Ruhum sənə əmanət (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 8 882
Səs ver:
(səs: 0)
Bölüm 1
Mən Asya
18 yaşına 1 aydı qədəm qoymuş, arzuları, xəyalları ürəyində yarmış qalmış, kuklalarından yeni ayrılıb, oxumaq eşqi məhv edilən, bu yaşımda evləndirilməyə məcbur qalan, balaca bir qızcığazam. Mən ailəm tərəfindən, bu ailəyə qurban verilən, həmin o gözü yaşlı qızam.
İndi mən hardayam?
Mən, əcəlimin olduğu yerdəyəm...
Əyinimə geyindirlən gəlinlik ilə bizim üçün hazırlanmış olan otaqda oturub, həyat yoldaşımı gözləyirəm. Bu gəlinliyin mənim üçün bir kəfəndən fərqi yoxdu. Günlərlə ağladım, günlərlə ac - susuz qaldım, dəfələrlə evdən qaçmaq istədim... Amma hec biri ailəmi yola gətirə bilmədi. Atamın əsgər yoldaşının oğlu ilə ilk əvvəl nişanlandım. 2 aydan sonra isə toy oldu... Məni bir necə dəqiqədən sonra, nə gözləyəcəyindən xəbərim yox idi... Məni bura cəhənnəmi görüm deyə, gətirmişdilər... Hər il minlərlə qız, mənim kimi bu talehi yaşayırdı. Mən oxuyacaqdım... Mən oxuyub, jurnalist olacaqdım... İnsanlara faydam toxunacaqdı... Sən demə, hamısı boş bir xəyaldan ibarət imiş. Boğazımı deşən qəhəri daha çox bastırmağa çalışdım. İncidirdi... Boğazımda yaranmış olan düyüm, məni çox incidirdi... Həyat yoldaşım olacaq insanı sadecə bir dəfə, oda 5 dəqiqə görümüşdüm. O, Salahoğlu inşaat şirkətinin tək varisi, baş mühəndisi Ayaz Salahlı idi. Hə, var dövlətə qurban gedilənlər, siyahısında idim məndə. 23 yaşında, əsmər bir tipə sahib olub, özünə görə yaraşıqlı olan amma, xasiyyətinin necə olduğunu bilmədiyim bir insan idi. Telefon nömrələrimiz, insanların gözünü boyamaq üçün vardı. Arada nə bir salam vardı, nə də bir sağ ol...
Onunda bu işə məcbur edildiyini bilirdim. O, oğlan idi. Necə ailəsinə qarşı çıxa bilməmişdi? Mənim yaşadığım, rayona bircə dəfə gəlmişdi. Onda da mənə "Sən olmasaydın, mən evləndirilməyəcəkdim. Bu səni tanımadan, sənə nifrət etməyim üçün çox böyük bir səbəbdi" demişdi... İndi siz deyin, mən qorxmayım nə edim? Qapının qulpunun tərpəndiyini gördükdə, oturduğum çarpayıdan ayağa qalxdım. Oda, qapını açaraq içəri keçdi. Yanıma doğru adım atdıqca, içimdəki hiss məni daha çox qorxudurdu. Çox qorxurdum mən...
Göz ucu ona baxmağa başladıqda, üzündə həm əsəbi, həmdə məni ələ salacaq bir sima vardı. Hecmi mərhəmət hissi olmayacaqdı? Gözlərini belə məndən çəkmədən əynində olan pencəyi çıxardaraq bir göz qırpında, divanın üstünə atdı. Sonra köynəyin qolunun, düymələrini açmağa başladı. O, elə etdikcə mənim içim ürpənirdi... Bir kəlimə belə olsun, bir söz deməmişdi... Qarşıma tam keçib, köynəyinin yaxa düyməsinin birini açdı, sonra ikincini... Bu mənzərəyə daha çox dayana bilməyib, möhkəmcə udqunub, yazıqcasına çıxan səs tempim ilə "Yalvarıram sənə... Toxunma mənə..." dedim. Mən istəmirdim... Mən onu istəmirdim... Mənim arzum bu yaşımda, evlənmək deyildi... O, mənə toxunsaydı, mən öləcəkdim...
Dodaqlarım titrərkən, gözlərimi yumdum. Sonra onun gülüş səsi qulağıma gəldi...
Yavaş gülməyə başlayarkən, birdən birə bir qəh - qəhə çəkdi... Bu səsə gözlərimi açıb, qarşımdakı adama baxdım. Məni başa düşməyəcəkdi?! Nəfəs nəfəsə qaldıqdan sonra gülüşünü yarıda kəsib "Sənə toxunmağa onsuzda, niyyətli deyiləm xırda"dedi ciddiyətli səsi ilə. Düz eşitdiyimə əmin olmaq üçün "Həqiqətənmi?"dedim. Göz qapaqlarını qırpıb, təkrar açaraq "O qədərdə şərəfdən yoxsul bir insan deyiləmki, 18 yaşında balaca bir qıza toxunum. Nə yalan deyim mənimlə eyni fikirdə olmağına, sevindim"dedi. Bu sözü demeyi ilə mənə dünyaları, bağışladığını deyə bilirdim. Bulanıqlaşmış gözlərim ilə, gülümsəməyə başladım. Qorxum boşuna imiş...

"Nifrət etdiyin insana, böyük bir yaxşılıq etdin" deyib sonra gözümdən axan sevinc göz yaşlarımı sildim.

"Bu yaxşılığı sənin üçün deyil, özüm üçün edirəm. İnanki, sənə toxunmaq sənə deyil, mənə böyük bir işgəncə olar. Nifrət hissimdə onun üçün, hələdə qüvvədə qalmağa davam edir" dedi.

Məni hər iki sözündən,bir iynələyəcəyi mənə burdan məlum oldu. Amma indi bu halımdan, narazı deyildim. Bütün iynələcəyi sözlərə dözərdim...

Susmağımın ardından "Geyinmək üçün 10 dəqiqən var xırda" deyib arxasın mənə dönərək irəli addım atdı. Xırda, deməyini yenə görməzdən gəldim. Bu vəziyyətdə dikbaşlıq etməyim, hec uyğun olmazdı. Qapıya yaxınlaşıb, əlini qulpuna toxundurduqda, dayandı... Niyə dayanmışdı? Təkrar mənə dönüb, gözlərini yumaraq burnunu çəkməyə başladı. "Otağımdan gələn, bu qoxunun qaynağı sənsən?"dedi gözlərini açıb.
Bilə - bilə belə sözlər tapıb deyirdi?! Güc onda idi deyə, ilk dəqiqlərdən məni əzməyə başlamışdı... Mən 11 yaşımdan bəri portağal qoxurdum... Qoxu üstümə hopub deyədə, bədənimdən çıxmırdı... Otaqda da 1 saatdan çox qaldığıma görə, otaqda potağal qoxurdu...

"Portağal qoxusudu..."dedim başımı aşağı əyib.

"Ah, məndə elə bilirdim, ölüm qoxusudu" dedi tək qaşını qalıdırıb.

İndi nə cavab verim? Məni hər cümləsi ilə susduracaq gücə sahib idi...
Nəhayət çox danışmadan otağı tərk edib getdi. Bu gəlinliyi soyunmaq, sac və makyaji təmizləmək üçün mənə 10 dəqiqə yetəcəkdi? Çox düşünmədən işimin başına qoyuldum. İlk öncə geyim şkafını açdım. Gecə geyimlərinin hamısı ipli gecəlik idi... Oflayıb əynimə bu gecəlik, idarə edə biləciyim rahat bir şalvardan köynəkdən ibarət olan bir gecə paltarı götürdüm. Yaxşıki, bir ədəd də olsa belə bir seyi almağı, ağıl etmişdilər...
İşimi bitirdikən sonra, güzgüyə baxdım. Üzüm istəməzcədə olsa, gülürdü... Qarnımdan qurulutu səsləri gəlməyə başladıqda, ac olduğumun fərqinə vardım. Son günlərdə hec nə yemirdim. Amma daha yeməməyə bir səbəbim yox idi. Otaqdan çıxıb, bir seylər yesəydim yaxşı olardı deyə düşünüb otaqdan çıxdım. Mətbəxin alt qatda olduğunu təxmin edərək, aşağı düşməyə başladım. Piləkanın sonunda dayandıqda sol yanda mətbəx olduğunu düşünərək irəli getdim. Onsuzda geri qalan hər yer böyük bir qonaq otağı idi. Qapını açdıqda, Ayazı mətbəx mebelinə söykənib su içən gördüm. Məni görəcək, suyu içməyi dayandırıb, məni başdan aşağı süzərək "Niyə gəlmisən?"dedi.
İndi ona ac olduğumu necə deyim? Hər an məni öldürəcəkmiş kimi baxırdı, gözlərimə...
Əlimi qarnımın üstünə qoyub "Acam mən..." dedim. 'Nəhayət dillənə' bildin dediyinizi eşidər kimi oldum. Amma 1 saat əvvəl necə qorxuduğumu hec kim bilmir... Hec kim, mənim yerimdə deyil...

"Bir seylər, tap və ye!"deyib yanımdan keçib getmək istədi. Lakin mən "Mən hec nəyin yerini bilmirəm" deyib getməsinə əngəl oldum. Dərindən nəfəs alıb, səbr çəkdi "İndidə uşaq baxıcısı olacam! Of Allahım mən günah işlətdim, mənim qarşıma beləsini çıxartdın" deyib soyducunun qapısını açıb əlinə bir iki sey alaraq, qapını möhkəmdən örtüdü.
Qəsdən edirdi... Mən olduğum yerdə qalıb, tərpənmədən ona baxırdım. Çörək arası bir seylər hazırlayıb, boşqabın birinə qoyaraq mənə uzatdı. Çəkinərəkdə olsa, boşqabı əlindən aldım. Baxışlarından qoxurdum, hələdə... Qana susamış, bir vampir tək baxırdı...
Yanımdan yenə keçib getmək istədikdə "Getmə... Mən tək qaranlıqda, otağa gəlməkdən qorxaram"dedim.

"5 dəqiqə vaxt verirəm, əlindəkini tez ye!"dedi.

Ancaq vaxt verirdi... Mətbəx mebelinə söykənib yeməyə başladım. O, isə qapı kənarında durub divara söykənib sağa sola baxıb, nəfəsini çəkib dururdu. Canımın dərdindən, çörəkdən böyük tikə alıb yeməyə başlamışdım. Gözləri mənə tapdıqda, baxışından çörəyin qırıntıları boğazımda qaldı. Öskürməyə başladıqda "Suu, su iç!"dedi. Yanımda olan hazır su qabından bir bardaq su süzüb içməyə başladım. Hamısı ona görə olmuşdu... 5 dəqiqəyə necə yeyim axı?
Suyu için bitirdikdən sonra dilimə yiyəlik edə bilməyib "Çox əsəb pozucu, bir insansan" dedim.
Divardan aralanıb gülməyə başlayaraq "Yalvarıram sənə, toxunma mənə deyən kim idi bəs?"dedi məni yamsılamağa çalışıraq.
"Bu yaxşılığı sənin üçün, deyil özüm üçün edirəm deyən kim idi bəs?"dedim məndə onu yamsılayaraq. Bir seyi indi dərk etdim, mən ona oda mənə məcbur idi. Bu məcburiyyət tək tərəfli olmadığından, susmayacaqdım. Nə də ondan qorxmayacaqdım...

"Sənin kimi çox bilmiş xırdalardan, xüsusi ilə zəhləm gedir. Zəhləmi az tök mənim!"dedi.

Yenə xırda? Başqa admı qalmadı dünyada?

"Xırda demə mənə! Mənim adım var, Asya... Sən mənə birdə xırda desən, məndə sənə əsəb pozucu varlıq deyəcəm!"deyib qollarımı bir birində birləşdirdim.

"Xırda..." dedi dişinin dibində gülərək.

Meydan oxuyurdu, hə?

"Əsəb pozucu varlıq" dedim məndə dişimin dibində.

"Sənin dilin ilk dəqiqələrdən çox uzanmağa başladı. Mən səninlə nə edəcəm hə belə?"

"Başa düşmədim?"

"Başa düşmək, üçün baş ola gərək.."deyib göz vurdu mənə.

Sonra getmək üçün çevrildi. Məcbur qalıb məndə ardınca getdim. Xasiyyətimiz hec uyğun gəlmirdi bizim. Otağın qarşısına gəlib çatdıqda "Məndə üstümü dəyişməliyəm. Burda gözlə" dedi.

"Sadecə, 5 dəqiqə vaxt verirəm!"deyib bu dəfə zəfər qazanmış kimi mən güldüm. Mənə dediyi sözləri, özünə qaytarmaq çox zövqlü idi.
"Mənə aydın oldu" dedi dərindən bir ah çəkib.
"Nəə?" dedim yenə hec nə başa düşməyərək
"Sən mənim, çiləmsən. Məndə bu çiləni çəkmək məcburiyyətində, olan yazıq bir bəndəyəm" deyib içəri keçdi.

Sənmi yazıqsan, yoxsa mənmi?
Bəlkədə hər ikimizdə yazıq idik...
Az əvvəl cəhhənəmi yaşayacam deyə düşünərkən, indi cənnətin qapısından içəri keçəcəkdim. Ayazın işi bitdikdən sonra içəri keçdim məndə. Mənim kimi üstünə sadə köynəkdən şalvardan ibarət, olan sport geyimlərdən geyinərək divana uzanmışdı. Çarpayını mənə verəcək qədər, ürəkli bir insan imiş. Taxtın üstünü yerə atıb, göz ucu ona baxırdım. Dodaqlarını hərəkət etdirmiş kimi olduqda, gözlərimi ondan çəkdim.

"Yatanda, işiği söndür" dedi

"Yox bizim nəsildə, işığı söndürmədən yatırlar" dedim

Güldüyünü azacıqda olsa görə bildim. Amma gülməmək üçün özünü tutdu. Dediyimi düz çıxartmaq üçün, işığı söndürmədən yerimə uzandım. İşığı söndürmədiyimi görərək, bir az dikəlib mənə baxdı.

"Sən ciddi idin? Sizin nəsil işığı söndürmədən yatır?"deyib ayağa qalxdı.

"Həə, bizim nəsil gecə olanda yuxuda gəzir deyə, işığı söndürmür"dedim gülməmək üçün məndə özümü tutub.

İşığı söndürərək, divana uzandıqda "Bizim burda işıqlar sönür. Gecən xeirə qalsın, xırda..." dedi.

"Gecən xeirə qalsın, əsəb pozucu varlıq" deyib gözlərimi rahatlıqla yumdum.

Gecə'm bu gündən sonra xeir idi mənə...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 8 882
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri