Ruhum sənə əmanət (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 7 298
Səs ver:
(səs: 0)
Məktubunun hər sətirini təkrar - təkrar oxuyaraq, onu kitablarımın birisinin arasına qoydum. Ruh'unun bir parçası olmağı hec gözləmirdim. Öz yazdığım məktubumu fikirləşdikdə isə duruxub qaldım. İçimi məktuba çox açıb tökmüşdüm. Canıma gələn bir anlıq əsəb ilə yazdığım sözlər idi. Məni yaxşı tanıyırdısa, hər sətirdə olan sətir altı mənaları öyrənməyə çalışacaqdı. Əllərimi açıb barmaq uclarıma təkrar baxdım. Xınadan niyə bu qədər çox istifadə edirdim? Gözəllik mərkəzlərinə getməyi niyə düşünmürdüm? Bir tərəfə hörüb atdığım, sac ucuma sığal çəkməyə başladım. Saclarımı acıq qoyduğum, yadıma belə düşmürdü. Üstümdən gələn portağal qoxusunu, qoxlamağa başladım. Üzümə bunları niyə edirdim? Sevilində istəyi özümü müqayisə etməyim deyildimi? Beynimdəki çirkin fikirlərdən canımı qutarmaq üçün aşağı düşməyə qərar aldım. Amma, qapı möhkəmcə şəkildə açıldı. Ayazın əlində mənim yazdığım məktubu, sıxıb durduğunu gördüm. İndi yenə başlayacaqdı. Son dəqiqələr.. Ya da son saniyələr idi artıq.

"Səni kim incidib?"

"Hec kim incidib etməyib. Elə belə yazmışam"

"Yalan demə mənə. Hər sey yaxşı gedərkən, durduq yerə niyə belə yazmısan"

"Bu məktub işi ilk gündən canımı sıxmağa başladı! Məktubu niyə həyatımıza qarışdırısan?! Yoğrunamda yorğunam, dərslər yorur"

"Həə mən safda buna inanacam hə? Mənimkidə sualdı, səni Sevil iynələyib hə? Onun nə dediklərini özün de. Onun özündən soruşsam, çox pis seylər olacaq"

"Cavabın bildiyin seyi sual formasında soruşma! Sevil hec nə etməyib... Sevil sadecə mənim gözümü açdı. Mən kim, sən kim... Yanına yaraşmıram belə..."

Özümü hec vaxt bu dərəcədə, yerin dibibdə hiss etməmişdim. Tək dərdi oxumaq olan qızın, həzin sonu..

"Daha açıq danış... Yanıma, yaraşmırsan nədi?"

"Yaraşmıramda yaraşmıram! Dırnaqlarıma bax bir! Hələ hörükdə olan saclarımı demirəm... Nəyə lazmımaki? Uzaq başı atası tərəfindən məcbur evləndirlən bir qızam!"

"Özünü acındırmaqda bir nömrəsən! Sən belə biri deyilsən! Mənə meydan oxuyan qız harda qaldı?!"

"Acındırmıram! Özüm ilə barışıram! İnsan özü ilə barışmalıdı"

"Sənin dərdin nədi hə? Özün ilə barışmaların ardında nə dayanır? Nədən qorxursan sən?"

Başımı aşağı əydim. İçimdəki qorxunun səbəbi, Ayaz idi. Günün bir günündə, məndən bezib getsə... Bəlkədə indi ona dəyişik, bir sey kimi gəlirdim. Vaxtla məni tərk edib gedə bilərdi.

"Bir gün məni tərk edib, gedməndən qorxuram. Sənə hər kəs kimi gəlməyə başladıqda, məndən sıxılıb gedəcəksən. Sənidə itirəcəm... Bu həyatda qazandığım yeganə sey sənsən. Onuda əlimdən almağa çalışırlar"

Başımı hec qaldırmadım
Bir günah işləmiş kimi hiss edirdim özümü. Bir az qorxaq, bir azda hüzünlü...

"Demək dilinin uzunluğu tək mənə keçir. Sevilə hec nə deyə bilmədin? Onun niyyəti beynini qarışmaqdı. Belədə baxanda, görürəmki istədiyini bacarıb. İndi düşürsən qarşıma, gedirik bu məsələni həll elməyə!"

Son sözündən sonra başımı qaldırıb ona baxmağa məcbur qalmışdıq. Kiminiləsə üzləşməyə halım yox idi mənim.

"Hec yerə getmirəm! Səndə getmirsən!"

Sözümü bitirməmiş canımı incitməyəcək, şəkildə qolumdan tutaraq arxasıyca sürüklədi.

"Gedirik! Sənə nə deyibsə, mənimdə üzümə deyəcək!"

Səsindəki əsəbi hiss edib, səssizcə arxasıyca getməyə başladım. Sevilin otağının yanına çatdıqda, qapını hec döymədən açdı. Ən birinci məni içəri saldı, sonra özü ardımca girib qapını bağladı. Sevil isə çarpayısında uzanıb, jurnal oxuyurdu. Bizi görüb əlindəki jurnalı yerə qoyub ayağa qalxaraq "Qapı döymə mədəniyyətiniz yoxdu sizin?"dedi.
Ayaz yanına doğru getdikdə, qolundan tutub onu saxladım. Hər seyi edən mən axmaq idim. Elə məktub yazmasaydım, indi burda olmayacaqdıq.

"Qapı döymə mədəniyyətim, mədəniyyəti olanlara keçir! Cavab ver mənə, Asyaya nə demisən?!"

Ayazın gur çıxan səsi ilə yerimdən sıçramış kimi oldum. Bir adım arxaya gedib, qolundan daha möhkəm tutdum.

"Mən Asya ilə danışmamışam hec bu gün. Asyaya nə deyə bilərəm? Siz nədən danışırsız hec nə başa düşə bilmirəm"

Yalana bax! Bu vəziyyətə içində güldüyü o qədər bəlli idi mənə. Qarşında kicik vəziyyətə düşməkdə... Ayaz qolunu əlimdən çəkməyi bacarıb, mənə dönüb baxdı. Sonra Sevilin tam qarşısına keçdi.

"O qulaqlarını aç yaxşı eşit. Əgər O, sənə görə ağlasa onu ağlayan görsəm, o günü bu evdən ya sən çıxıb gedərsən, ya biz çıxıb gedərik! Öz beynindəki düşüncələrini özünə saxla! Mən onu elə sevmişəm... Elədə qəbul edirəm. Onda olan saflığın iki qramı səndə yoxdu. Qorxulu film qoşmağın, bu gündə gəlib onu incidəcək şəkildə danışmağın iki etdi! Üçüncüsün etməyə çalışma... Söhbət Asyanın həyatından gedirsə, sənin var olub olmamağına baxmaram!"

Ayazın dedikləri qarşısında, Sevilin rəngi dəyişdi. Bu qədər niyə əminliklə danışırdı, bilmirdim. Sevil "Otağımdan çıxın! Sənin Asyanı, necə sevib sevməməyin mənə maraqlı deyil! Mən onun yaxşılığı üçün dedim... Səni tanıdığım üçün... 2 aydan sonra onu qapının kənarına qoyduğunu bildiyim üçün!" deyərəkən Ayaz onun qolundan tutub özünə tərəf çəkdi.
"Yuxudan ayıl daha! Dünya sənin fikirləşdiyin kimi bir yer deyil! Mənim əsəblərimlə oynama! Canını çox pis yerdən yandırıram!"
Əlini qolundan çəkib onu çarpayının üstünə düşəcək şəkildə itələdi.
Sonrada otaqdan çıxmaq məcburiyyətində qaldıq. Öz otağımız keçid elədikdə, səssizcə ona baxdım. Nəsə danışsam, hər seyi daha çox bərbad edəcəkmişəm kimi hiss etdim. Onların aralarında nələrin keçdiyini bilmirdim. Amma bir keçmişləri olduğu dəqiq idi. Sevil ilk başlardaki kimi mənə hec normal gəlmirdi. Ayaz otaqda qala bilməyib otaqdan çıxdıqda məndə üstümü dəyişdirib, taxtımıza uzandım. Bu gündə mənimlə yatardımı? Ən çox ehtiyyacım olan vaxtda...
Özümü qırılmış, incinmiş kimi hiss edirdim. Sevilin cavabını əvvələcədən özüm versəmdə, Ayazın dediklərini eşitmək məndə qəribə bir hiss yaratmışdı. Hisslərimizi cavablandırmağın vaxtı idi. Bağlılıq idimi? Ya ondan ötə bir hiss...
Yarım saat keçdikdən sonra Ayaz otağa daxil oldu. Üzündəki əsəbin azca getdiyin hiss etdim. Cibində olan əllərini çıxardıb "Bu da sübut..." dedi. Barmaqlarına baxa - baxa qaldım. Eynən mənim kimi barmaq uclarını xınaya batırmışdı. Barmaq ucları xınalı idi...

"Bu sübutdan, daha artıq bir sey olub..."dedim utancıma mane ola bilməyib. Mənə məndən utanmadığını sübut etmək üçün bele bir sey etmişdi. Barmaqlarına baxıb gülməyə başladı. Üzündə açan çiçək kimi gülüşdən çox xoşum gəlirdi. Daş altından hər seyə inad çıxmağı bacaran, çiçəyə bənzəyirdi.

"Sənin xoşuna gələn hər sey, mənimdə xoşuma gəlir. İcazən olsa, bu gündə sənin yanında yata bilərəm?"

İcazə istəyərkən necədə şirin idi. Bu sualını gözləmiş kimi "İcazə sənin... Mənimdə bir yoldaşa ehtiyyacım var"dedim. Əllərimi hörüklü olan sac ucuma atıb, saclarımı açaraq yerimə təkrar uzandım.
Bunun üstünə işığı söndürərək yanıma gəldi. Bu dəfə yaxın məsafədən üz üzə uzanıb bir birimizə baxdıq. Sevil haqqında içimdən nəsə soruşmaq keçirdi. Amma hec nə soruşa bilməyib, onun nəfəs alış verişinin səsinə qulaq asırdım.

"Haqqsızlıq etdin"

"Nə haqqsızlığı, etmişəm?"

"Saclarını açmısan... Qoxun məni dəli edir. İcazə istəyib, saclarına belə toxuna bilmirəm"

Üzümdə yaranan xırda gülüşü, basdırmağa çalışdım. Ayaz, ruhuma toxunmağı çox gözəl bacarırdı. Mən istəmədən, mənə hec vaxt toxunmurdu. Sac tellərimə, belə...
İçimdə yaranan ona yaxınlaşmaq istəyini, geri çevirməyib bir az dikələrək yanağın kicik öpüş qondurdum. Geri çəkilmək istəyərkən isə məni qolumdan tutdu. Sac uclarım üzünə töküldü... Təkrar dodaqlarımı yanağına basdırdı.

"İcazə verirsən?"dedi.

"Nəyə?" dedim

"Səni qoxlamağıma..."dedi

Bunu istəyərdim?
Ruhunun, bir parçası olmağı çox istəyirdim.
"Ruhum, sənə əmanət"deyib uzandım.
Tam yanıma gəlib, əlini belimin altına salaraq məni öz tərəfinə çəkdi. Digər əli ilə saclarımı geriyə verməyə başladı. Burnunu sac uclarıma toxundurub, saclarımı qoxlamağa başladıqda "Asya..."dedi. Sözünün ardını gözlədim, amma ardı gəlmədən saclarımı geri itib mənə daha çox yaxınlaşaraq, dodaqlarını boynuma basdırdı. Dodaqlarını boynuma sürtdükcə, mən ona qarşı qoya bilmirdim. Onu özümdən uzaq tutmaq belə istəmirdim. Ürəyimin səsinə ilk dəfə idi qulaq asırdım. Ürəyimi doğru insana əmanət etmişdim. Boynuma bir öpüş qondurdu, sonra təkrar bir daha öpdü. Üçüncü öpüşündə "Asya..." dedi təkrar. Ardından dərindın alıb verdiyi nəfəsini boynumda hiss etdim. Hiss etdiyim nəfəsi ilə içim ürpənməyə başladı.
"Asya, mənə əngəl ol... İstəmirəm de... Məni üstündən aşağı at..."dedi başını qaldırıb mənə baxaraq
Başqa birinin mənə toxunmağını həzm edə bilməzdim. Ayazın toxnuşları isə başqa bir adamın toxunuşu deyildi. Ruhumu əmanət etdiyim insanın toxunuşu idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 7 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri