Ruhum sənə əmanət (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 6 664
Səs ver:
(səs: 0)
Bərabər aşağı düşdükdən sonra bir başa yemək masasına əyləşmişdik. Yemək yeməyə çalışırdım, amma boğazımdan keçmirdi. Səbəb isə üstümdə olan gözlər idi...
Ayazla mən yanaşı oturmuşduq. Fidan isə düz qarşımda oturub, bir əlində telefona baxaraq yemək yeyirdi. Bütün gün telefon əlindən yerə düşməmişdi deyə bilərdim sizə...
Fikirimi ondan çəkməmə səbəbim, Həsən bəyin "Qızım bəyənmədin yeməyi? Niyə yemirsən?" deməsi oldu. Yalandan süni gülüşümü üzümə qatıb "Bəyəndim... Yavaş - yavaş yeyirəm" dedim. Adam mənə qızım kəliməsi ilə yaxınlaşır, mən isə yalandan gülümsəyirəm... Amma içimdə olan tək həqiqət, bunu etdiyim üçün vicdan əzəbi çəkmir. 18 yaşına yenicə qədəm qoyan qızı, oğluna almaq istəyən O, idi... Hə, almaq... Atam məni almaq istəyən, insana bir əşya kimi satmışdı... Onun üçündə vicdanım azda olsa rahat idi.
Yemək yediyimiz vaxtda Fidan telefonu əlindən yerə qoyub, sevimli olmağa çalışaraq "Dayı can sabah evə dostlarımı qonaq çağıra bilərəm? Qırmarsan hə bacının birdənə qızını?"dedi. Həsən bəyin cavab verməsini gözləyirdim... İlk öncə Könül xanıma baxıb, təkrar Fidana döndü.

"Fidanım bilirsən, hec vaxt qarşı çıxmamışam dostlarının bu evə gəlməsindən. Amma təzə toy etmişik, həm evdə Asya qızım var. Sən onunla bir az vaxt keçirdsən?"dedi.

Onunla vaxt keçirtmək, düşmən başına...

"Dayı Asyada qoşular bizə. Həmdə oda yeni insanlar tanımış olar. Nə olar, icazə ver məni pis eləmə dostlarımın yanında"dedi.

Dostları dedikləri kim idi görəsən? Özünə bənzəyənlər? Həsən bəyin azda olsa razı olmuş havasını gördükdə Könül xanım "Qırma qızımızı sabah biz Afətlə gəzintiyə gedərik. Fidanda qonaqları ilə rahat olar"dedi.

Ailənin sevimli qızı... Sizə qısqanıram ki, görünə bilərəm. Lakin, onu qətiyyən qısqanmıram. Mən sadecə cana yaxın olmayan, səmimiyyətsiz qızları sevmirəm.
Həsən bəyin razı olduğunu gördükdə, baxışlarım Ayaza doğru çevrildi. Dimdik Fidana baxırdı... Yediyi yeməyi udqunub, əlindəki çəngəli yerə qoyaraq "Oğlan dostlarında gələcək?"dedi.
Oğlan dostu? Bildiyimiz oğlan dostu... Böyüklərin yanında verdiyi suala bax. Yerin dibinə girməyə hazır idim mən...
Fidan "Nəsə, bir problemi var sənin üçün?"deyib qaşlarını çatdı. Buna nə cavab verəcəkdi, bəyimiz?!

"Özlərini adam kimi aparacaqlarsa gəlsinlər. Yoxsa əks halda, o biri digər üzümü görəcəksən" dedi.

O biri digər üzü? Bu yəqin aralarında olan bir söhbət idi... Hec nə başa düşə bilməmişdim...

"Ayaz, mənim dostlarımla işin olmasın! Hə, qorxun yanındaki qıza görədisə narahat olma mənim dostlarım O, qıza hec baxmazlar!"dedi.

Deməyi ilə Həsən bəyin yalandan öskdürük səsi gəldi. Bunlar nə danışırdı?! Biri dur deməyəcəkdimi bunlara?!

"Həddini aşırsan, Fidan! Yanımdakı qız, sıradan yoldan keçən biri deyil. Mənim həyat yoldaşım, bu evin gəlinidi... Evdə, bir gəlin olduğunu unutmadan, gör işlərini... Atam səni qırmasın deyə razılaşa bilər. Çünki, çox sevimli bacısı qızısan, amma mənim üçünsə belə deyilsən! Qalx ayağa Asya!"deyib ayağa qalxdı. Dediyini edib, ayağa qalxmaqdan başqa bir çarə görmədim. İlk gündən belə dava oldusa, sonrakı günlərdə nələr olacağını düşünmək istəmirdim...
Otağa çıxdıqda, divanda oturub dizlərini titrədirdi. Bir söz deməyədə, indi çəkinirdim.
Tək çıxış yolum, gözlərimi onsa sabitləyib baxmağım oldu. Ona baxmaqdanda gözlərim ağrımışdı... İş başa düşdüyündən dayana bilməyib "Masa ətrafında gedən söhbət nə idi elə?"dedim. Dizlərinin titrətməsini anidən dayandırıb, mənə baxdı.

"Eşitmədin?!"

"Eşitdim... Amma hec nə başa düşə bilmədim"

"Başa düşməyəcək nə var?! Fidanın dostları gələcək... Fidan onları qəsdən çağırırki, səni yaxından daha yaxşı görsünlər. Sonra öz aralarında uzun bir müddət danışsınlar. Of... Səni görsələr, dillərindən düşməyəcəksən"

"Niyə? Çoxmu çirkin biriyəm mən?"

"Çirkin deyilsən... Sadecə necə başa salım, sən çox uşaqca bir qızsan. Amma onlar elə biri deyil. Daha olğun, daha başa düşən daha özünə baxımlıdlar... Oğlanlarıda demək belə istəmirəm"

Bu sonuncu cümlələri, qəlbimi yaralayacaq bir tərzdən oldu. Baxışlarımı yerə saldım...

"Məndən utandığın üçün, ona qarşı çıxdın?"dedim.

Ağlamamaq üçündə, dodaqlarımı bir birinə basdırıb, güclə dayanmışdın. Utanılası bir qız deyildim mən...
Sualıma hec bir cavab vermədi... Arada olan səssizlikdə, mənə aydın oldu. Utanırdı məndən... Kim olsa utanmazdımı? Utanardı...

"Sabah, səni utandıracaq bir sey etməyəcəm" deyərək arxamı ona çevirərək çarpayıya uzandım. 'Utanmıram...' demədi... Kicik bir sözü eşidən qulağıma çox gördü. İlk dəfə idi qəlbimdən vurulmuşa döndüm. Oysa 'Utanmıram' desəydi, özümü belə hiss etməyəcəkdim...

"Asya, billəm indi nə düşünürsən" dedikdə,
"Ayaz, hec nə eşitmək istəmirəm... Mən cavabımı aldım. Xahis edirəm, işığı söndür mən yatıram" dedim.

Saniyələr sonra işıq söndü... İşığı sönməyi ilə gedəcəyini düşünmüşdüm, amma qapı səsi gəlmədi... Nə də bir ayaq səsi...
Dönüb ona baxmaq istəsəmdə, içimdə olan qırılmışlıq böyük bir inad edərək, ona tərəf hec baxmadı belə. Gözlərimi yumub, əsəbimi basdırmağa çalışdım. Atdığı adım səsini eşitdikdə, təkrar divana uzandığını başa düşdüm. Otağa azca işığın düşməsi ilə, telefonla oynadığınıda hiss edə bildim. Dəqiqələr keçib gedirdi, nə mən yata bilirdim, nə də O, telefonu əlindən yerə qoymuşdu. Yatmış olduğumu bilməsi üçündə, sol tərəf üstə çevrilə bilmirdim. Bu hal, canımı sıxımağa başlamışdı.

Nəhayət keçən yarım saatdan sonra telefonun işığı sönmüşdü. Ayağa qalxdığını hiss etdikdə, gözlərimi yumdum. Sonra isə üstümə kicik bir ağırlıq hiss etdim. Burnuma dolan bu xoş qoxuğunun qaynağı, Ayazın öz yun adyalanı mənim üsütmə atması idi...
Mənim üstümü örtümüşdü... Utandığı qızın, üstünü... Səsimi hec çıxarmadan, yanımdan getməsini gözlədim. Sonra qapının səsi gəldi. Qapının səsinin gəlməsi ilə, sağ tərəfən çevrilib üzü üstə uzanmağım bir oldu. Üstümdə olan, yun adyala baxıb, dərin bir nəfəs verərək ayağa qalxdım. Əlim ilə adyalı yumurlayıb divanın üstünə möhkəmcə atdım. Əsəbi, hər nədənsə çıxmalı idim...
Axşam az yemək yediyimdən, qərara alıb otaqdan düşərək aşağı düşdüm. Bəxtimdən, hər yerin işığı sönülü idi. Bu o demək idiki, hər kəs öz otağında idi...
Piləkanları tam düşəndə, mətbəxin işığının dəhlizə düşdüyünü gördüm. Görəsən, ordaki Ayaz idi?
Mətbəxə keçid etdikdə, onu mətbəx masasına oturub yemək yeyən gördüm. Son qalan yarapaq dolmaları, O yeyirdi... Mən nə yeyəcəkdim?

Məni gördükdə, yatamadığı başa düşüb "Hər zamanki kimi acsan?"dedi.

Cavab vermədən qaz sobasına yaxınlaşıb, qazanın içinə baxdım. Yox, idi dolmalar... İnsan ən azı bir - iki dənədə olsa saxlayardı...

"Olan qalan dolmaları, öz boşqabıma tökmüşəm. Əgər yemək istəyirsənsə, bir çəngəl götürüb yanıma gəl"

Başqa çarəmin var olduğunu deyənlər? Başqa bir sey yemək istəmirdim. Canım, o dolmaları istəyirdi... Çəkməcəni açıb bir çəngəl götürərək, yanındaki boş stolu çəkib oturdum. Yeməyində mənimlə paylaşırdı...
Amma, yox bunlar onu yaxşı etməz! O, məndən utanırdı... Bu həqiqəti hər dəqiqə özümə xatırladacaqdım.
Boşqabı ortaya çəkərək bir çəngəl dolmadan alıb yeməyə başladı. Məndə ona hec baxmadan qapıya baxaraq yeməkdən yeməyə başladım. Nə qədər səssiz, dura biləcəkdimsə...

"Danışmayassan, indi mənimlə?"deyib boşqabı tam qarşıma çəkdi.

"Yemək yeyəndə danışmazlar!"deyib ağızımı yeməklə dolurdum.

"Bu yemək bitənə qədər, gözləyəcəm onda"

Bu sözü ilə yeməkdən yavaş - yavaş yeməyə başladım. Nə qədər gözləyəcəkdi?
Son tikəmidə mədəmə ötürüb, ayağa qalxdım. Gözləri hələdə üstümdə idi... Bir bardaq suyuda yavaş - yavaş içməyə başladıqda, Ayazın əsəbi baxışlarına daha çox məruz qaldım.
"Xırda içdiyin bir bardaq sudu, sənsə özünü bir okeanı içmiş kimi aparırsan" deyərək ayağa qalxıb yanıma gəldi.
Yuxunu bəhanə edərək "İndidə yuxum gəlir" deyərək yanından keçib getdim. Danışmaq istəmirdim onunla...
Mən getdikcə, oda arxamca gəlirdi. Otağa keçid elədikdə, üstümü dəyişmədən büzüşərək çarpayıya uzandım.

"Üstünü ört hec olmaya" dedi zəhləm gedən bir səs. Örtməyəcəkdim!

"Mənə belə yaxşıdı! Nə badə üstümü örtəsən!" dedim. Deməyim ilədə üstümü təkrardan örtüdü. Adyalı üstümdən çəkib "İstəmirəm dedim?! Başa düşmürsən?! Zəhləm gedir mənim səndən!"deyərək yun adyalı yerə atdım. Artıq, əsl üzlərimiz beləcə ortaya çıxırdı... Məndən utanan insanın yanında qalmaq belə istəmirdim...

"Bu hərəkətinə görə peşman olacaqsan, xırda!" deyib yerdəki adyalı götürüb işığı söndürdü.
Peşman idim onsuz... Amma etdiyim hərəkətə deyil... Evləndiyimə... Burda olduğuma görə...
Bitən gecənin ardından səhər açılmışdı. Onun üzünü belə görmədən, səhər tezdən çıxıb getməsi işimə yaramışdı. Evin böyükləridə evdən getdikdən sonra mən, Fidan birdə evin təmizliyi, hər işi ilə məşğul olan Fatimə xala qalmışdı. Fidana ona islak kek falan hazırlatdırırdı. Birazdan dostları gələcək deyə, yuxarı öz otağına çıxarkən, məndə otağıma gəldim. Klassik alminum tozu rəngli bir şalvar, üstünə isə qara boğazlı bir boş bir köynək geyindim. Saclarımı təbii dalğası ilə açıq qoyub, dodaqlarıma qırmızı pomada çəkdim. Bu gün bir nəfər məndən utanmasın deyə, ona bir söz vermişdim. Özümə daha çox fikir vermədən otağımdan çıxdıqda, Fidanda otağından çıxdı. Dizlərinin yuxarsında bitən, əyninə yapışmış olan dar qırmızı və ağ xətlərdən ibarət olan bir paltar geyinib, saclarını dağınıq at quyruğu yığmışdı. Məni başdan yuxarı süzməyə başlayıb "Hec olmaya zövqlü geyinə bilirmişsən. Burdan sənə 1 xal verirəm beybi" deyib yanımdan keçdi. Yarım saatdan sonra isə dostları gəldi. 2 qız və 2 oğlan idilər...
Fidan "Adəm, Nazim, Amaliya və Rəvanə" deyə bir - bir onları göstərərkən sonradan məni təqdim edib "Canlar buda Ayazın həyat yoldaşı Asya"dedi. Adının Adəm olduğunu öyrəndiyim oğlanın dilindən "Ooo" nidaları töküldü.
"Gözəl qız imişsən... Amma bir az uşağa bənzər havan var" deyə Rəvana mənə dik - dik baxıb danışdı. Məni müzakirə etməyə gəlmişdilər? Hələdə ayaq üstündə qaldıqlarından, Fidan onları qonaq otağına dəvət etmək istədikdə, qapı çalındı. Of! Başqa dostlarıda vardı?!

"Mən baxaram" deyib qapıya yaxınlaşıb qapını açdıqda, qarşımda Ayazı gördüm. Ayaz gəlmişdi... Addım - addım dala gedərkən, anidən belimdən tutub məni özünə tərəf çəkərək, sol yanağıma bir öpüş qondurub, daha sonra qulağıma "Səndən utanmıram..." deyə pıçıldadı...

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 6 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri