Ruhum sənə əmanət (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 6 143
Səs ver:
(səs: 0)
"Başın bir dərdə girdikdə, kicik bir problemlərin olduqda, kədərləndiyində, xoşbəxt olduğunda, mən hər zaman sənin yanında olacam"dedi gözlərimin ən dərininə baxaraq. Göz gözə gəlmək kicik bir anı olsada, gözlərimizin altında yatan baxışmalar biz nələrisə düşündürməyə vadar edirdi. Bu cümlənin qarşısında kicik bir təbəssüm etdikdə, ardından baxışların məndən çəkib masaya salaraq "Amma..."dedi.
Bir cümlənin 'Amma'sı vardısa, o cümlədən qaçmaq gərəkli idi. Amma'nın altında hec xoş seylər yatmazdı.

"Sənin mənə ehtiyyacın olacaqmı? Yanında məni istəyəcəkmisən? Nəticədə, artıq öz ayaqlarının üstündə dayanacaqsan. Məncə sən düşün. Sən məni yanında istəyəcəksən?"

Sual birdən birə mənə, tərəf necə dönüb gəldi?
Məndən bir cavab gözləyirdi. Bəs mən necə istəyirdinmi? Mənim öz ayaqlarım üstündə durmağımda onun rolu çox böyük idi. Onsuz həyatıma davam edə bilərdim? Bəlkədə, edərdim... Lakin, onsuz həyatıma davam etsəydim onun etdiyi yaxşılığı görməzdən gələcəkdim. Düşündüm... Məndə onun etdiyi kimi edəcəkdim. Bu tələyə özü düşəcəkdi.

"Yanımda hər zaman sənə yer olacaq. Sənsiz həyatıma davam etmək istəmirəm"dedim.

Qurduğum bu cümləyə sevinməyə başladı. Məndə ilk əvvəl sevinmişdim. Sonra isə amma ilə qarşılaşmışdım. Bu dəfə sıra onda idi.

"Amma..."dedim az əvvəl onun dediyi səs tonu ilə. Sevinc hissini yarıda kəsib "Amma nə?"dedi.

"Həyatına biri girsə necə? Sən başqa birini sevərkən, bizim birlikdə olmağımız nə dərəcədə düzgün olar. Axı sənin istəyin mənim uniyə qəbul olub, başqa birini sevməyimdi... Biz başqa birilərini sevsək, bir yerdə ola bilmərik. Bir az nağıldan çıxıb, reala qayıtmaq lazımdı"

Ağılı var idisə, onlara qulaq asdığımı biləcəkdi.
Ancaq həqiqətlər bunlar idi. Xəyallarımızın arxasına sığına bilməzdik. Reallıq ən acısı idi.

"Sən mənim bu düşüncəmi hardan bilirsən?! Dayan - dayan sən Fidan ilə bizə nə vaxtsa qulaq asmısan hə?! Ağılsız başım! Məndə sənə boyun əyirəm..."deyib yanımdan ayağa qalxdı.
Ağılı var imiş... Söhbət isə ağıldan getmirdi, söhbət başqa birilərindən gedirdi.
"Söhbətimizə qayıdaq... Başqa biriləri deyirdik... Bizim həyatımıza başqa biriləri girsə, necə olacaq?"deyib məndə ayağa qalxdım.
Ayaz əsəbləşərək səsinin tonun bir balaca qaldırıb "Başqa biriləri olmayacaq! Eşitdin məni?! Olmayacaq!"dedi. Bu qədər özündən çıxmasının səbəbi nə idi?

"Başqa biri olmayacaqsa, ömrünü mənimlə çürüdəcəksən onda? Axı, sən ömrünü mənimlə başa vurmaq istəmirdin"

Verdiyi suala onu peşmam etmişdim. Nə gözəl...

"Mən tərəfdən hec bir şühbən olmasın. Mən son nəfəsimə qədər səninlə çürüməyə razıyam. Səninlə yatdığım hər gecə, səninlə açdığım hər səhər mənim ömrümü çoxaldır. İnsan ömründən necə əl çəksin? Mən çəkə bilmərəm... Çəkə bilməyəcəmdə... İstər 5 il olsun, istər 10 il sonra səni öz yanımda öz həyatımda istəyirəm"

Məni öz yanında istəyən insan, sözünü tutmurdu. Sözünü tutmayıb, ömrünü azaldırdı. Mənə qarşı hiss etdiyi bağlılığı, məndə ona qarşı eyni şəkildə hiss edirdim. 3 ay idi eyni evdə qalmaq, eyni otaqda yatmaq bizi bir birimizə bağlamışdı. İnsan bağlandığı insandan qopmağa çalışanda, canı yanar. Adi ipi belə bir birinə bağlayıb, sonra oları açmağa çalışdıqda onların əvvəlki vəziyyətini itirib, qırıldığını və ya əzildiyini görürürük. İnsanda belə deyildimi... Qırılmırdımı...? Əzilmirdimi...?
Kefimin qaçdığını hiss etdiyim üçün təkrar öz yerimə oturdum. O, məndən bir cavab gözləyirdi...

"Bu söhbəti bağlasaq? Mənə, yaxşı gəlmədidə..."

Başımı təkrar dərs kitabları ilə yormalı idim. Bu söhbətlər məni aşacaq səviyyədə idi.

"Sənə yaxşı gəlməyən sey, mənə hec yaxşı gəlmir. Yaxşı, mən onda aşağı düşüm, səndə dərslərinə davam et"

Ayaz getdikdən sonra dərs etməyə çalışdım. Olmadı... Bu başla, özümü dərsə verə bilmirdim. 5 il sonra söhbəti olmasaydı, indi kefim çox gözəl olacaqdı. Nəyə lazım idi, 5 il sonra söhbəti? Sabah başımıza nə gələcəyini belə bilmirdik... Həyatın bizə qurduğu planlardan xəbərsiz idik. Elə idisə, bizdə olan bu özgüvən nə idi? Dərs kitablarını bağlayıb, üstümü dəyişərək yatmaq üçün çarpayıma uzandım. İşığı söndürdüyüm üçün, ağılıma qorxu filmi təkrar gəldi. Sevildə yaddaşımın bir küncündə idi. Dəli idimi, nə idi? Qorxu filminə baxmaq, şəkili çox qəribə idi. Qorxu filimin səsinimi deyim, ya onun gülüşünümü? Yenə canıma gələn o qorxu ilə yorğanı tam başıma çəkdim. Nəfəs almaqda çətinlik çəksəmdə, yorğanı başımdan aşağı salmadım. Qorxu filmindən ölməsəmdə, nəfəssizlikdən öləcəkdim. Hardan yadıma düşdüsə! Canımda qalmışdı...
Qapının açılma səsini eşitdikdə Ayazın gəldiyini təxmin etdiyim üçün yorğanı başımdan aşağı saldım. Otağın işığını yandırdığı üçün, qorxum azacıq çəkilmişdi. Ona eləcə durub baxdığımı gördükdə "Qorxu filmin təsiri hələdə üstündə qalıb, demə mənə..."dedi. Təxminində düz çıxmışdı.

"Ayaz mən çox qorxuram işıq sönünəndə. Bədənimdə üşütmə qalıb. Ağılıma pis - pis seylər gəlir. Yorğanı başıma çəkdim, keçmədi amma"

"İşığı yanılı qoyum onda?"

"Elədə yata bilmərəm mən"

"Bəs nə edim?"

Nə etsin? Nə edək?

Gözüm ilə 3 ay idi yatdığı divana baxdım. O divanda yatmaqdan, axır bir gün beli sınacaqdı. Divana baxdığımı görərək, mənim ağlımdan keçənləri oxudu. Gözlərini yuxarı qaldırıb "Düşündüyüm seydisə, bəri başdan deyirəm olmaz"dedi. Niyə olmazdı?!

"Mən razı olduqdan sonra, nə mane olurki sənə burda yatamağa?"

"Yanında bu gün yatsam, birdə o divanda yatmaq istəməyəcəm. Hər gün sənin yanında yatmağıma razı olacaqsan?"

Üzümdəki gülüşü basdırmağa çalışdım. İş ucunda, hər gün mənimlə eyni yataqda yatmaq istəmə arzusu durmuşdu. Başını bir günlüyünə aldadsam necə?

"Ayaz, 3 aydı o divanda yatırsan. Hər səhər qalxdıqda, belin ağrıyır. Onun üçün burda yanımda sakit şəkildə, yatmağında pis bir iş görmürəm. Həm burda yatsan, belində düzəlmiş olar"

Uşaq başı aldadırmışcasına dediyim dediyim sözə, göz görə - görə razı olmuşdu. İlk təklif məndən gəlmişdi. Bunu hec vaxt yadımdan çıxartmayacaqdım. İşığı söndürüb yanıma uzandıqda, içimi səbəbini bilmədiyim bir həycan basdı. İkimizdə yanaşı üzü üstə uzanıb tavana baxırdıq. Ona dönüb baxmaq istəsəmdə, baxacağımı hiss edəyi üçün dönüb baxmadım. İndidə belə yata bilməzdimki...
Ayaz "Mən belə yata bilmirəm..." dedi içimdəki səsi şəkildə deyib. Sözü ilə ona baxdım. Qaranlıqda yanaşı uzanıb bir birimizə baxmaq ayrı bir gözəl idi. Ona baxmağı kəsib son sözünü düşündüm.

"Necə yataq onda?"dedim

Yastıqdan bir az yuxarı qalxıb, mənim tərəfimdə olan qolunu baş hissəmdən uzatdı. Qucaqlaşıb yatmağımızı istəyirdi? Ya mən səhv başa düşürdüm?

"Yanıma gəl..."dedi dilini udmuş bir şəkildə.
Yanına getməyi çox istəyirdim... Dünəndən razı imiş kimi havam ilə yanına doğru gəldim. Başımı sinəsinə qoyduğumda, hər iki əli ilə bədənimi sarıb məni qucaqladı. Bu yaxınlaşmalar günü gündən artırdı. Bizdə, buna qarşı qoya bilmirdik...

"Asya, hər gün bir birimizə məktub yazaq?"dedi bu həyəcan verici səssizliyin ardından. Məktub yazmaq? Bir sey başa düşmədim.

"Məktub? Məktublaşıb nə edəcik?"

Sinəsindən başımı qaldırıb ona baxdım. Qaranlıqda bir birimizi nə qədər görə bilirdiksə, o qədər uzun - uzun mənə baxdı. Kipriklərini belə qırpmadığını deyə bilərdim.

"İçimizdən keçənləri, yazıb bir birimizə verəcik. Bu bizim daha yaxşı yola getməyimizə kömək edəcək"dedi.

Ağıla batan bir sey deyildi. Nə yazacaqdım məktuba? O, nə yazacaqdı? Bunu bilməyim üçündə, məktub yazılmalı idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 6 143
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri