Ruhum sənə əmanət (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 6 670
Səs ver:
(səs: 1)

Qarışıq keçən gecə ilə, növbəti səhərimiz açılmışdı. Mənə bu qədər yaxşı davranması, onu yaxşı biri edərdimi? Bilmirdim...
Bu gün hava sızıltılı keçirdi. Və bu mənim canımı sıxmağa başlamışdı. Bir yandan valideyinlərimin bura gələcək, xəbərini öyrəndiyim üçün idi. Onları görmək istəmirdim... Amma görməyədə məcbur idim... Evliliyimizin 2 ci ayına keçirdik deyə, artıq məni gəlib görməli imişlər... Həmdə bir gecə qalmaq şərti ilə. İnsan valideyinini görəcək deyə hec sevinməzmi? Mən sevinmirdim... İçimdəki kində keçmək bilmirdi. Başıma nə gələcəyini bilmədən, məni bu yaşayışa gətirib atmaqları mənim secimim deyildi. Mənim həyatım, haqqında onlar secim etmişdi. Bir əşya kimi davranmışdılar mənə. Davranmağada davam edirdilər...
Beyinimdən bu fikirləri atıb, otağın bir küncündə hələdə qutudan qalan kitab, dəftərlərimə baxdım. Ayaz hələdə yaxşı müəllim axtarışında olduğundan, hazırlıqlara başlamamışdım. Tapdıqlarınıda bəyənmirdi...
Sabah ailəmin bu məsələyə necə reaksiya bildirəcəyi mənə maraqlı idi. Qorxum yox idi amma. Ayazın bu işidə həll edəcəyinə inanırdım.
Onun gəlməsini gözləyərkən, otaqda qalmaqdan sıxılıb aşağı düşdüm. Ortalıqda hec kim yox idi. Çox zaman yuxarda olan qonaq otağında olun, tv seyr edirdilər. Boş ətrafı seyr edərkən, çöl qapı açıldı. Ayazın gəldiyini bildiyim üçün, qapıya tərəf üz tutdum. Yağan yağış damlaları hələdə gur sacının üstündə dayanmışdı. Əlində isə xına vardı... Həqiqətən, almışdı xınanı.

"Xoş gəlmisən"deyib yanına yaxınlaşdım.
Ayaqqabılarını çıxardaraq, mənə gülümsündü.

"Xoş gördüm... Nə əcəb səndən? Məni qapıda qarşılayırsan. Olmaya çox darıxmısan?"dedi.

Hec bir fürsətdidə ələ vermirdi. Darıxmışdım onun üçün? Darıxmaq deməyim, onsuz sıxılırdım...

"Kim? Mən sənin üçün? Darıxmamışam"dedim

"Amma mən darıxmışdım..."dedi

Mənim üçün darıxmışdı... Darıxdığınıda, dilinə gətirmişdi.

"Mən xına üçün sənin yolunu gözləyirdim. Həm də sən mənim üçün darıxıb etmə"deyib əlində tutduğu xınanı özümə tərəf çəkdim. Onada hec baxmadan mətbəxə daxil oldum. Ayaz isə arxamca gəldi. Ac olduğu üçün ola bilərdi? İşdən gəlmişdi, uşaq!

"Yəqin ac olarsan, bir seylər hazırlayım sənə" deyib xınanı mətbəx mebelinin üstünə qoydum.

"Çöldə bir seylər yedim mən. Sən vaxt itirmədən, xınanı hazırla"dedi

Bu dediyi təbii işimə gəlmişdi. Xınanı bir qaba töküb, çay ilə islatdım. Belə daha yaxşı tutacaqdı. Mən bunları etdikcə, Ayazda yanımda durub mənə baxırdı. Gedəcək bir yer yox idimi?! Onu görməzdən gələrək, hazırladığım xınanı götürüb yuxarı çıxdım. Yenə, səssizcə arxamcq gəlməyə başladı. Otağa girdikdə dayana bilməyib "Arxamca niyə gəzirsən?!"dedim.

"Darıxmışam deyirəm, məndən uzaq qaçırsan. Başqa yolum var? Üzünü görmək üçün ətrafında fırlanıram. Nəysə, gəl xınanı barmaqlarına qoyaq"dedi.

Kobud insam idim... Divanın aşağısına çöküb, üz üzə oturduq. Yarabandılarını tək - tək özü incə bir şəkildə açdı. Son qalan yarabandılarını açdıqda, onun incimiş olan üz simasına daha çox dayana bilmədim. Məni ondan başqa, başa düşəcək bir adam yox idi.
Barmaq uclarımı xınaya salıb, bir az gözlədikdə "Ayaz, mən onları görmək istəmirəm... Onlara sabah necə davrancağımıda bilmirəm. Ürəyim, çox pis sıxılır... Hava sıxır, insanlar sıxır..."dedim

"Xırda, yanında mən varam. Sən hec nəyə görə narahat olma. Sadecə 1 gün... 1 gün həm sən idarə edəcəksən həmdə mən. Onsuz sabahda işə getməyəcəm. Beləliklə, bütün gün yanında olacam"

Dedikləri ilə içimə bir güvən hissi bəxş etdi. İlk başlarda ondan qaçmaq istəyib, ailəmə sığınmaq istəmişdim. Amma ailəm məni qəbul etməmişdi. İndi isə ailəmdən qaçıb, Ayaza sığınırdım. Amma Ayaz ailəm kimi olmadı... Məni qəbul etdi...

"Sən yanımda olacaqsansa, bu 1 gündə tez gəlib keçər. Mən sənin yanından, ayrılmaq istəmirəm. Sən mənə ailəmin etmədiklərini, edirsən. Onlar məni bir əşya hesab edirlər. Sənsə mənə bir əşya olmadığımı sübut edirsən. Mənə bu qədər yaxşı davranmaq səbəbin nədi?"

Baxışlarını məndən qaçırtmağa başladı. Sualımın cavabı, bəlkədə yox idi. İnsanlıq edirdi...

"Bizim kicik nifrətimiz, aramızda böyük qıvılcım yaratdı"deyib irəli durdu. Tam yanımda idi... Nəfəsi tam üzümə vururdu... Dediyi cümləsi ağlımın bir ucuna ilişib qalarkən, bir birimizə eləcə durub baxdıq. Bu baxışmalarda, bitmək bilmirdi... Bu vəziyyəti dəyişməli idim. Yoxsa hec də xoş seylər olmayacaqdı.

Səsimi təmizləyib "Xına... Əllərimi yumalıyam daha"dedim. İlk əvvəl gözləri əllərimə baxdı, sonra geri çəkildi.

"Səhv başa düşdün, məni" dedi.

Nəyini səhv başa düşdüm? Bununla necənci dəfə idi, mənə çox yaxın dururdu.

"Onda səndə düzgün başa sal. Vaxt itirmirsən hec! Nə vaxt baxıram, dibimdəsən!"dedim.

Gözlərində kicik əsəb parıltıları yaranmağa başladı. Ardından üz ifadəsi sərtləşdi və "Sən nə deməyə çalışırsan?!"dedi.

Biz hec normal söhbət edə bilmirdik!

"Məni öpəcəkmiş kimi, yaxınlaşma mənə! Xoşum gəlmir, bu hərəkətlərindən!"dedim.

Ardından gülməyə başladı. Amma gülüşü kinayəli bir gülüş idi. Əsəbindəndə, gülmüş ola bilərdi.

"Səni öpmək istəsəydim, vaxt itirmədən öpərdim! Mən dünən sacımı oxşa deyə, səndən icazə alan adamam. İndi deyirsən, icazəsiz sənin dodaqlarına toxunum?! "

Sözünü deyib, ayağa qalxdıqda şok olmuş vəziyyətdə ona baxırdım. İndi nə cavab verəcəkdim?! Cavab verməyimidə, gözləmədən otağı tərk elədi. Məndə, oratlıqda tək qaldım...
Həmdə, böyük utanc hissi ilə..

Mənim üçün hec xoş olmayan, bir səhər var idi. Az sonra anam və atam gələcəkdi. 14 yaşılı qardaşımı isə nənəmin yanında qoyub gələcəkdilər. Bir tək onun üçün darıxmışdım. Onuda gətirməyəcəkdilər. Ayazla aramda olan axşamki söhbətdən sonra, bu gün hec kəlimə kəsməmişdik. Ona bir üzr borclu idim? Tamda bunu düşünərkən qapı çalındı. Bizimkilər idi gələn! Qapını özüm açdım. Anamla atam, üzümə gülərək baxdıqda mən ifadəsiz şəkildə baxdım. Məni isə qucaqlayan, anam oldu. İndi burda ağlaya bilərdim! Özümə ağlamayacam deyə söz verməsəydim!
Görüş mərasimi ardından çay süfrəsi, bitmək bilməyən söhbətlər ilə gecə düşmüşdü. Mən demək olar, danışmayıb səssizcə divanın bir küncündə oturmuşdum. Böyüklərin bu can sıxıcı söhbətləridə hec bitmək bilmirdi. Ayazında yanımda gərildiyini hiss edə bilirdim. Hətda atama, atasına qaşlarını çatıb baxırdı. Evləndirilməyə məcbur edilmiş 2 şəxs idik biz. Onların isə bizim necə bir həyat yaşadığımızdan xəbərləri yox idi. Televizorda gedən uşaq reklamı ilə, hər kəsin gözü bir anlığına ora döndükdə anam "İnşallah sizində şad xəbərlərinizi eşidərik"dedi. Sünicə bir təbəssüm etdim. Ardından Həsəb bəy "İnşallah Ayazın övladını görmək nəsib olar"deyərək atama çönüb baxdı. Hamısının beynindən keçən sey uşaq idi! Ayazın boğazını təmizlədiyini gördüm.

"Olmayacaq..."deyə düz səs tempi ilə söylədi.

Atam birdən birə "Necə yəni olmayacaq?!" dedi. Məndə dönüb Ayaza baxdım. Nə danışırdı belə?! Mövzu bağlanıb, getmişdi onsuz!

"Asya oxuyacaq... O, oxuyana qədərdə uşaq düşünmürük"dedi. Necədə danışa bilirdi!

Anamın ağızından "Nəə?" kəliməsi tökülərkən, Könül xanım hər zamanki kimi aranı yumşaltmağa çalışıb "Asya univeristetə hazırlaşacaq"dedi. Oğlunun səhvlərini düzəltməyi, öz boynuna götürmüşdü..
Atamın hirsləndiyini hiss edə bilirdim. Dili dolaşığa düşmüş kimi "Nə oxumaq? Evli qızın oxumağı harda görülüb?! Asya, bu nə hərəkət edirsən sən?!"dedi. Yenə canaq mənim başımda partlamışdı!

"Asya daha sizin öhdənizdə deyil deyə, mənim yəni Asya ilə bizim ailə söhbətlərimizə qarışmaq sizin haqqınız deyil. Nə də, kiməsədə o haqqı vermirəm. Asya, kiminsə əşyası deyilki ordan ora götürülüb qoyulsun! Öz fikiri, düşüncəsi var... Məndə həyat yoldaşıma bu yolda dəstək olacam... Başqa bu haqqda nəsə bilmək istəyən var?"

Ayaz bunları hansı cəsarət ilə demişdi?

Həsən bəy "Oğlum..."deyə səsinin tonunu qaldırdıqda, atamla anamın üzündə xoşa gəlməz bir ifadə yaranmışdı. Mən isə üzümə sərt ifadə taxsamda, içimdə çox gülürdüm. Çünki, yanımda Ayaz vardı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri