Ruhum sənə əmanət (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 5 987
Səs ver:
(səs: 0)
Etiraf edilməmiş, bir sevgi hekayəsi daha...
Ruhuma toxunmağı bacarmışdı, deyə ondan ayrıla bilmirdim. Amma birinin, bizə dur deməsi lazım idi. O şəxsdə mən idim. Mən idim olmağına, lakin dilimdən hec bir kəlimə çıxmırdı. Onu arzulamış, onu çoxdan istəyirmiş kimi bir hiss yaranmışdı içimdə. Xeir, ehtiras deyildi...
Hissimi başa düşmək üçün, mənə görə yaradılmış bir vəziyyət idi.
Pıçıltılı çıxan səsim ilə "Səni saxlamayacam" dedim. Utanmışdımı? Hə, utanmışdım...
Yanaqlarımın qızardığını hiss edə bilirdim. Ürəyim, isə utancımın səsinə qulaq asmırdı. Çünki, əmin idim... Ayazında məni istəməsindən əmin idim. Sevməsəydi, yanımda olmazdı. Dilinə gətirə bilmədiyi kəlimələri, hərəkətləri ilə yerinə yetirirdi.

"Saxlamalısan"

"Niyə?"

"Ehtiras hissinə qurban, getməyini hec istəmirəm"

"Bu ehtiras deyil..."

"Bəs nədi? Nəyə görə sənə toxunmağıma icazə verirsən?"

Son sözünə göz qapaqlarımı ondan çəkib, aşağı endirdim. Məni necə, küncə sığışdırmaq lazım olduğunu çox yaxşı bilirdi. Niyə belə edirdiki? Çoxmu çətin idi dilindən, o kəliməni çıxartmaq? İstəməməliydim...

"Məni sınama... Nə edirsən et, amma hisslərim ilə oynama. Əllərinə xına qoyub yanıma gəlib, mənimlə birgə bu çarpayıya uzanaraq, məni istəyirmiş davranıb, sonra lazımsız biri kimi bir küncə atma. Mənə belə sey yaşatma... Mən bunları dərk etməyəcək, qədər böyüməmişəm hələ"dedim

Məni özünə daha çox sıxıb, gözlərini yumaraq dodaqlarını üzümə yaxınlaşırdı. Anın hissinə qapılıb, gözlərimi yumdum. Dodaqlarının basdırışını dodaqlarımda deyil, alınımda hiss etdikdə "Hələdə, böyüməmisən..."dedi. Bir daha möhkəmcəsinə bir öpüş qondurub geri çəkildi.

"Nə vaxt böyüsən, onda sənin ruhuna toxunacam. Səni nə qədər çox istədiyimi təxmin belə edə bilməzsən. Amma olmaz, xırdam... Sən mənim üçün hələdə xırdasan... Beynini qarışdıracaq bir seydə etmək istəmirəm. İndi özümə mane ola bilmədiyim, üçün belə bir hal yarandı. Birdə təkrar etməməyə, çalışacam"

Sonra yanımdan ayağa qalxıb, otağı tərk elədi. Mənim üzümə, böyük bir gülücük bəxş edərək...

Səhər açıldıqda, dünən gecəni unutmuş kimi davranmağa çalışdım. Bacara bildiyim qədər, dünəni yaddaşımdan çıxartmağa çalışırdım. Hazırlıqda bu gün olmadığından bütün günüm evdə keçmişdi. Yeni ilində gəlişinə az qalmışdı. Qonaq otağında Fidan yolka ağacı bəzəyirdi. Hec kimin olmamağından istifadə edib, yanına gəlib dayandım. Mənim gəldiyimi hiss edib "Yaxşı oldu gəldiyin, mənə bəzəklərdən ver taxım"dedi. Mənimlə plansız bir şəkildə danışırdı... Qəbullanmışdı məni?
Əlimi kicik şaxta baba bəzəklərinə uzadıb ona verdim. Oda bir - bir asmağa başladı. Onunla bir az söhbət etməli idim.

"Fidan, Ayazın xoşladığı seylər nədi?"

"Nə mənada?"

"Ona yeni il hədiyyəsi almaq istəyirəm. Amma nə alacağım haqqda qərarsızam"

"Ayaz maşınlardan başqa hec nəyi xoşlamır"

Bunu deyişi ilə üzümü asmağım bir oldu. Ayaz maşınlardan başqa nə sevə bilərdiki...

"Yaxşı, yaxşı üzünü asma o dəqiqə. Baş başa vaxt keçirə bilərsiz. Ayaz sevdiyi insanlar ilə birlikdə vaxt keçirtməyi çox xoşlayır"

"Baş başa necə vaxt keçirdək bəs?"

"Kicik köməklik edə bilərəm sənə. Bizim yaşamadığımız bir evimiz var. Ayazı bir bəhanə ilə ora çağırsam, səndə orda olub oranı hazırlasan əla bir sey olar"

"Yeni il günü bu necə olacaqki?"

"Evdəkiləri nəzərdə tutursansa, narahat olma. O iş məndə"

"Çox sağ ol. Etdiklərin və edəcəyin hər sey üçün, çox sağ ol"

"Sən Ayazı çox xoşbəxt edirsən. Bunu onun gözlərindən görürəm.Sənin qurduğumuz, planı eşitdiyini Ayaz mənə danışıb. Daha aramızda gizli bir sey olmayacaq"

Xoş bir təbəssüm ilə üzümə güldükdə, məndə gülümsədim. Ancaq ağılımın bir yanına Sevil gəldi. Sevili məndən gizləyirdilər. Qonaq otağıda olduğu üçün onun adını burda ağızıma almaq istəmədim. Almadığımada şükür edərkən, Sevilin yanımıza gəldiyini gördüm.

"Nə qaynadırsız orda?"

"Qaz peçi deyilik ki nəsə qaynadaq, yolka bəzəyirik"dedi Fidan kinayə dolusu səsi ilə.

"Kor deyiləm, yolka ağacı bəzədiyinizi görürəm. Mən ümümi cəhətdən soruşmuşdum. Asya, sən bu qızla yola gedə bilirsən?"

Sevilin nece iki üzlü biri olduğunun bir daha şahidi oldum. Dün axşamdan sonra hələdə, mənimlə danışmaq səyi nəyə görə idi?
İrəli bir addım atıb qarşısına keçdim.

"Hec nə olmamış kimi necə davrana bilirsən?"

"Mən, nəsə olduğunu xatırlamıram. Unutma sənin qaynanan, mənim bibimdi"

"Nə demək istəyirsən sən?!"

"Nə demək istədiyim çox açıqdı. Səni bu evdən rədd edərəm"

Son sözünə bir cavab vermək istəyirdimki, arxamda olan, Fidanın qolumdan tutub məni yanına çəkib qarşıma keçməsi bir oldu.

"Ona nəsə etsən, qarşında Ayazdan əvvəl məni görərsən! Sən kimsənki, onu bu evdən rədd edəsən?! Sənin etdiklərinə həm mənim qarnım toxdu, həmdə Ayazın! Nə badə, ağılının ucundan bele seylər keçirdəsən. O günü çıxdığın yerə geri dönərsən!"

Məni qorumağını bir kənara qoydum. Taxıldığım tək nöqtə, hansı yerdən çıxdığı, hara dönəcəyi oldu.

"Mən çıxdığım yerə, bir daha geri dönməyəcəm! Bu dediklərinə görədə peşman olacaqsan. Onsuzda Ceyhunu başqa qızla görməyə peşman olmusan! Ay yazıq qız, sevdiyi oğlan başqa qızların qollarındadı, bundan artıq nə peşmancılığın olacaq?"

"Əlin var hə bu işdə?! Mən çox saf imişəm... Həyatımızdan getdiyini düşündüm. Sən demə sən bizdən getməmisən! Mənim həyatımı korladın, Asyanın həyatını korlamağına icazə verməyəcəm!"

Fidan digər əlində tutduğu bəzəyi yerə atıb, mənidə arxasıyca sürüklədi. Son günlər, hər kəs məni arxasıyca sürüyürdü. Otağımın qarşısına çatanda "Hazırlaş, gedirik"dedi.

"Hara gedirik?"

"Mənim işim var evdən çıxmalıyam. Sənidə Sevil ilə evdə tək başına buraxa bilmərəm. Ona görə səni Ayazın iş yerinə atacam. Axşam onunla birlikdə gələrsiz"

"Sevil sizə nə edib?"

"İncimə, amma bunu sənə deyə bilmərəm. Sən hazırlaşmağında ol"

"Dayan, Fidan. Mən bu görnüş ilə iş yerinə getmək istəmirəm"

"Görnüşün yerindədi sənin. Ayazında səndən belə xoşu gəlir"

"Olsun, mən yenədə sacıma və üzümə fikir vermək istəyirəm. Saclarımı açıb, mənə makyaj edərsən? Mən elə seyləri, bacarmıramda..."

Fidan dediklərimlə razı olduqdan sonra otağıma girib üstümü dəyişərək, onun otağına gəldim. Sadə qara rəngli bir dar şalvar, üstünədə qırmızı bol toxunma köynək geyinmişdim. Fidan uzun dalğalı saclarımı açmağa başladı. Saclarım düz olduğundan daha uzun görsənmişdi. Ortadan iki yana ayırdıqda, üzümün forması dəyişilmişdi. Üzümə keçid elədikdə, ilk əvvəl qaşlarımı düzəltdi. Kipriklərimə tuş vurub, kiprik uclarımı uzatdı. Göz altımada qara bir qələm çəkdikdə, göz formamda dəyişdi. Üzümdə böyüdəcək bir makyaj olmasada, gündəlik həyatımdan belə seylərdən istifadə etmədiyimdən öz gözümə fərqli görsənmişdim. Dodaqlarımada acıq qırmızı rəngdə bir dodaq boyası sürtükdən sonra güzgü qarşısında gülərək özümə baxdım.
Fidan arxamdan "Ayaz belə olduğuna hirslənəcək, biləsən" dedi

"Niyə hirslənsinki?"dedim

"Asya, otağına get bolca portağal qoxundan üstünə vur. Səni xilas etsə - etsə qoxun xilas edəcək"

Otağıma gəlib dediyini edərək qara rəngli dizimdən yuxarı olan paltomu geyinib aşağı Fidanın yanına düşdüm. Bərabər evdən çıxıb Fidanın maşınına minib yola düşdük. Ayaz məni şirkətdə görəndə necə reaksiya verəcəkdi? Xəbər belə etməmişdim... Dün axşamdan sonra onun yanına bu cür şəkildə getməyimdə, çox ağılsızca bir hərəkət idi. Lakin, Sevilə görə məcbur olub, getməli idim. Bu gün Ayazdan onun haqqında olan hər seyi soruşacaqdım.
Şirkətə gəlib çatdıqda, liftə minib 6 cı mərtəbəyə çıxdıq. Saat günortanı keçmişdi. Fidan şirkəti yaxşı tanısada, mənim ilk gəlişim olduğundan gözüm ətrafı gəzirdi. Belə şirkəti mən ancaq fimlərdə görürdüm. Birdə, indi burda görmüş oldum. Yanımızdan kim keçirdisə, Fidana salam verib mənə dönüb baxırdılar. Fidan boz rəngli bir qapının yanında durub "Ayazın otağıda buradı"dedi sonra kənar tərəfdə olan iş masalarında oturan bir qıza dönüb "Zümrüd, Ayazın otağındadı?"dedi. Qızın gözü mənə baxaraq, sonra Fidana dönüb "Bəli, Fidan xanım. Gəldiyinizi deyim?"dedi.

"Yox bəbəyim, biz içəri icazəsiz girəcik"deyib qapını iki dəfə döydükdən sonra qapını açdı. İçəri addım atıb, girərkən məndə ardıyca girib qapını bağladım. Ayazda bizi görər görməz iş masasından ayağa qalxmışdı.

"Fidan, Xırda sizin burda nə işiniz var?"dedi.

Mən hec bir cavab verməzkən Fidan nəfəsini alıb verməyə başlayaraq "Asyanı, Sevilin yanında tək qoymaq içimə sinmədi. Ona görə onu götürüb bura gəldim. Çünki, mənim işim var"dedi.

Ayazın baxışlarındaki gərginlik azalmağa başladı. Sonra məni indicə görmüş kimi oldu. Yanıma doğru addımlayıb, mənə diqqətlicə baxdıqda Fidan aradan çəkilib qapını açaraq çıxdı. Dediyi kimi olmuşdu... Ayaz, bu görüntümə əsəbləşəcəkdi.

"Saclarına neynəmisən belə?"

"Düzləşdirmişəm"

"Dodaqlarına nə sürtümüsən?"

"Dodaq boyası"

"Kipriklərin niyə belədi?!"

"Onlarada tuş çəkmisəm"

"Məni dəli eləmə! Belə sey etmək məcburiyyətində deyilsən!"

"Məni uşaq gözündə az gör! Xoşum gəlib etmişəm. Belə daha gözələm!"

"Gözəl deyilsən!"

İş masasının yanına gedib, masa üstü olan salfetlərdən əlinə bir dənə alıb yanıma gəldi. Salfetlə nə edəcəyinə baxarkən, ani hərəkət ilə salfeti dodaqlarıma çəkib pomadamı silməyə başladı.

"Ayaz nə edirsən! Mənim xoşuma gəlmişdi!" deyib əlini dodağımdan çəkməyə başladım.

"Mənimsə xoşuma gəlmir!"dedi

Xoşuna gələcəkdi!

"Gözəl görsəndiyim üçün belə etdin!"dedim

"Gözəl deyildin onda! İndi gözəlsən..."dedi


Bölüm Sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri