Ruhum sənə əmanət (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 719
Səs ver:
(səs: 0)
Səhəri gözlərimi açmağa başladıqda, hələdə Ayazın sinəsində yatdığımı gördüm. Bir az qalxmağa çalışıb, ilk əvvəl Ayaza sonra divardan asılmış olan saata baxdım. Saat 9 - işləyirdi... Ayaz bu vaxta qədər çoxdan qalxmalı idi. Niyə qalxmamışdı? Boş qalan çarpayının bir hissəsinə keçib, qolundan yavaşca vurub onu ayıldamağa başladım. Tərpəndiyini hiss etdiyi, onu vurmağı dayandırıb ayılmasını gözlədim. Gözlərini açıb, ovuşdurmağa başladı. Ovuşdurmanı kəsib, gözlərini qısaraq mənə tərəf döndü. Mənə eləcə baxararkən, "Bu saata qədər sən qalxmış olmalıydın. Niyə yatıb qalmısan?" dedim.

"Mən saat 7 dən oyanmışdım. Səni yanımda gördükcə, burdan qalxa bilmədim. Bu vaxta qədər gözlərimi sabaha açdığım, ən gözəl səhərimdi"dedi.

Bunu düşünməyi, balaca beynim mənə çox görmüşdü. Adamın sinəsində yatmışdım, necə qalxsın?!

"Madamki, indi yuxudan oyanmısan, ona görədə qalxmalısan. İşinə gecikirsən sən. Məni kimi bütün gün evdə boş bekar gəzmirsən"dedim onu çarpayıdan ayağa qaldıra bilmək üçün. O, isə hec dediklərimi eşitməmiş kimi bir havaya büründü. Yastığı qucaqlayıb, təkrar gözlərini yumdu. Qoluna təkrar vurub "Hey, qalx ayağa daha çarpayımdan!"dedim. Gözlərini açmadan, üzündə bir təbəssüm əmələ gəldi. Yastığı özünə tərəf daha çox sıxaraq "Portağal qoxan, yastığından ayrılmaq elədə asand deyil. Yalnız bir şərtlə qalxaram"dedi. Şərtini yerinə yetirməyi düşünməsəmdə, marağıma mane ola bilməyərək "Şərt? Nə şərti?"dedim.
Gözlərini açıb, gülməyə başladı. Yastığıda qucaqlmaqdan əl çəkməmişdi. Yastıqla eşq yaşayırdı sanki!

"Məni öpsən ayağa qalxacam. Əks halda bu gün burdayam"

Şərtə bax! Onu öpməyəcəkdim. Qalxmırdısa, qalxmasın. İş mənim deyildi, onun idi!
"Şərtini özünə saxla. Səni öpən deyiləm mən. Yatırsan yat mənə nə? Mən qalxıram!"deyib yorğanı üstümdən çəkmək istədim.
Ayaz isə kicik hiylə ilə qolumdan tutub məni təkrar yerə itdi. Özü isə yarı şəkildə üstümə çıxmış vəziyyətdə idi. Arsız bir şəkildə "Öpməsən, burdan gec qalxaram. Evdəkilərdə deyər bu gənclər səhər - səhər nə edir görəsən. Niyə hələdə otaqlarındadılar. Axı, bu Ayazın bir işi var. Asya onu necə yanında saxlayıb"dedi.

Sözlərinin nə məna verdiyini başa düşürdüm. Öpsəydim nə olacaqdı?

"Çox pissən Ayaz! Çox pis! Çəkil kənara, öpücüyünü verim!"

"İnsan həyat yoldaşına çox pissən deməz. Gör mən sənə çox pis Asya deyirəm?"

"Məni öpməyə vadar edən, sənsən mən deyil!"

"Axşam mənimlə eyni yataqda yatmaq istəyən kim idi? Hansımızınki daha məsumdu səncə? Kicikcik bir öpücük istəyirəm səndən. Oda, günüm xoş keçsin deyə"

Yanımdan kənara çəkildikdə son sözlərini düşünüb mən yanına gəldim. Həyat yoldaşımı öpəcəkdim. Burda qəribə bir sey yox idi.
Tam dibinə girib, gözlərimi yumaraq sağ yanağına dodaqlarımı yaxınlaşdırıb bir öpücük qondurdum. Gözlərimi açıb, geri çəkilmək istəyərkən, onunda gözünün yumulu olduğunu gördüm. Təkrar bir dəfədə öpüb "Bu da bonus olsun. Günün daha çox gözəl keçsin..."deyib çarpayıdan ayağa qalxdım. O, isə ardımdan gülümsəyərək qalmışdı.
Ayaz işə getdikdən sonra, məndə günorta üçün olan hazırlıqlarımı təkrar etməyə başladım. Dərs adı ilə otağıma girib, otaqdan çıxmırdım. Nəticədə bir insan üzü gördüyümdə yox idi. Onlarda bunu problem etmədiyindən, rahat idim. Ayaz olarkən, kim bunu problem edərdi? Dərsləri təkrar etmək istəsəmdə, ağılım hələdə onu bu səhər öpməyimdə qalmışdı. Öz iradəm ilə öpməsəmdə, ağılımdan hec cür çıxmırdı. Nəyə böyüdürdüm? Kicik bir öpücük idi...
Hazırlıq saatı gəldiyindən avtobusa minib, müəllimin evinə gəldim. Evində kicik bir otağı dərs otağı etmişdi. Mənimlə birgə 2 oğlan 2 qız vardı. 5 nəfərə dərs deyirdi. Digər uşaqlar məndən 1 yaş balaca idilər. Onlar bu ilki məzun idilər, mən isə keçən ilki. Bəlkədə Ayaz ilə evlənməsəydim, keçən ilki məzun olaraqda qalacaqdım. Yay ayları hara, indiki qış ayı hara. Artıq dekabr ayı idi. Yeni ilədə az qalmışdı. Bu yeni ilə yeni ümüdlərim, arzularım vardı.
Hazırlıq bitdikdən sonra uşaqlar ilə sağollaşıb, yola qoyuldum. Yolu əzəbərlədiyimdən, avtobusa minməyib ayaqlarıma güc verdim. Təmiz, soyuq havada gəzmək daha yaxşı idi. Rahat nəfəs aldığımı hiss edirdim. Hələ evə gedib, bir məktub yazmalı idim. İçimi o məktuba boşaltsaydım nə olardı? Məktubları oxusaqda, həyatımıza qaldığımız yerdən davam edəcəkdik. Yolun sonunda evə gəlib çatdım. Daha çox üzsüzlüyümə sala bilməyib, yorğun olduğum üçündə aşağı düşüb bizimkilər ilə söhbət etməyə çalışdım. Söhbət deyərkən, Fidan evdə deyildi, Afət və Könül xanım ilə Sevil vardı. Sevildə telefonu ilə oynamaqla məşğul idi. Sevilin bu hərəkətlərin görüncə yadıma düşən ilk sey Fidanında belə görünməsi olurdu. Yaxşı olanlar ilə yaxşı görünənləri səhv salırdım. Sevil başını telefondan çəkib mənə baxdıqda, burda daha çox qala bilməyəcəyimi başa düşərək ayağa qalxıdım. Yuxarı piləkanları çıxdıqca isə arxamca gəldiyini hiss etdim. Otağımın qapısını açdıqda "Asya söhbət etməyə vaxtın var?"dedi. Çönüb ona tərəf baxdım. Söhbət etmək istəyirdi... Oda pis görünüb yaxşı olanlardan idi?
Birgə otağa daxil olduqda, gözü ilk əvvəl otağı gəzdi. Mənimsə ağılım, edəcəyi söhbətdə qalmışdı. Divana yaslanaraq oturub "Ayazın səni sevdiyindən əminsən?"dedi. Suala bax...
Mənimlə edəcəyi söhbət bu idimi?

"Başa düşmədim?"dedim sualını görməzdən gəlmək istəyərək.

"Burda başa düşülməyəcək nə var? Ayaz sənin kimi qızları bəyənməzdi onun üçün soruşuram"
"Mənim kimi qızlar deyərkən?!"

"Sacın başın, dırnaqların, geyim keçinin... Səhv başa düşmə, bunları nəzərdə tuturdum mən. Yəni, bu görüntün ilə Ayazı yanında saxlmağı bacarırsan? "

"Bu idi edəcəyin söhbət?! Bu idisə cavab verirəm, Ayaz məni olduğum kimi sevir. Ən azından saxta deyiləm mən!"

"Bu qədər əsəbləşməyin normal deyil. Sənin yaxşılığın üçün dedimki, sabah yox bir gün Ayazı başqalarına getdikdə daha çox pis olmayasan. Bu görüntün ilə uzaq başı 1 ayın qalıb. Ayaz sarışın qızları sevir. Sənin kimi uşaqcasına olan qızları deyil. İstəsən, bunu sənədə sübutada edərəm. Qadın qadına dəstək olmalıdı"

Belə dəstək olacaqdı?! Onu indi burda boğa bilərdim!

"Otağımdan çıx çölə! Birdə mənə bu söhbətlər ilə gəlmə! Sən normal deyilsən!"deyib işarət barmağımı qapıya tuşladım. Dediklərimi hec vecinə almamış kimi, gülərək otaqdan çıxdı. Bu qız normal deyildi! Normal olmasada, dedikləri beynimə işlməyə başlamışdı... Dediklərində azda olda haqqlı idi. Özümü çirkin hesab etmirdim. Amma görüntüm bunun tam əksin deyirdi. Ayazın nəyi sevib, sevmədiyini bilmirdim... Mən olduğum kimi qalacaqdım, kiməsə görə dəyişməyəcəkdim. Dolub duran gözlərimin altını ağlamayım deyə barmaqlarım ilə basdırıb durdum. Ən yaxşısı, o məktubu yazmaq idi. Yazsaydım içimə oturmuş bu kədər qalxardı. Dərs masama oturum, A4 vərəqlərimdən birini götürürək, əlimə bir qələm alıb yazmağa başladım.

"Canım çox sey yazmaq istəyir. Amma yazacaqlarımı, yazmayacaq qədər yorğunam. Bu məktuba nə yazım deyə, hec düşünmədim. Məndə bəzəkli, düzəkli sözlər yoxdu. Nə də məktubun sonuna qədərdə məndən elə sey gözləmə. Hər sey yaxşı gedir dediyim an, bir tərslik çıxır. Ayağa qalxdığım an, mən yenidən yıxılıram. Güclü durmaq qədər çətin bir sey yoxdu. Düşün, bir heykəli necə düzəldirsənsə elə qalır. Məndə özümü o heykəl kimi hiss edirəm. Mənim valideyinlərim məni bir heykəl etdi. Sən isə o heykəli canlandırmağa başladın. Mən isə əslində, bir heykəl olmaq istəmdim. Kimisə məni düzəldib, bir yerə qoymasını hec istəmədim. Mən olduğum kimiyəm... Mən buyam... Dırnaqlarımda gel əvəzinə, xına var... Və mən bundan utanmıram... Səndə məndən utanmırsansa, bunu mənə sübut et...
Ah birdə unutmamışkən yazım, mənim ruhum yorğundu. Ruhumdan başqa sənə əmanət edə biləcəyim hec nəyim yoxdu..."

İçimi, yaşantımı bu məktuba tökmüşdüm. Məktubu qatlayıb dərs masamdan ayağa qalxdım. Əlimdə olan məktubla birgə pəncərə qarşısına keçdikdə, çöldən Ayazın gəldiyini gördüm. Mənim yazdıqlarım, bunlar idi... O, nə yazmışdı...? Az sonra qapının açılacağını bilirdim. Özümü ələ almağa çalışıb, dərindən nəfəs alıb verdim. Düşündüyüm kimidə dəqiqələr sonra otağa Ayaz daxil oldu. Cibindən bir kağız parçası çıxardaraq, yanıma doğru yaxınlaşdı. Əlimdə olan məktubunu gördükdə "Bu günüm çox gözəl keçdi. Hər gün səndən bir öpücük alacam"dedi. Mənim günüm isə, son saatda hec yaxşı keçməmişdi. Amma bunu ona bildirməyəcəkdim. Ya da bilmirəm, məni tanıyırdısa məktubdan bunu hiss edəcəkdi. Məktubumu ona uzadıb "Sən başqa bir yerdə oxu, mən isə burda"dedim. Məktubu əlimdən alıb, öz məktubunu mənə uzadaraq "Məktublar, bir gün öz evlərini tapacaq"dedi. Bir birimizdən məktubu aldıqdan sonra, Ayaz otaqdan çıxdı. Mən isə nə yazdığını oxumaq üçün səbirsizlənmişdim. Çarpayının künc hissəsinə oturub, qatlanmış vərəyi açaraq oxumağa başladım.

"Özümü boşluqdaymışam kimi hiss etdiyim çox vaxtlarım oldu. Dibdə idim, batırdım mən. Mən batdıqca, həyatıma sən daxil olub mənə üzməyi öyrətdin. Söz verdim, sözümü tutmadım... Bundan sonra sənə hec bir mövzuda söz verməyəcəm. Tuta bilmirəm... Tuta bilmədiyim, sözlər nəyə lazım? Olmazmı, söz vermədən istədiklərini bir - bir yerinə yetirim? Məni bağışlamadığını, dünənə qədər hiss edirdim. Haqqında olduğun üçün üstünə gedə bilmədim. Amma inan, daha maşın yarışı yoxdu. Tək olmadığımı, başa düşdüyüm üçün. Çünki, bilirəm atdığım hər adımda, aldığım hər nəfəsdə sən yanımdasan. Çünki, Sən Ruhumdan bir parçasan..."


Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri