Ruhum sənə əmanət (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 6 612
Səs ver:
(səs: 0)
Asyanın dilindən davam
Duşun altında olan vəziyyətimiz, gözlərimin qarşısından getmək bilmirdi. Özümə, niyə dur deməmişdim? O, mənə niyə yaxın durmuşdu? Qoxumu bu qədər önəmsəməsi, məni azacıq xoşbəxt etmişdi. Tamda, ondan gözlədiyim hərəkət idi. Planımı çox gözəl yerinə yetirmişdim. Sadecə duşda olan hadisələr, planıma aid bir sey deyildi. Bunların hamısı doğal olaraq yaşanmışdı. Amma aşağı düşübdə Ayazı və Fidanı o vəziyyətdə görməyim, tədirgin olmağıma səbəb olmuşdu. Fidanın dik duruşunun altında, kicik bir uşaq yatdığını bu gecə dəqiq görmüş və başa düşmüşdüm. Üstəlik - üstəlik Ayazın necə qoruyucu biri olduğunuda gördüm. Sevdiklərini, qoruyurdu...
Ağaca atdığı yumruq ilə yerimdən irkiləsəmdə, edəcəyim hec nə yox idi. Yanlarına gedibdə, nəsə deyə bilməzdim... Onun üçün səssiz qalmaqdan, yana oldum...
İndidə divanda uzanmış Ayazın otağa gəlməsini gözləyirdim. Onunla necə göz - gözə gələcəyimi bilmədən... Hec nə olmamış kimi apara bilərdimmi özümü? Məcbur idim... Bəzən istəməsəkdə, belə bəzi şeylərə məcbur edilirik.
Qapının açılması ilə Ayazı gördükdə, divandan dikəldim. Ona baxmaq istəməsəmdə, gözlərim üstündə gəzirdi... Əsəbdən çənə sümüyünü o qədər sıxmışdıki, üzündə ilk gözə çarpan sey bu idi. Gözləri, yanan bir alov parçaları kimi ətrafa saçırdı. Onun Fidan ilə nə danışdığını bilmirdim mən. Mənə dönüb baxmadan, divanın digər baş ucuna keçib oturdu. Ona baxdıqca, göz nəzərimə əlinin qızartı halları gəldi. Daha çox bu ölüm səssizliyinə dayana bilməyib, qorxaraqda olsa "Əllərin... Çox incidir?"dedim.

Sanki, əllərinin yara olduğunun indi fərqinə vardı. Uzağa dalan gözlərini anidən əlinə çevirdi. Sonra dodaqlarını bir - birinə basdırdı. İçindəki acıdan, əlinin acısını hiss etmirdimi?

"Mən bu yaralara öyrəncəliyəm... Məni düşünməkdən əl çək"

Buz kimi olan səs tempində, dediklərindən mən üşümüşdüm... Bir insanı düşünmək olmazdımı?
Nə qədər eyni yaralara öyrəncəli olacaqdı?

"Öyrəşmə yaralarına... Bu yaralar, bir gün sənin sonunu gətirəcək. Çox qəribə insansan... Özün özünə zülüm edirsən. Nə məcbur idi, əlini yumruq edib ağaca atmağın? Sənin canın yanmasada, o ağacın canı yandı... Ona ziyan verdin... Halbuki, o bir ağac idi..."

"Mənə insanlıq dərsi ac kec! Hec nə bilmirsən, hec nədəndə xəbərin yoxdu! Əsəbiyəm... Əsəbimi səndən çıxmayım"

Əsəbini məndən çıxsaydı, nə edəcəkdi? Mən sözün düzün deyirdim. İnsan əsəbləşdiyi vaxt, sakit olmağı bacarmalı idi...

"Əsəbləşsən nə edəcəksən?! Əsəbləşmək əvəzinə sakit olmağa çalışsan, inan ki özünü daha rahat hiss edərsən. Üzünün formasından xəbərin yoxdu hec... Ölü cəsədə bənzəyir" deyib dilimə yenə yiyəlik edə bilmədim.
Üzünü mənə dönərdi, sonra yanıma doğru gəlməyə başladı. Sac uclarımı qoxlamağa başladıqda "İndi portağal qoxursan... İndi, əsl xırda oldun..."dedi. Bunları deyən O, idisə ürəyim niyə yerindən çıxacaqmış kimi oldu?

"Əsəbimi, başımı dizlərinə qoyacaq şəkildə çıxa bilərəm... Səndən icazə istəyirəm... Başımı dizlərinə qoya bilərəm?"

İlk əvvəl dediyinə duruxub qalsamda, sonradan göz qapaqlarımı açıb yumdum. Məndən icazə istəmişdi... İcazə istəyərəkdə, ruhuma toxunmağı bacarmışdı...

Yenə gözlərimə təkrar icazə alırmış kimi baxdıqda "Çox yox... Sadecə, 5 dəqiqəliyinə olar" dedim. Bu sözüm ilə hər ikimizdə yaxın keçmişimizə qayıtdıq. Biz ancaq, vaxt verərək yola gedirdik... Məmnun olmuş üz halı ilə dizlərini yığıb, başını dizlərimə qoyaraq divana sığışdı.

"Ağacın canı çox incidi görəsən?"dedi.

Ağılı hələdə dediklərimdə idi... O, görməsədə üzümdə təbəssüm əmələ gəldi. Gözlərim ilk öncə əllərinə tərəf çevirildi, əllərim isə saclarına doğru getməyə... Əllərimi tam qara gur olan saclarına gətirdiyim an geri çəkmək istədim. O an isə Ayaz yaralı əli ilə havada qalan əlimi tutdu. Əllərimi yavaşca saclarına toxundurdu... Onun saclarını oxşamağımı istəyirdi...
Əllərimi sacların toxundurub "Sənin canının inciyirsə, demək onunda canı hələ inciyir. Sənin əlində yara izi, onunsa üstündə böyük bir ağırlıq var. Onların dili yoxdu deyə, əsəbimizi olardan çıxa bilmərik. Yağış yağdıqda, və ya günəş başımıza vurduqda bizim qaçıb gedəsi bir yerimiz olur. Amma ağaclar? Ağacların gedəsi yeri yoxdu... Onlar yerlərindən tərpənmədən yağışada dözürlər, günəşin istisinədə. Hətda arada üzərlərinə şimşəkdə çaxır... Bunların nə məna verdiyin, başa düşürsən?"dedim əllərimi saclarında daha çox gəzdirməyə başlayıb.

"Başa düşürəm... Mən nə yağışa dözürəm, nə də günəşə... Bir gün məni şimşək vursa nə edəcəm? Gedəsi ayaqlarım olsada, sakitcə düşüncəyə dalmağa bir başım yoxdu. Etdiyimiz səhvdi... İndi başımı sənin dizlərinə qoymalı deyildim. Səni tərsləyib, öz çarpayına göndərməli idim. Edə bilmədim... Barmaq ucların hər sac telimə toxunduqca, mən sakitləşirəm... Bir morfin kimi insana sakitlik, bəxş edirsən... Gözlərim yumulur... Amma gözlərimi yumsam, yuxuya dalaram. Yuxuya dalsam sənin barmaq uclarını hissə edə bilmərəm..."

Son cümləsi ilə arxası üstə uzanıb, üzünü mənə dönərdi. Əlimi çəkməli idim, daha... Əlimi sac uclarında saxladıqda "5 dəqiqə bitdi..."dedim.
"Bir 5 dəqiqə daha... Ehtiyyacım var..." deyib boşda qalan əlimi ürəyinin üstünə gətirib qoyaraq, yaralı əlinidə əlimin üstünə qoyub saxladı. Ona qarşı gələ biləmədim...
Gözlərini yumdu... Məndə yenə saclarını oxşamağa başladım. Saclarını hər oxşadıqca, ürəyimdən nəsə qopub düşürdü yerə. Bu, qopmalar payızda ağacdan düşən yarpaqlara bənzəyirdi. Əvvəl ağacda adi idi. Sonra isə ağacadan düşüb, torpağa qarışacaqdı. Mən öz rayonumda ağaca aid idimsə, indi burda Ayazın torpağınamı qarışacaqdım? Ağlımdan keçən bu mənasız fikirə, içimdən 'Yox... Yox' deyib durdum. Mən bəlkədə, ağacdan hec düşməyən, hər zaman ağacın üstündə olan qalan bircə ədəd yarpaq olacaqdım. Ancaq, o sonuncu yarpağıda kimsə gəlib qopardırdı. Ah, bu işlər qoparmadan davam etmək bilmirdi...

Gecəni bu şəkildə yola verərkən, sabah açılmışdı. Ayazla, Həsən bəy işə getmək üçün evdən çıxmışdı. Fidanı isə ortalıqda hec görməmişdim. Hətda bir ara otağına getmək istəmişdim. Lakin, həddim olmadığından düşüncəmdən yan keçmişdim. Könül xanım ilə, Afaq xanımın söhbətlərindən eşitdiyimə əsasən, 2 günə qardaşı qızı Sevil gələcəkdi. Könül xanım onu tərifləsədə, Fidan ilə Ayazın dedikləri yadımdan çıxmırdı. Bibisidə altdan - altdan ancaq mənə baxırdı. İlk başlarda Fidanla onları bir birinə çox bəzənətmişdim. Amma aralarında dağlar qədər fərq var imiş. Hər şeyi keçdim, mənim barmaq uclarım və kənarları göynədirdi. Hər fəsil dəyişdikdə, bu hal məndə baş verirdi. Barmağım öz sac ucuma toxunduqda canımı incitəcək bir şəkildə mənə ağrı verirdi. Bunun çarəsi yalnız, xına qoymaqda idi. Xınada olmadığına görə səssizcə acımı içimdə çəkirdim. Yuxarı öz otağıma çıxmaq istədikdə, Fidanın otağının qapısı açıldı. Üstündə hələdə gecə paltarı var idi. Saclarıda dağılmışdı... Hardasa bir azdan axşam düşəcəkdi. Onu isə indi görürdüm...

"Mən aşağı düşüb anamın sözlərini eşitmək istəmirəm. Əziyyət olmayacaqsa, mənə yemək gətirə bilərsən?"dedi xahis edərək. Səs tonu incə və qırılmış çıxmışdı...

"Sən otağına get mən sənə bir seylər gətirərəm"deyib gülümsəməyə çalışdım. Tək olduğunu hiss etməsini istəmirdim. Təkliyin nə demək olduğunu, bildiyim üçün...
Təkrar aşağı düşüb ona yemək üçün bir seylər hazırlayıb, qapısını döyərək içəri daxil oldum. İlk dəfə idi otağına daxil olurdum. Otaq düşündüyümdəndə, sadə bir otaq idi. Açıq çəhrayı rəngdə tül pərdə, sağ küncədə duran kicik masa, üstündədə dağınıq olan bir neçə kitab və dəftər vardı. Çarpayısı isə odun taxtlarından ibarət olan bir yataq idi. Baş ucunda dəniz mənzərəsi vardı. Otaqla çox baxışdığımı görüb, yanına getdim.

"Bu yaxşılığını unutmayacam"dedi

Fidanın yeməyini verdikdən sonra öz otağıma gəlib, Ayazın gəlməsini gözlədim. O, gəldikdə mənim başımı qarışdıracaqdı.
Az sonra Ayaz gəlmişdi... Gəlişi ilədə ilk dəqiqədən kefimin olmadığını bilmişdi. Aşağı düşüb yemək yedikdən sonra bir az aşağıda oturub təkrar yuxarı çıxdı. Ayaz dayana bilməyib "Kimsə sənə nəsə deyib? Niyə beləsən?"dedi. Məni düşünməsi hər keçən gün daha xoşuma gəlməyə başlamışdı...

"Hec kim hec nə deməyib... Barmaq uclarım ağrıdır..."dedim. Başa düşməmiş kimi yanıma gəlib barmaqlarıma baxmağa başladı. Kənarları kəsik kimi və qırmızı rəngdə olmuşdu.
"Nə estək keçər?"dedi gözlərini hec barmaqlarımdan çəkmədən.

"Xına... Xına qoysaq, keçər"

"Bu saatda xınanı hardan tapım? Bunu niyə bütün günün mənə deməmisən? Canın yana - yana ortalıqda gəzirsən"

"Mənim üçün xına alardınki?"

"Niyə almayımki? Təbiki alardım. Sabahda alacam. Bu gün isə başqa bir sey ilə idarə etmək olar. Gözlə yarabandı tapıb gətirim, barmaqlarını onunla bağlayaq"

"10 barmağımın onunada yarabandı yapışdıracaqsan?"

"Başqa artıq barmaqların, varsa onalarada yapşdıra bilərəm"deyib gülərək otaqdan çıxdı. Yarabandı yapışdırmaq mənim ağılıma niyə gəlməmişdi? Ayaz 10 ədəd yarabandı gətirdikdə çarpayının üstündə bardaş quraraq üz üzə oturmuşduq. Yarabandın açaraq, kicik barmağımdan başlayıb yarabandı ilə onu sarmağa başladı. Əlimdən olduqca nazik formada tutmuşdu. Sanki, qırılıb yerə düşməsindən, incinəcəkdi... O, barmaqlarımı sardıqca, mənim gözüm isə yara olan əlinə sataşdı. Əlinin üstü göyərməyə başlamışdı... Əlinə baxdığımı görüb, yaralı əlini aşağı çəkib məndən gizlətməyə çalışdı. Baş barmağımıda bağladıqda əllərimə baxdım.

"Çox sağ ol... Barmaqlarım hər sac telimə dəydikcə, canım yanırdı... İndi ama yarabandı, onların qarşısını alacaq"dedim

Əlini əlimə yaxınlaşdırıb barmaq uclarımı əlinə aldı. Sonra isə hec gözləmədiyim bir hərəkəti etdi. Baş barmağımın ucunu dodaqlarına basdırıb, ona kicik öpüş qondurdu. Sonra digər işarət barmağıma keçdi. Onu öpdükdən sonra dayanıb "Barmaq uclarının hamısını öpsəm, bu gündə saclarımı oxşayarsan?"dedi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri