili olmağımızdan
Xəyyam: Ünvanı atmırsan?
İzabella: Maşınınla gəlməsən ataram
Xəyyam: Yaxşı maşın falan yoxdu
İzabella: Tamam atıram onda sevgilim)
Xəyyam: Nəyə gülürsən?
İzabella: Sevgili olmağımıza Allah xəyallarımı tək - tək gerceklesdirir :)
Xəyyam: Allah bir xəyalınıda gercek eləmək istəyir. Amma sən razı olmursan
Xəyyam: Elə şəxsiyyətinidə götür, yol üstü nikah darəsinədə dəyək
İzabella: Day sənə sözüm yoxdu))
Xəyyam: Ella gülmədə
İzabella: Gülmək yoxduuu)
Xəyyam: Yorğunsan yat sən
İzabella: Yorğunluğum çıxdı
Xəyyam: Amma canında qalıb hələdə
İzabella: Xəyyam
Xəyyam: Aycan
İzabella: Çox xoşbəxtəmmm
İzabella: Mən gözəl cümlələr qura bilmirəm. Amma sən bunu başa düş yaxşı?
Xəyyam: Gözəl cümlə qurmağına ehtiyyac yoxdu. Gözlərinin dərinlikləri, bir kitaba bərabərdi onsuz.
İzabella: Biz gözəl ailə ola biləcik?
Xəyyam: Təklifimi qəbul eləsən hə ola bilərik
Xəyyam: Ondan daha artığı olarıq. Hər kəsdə bizi qısqanar
İzabella: Buna hec şühbəm yoxdu inan. Sənin kimisi yer üzündə yoxdu :)
Xəyyam: Var oda səndədi :)
Xəyyam: Səndə mənim üçünsən :)
İzabella: Bu söhbəti davam etirərdim. Amma göz qapaqlarım qapanmaq istəyir Xəyyam(
Xəyyam: Gözlərinə əziyyət vermə. Yum və yat şəkərim
Xəyyam: Gözlərindən öpürəm... (Oxundu)

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri