Ürəyimdə karantina (15-ci bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 6 068
Səs ver:
(səs: 1)
İzabella: Oğlanı necə tapdın? Ne etmisən ona?
İzabella: Mənə üzr istəyirəm səndən yazıb. Birdə narahat etməyəcəyini dedi
İzabella: Xəyyam cavab ver!
Xəyyam: Bütün gün yazışmamışıq. İndidə işdən gəlib mənə bunları yazırsan?
İzabella: Cavab ver
Xəyyam: İnstagramından tapıdım oğlanı. Gecə yatmayıb onu tapmışam. Baxda, gör məni necə günlərə salmısan)
İzabella: Aha sonra?
Xəyyam: Sonra hec nə, səhər görüşdük. Salam sağ ol elədik bu qədər
İzabella: Döymüsən onu?
Xəyyam: Mən kimi cool insan, indi deyirsən kimisə döysün? Sözlərimlə başa saldım)
İzabella: Sözləri kəlbətinlə alacam ağızından? De görüm, nə demisəndə
Xəyyam: Dedim biz Ella ilə evlənəcik, sənədə dəvətnaməni göndərməmiş, gəlib bizim nikah şahidimiz olarsan :)
İzabella: Yuhh! Bunu demisən həqiqətəndə?!
Xəyyam: Bizə nikah şahidi lazım idi. Və tapıldı :)
İzabella: Sənə inana bilmirəm artıq
İzabella: Birdə tankla üstündən keçseydin
Xəyyam: Yola gəlməsəydi onuda edərdim, inan :)
İzabella: İnanıram -.-
Xəyyam: Sevgilim bu mənasız boş söhbəti kecək. Sabah görüşə bilərik?
İzabella: Görüşə bilmərik
Xəyyam: Niyə
İzabella: Etdiyinin cəzasını çəkəcəksən
Xəyyam: Sabah görüşürük onda :)
İzabella: Görüşürük demədim, yazdığımı düz oxu
Xəyyam: Oxudum
Xəyyam: Görüşürük yazılıb :)
İzabella: Bir daha oxu
Xəyyam: Yazılıbki, sənin üçün çox darıxmışam mən sevgilim. Onun üçündə görüşürük sabah :)
İzabella: Sabah səhər yalnız işə apara bilərsən bu qədər :)
Xəyyam: İcazən yoxdu?
İzabella: Birdə 10 gündən sonra ala bilərəm
Xəyyam: 10 gün gözləyək onda. 10 günün sonunda sənə bir süprizim olacaq :)
İzabella: Süprizin nədi?
Xəyyam: Süprizlər deyilməz sevgilim :)
İzabella: Oyy nə gözəl sevgilim yazırsan. Sən hər sevgilim yazdıqca, mənim içim gedir❤
Xəyyam: Mənim isə səni sevərkən, hər saniyə içim gedir..
İzabella: Nə gözəl cümlədi
İzabella: Seviyom senii çoçukkk
Xəyyam: Məndə sənii şəkərrr❤
İzabella: Çoxmu şirinəm?
Xəyyam: Həmdə necə... Bir insanı şəkər xəstəsi, edəcək dərəcədə
Xəyyam: Bu gün çox darıxdığım üçün yenə başa qayıdıb köhnə mesajlarımızı oxumağa davam elədim. Diqqətimi bir sey çəkdi...
İzabella: Yadıma salma o mesajları)
Xəyyam: Mənə sevgini yaşadacağın haqqında bir söz vermişdin. Anonim sözü...
Xəyyam: Sözünü tutmusan...
Xəyyam: Hələ, Ələddin dayının ruhun demirəm. Kitab oxumaq əvəzinə, ancaq mesajlarımızı oxuyuram :)
İzabella: Bekarsan həqiqətən)
Xəyyam: Bekar deyiləm, aşiqəm :)
İzabella: Bir dəqiqə olsun belə zarafatcıl ola bilmirsən. Yenə, aşiqəm yazdın mən özümü itirdim
Xəyyam: Məndə özümü itirmişdim. Amma sən de tapdım...
Xəyyam: Məndə söz vermişdimki, səni parka aparacam. Xatırlayırsan bunu?
İzabella: Aparacaqsan?
Xəyyam: Həə, unuda bilməyəcəyin, bir gün olacaq :)
İzabella: 10 günün gəlməsini səbrsizliklə gözləyəcəm
Xəyyam: Bəs görüşmək istəmirdin?
İzabella: O əsəbi idim deyə elə yazdım
Xəyyam: Mənim olana kimsə, gözünün ucu ilə belə olsa baxa bilməz. Əsəbləşmə...
İzabella: Köhnə tip kişilər kimi bu nədi yazırsan Yoxsa sənində içinə Qəzənfər əminin ruhu girib?
Xəyyam: Qəzənfər əmi ilə, Ələddin daynın ruhu ortalıqda gəzişir)
İzabella: Onlar bizim əsərimizdi ❤ (Oxundu)


10 gün Sonra
Güzgü qarşısında özümə bir az daha baxıb, qıvrım olan saclarımı geriyə atdım. Onunla görüşməyimə dəqiqələr qalmışdı. Özümü bir onunla ilk görüşümüzdə, bu qədər həycanlı hiss etmişdim. Birdə indi... Sadəlikdən yana olduğumdan, dodaqlarıma şaftalı dadında bir parıltıcı sürtmüş, bunun nəticəsində okean gözlərimi daha ön plana çıxartmışdım. Anam mənə hamilə olduqda, çox kök və potağal yediyindən, saclarım tünd narıncı rəngdə idi. Üzümün ağ olmasıda, məni kürən bir qız edirdi. Görnüşümü çox sevirdim... Görnüşüm və adım özümü xüsusi biri kimi hiss etməyimə səbəb olurdu. Boş - boş güzgüdən özümə baxıb, gülümsünürdüm. Bir Anonim kimi öhdəmə düşən hər seyi etmişdim. Anonim olmaq istədikdə, ona ilk mesajı atım ya atmayım deyə çox düşünmüşdüm. Karantin günlərində sıxıldığımdan, özümü Selana serialını izlərkən tapmışdım. Daha çox tənbəllik etməyib, ilk mesajımıda Selana yazıb yollamışdım. Eləcə, varlığımdan birxəbərsiz olan insanın varlığımdan xəbəri olmuşdu...
Tərləmək olan ovuc içimi bir - birinə sürtüşdürüb, telefonumu əlimə alıb saata baxdım. Mayın orta günlərini yaşayırdıq. Saata 7 - yə qalmışdı... Görüş saatı üçün, axşam üstü olmağın gözləmişdik.
Məni hec görüb, bilməyəcəyim Bakı içi uzaq bir yerə aparacaqmış...
Ondan gələn "Gəlmişəm, səni gözləyirəm sevgilim" mesajından sonra çantamıda alıb evdən çıxdım. Həycanlanmaq yox idi. Maşınına gəlib çatana qədər özümə bu sözləri demişdim. Onun maşının kənarına söykənib durduğunu gördükdə, məni görməyi ilə irəli gəldi. Tam qarşısına keçib, dayandıqda gözlərimi ara - sıra ondan qaçırdaraq,  ona baxmağa başladım.
"Xos gördüm, sevgilim..." dedikdə dodaqlarımı dişləməyə başlamışdım artıq. Bu utancım, həycanım nə vaxt keçib kedəcəkdi görəsən? Dilindən çıxan sevgilim kəliməsi, tüklərimi biz - biz etməyi bəs idi.

"Məndə..." dedim incə bir səslə.

Yəqin, sonraki görüşlərmizdə bu halım, bu halımız keçərdi. Mən belə biri deyildim...
Maşına mindikdən sonra, maşını işə salmamış əlini arxaya uzatdı. Nə götürəcəyinə, dönüb məndə baxdıqda, buket halında təbii qızılgülləri mənə uzadıb "Bu gülün birini solandan sonra, sənə hədiyyə etdiyim kitabın arasında saxlayarsan. Bizə aid kicik bir anımız olar"dedi. Necədə incə ruhlu və düşüncəli bir adam idi. Gülləri əlindən alıb, təşəkkür etdikdən sonra maşını işə saldı. Yol boyu aram - aram bir birimizə baxıq, arada söhbətləşirdik. İnsan xəyalının real olması necədə möhtəşəm bir hiss idi. Bir vaxtlar uzaq olduğum, insana indi çox yaxın idim. Əlimi ona uzatsam, toxunacaqdım...
Gəldiyimiz yerin hara olduğunu hec bilmirdim. Maşını bir qıraqda saxlamışdı, bizdə aşağı enmişdik. Təxminimcə bir əyləncə mərkəzinə bənzəyirdi. Amma o  qədərdə havalı bir tərəfi yox idi. Yer, yer daşları ilə bəzədilmişdi bizdə düz yolda irəlləyirdik. Getdikcə yerin və ətrafın yaşıllandığın gördüm. İndi tam əmin olmuşdum, bura əyləncə mərkəzinə bənzəyən bir park idi. Səssizcə irəlləyərkən "Bu gün bütün xəyallarının, gərcəkləşdiyi gün olacaq. Bu yer həm doğmadı, həmdə əzizdi. Əfsanə ilə hər kəsdən uzağa qaçmaq istəyəndə bura gəlirik. Gördüyün kimi ətrafda çox insan yoxdu. Olanlarında məsafəsi bizdən uzaqdı. Bura gələn hər kəs özü üçün önəmli olan, özəl insanları gətirir. Səndə mənim üçün özəl birisən. Ruhun bu yer gözəldi... Az sonra buranın gözəlliyini daha yaxşı görəcəksən"dedi. Heyran bir şəkildə dilindən çıxan cümlələrə, ağızı açıq şəkildə bir şəkildə baxdım. Əli ilə çənəmə toxunub, aralanan dodaqlarımı birləşdirdi.
"Bu qədər şirin olma" deyib əlimdən tutdu. Onunla irələdikcə kənarları tellər ilə əhətlənmiş, yerlərə gəldik. Artıq ətrafda yelləncək görməyə başlamışdım. Bura yelləncəklər məkanı idi ya nə? Uzaqdan məkan kimi hazırlanmış böyük bir yer gördüm. Dəmirlər hazırlanmış, iki yelləncək vardı. Yelləncəyin başında olan dəmir taxmasına aid isə hec bir fikirim yox idi.
Xəyyam "İndi bura minirsən və həyatımızın ən gözəl anını birlikdə yaşayırıq" deyərək məni həmin uzaqdan gördüyüm bu yelləncəyə mindirdi. Buranı hec vaxt görməmişdim... Dediyini edib yelləncəyə mindikdə, bizi az sonra nəyin gözləyəcəyindən bir xəbərsiz idim.
Oda digər yelləncəyə mindikdən sonra "Hazır ol və var gücün ilə yellən. Yoxsa üstün başın su olacaq" dedi. Hec nə başa düşməməyin ardından möhkəmdən qışqıraraq "Xalid əmi başlat" dedi.
Ayaqlarımı geri edib yellənməyə başladıqda, yuxarıda olan dəmir basamaqlarından suların gəldiyini gördüm.
Xəyyam "Möhkəmcə yellən" deyib gülməyə başladı. Biz yelləndikcə yağış kimi su axırdı. Və bu get - gedə mənim çox xoşuma gəlməyə başlamışdı. Sevincimizdən qışırıb, yellənirdik. Belə bir yerdə olmağım, çox gözəl bir sey idi.
Yelləncək məcaramız bitdikdən sonra aşağı düşdükdə, üstümüzün su olduğunu gördüm. Amma bu belə kefimizi pozmurdu eləcə gülürdük.

"Xəyyam bura çox gözəldi. Nə deyim, hec bilmirəm" dedim xoşbəxtliyimdən daha çox danışa bilməyib. Mənə bir adım daha yaxln durub, islaq saclarımı geri itdi.

"Mənimdə ən böyük xəyalım, sevdiyim qız ilə burda bərabər yellənib, islanmaq idi. Bir digər xəyalımda qalıb, onuda indi yerinə yetirəcəm"dedi. Sonra gözünü yumub burnunu çəkərək"Şaftalı, ən sevdiyim"deyərək burnumu sıxdı. Utanmaq üçün daha bir səbəb...
Əlimdə olan əlini çəkib, əlini cibinə salaraq
"Manyak qız, sənə çox aşiqəm.."dedi. Cibindən çıxartdığı seyin qırmızı rəngli üzük qabı olduğunu gördüyüm an, əlimi dodaqlarımın üstünə gətirməyim bir oldu. Evlilik təklifi edəcəkdi? Ciddi idi hər dediyində?
Gözünün qarşısına tökülən sulu saclarını əli ilə arxaya yaslayıb, dizinin birini yerə ataraq qarşımda diz çökdü. Yox amma, bu ancaq filmlərdə olurdu!

"Hər səhər, ən gözəl mənzərəm olmağa varsan?"dedi.

Bu ən üst bir səviyyədə evlilik təklifi idi. Məndə bunu hec vaxt geri çevirə bilməzdim!

"Varammm" dedim ən uca səsim ilə
Ardında güldüm...
Sonra o güldü...
Üzüyü barmağıma taxdıqdan sonra qulağıma "Biz hər zaman bir birimizin, ürəyində karantində olmağa davam edəcəyik" deyə pıçıldayıb məni qucağına alaraq, fırlatmağa başladı. Bu karnatinin tək bizə yaradığı doğru və dəqiq xəbər idi. Yayın bu xəbəri, biz indi çox Xoşbəttik❤

Son

Müəllif: Goncha

Ps.Yaşasın Anonim'lik
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri