Ruhum sənə əmanət (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 5 841
Səs ver:
(səs: 1)
Dediyi sözlərin təsirindən çıxmağı bacarıb, sinəsindən yavaşca itələyərək onu özümdən uzaqlaşdırdım. "Bu da yeni çıxdı?! Belimdən tutma mənim!" deyə səsimi başıma atdım.
Əsələşirdim mən artıq. İkidə bir yanıma gəlibdə üzümdən öpüb, belimdən tutmağı məni əsəbləşirdirdi!

"Mən sənə xoş davranmaq istədikcə, sən özünü nəsə hesab edirsən! Diqqət elə sözlərinə... Mənim o biri üzümlə hec tanış olmaq istəməzsən!"

İnsanlıq dərsimi verirdi?! İnsanlıqdan xəbəri olmayan adam...

"Ayaz, çox dəyişkən xarakterin var və mən səni başa düşməkdə çətinlik çəkirəm. Necə varsansa elədə davran mənə... Xoş davranmaq əvəzinə, olduğun kimi davransan, məndə öz işimi bilərəm. Sənin haqqında bildiyim tək sey, az əvvəl qəzalar keçirdib, amma hələdə ayaq üstündə olmağın oldu... Özünü sirr kimi saxlayıb, hec nə demirsən mənə..."

Yarı qorxu, yarı həyəcan ilə cümləmi deyib bitirmişdim. Gözlərini məndən qaçırtdığını gördükdə, özünü divana atıb geriyə yaslanaraq oturdu. Əli ilə yanını işarət edərək, ora gəlməyimi bildirdi. Nəsə danışacaqdımı özü haqqında? Yanına keçib oturduqda, yerə baxıb saclarını qarışdırmağa başladı.

"Nə deyim, indi mən sənə?" deyib sözünə davam etdi.

"Mənim uşaqlıqdan arzum futbolcu olmaq idi. Çox böyük həvəsim vardı. Atam isə bunun hobbi olaraq qalacağını, mənim oxuyub bir mühəndis olacağımı bildirdi. Qarşı çıxdım, ilk başlarda... Sonra qarşı çıxmaqlarım, davaya çevrildi. Atamda mənə dediki, əgərki futbolu atsam, daha mənim həyatıma qarışmayacaq... Beləliklə, dediyini qəbul etdim... Məncə, orda mən uduzdum, həyat isə uddu. Mənə sözü vardı deyə, mənə qarışa bilmədi daha. Məndə tələbə oldum, yeni dostlar qazandım. Mühütüm dəyişildi, bir sözlə... Evə gec - gec gəlməyə başladım. İçki, siqaret nə desən içdim, çəkdim... Sonrasında maşın yarışlarına qoşuldum... O gün bu gündür, əl çəkə bilmirəm... Bəlkədə, öz xəyalımın ardıyca getsəydim, bunların hec biri baş verməyəcəkdi. Amma mən var dövləti, axramda qoyub gedə bilmədim. Pulu xəyalımdan daha üstün tutdum... Asya, mənim həyatım böyük bataqlıqdı..."

Ayazın dünyası...
Belə bir vəziyyətdə nə deyəcəyimidə, onu necə təsəlli edəcəyimidə bilmirdim mən.
Bir saniyənin içində ayağa qalxıb "Mən istəmirəm... Sənində mənim kimi olmağını istəmirəm... Sən öz istəkilərinin, ardınca sona qədər gedib jurnalist olacaqsan..."dedi.

Yuxu kimidi dedikləri... Məni bu qədər önəmsəmi...

Dodaqlarımı araladıqda, işarət barmağını öz dodaqlarının üstünə basdıraraq "Şştt" elədi. Sonra bir göz qırpında otaqdan çıxdı.
Düşünə - düşünə qaldım məndə... Tam olaraq yenə hec nəyi başa düşə bilməmişdim. Yarım qalırdı, hər sey... Yarım qalmağada davam edirdi...
Ayağ qalxıb üstümü dəyişərək, yerə girməyə hazırlaşırdımki telefonuma zəng gəldi. Anam idi zəng edən... Ağlayışlarıma rəğmən, evlənəcəksən, atan deyən olacaq dedi... Bu ölkədə, valideyinlər hec uşaqlarını düşünmürlər.
Çarpayıya oturub, zəngi uzun aradan sonra açdım.

Alo eşidirəm
-Qızım, necəsən? Mən zəng etməsəm sən zəng etməyəcəksən? Çox darıxmışam, sənin üçün.
Darıxma mənim üçün. Mən yeni evimə öyrəşmişəm. Yadıma belə düşmürsüz mənim!
- Bilirəm bizə qarşı hələdə əsəbisən. Amça vaildeyinlər hər seyin ən yaxşısını bilir. Sən çox xoşbəxt olacaqsan
Mən xoşbəxt olmalı deyildim! Mən indi ana, atamın yanında olmalı idim

Daha çox danışmayıb telefonu söndürərək, səssizcə göz yaşlarıma boğuldum. Onları, hec vaxt bağışlamaycaqdım! Məni belə bir sey etməyə məcbur qoyduqları üçün onları bağışlamaycaqdım!
Qapı açıldıqda, gözümdəki son damlanı sildim.
Ayazın qəribə baxışlarını üstümdə hiss etdikdə, üzümü başqa tərəfə çevirdim. O, isə çarpayıya yaxınlaşıb yanıma oturaraq, əlini çənəmə toxundurub ona baxmağa bir şərait yaratdı.

"Sən ağlamısan? Niyə ağlayırsan?"dedi.

"Hec nə... Anamla danışdım..."deyib daha çox kövrəldim.

"Ağlam xırda... İnan sənin o gözündən axan bir damla yaşa dəyməz" deyib baş barmağının ucu ilə göz yaşlarımı silməyə başladı. Nə qədər ağlayacaqdım mən? Göz yaşlarım bitmək bilmirdi...

"Ayaz keçib gedəcək? Ağlamadığım günüm olacaq mənimdə? Özümü hec bir işə yaramayan, sevimsiz kukla kimi hiss edirəm.."

"Asya, həyatı axışına burax... Sən çox fikirləşirsən hər seyi. Niyə düzəlmir? Sənə burda qarışan var? Səni burda incidən var? Bunu hec kim edə bilməz... Mən icazə vermərəm... İndi gir yerinə, yat. Birdə səni ağlayan görməyəcəm" deyibdə məni balaca uşaqlar tək azarladı. Azarlamağını sevmişdim... Mənə dəyər verdiyini, gördüyüm üçün...
İndi isə sırada yatmaqda idi. Yatmaq hər dərdə dərman idi...

Dünən axşamın əksinə, sabahmı çox xoş açmışdım. Ortalıqda nə Fidan vardı, nə də bibisi. Evdə deyildilər... Biz isə Könül xanım ilə film izləyib, bir birimizə qaynayıb qarışmağa başlamışdıq. Mənə çox isti bir münasəbətdə yanaşırdı. Gün gələrdi 'xanım' sözünü başqa söz ilə əvəzləyə biləcəkdim. İnsan nə istəyər? İnsan rahatlıq, rahat bir nəfəs almaq istəyər... Bu gün rahat nəfəs aldığımın, fərqində idim. Ayazla olan problemlərimiz, yarı şəkildə həll olunub qalsada, onu hələdə başa düşmüş ola bilməsəmdə, dediyi kimi edib həyatı öz axışan buraxacaqdım.
Axşam düşdükdə, hər kəs evə toplaşmışdı. Ayaz isə ortalıqda yox idi. Həsən bəyin dediyinə gör kicik bir işi varmış. Qonaq otağında hər kəs oturarkən, qapı açıldı. Ayaz idi gələn... Əlində orta boyda olan kardon qutu vardı.
Ayazın gəldiyini görüb, oturduğum yerdən ayağa qalxdım. Ayaz isə qarşıma keçib qutunu yerə qoydu.

"Necəsiz ev əhli? Asya, bunlarda sənin üçündü" dedi.

Fidan "Qutunun içində nə var?"deyə dilləndikdə aşağı əyilib qutunu açmağa başladım. Qutunun içindəki kitab, dəftər və qələmləri gördükdə gülümsəyərək Ayaza baxdım. Mənə yenə bir dünya bəxş etmişdi...
Əlimə ən üstə olan dəftəri, alıb arxama çevrilərək Fidana göstərdim. Bibisi dəftəri incələmiş bir formada baxıb "Ayaz, Asya dəftəri neynir?"dedi. Nə maraqlı idi!

"Asyanındı bibi... Asya univeristetə hazırlaşacaq"dedi.

Hamısı inanmayan gözlər ilə baxdıqda, Ayaz dayana bilməyib "Nəyə baxırsız? Asya, oxuyub jurnalist olacaq" dedi. Könül xanım araya girib "Oğlum, yeni evlisiz... Evliliyin dadını çıxardaydız hec olmaya" dedi.
Gözlərim dönüb, Həsən bəyə baxdı... Oda qarşı çıxacaqdı?

"Ana evli olanda nə olur? Mən özüm kömək edəcəm, Asyaya... Xahis edirəm, bizim ailə işimizə qarışmayın xüsusi ilədə bibi sən"dedi.

Həsən bəy səsini təmizləyib "Ailə işinizə qarışmağa haqqımız yoxdu. Bu sizin öz bilcəyiniz işdi. Amma bibin ilə o tərzdə danışma. Əksinə, mən sevindimki öz həyat yoldaşına dəstək olub, düz yola gəlirsən" dedi.

Bu söz ilə üzümdə gülücüklər açdı. Ayaz bu gün, mənim imkansız dediyim seyi bacarmışdı. Daha çox söhbət etmədən qutunu görüb, bərabər otağımıza çıxdıq.

"Ayaz, bunlar çox gözəldi. Çox təşəkkür edirəm sənə. Haqqını necə ödəyəcəm hə sənin?"deyib qutunun içində olan kitab dəftəri yerə töküb əlimə alaraq bağrıma basdım.

"Hələ bu harasıdı, sabah dərs masasıda alacam sənə. Otağın bir küncünə qoyarıq, dərslərini edərsən səndə. İndidən deyim, riyaziyyatım zəifdi"dedi

"Olley! Masam çəhrayı rəngdə, olsun haa"deyib sevincimi içimdə daha çox basdıra bilmədim.
Eləcə, kitab dəftərlərimə heyran - heyran baxıb vaxtımı öldürdüm. Yatmaq vaxtı düşdükdə, Ayazıda otaqda görməyincə aşağı düşdüm. İşıqları sönmüşdü deyə, ayaq səslərim ilə kimisə oyadmayım deyə asta - asta piləkanları düşdükdə, qulağıma Ayazın səsi gəlməyə başladı. Ayazın səsi ilə Fidanın səsini eşitdikdə, mətbəxə daxil olmayıb, kürəyimi divara söykədim. Fidanın gülüş səsi mətbəxi bürüyərkən "Balaca şeytan ilə nə edirsiz?" dedi. Mənmi idim balaca şeytan? Ayaz indi onun cavabını vercəkdi! Amma tam tərsi oldu...

"Hec nə oxumaq ilə başını qatıramki, yaxamdan əl çəksin. Sənidə əmməli başlı ilan bilir. Sözün düzü, səninlə danışmağa həsrət qalmışam"

"Ayazım, planımız sonra qədər belə uğurlu gedəcəksə, mən ilan olmağada razıyam. Təki, sən rahat nəfəs al"

"Off Fidan... İnan çox narahatam, onunla eyni otağı paylaşdığıma, üstündən gələn 2 manatlıq olan portağal qoxusuna ... Yaxşıki, bəri başdan ona toxunmağı rədd etdim. Təbki sənin fikirin sayəsində... İçim elə doluduki... Oxumaq işi yaxşı oldu ama. Oxuyar unidə birin sevər, mənimdə canım ondan qurtular"

Ayazın son cümlələri, ilə bədənimdən bir gizlilti keçdi. O birisi üzü bumu idi? 2 manatlıq ətir hə?! Bütün bu yalanların içində, tək həqiqətim oxumaq idi... Onuda bədəl vaistəsi ilə ödəyəcəkdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri