Ruhum sənə əmanət (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 6 300
Səs ver:
(səs: 0)
Mən hələdə dediyi sözün təsiri altında idim. Bilmirəm, niyə amma bu söz üzümdə bir təbəssüm yaratmışdı. Və yaratmağada davam edirdi...
Ayaz onlarlada görüşdükdən sonra qonaq otağına keçərək əyləşmişdik. Ayaz, divanın küncündə mən isə yanında oturmuşdum. Lakin, Ayazın əlinin belimdə olması məni narahat edirdi... Bu qədər göstərişli olmaq nəyə gərək idi? Fidanda Nazimlə bir oturmuşdu. Həmdə, çox səmimi bir o qədərdə yaxın tərzdə.
Adəm tək kresloda oturub, gözlərini bizə dikərək "Ayaz nə tez evləndin sən? Bizidə çağırmadın hec toyuna"dedi. Bu sualları, soruşmasını onlardan gözləyirdim...
Ayaz gözlərini qısıb, mənə baxdı. Gözlərini çox gözəl qısırdı... Üz cizgilərinə çox yaraşırdı. Tam yaraşıqlı olmasada, əsmər olmağın avantajlığını daşıyaraq çəkici bir havası vardı.

"Bir dəqiqə belə olsun, artıq vaxt itirmək istəmədim. Bu cür gözəllik ilə evlənməyə bilməzdim. Toyda tez olduğundan çox adama xəbər edə bilmədik. Əvəzin çıxıram, bir gün"

Yalanın son dərəcəsi... Xırda dediyi qıza, gözəl deyir...

Adəmin üzündə bu yalanı yemiş bir sima yarandıqda, bu dəfə Rəvanə araya girib "18 yaşın vardı hə sənin? Oxumamısan onda?"dedi.
Fidanın öskürək səsi gəldikdə, bu dəfə Ayaza mən baxdım. Bunada bir yalan deyəcəkdi? Qürurum ayaq altında indi... Ən yaralı yerimə toxunmuşdu... Az əvvəl Ayaza səndən utanmıram demişdi... Amma indi Asya, oxuyur desəydi məndən utandığına şahid olacaqdım...

"Rəvanə, Asya indi oxumur. Evləndi deyədə, oxumayacaq deyə bir, qayda qanunda olmadığına görə, 1 həftədən sonra hazırlıqlara başlayıb bu ilki imtahana hazırlaşacaq"dedi.

Məndən həqiqətən utanmamışdı... Bəs oxumaq haqqında dedikləri? Oyunun bir parçası idimi?
Rəvanə Ayaza qarşılıq "Evliliklə oxumaq çox çətin bir seydi. 1 ilə qalmaz bir uşağınızda olduqda, oxumaq işidə yatar. Yəni, çox plan qurma Asya"deyə əlavəsini etdi. Dilim indi lal olmuşdu... Onsuzda hec bir sualın cavabını özüm verə bilmirdim... Mənə ələ salmaq istəyirdi...
Səsimi ola biləcəyi qədər dik tutub "Arada sevgi olduqdan sonra, hər sey düzəlir... Oxuyanlarıda görmüşəm, sağda solda boş bekar gəzirlər... Hec bir işədə yarımırlar... Kimisə tərəfindəndə sevilmirlər..."dedim.

Üzünün rəngi bir andaca dəyişdi bu sözlərim ilə. Ayazın xoşuna getmiş olacaqki, məni özünə tərəf çəkib, alınmın kənar hissəsindən saclarıma xəfiv bir öpüş qondurdu.
Sonra "Bu həyatda ən böyük sərvət sevgidir... Sevgiyə ac olanlarda, özlərini oxumaq adı ilə aldadır. Sənində sevgilin yoxdu hə?"dedi.
Belimdən tutmasını, bu öpüşün cavabını yuxarı otağa çıxanda verəcəkdi, amma indi son dediyi cümlə mənə çox ləzzət eləmişdi.
Rəvanin dili söz tutmazkən, Fidan araya giriyib "Off bura sizi sevgi söhbəti eləməyə çağırmışam? Ondansa deyin görüm, Ramilin sahabki partyasına kim gedir?"dedi.
Party söhbətləri getməyə başlayarkən, içimdən dərin bir oh çəkmişdim. Nəhayət, söhbət başqa yerə gəlib çıxa bilmişdi. Onların gedən bu söhbətlərindən sonra çıxıb gedə bilmişdilər. Evin böyükləri yemək üçün restorana üz tutarkən, Fidanda bizə üzünü gözünü turşudub öz otağına çıxmışdı.
Mən isə evin şüşə qapısdan çıxıb, mənzərəsi bağçaya baxan son piləkanda oturub, düşünürdüm. Sentyabrın son günlərnin, axşam havasını içimə çəkib, gözlərimi sarı olmağa başlayan ağacların yarpaqlarının üstündə gəzdirirdim. Qaranlıq çökmüş havadan nə qədər görə bilirdimsə, o qədər...
Ayazın məndən utanmamasını, mənə ilk dəfə toxunduğunu düşündükcə, səsli bir şəkildə nəfəs aldım.

"Dənizdə boğulmuş kimi bir havan var" dedi arxamdakı səs. Qarşımda bir kölgə olduğuna hec fikir verməmişdim. Ona çönüb baxdıqda, əlində 2 bardaq olduğunu gördü. Yanıma yaxınlaşıb qəhvə bardağının birini mənə uzadaraq, yanıma oturdu.

"Mənzərən gözəldi ha" deyib məni danışdırmağa çalışdı. Amma, mən çox düşüncəli idim...

"Ayaz mənə birdə qətiyyən toxunma... Belimdən tutuşun, üzümdən öpüşün... Nə idi onlar?!"

"Özünü nə hesab edirsən?! Onları Fidanın dostlarına görə etdiyimi, görməyəcək qədər kormusan? Niyyətim sənə toxunmaq olsaydı, ilk gecədə olan füsrəti əsla əldən verməzdim"

Ona hec baxmadan, üzümü ağacalara təkrar çevirib, qəhvəmdən bir yudum aldım. Məni göylərə qaldırıb, sonra o göydən bir göz qırpınında yerə atanda O, idi... Ən əsası, bunu necə bacarırdı? Necə belə dəyişkən, xasiyyətdə olurdu? Məndən utanmırdı axı...

"Düzün de, bu gün məndən çox utandın hə?!"

"Yenədə utanmaq söhbəti!? Asya, sən məni yormağa davam edirsən... Mən sənə xoş davranmağa çalışıram. Səndə buna cəhd göstərsən?"

"Nifrət etdiyin insan ilə niyə xoş davranmağa davam edirsən?! Sən xoş davrandığını düşürsən, amma sözlərin insanı yaralayır... Oxumaq barəsində dediyin sözlər nə idi? Utandığın üçün, oxuyacağımı dedin..."deyib qəhərimi içimdə boğdum. Yaralı yerimə toxunmağa davam edirdilər. Görülməsə belə, mənim içim qanayırdı... Mənə bu gün aşağıdan baxmalarını, hec vaxt unutmayacaqdım.

"Oxumaq istəmirsən?!"dedi yüksək səsi ilə.

"Bunun nə mənası var?! Necə oxuyacam?! Yalandan dediyin sözün, mənasına bax bir... Məni necə incitdiyini gör... Dünya sizə gözəldi... Hər istədiyiniz olub... Hər seyə sahibsiz..."

Əlimdəki qəhvəni yerə qoyduqda, oda eynən mən etdiyimi mənə bir az daha yaxınlaşdı.

"Nə olmaq istəyirsən?"

"Jurnalist olmaq istəyirdim"

"İndi istəmirsənki?"

"İstəsəmdə, olmayacaq seylər var. Atam belə məni bir mal kimi satarkən, mən necə jurnalist olum hə?"

Bu sualıma saniyələr sonra deyil, dəqiqələr sonra "Mən atan deyiləm... Sən oxuyub, jurnalist olacaqsan... Ən böyük dəstəkcində mən olacam"dedi.

İnanmayacaq gözlər ilə ona baxdım. Atamın etmədiyini, omu edəcəkdi? Ciddi idimi?

"Yalan demirsənki? Oyun deyilki bu?"dedim səsimdəki sevinc hissini basdırmağa başlayıb. Başını yellədməyə başlayıb, üzündə bir təbəssüm əmələ gətirərək "Yalan yox... Oyun yox..."dedi.

Az əvvəl onunla dalaşarkən, indi onunla düz yolu tapdığıma inan bilmirdim. Sevincdən qollarımı, boynuna doladım. Gözlərimi yumub "Çox sağ ol... Çox sağ ol..."deyə pıçıldadım.

"Bir az daha qollarını boynuma dolasan, arzun ürəyində qalacaq. Çünki, nəfəs ala bilmirəm" dedi gülərək.

Etdiyim hərəkətin indi fərqinə vararaq, ondan ayrıldım. İçimdə böyük bir sevinc hissi var idi. Onu basdırmağa çalışsamda alınmayacaqdı...
"Sən mənə nifrət etmirsən... Sən çox mərhmətəli bir insansan"dedim.
"Nifrət edə - edə yaxşılıq edirəm. Bu da mənim fərqim olsun" deyib söz altında qalmadı.

"Nifrət etməyin üçün bir səbəb görmürəm. Mən səninlə evlənilməyə məcbur edildim. Sən qarşı çıxaydın"

"4 ay əvvəl, üzüm yara içində idi..."deyib uzaqlara daldı.

Cümləsini sonunun tamamlağın gözləyirdim. 4 ay əvvəlmi?

"4 ay əvvəl, 5 ci avtomobil qəzamı keçirtdim... Sağ qalmağım möcüzə oldu... Atamda ondan sonra mütləq evləncəksən artıq dedi. Nəticədə evliyik..."deyib gözlərini uzağa baxmadan çəkdi.

Eşitdiyim bu həqiqət ilə, lal olmuşa döndüm... Ölümdən dönmüşdü... Həmdə, dəfələrlə...

"Ölə bilərdin..."dedim

"Ölmədim, amma"dedi

"Ölə bilərdin!"deyə yenidən təkrar etdim. Bu necə maşın sürmək idi! Bir vec şəkildə "Ölsəydim, mənimlə evlənməyəcəkdin..." dedi

"Birdə, maşını sürətli şəkildə sürmək yoxdu!" deyib əsəbləşməyə başladım. Can bir oyuncaq deyildi...

"Mənim pişik kimi 9 canım var. Ölmərəm mən... Sənində sözünə qulaq asan deyiləm. Mən arsız bir insanam"dedi bu söhbəti zarafata salıb.
Mən zarafat etmirdim!

"Mənə söz verirsən, maşını sürətli şəkildə sürmək yoxdu daha. Canının hecmi deyəri yoxdu?!"

"Niyə söz verim? Sənə bir söz verəcək qədər, mənim üçün çoxmu qiymətlisən?!"

Onun hec nəyi idim. Nə haqqla ondan belə bir söz istəmişdim?! Oxumağıma icazə verdi deyə, özümü ona yaxınmı saydım?! Titrəyən dodaqlarıma inad onları düz tutmağa çalışdım. Mən bir hec idim hə?!

"Canın cəhənnəmə onda!"deyib agağa qalxdım.
Məni hər əzmək istədikcə, belə cavab alacaqdı! Bədənimim hər yerinə yayılan əsəb, ilə otağıma çıxıb qapını möhkəmcə çırpıdım. Saniyə sonra isə qapı açıldı. Ayaz "Canım cəhənnəmə hə?!"deyib qapını bağladı. Çoxmu ağır danışdım?! Oysa, oda mənlə eyni belə rəftar edirdi.

"Nə deməyimi gözləyirsən?! Məni hər cümlə sonunda alçaldırsan! Ah, haqqlısan amma... Atası belə öz qızını istəməzkən, sən onu alçaltmağa davam edə bilərsən..."

Addım atıb, mənə doğru yaxınlaşmağa başladıqda arxaya gedib, çarpayının tininə dəyərək dayandım. Yenədə qorxurdum ondan...
Yanıma tam gələrkən, getməyə bir yer axtarırdım, amma yox idi... Başımı yerə salarkən, əli ilə belimi qavrayıb özünə tərəf çəkdi. Ona baxası, gücü özümdə tapmadım...
"Mənə bax..." dedi fısıltılı çıxan səsi ilə.
Gözlərimin yaşardığının fərqinə varsamda, dediyini etdim. Çəkingən baxışlarımın arasında "Söz..."dedi gözlərini qırpıb.
"Lənət oxuyurdum, o qəzaya... Adını eşitdikdə, belə dəliyə dönmüşdüm. Səni evlilik maraqlası olan, qızlardan hesab elədim... Sənin kimi söz keçirə bilmədim ailəmə... Məndə eynen sənin kimi öz ailəmə, nifrət edirəm. Bu qədər nifrətin arasında, olan tək həqiqətim sənin var olmağındı... Sənin hər axşama yatanda, burnuma dolmaqda olan portağal qoxundu... İşdə yemək yeyərkən, ağılıma sən gəlirsən... Hər zaman ac olduğunu, yemək yeyib yemədiyini fikirləşirəm... Qəbul edirəm, çox vecsiz bir insanam... Sən yalnız mənim sənə göstərdiyim tərəfimi bilirsən... Görmədiyin tərəfim çoxdu mənim... 4 ay əvvəlki həyatımı bilmirsən... Mən bu qədər mərhəmtli bir insan deyildim. Məni mərəhmətli edən sənsən..."

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri