Ruhum sənə əmanət (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 3225
Səs ver:
(səs: 0)
(5 gün sonra )
5 gün kecmişdi...
5 gün idi Ayaz mən yuxudan ayılmamış evdən çıxır, mən yatarkən saatın 1 və ya 2 olduğunu təxmin etdiyim vaxtlarda evə gəlirdi. Bu böyüklüyündə evdə yalnız yaşayırdım, kimi bir sey idi. Hec nəyin yerin bilmədən, öz başıma axtarıb taparaq 5 günümü yola vermişdim. Bu gün isə son gün idi...
İsrarla qapanmaq istəyən göz qapaqlarımı açıq saxlamağa çalışaraq divanda bardaş qurub oturaraq, tv yə baxırdım. Saat 2 qalmışdı... O, isə hələdə yox idi. Bu saata qədər yatmayıb, onu gözləyirdim. Çünki, ona deyəcəklərim vardı... Ailəsidə artıq, sabahdan bura yəni öz evlərinə geri qaydıcaqdılar. Düşüncəli insanlar, gənc evliləri 5 gün idi tək buraxmışdı...
Hələdə, cəhhənəmi yaşayacam dediyim həyatdan, necə olurda cənnəti yaşadığımı düşünürdüm. Ayaz, hər nə səbəbdən olursa olsun, özüdə hec bilmədən mənə çox böyük bir yaxşılıq etmişdi.
Qapının açılma səsini eşitdikdə, gözlərimi iri şəkildə açmağa çalışdım. Yuxusuzluq başıma vurmuşdu. Mən 11 dən gec yatan biri deyildim.
Addım səsləri eşitdikdə, qonaq otağının işığı yandı. O, yandırdı...

"Sən hələdə yatmamısan?"dedi

5 gün sonra dediyi ilk cümlə... Bunu bir kənara yazın.

"Yox yatmışam, sadecə televizora baxan mənim ruhumdu" dedim ona dönüb baxaraq.
"Gözlərindən yuxu axır" dedi mənə tərəf irəlləyərək. Gözlərimi çoxmu ələ verirdi məni?
"Yanıma gəl, səninlə danışacaqlarım var" dedim boğazımı təmizləyərək. Hec bir inad etmədən, boş qalan yanıma keçib oturdu.
"Xırda, 5 dəqiqən var danışmağa"dedi kürəyini divana daha geniş bir şəkildə yaslayıb.
Vaxt vermələrdə, hec bitmirdi. Nə də mənə xırda deməsi! Xırda deyildim mən...

"Mənə birdə vaxt qoyma. Sözüm nə vaxt bitəcək ondada, burdan ayağa qalxacaqsan"deyib ona baxdım. Üzündən məmnun olmayan ifadə yağsada, onun danışmasına icazə vermədən "Bizim ikimizində istəyi bir imiş. Amma bizim istəyimiz olmasada, hər ikimizdə bəzi seyləri yerinə yetirməliyik"dedim.

"Nədi, yerinə yetirəcəkmiş seylər?"dedi qarşıya duruaraq. Hec çəkinmədən tam cəsarətim ilə "Gecə heyatın olmasın"dedim.
Bunu deməyim ilə yenə, ilk gecədəki kimi gülməyə başladı. Gülmək ilə bağlı, problemi falan vardı? Ciddi söz danışırdım, mən oysa..
Gülərək "Oo sən indi bütün gecəni, bu sözü demək üçün yuxusuz qalmısan? Məni paylaşa bilmirsənmi?" deyə suallarını verib ardından gülüşünü kəsdi.
"Ordan baxanda, ağılsız bir oğlana oxşayıram? Saat 2 də gəlirəm, deyə sənin o balaca olan boş başın bunu düşündü?! Mən sənin üzünü görməyim deyə gec gəlirəm... Nə də, sənə olan hörmətimdən deyil özümə olan hörmətimə görədə elə seyi etmərəm. Hər nə evliliyi olursa olsun, boşanana qədərdə sənə deyil, özümə sadiq qalacam" dedi hər cümləsində məni yerdən yerə vurarkən... Mənim ona nifrət etmək üçün, olan səbəblərim çoxalarıdı!

"Səni düşündüyüm üçün demədim mən! Adı belə olmayan bu evliliyə, ətraf tərəfdən zərər gəlməsin deyə dedim! Mən sənə maraqlı deyiləm... Mən indi öz rayonumda, öz otağımda olmalı idim... Amma bu gün isə tanımadığım bir şəhərdə, tanımadığım bir adamla eyni evin içində, eyni otağı paylaşıram... Hə, yaşım azdı... Bu boş başım çox seyi düşünə bilmir. Onsuzda, bir sey düşünsəydim, burda olmazdimki indi..."

Son cümləmi, titrək səsdə deyib, bitirərək ayağa qalxdım. Gözümün dolduğunun görməsini hec istəmirdim. "Məənn çox irəli getdim, deyəsən" dedi arxamdakı səs.
Çönüb ona baxmadan, irəli doğru hərəkət etdim. Dediyim sözü səhv başa düşmüşdü... Piləkanları çıxaraq, otağa daha doğrusu otağımıza gəldim. Məni incidəcəkdi... Məni bu yaşam tərzi çox indicəkdi... Özümü çarpayıya atıb, gözlərimi yumdum. Yatmaq istəyən adam üçün, yuxuya təslim olmaq o qədərdə çətin bir sey deyildi.
Gözlərimi açdıqda, havanın açıldığını gördüm. Hətda, günəş belə çıxmışdı... Saat necə olardı görəsən? Divardan aslı olan saata baxdıqda, 11 - ə işlədiyini gördüm. Hə, ayı kimi yatanlardan idim mən. Mən nə danışıram? Bu gün evə ev sahibləri gələcək, mənsə hələdə yerin içindəyəm? Tez şəkildə ayağa qalxıb, səhər işlərimi həll edib, üstümü geyinərək aşağı düşdüm. Aşağı düşdümdə, düşməyinə qulağıma televizorun səsi gəlirdi. Gəlmişdilər? Başımı qonaq otağına çevirib baxdıqda, Ayazı divanda oturan gördüm. Getməmişdi hec yerə... Anasıgilin gələcəyi üçün ola bilərdi?

Mənim varlığımı hiss etdikdə "Bu qədər çox yatdığını bilmirdim" dedi.

"Dolayı yol ilə, ayıda deyə bilərdin" deyib mətbəxə daxil oldum. Səhərlər yemək çox yemədiyimdən isti olan çaydanlıqdan bir çay süzdüm. Bu sırada oda mətbəxə daxil oldu. Bu böyüklüyündə evdə, gedəcək başqa yermi yox idi? Mətbəx masasına əyləşib, çayımdan yudumlamağa başladıqda, qarşımada olan stolu çəkib oturdu.

"İndi deyəcəklərimə, qulaq as. Birazdan bizimkilər gələcək. Anamla atam olduqca yaxşı bir insandılar. Qısaca yola gedən biridilər. Onlardan başqa bildiyin kimi bibim və mənimlə eyni yaşda olan bir bibim qızı var. Hər ikisidə olduqca təhlükəli insanlardı. Bibim qızı Fidan isə təhlükədən daha bir üst səviyyədə, el arasında, ilan adlandıra biləcək bir tipdəndi"

İnsanda bibizi qızına ilan deyər? Nə qədər pis olursa olsun...

"Bibin qızına ilan deyirsən?"dedim içimdəki səsi səsli şəkildə söyləyərək.

"Tək taxıldığın nöqtə bu oldu? Sən mən deyənlərə diqqət elə"

"Sözünün canını nəyə gətirirsən?"

"Sözümün canın ona gətirirəmki, diqqətli olmalıyıq. Onların yanında üzünü mənə asıb, mənə cavab qaytarma"

"Səndə mənə qarşı, məni yerin dibinə salacaq sözlər işlətmə"

Əlini alın hissəsinə yerləşdirib dərin bir nəfəs aldı. Susdurmağı bacarmışdım...

"Razılaşmaqdan başqa bir çarəm yoxdur onsuzda"

Çarəsiziliyin nə demək olduğunu mənim qədər başa düşür, deyə çox üstünə getmək istəmədim. Amma ağılıma birdən - birə başqa fikir gəldi.
"Biz normal yola getsək, onların gözü qarşısında sonradan nə olacaq? Biz necə ayrılacıq?"dedim Buna bir cavabı varmı idi? Bu dəfə daha dərin nəfəs aldı. Nəfəslədə problemi vardı...

"Bir müddətliyinə belə davranmalıyıq. Sonradan bir - birimizə qarşı olduğumuz kimi davranayacağıq. Sonuda ayrılıq olacaq... Bütün ömrümü səninlə çürüdə bilmərəm mən"

Kinayəli bir şəkildə "Mən bütün ömrümü səninlə çürütməyə dünəndən razı idim axı"dedim.
Bunu deməyim ilədə qapının zəng səsini eşitməyim bir oldu. Mən diqqətlə Ayaza baxdıqda oda ayağa qalxıb "Hazırsan ortaq?"dedi. Dün axşama qədər bir birini parçalamağa hazır olan iki insan indi birdən birə ortaq olmuşdu.
"Hazıram"deyərək məndə ayağa qalxdım. Bərabər qapıya yaxınlaşıb qapını açdıq. Bir - bir hamı ilə görüşdükdə sıra bibisi qızı Fidana çatmışdı. Fidan 2 addım geri gedib, dodaqlarını qarşıya gətirərək "Mən görüşməyi sevmirəm beybi. Amma onu deyə bilərəmki, ailəmizə xoş gəlmisən"dedi.

Sanki, onunla görüşməyə çox maraqlı idim... Uzun boyu, qəhvəyi uzun sacları və baxımlı biri olması gözümə çarpımışdı. Onu ilk toyda, birdə indi burda görüşmüşdüm. Könül xanım, yəni Ayazın anası bu hadisəni yumşaltmağa çalışıb "Qızım, bizim Fidanda belə dəli - dolu bir qızdı. Yavaş - yavaş bir - birinizə qaynayıb qarışacaqsız"dedi. Hec inanmırdım belə ola... Çünki, bibisi Afət xanım altdan - altdan mənə baxıb, gözlərini süzdürürdü. Görünən o idi, mənim olardan çəkəcəyim olacaqdı.
Ayazla, Həsən bəy işə getdikdən sonra evdə biz qadınlar qalmışdıq. Tək olmaq daha yaxşı idi. Onlarla nə edəcəyimi, nə danışacağımı bilmirdim. Qonaq otağında öz aralarında söhbət gedərkən, artıq bu abu havadan sıxılıb "Könül xanım, icazənizlə mən otağıma gedirəm" deyib ayağa qalxdım. Rəsmi, danışırdım hə...
Ayazın anası cavab verməmiş, bibisi "Könül xanım nədi? Ana deyə mürcəit elə qaynana"dedi. Ana falan deyən deyildim,mən... Tanımırdım... İsnişməmişdim... Üzünü 3 cü görüşüm idi...

Könül xanım susduğumu görüb "Afət ilk gündən qızın üstünə nə gedirsən? Asyam qızım, ürəyindən nə gəlirsə onu de. Yetərki siz xoşbəxt olun" dedi. Ah, şükür mən tərəfə duran bir adam tapılmışdı. Bir başa otağıma çıxıb özümü çarpayıya atdım. Bu günün sonu olacaqdı? Mən ilk gündən bu evcilik oyunundan çox sıxılmışdım...
Ən əsasda, Ayazın haqqlı çıxması məni narahat edirdi. Dediyi kimi vardı bibisi və bibisi qızı... İstəyim, Ayazın evə tez gəlməsi idi...
Axşam üstü olduğunu görüb daha çox dayana bilməyərək, ona bir mesaj yazmaq qərarı aldım. İlk dəfə ona mesaj yazacaqdım. Telefonumu əlimə alıb, adına girərək "Evə tez gələrsən..." yazıb, göndərdim. Mesaja dəfələrcə baxmağa başladım, ona niyə belə mesaj atdım? Gəlib, məni xilasmı edəcəkdi bu vəziyyətdən? Mesajı atdığıma peşman olmuşdumki, ondan "Qapını aç ..."deyə bir mesaj gəldi. Qapınımı açım? Çarpayıdan ayağa qalxıb, otağın qapısını açdıqda onu tam qarşımda gördüm. Bir az gecə atsaydım o mesajı, barmaqlarım qırılacaqdı görəsən? Üzündəki, çoxbilmiş olan gülüş ifadəsi ilə otağa daxil oldu.

"Biriləri mənim üçün çoxmu darıxıb?"dedi.

Bu sualını görməzdən gəlib, gözlərimi oynadaraq "Dediklərində haqqlı imişsən"deyib üzümü asdım. Nəydən bəhs etdiyimi başa düşüb, üzündəki təbəssümü daha genişləntdirdi.

"Bəs mənə səhər insanlıq dərsi keçirdin. İnsanda, bibisi qızına ilan deyər hec deyirdin. Nə oldu indi? İlanın başı ilə tanışmı oldun?"dedi.

İlanın başı deyil, özü ilə tanış olmuşdum. Söz atamadan dayana bilmirdi O, qız mənə. Həmdə, ilk gündən...

"Aşağı düşməyə məcburuq hə?"deyib balaca uşaqlar tək dodaqlarımı büzdüm.

"Narahat olma, yenisən deyə sənə söz atır. Bir - iki gün keçsin, onu evdə tapmayacaqsan onsuz. Bütün gün şəhəri gəzməklə məşğul olur. İndi isə aşağı düşməyə məcburuq, yemək yeyək 1 saatda aşağıda oturub, sonra otağımıza çıxarıq" dedi.

Mənim içimimi rahatlaşdırmışdı?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3225
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 491
Xəbər sayı: 0
Sevinc
Cox gozel indi yola getmeselerde inaniramki sonradan yola gececekler
18 iyun 2020 11:42
10
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1657
Xəbər sayı: 74
Üzel..
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
9 iyun 2020 15:11
9
- Такая Королева как я,не замечает мелочных соперниц как вы ✌ ✔
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Lusi"Kicik sürprizlerden biri, mence bibisi qizi Ayazı sevir. Ya da bibisi qizin mecbur Ayaza vermek isteyirmiw. Bele bir seyler olacaq zennimce
9 iyun 2020 15:04
8
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Mene ele gelirki bibi oz qizini Ayaza vermek isteyirdi. Me ise zamanla her weyi ourenecem
9 iyun 2020 13:45
7
p.s
Şərh sayı: 627
Xəbər sayı: 340
Lusi

Fiyonik, Barbi, Yalnız Arzu - Bibisi gildə qalmırlar. Bibisi onlarda qalır. Səbəb isə bibisinin yoldaşının 8 ildi rəhmətə getməsindən qaynaqlanır. Elə olduqda Ayazın atası onlarla yaşamağın istəyib. Növbəti bölümlərdə daha aydın bilcəksiz hər seyi. Bəlkədə kicik süprizlər ilədə rastlaşacaqsız :)
9 iyun 2020 13:24
6
'- Dünya mavidir, tıpkı portakallar gibi ^^
Şərh sayı: 8574
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Qaynana gelinle bu zamanede zorla dolanir qaldiki bibi ve bibi qizi ile..Gorek nece olur bu hekayenin sonu..Maraqlidir
9 iyun 2020 13:16
5
Şərh sayı: 15091
Xəbər sayı: 6883
YalniZ-ArZu
Qiz cox iyneli danisir, xoslamadim tavrini.
Bir evde uc aile de bir az fazla oldu
9 iyun 2020 13:02
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Şərh sayı: 80991
Xəbər sayı: 30
BARBI
Hmm bibisi gille niye qalirki anlamadim
9 iyun 2020 11:41
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4927
Xəbər sayı: 48
fiyonik
Bu bibisigil ne gezir bunlarda. Ev-esikleri yoxdu. Beybisi?
Gozlerim qanadi. O bibisine men eke goz suzdurerem ki, birde mene baxa bilmez. Qiciklar.
Ortaq olmuslar. Ona sevindim ki, Ayaz Playboy deyil. Yoxsa Asyanin cekeceyi vardi. Maragli bolum oldu. Tesekkurler!
9 iyun 2020 11:11
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Cox gozel bir bölüm daha....
Teşekkürler!
9 iyun 2020 11:11
1
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri