Ruhum sənə əmanət (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 631
Səs ver:
(səs: 0)
O gündən sonra 1 həftə keçmişdi. 1 həftədə həyat yaşantım çox dəyişmişdi. Ayazın söz verib güvənmi qırması, məni sarsıtmışdı. Öyrəşdiyim insandan, son 1 həftə idiki uzaq qaçırdım. Səbibi bəli idi... Nə axmaq idim, nə də səhv... Etdiyi hərəkəti bu gün görməzdən gəlməsəydim, sabah başımıza daha böyük işlər gələ bilərdi. İnsan yeməyi sağ əli ilə yeyir. Ayazın etdiyi bu hərəkət mənim sağ əlimi sındırmışdı. Bundan o tərəfə, başqa bir açıqlama verə bilməzdim...
Bu bir həftədə hazırlıqlarıma başlamışdım. Hər səhər özü müəllim yanına aparıb qoyurdu. Gündəlik 3 müəllim yanına getdiyim üçün, avtobusa minib arada özümdə gedirdim. Həmdə şəhəri kəşf edirdim. Oxumaq xəyalım yerinə, yetdiyi üçün son günlərdə özümü çox xoşbəxt hiss edirdim. Bir yanım əskik qalsada...
Evdə də baş verən kicik bir yenlik vardı. Ayazın xalası qızı Sevil gəlib evə yerləşmişdi. Bizim evə yerləşmə səbəbi burda, 2 ci univeristetini oxuması imiş. Könül xanımın ürəyi dözmədiyində, bu evə köçüməsini istəmişdi. Mənim dərslərim çox olduğundan, Sevilin üzünü az - az görürdüm. İlk əvvəl Fidan haqqından olan səhv düşüncələrimin əsasını Sevildə tapmışdım... Ayaz ilə Fidan onu hec sevmirdi. Keçmişdə nələr yaşadığını bilmirdim. Amma, bu üçülüyün bir birini gözü hec götürmürdü. Hec birindəndə bir sey soruşa bilmədiyim üçün, bu haqqda hələdə məlumatsız olaraq qalmışdım. Lakin, vardı bir seylər... Hiss edirdim...
Bir birlərinə olan atmacalardan, soyuq baxışmalardan, arada əsən payız küləyindən... Bunlar gözümdən qaçmırdı. Fidan haqqında öyrəndiyim həqiqətlər ilə, bir gün Sevil haqqında olan həqiqətləridə öyrənəcəkdim. Gec ya tez öyrənəcəkdim...

Avtobusa minib, qulağıma qulaqcıq taxıb, mahnı dinləyərək başımı pəcərəyə söykəyib, çölü seyr etməyə başladım. Olmaq istədiyim bir yerdə idim. Olmaq istədiyim bir vəziyyətdə... Bunlarada şərait yaradan Ayaz idi. Başa düşürsüz? Xəyalımı yaşayırdım...
Bakıda idim... Hazırlığa gedirdim... Gələcəyin jurnalisti olacaqdım...
Qulağımda bir mahnı, beyinimdə saysız sayda olan düşüncələrim, seyr etməkdən bezmədiyim yollar... Nə gözəl imiş, əslində həyat... Yaşamağada, nəfəs almağada dəyərmiş.
Son dayancaqda dayandıqda, avtobusdan aşağı endim. Evə qədər 5 dəqiqəlik ayaq ilə getməli idim. İşim hər çətinə düşəndə, Ayazın üstünə qaçmayacaqdım. Ayaqlarım üstündə dayanmağı, öyrənmək istəyirdim. Evə gəlib çatdıqda, qapını açıb ayaqqabılarımı çıxardaraq evə daxil oldum. Havanın soyuğu ilə, evə girər girməz isinmişdim. Qonaq otağını boş gördükdə, ətrafa boylanıb baxdım. Nə bir səs eşitdim nə də kimisə gördüm. Harasa getmişdilərmi? Amma qonaq otağının işığıda yanırdı...

"Evdə təkcə mən varam" deyən səs ilə piləkanın başına baxdım. Sevil məcərin başına söykənib, mənə baxırdı. Zil qarası, belindən aşağı olan düz sacları vardı. Üz dərisi ağ idi. Qara gözləri və qara qaşları uzun üz simasına yaraşırdı. Qısaca gözəl bir qız idi...

"Digərləri hardadı bəs?"deyib yuxarı onun yanına qalxdım.

İtici bir şəkildə mənə baxmağa davam edirdi. Bu baxışlarını qətiyyən sevmirdim. Qorxuducu bir şəkildə baxırdı!

"Digərləri qonaq gediblər, 2 - 3 saata harda olsa gələrlər. Mən film izləyəcəm indi, səndə üstünü dəyişdir gəl"dedi.

Mənə film izləməyi təklif edirdi?
Razılaşmaqdan başqa bir yolumda yox idi.
"Yaxşı üstümü dəyişib, gəlirəm indi" deyib yanından keçərək öz otağıma çıxdım. Üstümü dəyişib, saclarımı yığaraq təkrar aşağı düşdüm. Divanda oturub, Sevilin film qoşmasını gözləyirdim. Hansı, filmi secdiyini belə bilmirdim. Hava azacıq şəkildə qaralmışdı, külək əsirdi, Sevil isə otağın işığını söndürmüşdü...
Filimi qoşub yanıma oturduqda, başlamaqda olan filmə baxdım. Qorxu filmi idi... Qorxu filmlərini hec sevmirdim. Hətda, çox qoxurdum. İçində cin, şeytan, kor çirkin kukla olan filmlərə isı baxmaqdan olduqca hürkürdüm. Bu filimdə kor çirkin kukladan bəhs etdiyi üçün ilk dəqiqlərdən gərilməyə başladım. Sevil isə gülərək tv - yə baxırdı. Havanın qaranlığı, küləyin səsi ilə kor çirkin kuklanın çıxartdığı vahiməli səsi, üstəgəl Sevilin filmə baxıb gülməsi əsəblərimə toxunmuşdu. Durub getmək istəyərkən Sevil anidən qolumdan möhkəmcə yapışıb tutdu. İti baxan baxışlarını gözlərimə yönəldib "Hara gedirsən? Filmə axıra qədər bir yerdə baxacıq, yoxsa kor kukla gecə yatarkən sənə baş çəkər"dedi. Yanına təkar oturdum...
Cibimdə olan telefonu çıxardıb, Ayazın adına girərək "Hardasan? Evə nə vaxt gəlirsən?" yazaraq göndərdim. Burda bir az belə daha qalsaydım, dəli olacaqdım.
Ondan "Yoldayam mən. Nəsə olub sənə?"deyə cavab gəldi. Ona qorxduğumu desəydim, gülünc çıxmazdı?

"Ayaz, evdə hec kim yoxdu. Bir tək Sevildi... Oda qorxu filmi qoşub, məcbur mənidə yanında saxlayıb. Mən çox qorxuram.."

Yazıdığım mesajın cavabını gözləmədən, telefonu söndürdüm. Bədənimə düşən vahimə ilə, içim ürpənirdi. Burdan qalxmağa belə qoxurdum. İnsan qorxur...
Qapının açıldığını hiss etdikdə, divandan tez ayağa qalxıb qapı tərəfə qaçdım. Ayazı görər görməz, qollarımı boynuna sarılıb, ağlar çıxan səs tonum ilə "Məni qucaqla, ehtiyyacım var"dedim. Məni möhkəmcə qucaqlayıb, daha sonra digər ilə saclarıma sığal çəkməyə başladı.

"Qorxma gəldim mən... Bağışla gözəlim, səni tək qoyduğum üçün bağışla..."

Əlləri ilə əllərimi möhkəmcə tutdaqdan sonda qonaq otağının işığını yandırdı. İşığın yanması ilə Sevil dönüb bizə baxdı.

"Asyada nə qorxaq çıxdı. Bir az ona möhkəm olmağı öyrət. Bütün film keyifimi qaçırtdı mənim"deyib təkrar tvyə dönüb tvni söndürdü.
Ayazın əlimi azda olsa sıxmağından əsəbləşdiyini hiss elədim. İrəli getmək istədikdə qolundan tutub saxladım.

"Lənət gəlmiş qorxu filmlərinidə götür çıx otağına! Sən tam bir xəstəsən!"dedi.

Hec nə, başa düşə bilmirdim...

Sevil "Qorxu yaxşı bir seydi. İnsanın canına düşəndə, insanı məhv edir"deyib ayağa qalxdı.
Bizə baxa - baxada yanımızdan keçib getdi. O gədər getməz Ayaz məni özünə tərəf çəkib təkrar qucaqladı.

"Çox qorxdun? Qorxunun keçməsi üçün nə edim sənə?"dedi.

Qorxmuşdum... Həmdə yalandan, böyütməyəcək bir şəkildə...

"Qucaqlaman, bəs etdi..."deyib ondan ayrılıb aramıza məsafə qoydum.

"Keçmədi de, daha çox qucaqlayım"dedi.

Məqsəd, qucaqlamaq olsun hə?

"İstəyiniz ürəyinizdə qalacaq Ayaz bəy. Çünki, sizi hələdə bağışlamamışam"deyib arxamı ona çevirərək mətbəxə tərəf yol aldım. İşdən gəldiyi üçün yemək hazırlamağa başladıqda, sakitcə mətbəx masasında oturub pəncərədən çölü seyr edirdi. Həmdə, çox düşüncəli bir şəkildə. Onu belə düşündürən nə idi? Süfrəni hazır edib, qarşısına keçib oturduqda, özümündə yemək yemədiyi yadıma düşdü. Nə də, Ayaz yemək yeməyib qarşısındaki boşqaba baxırdı.

"Niyə yemirsən? İşdən gəlmisən"dedim arada olan səssizliyi pozub. Çəngəli əlinə alıb, katletdən bir parça qopardaraq mənə uzadıb "Birinci sən ye sonra mən. Yəqin, səndə ac olarsan"dedi.

Ağlımımı oxumuşdu? Tam ürəyimdən xəbər vermişdi. Nədənsə, biz bir yerə tək düşəndə egni boşqabamdan yemək yeyirdik. Sanki, daş dövründə qalmışdıq. Uzatdığı çəngəldə olan kotleti yeyib ayağa qalxaraq yanına oturdum.

"Yeməyini mənimlə paylaşdığın üçün çox sağ ol. Yemək yeməmişəm məndə"dedim.

Deməyim ilə çörəkdən bir tikə qopardıb kotleti üstünə qoyaraq mənə uzatdı. Məni öz əlləri ilə yedirdib, qayğıma qalırdı. Onu bağışlamadığım, bir anda yadıma düşdü. Amma bu vəziyyətimizi pozmamaq üçün susdum. Sonra ona xatırlatmağa bolca vaxtım olacaqdı.
Biz yeməyi yeyib bitirdən sonra, ev əhli gəlmişdi. Mən onlarla oturub bir az söhbətləşdikdən, sonra dərs etmək üçün yuxarı çıxmalı oldum. Yuxarı çıxmaq istəyəndə isə gözüm Ayaz ilə Fidana sataşdı. Fidanın otağının qapısının qarşısında durub, fısıldaşırdılar. Həmdə əsəbi bir vəziyyətdə... Məni görər görməz fısıltıları kəsildi, ikisidə mənə dönüb baxdı.

"Dərs etmək üçün otağıma çıxırdım"dedim söhbətlərini böldüyüm üçün, bu acıqlamanı özümə borc bilib. Fidan otağının qapısını açaraq "Bizdə hər zamanki kimi bir birimizi qırırdıq. Sən get dərslərini elə balaca"deyib otağına girdi. Ayaz "Gəl, dərslərində sənə kömək edim"deyib yanımdan keçib otağımıza girdi. Məni görər görməz səsləri kəsilmişdi... Nə danışdıqlarını eşitməmək, bilməmək sıxıcı idi. Otağa keçdikdən sonra dərs etməyə başladıq. Arada sırada mənə kömək edirdi. Necə gözəl bir sey idi elə deyilmi? Başa düşmədiyim mövzuların üstündən səbrlə bir daha keçib, məni başa salması ona daha çox bağlanmağıma səbəb olurdu. Son misal bitdikdə qələmi əlindən masanın üstünə qoyub "Bu günlük bu qədər, xırda... Canım çıxdı, sənə bu misalı başa salmaqdan. Amma böyük zövq ilə başa salıram. Çünki, gələcəyin jurnalitsi ilə eyni otağı paylaşıram"dedi. Necədə inanırdı mənə...

"Mən jurnalist olanda, yanımda olmağa davam edəcəksən?"dedim.

Söhbət 5 il sonradan gedirdi.
5 il sonra biz yenə birlikdə ola biləcəkdik?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 631
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri