Ruhum sənə əmanət (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 6 075
Səs ver:
(səs: 0)
Gözəl sözü, dava arasında deyildikdə belə adama xoş gəlirdi. Əsəbim bir andaca keçmişdi. Öz özümə gülməyə başladım. Bu adamın bu hallarını sevirdim...

"Çoxmu gülməlidi?"

"Həmdə necə..."

"Sadə parıltıcı sürtükdə, daha yaxşı olur. Nəyinki, qırmızı dodaq boyası"

"Mən sənin haqqında hec nə bilmirəm. İndi bilmiş oldum ki, sən qırmız rəngli dodaq boyasını sevmirsən"

"4 aydı bir yerdəyik, məni hecmi tanmırsan? Amma mən səni çox yaxşı tanıyıram"

"Tanıtdırmırsan özünü mənə. Özünə nə sərf edir onu edirsən. Məndən uzaq qaçan sənsən. Səndə məni tanıdığını düşünürsən. Ancaq tanımırsan"

"Mən səni tanımıram hə?"

"Hə, sən məni tanımırsan!"

Cümləmin sonunda idrak hissi ilə qəh - qəhə çəkdi. Yenə, bu gülmələri başlamışdı.

"Səndən daha yaxşı tanıyıram, xırda. Mən sən deyiləm. Məni düşünməyən sənsən. Mən bilirsən niyə sildim dodaqlarından o boyanı?"dedikdə
"Qısqanırsan"dedim. Əlində tutduğu salfetə baxıb, aramızda olan məsafəni tamamilə yox edib mənə yaxın durdu. Gözü dodaqlarıma tərəf endikdə, dodaqlarım açıq şəkildə onu izlədim. Hər mənə yaxın durduqda, beləmi olacaqdı? Nəfəsinin istisini üzümdə hiss etdikdə, dodaqlarını aralayıb "Qısqanmıram... Bir makiyajı qısqanacaq qədər, düşməmişəm. Mən, sənin özünü istəyirəm. Gözümə gözəl görsənmə hərəkətlərin boşunadı. Sən onsuzda mənim üçün dünyada, ən gözəl qızsan. Sənə özünü belə hiss etdirdiyim üçün məni bağışla" dedi. Sonra dodaqlarını dodaqlarıma sürütməyə başladı. Dahasın gözləyirmiş kimi yerimdən tərpənməyib, bir hərəkət etmirdim. Qəlbim israrla onu istəyirdi. Onun dodaqlarının dadına baxmaq istəyirdim. Dodaqlarını dodaqlarıma bir daha dəydirib, boğazını təmizləyərək geri durdu. Yenə, onun yanında çox gücsüz görsənmişdim... Onu sevdiyimi görmürdümü? Görürdüsə, niyə belə edirdi?

"Sey... Bağışla... Mən nə deyirəm hə? Öz həyat yoldaşıma yaxın durdum deyə, öz xanımıma bağışla deyirəm. Bizim əla münasibətimiz var" deyib işin içindən təlaşlı şəkildə çıxmağa çalışdı. Məndə, yalandan üzümdə bir gülüş əmələ gətirdim. Gülməyə məcbur idim.

"Bizim münasibət, deyə bir sey yoxdu. Biz hec bilmirik nəyik..."dedim

"Biz bir birinə öyrəşən iki insanıq. Başqa nə ola bilərik?"dedi

Necədə asand deyirdi. Məndə ilk əvvəl öyrəşdiyimi düşündüm, amma sonra bunun bir öyrəşmək olmadığını başa düşdüm. Hec nə də bəxtim getirmədiyi kimi, bunda da bəxtim gətirməmişdi. O, mənə öyrəşmişdi... Sevgi isə ayrı bir hiss idi. O duyğunu özündə hiss etsə, idi uzatmazdı bu mövzunu. Nəydən, kimdən qoruxub çəkinirdi? Biz onsuzda evli deyildikmi? Ürəyimə oturan böyük daş ilə "Başqa hec nə... Öyrəşən insanlar, gec ya tez bir gün bir - birilərindən ayrı düşür. Ruhları, bir olsada olmasada..."dedim.

Hanı bəs ruhun bir parçası idim? Boşuna idimi o məktub...

"Bu mövzuya hardan gəlib çıxdıq? Biz ən yaxşısı aşağı yeməkxanaya düşüb, bir çay içək"dedi.

Çay içməyə nə həvəs qalmışdı, nə də istək.
Ancaq başqa, bir yolum olmadığı üçündə razılaşdım. Üzümü asıb ona baxmağa davam edərkən, gözüm əlinə sataşdı. Gördüyüm sey ilə bir qəribə oldum. Bu vaxta qədər hec ağlımın ucundan belə keçməyən seyi, onu sol barmağında gördüm. Sol barmağına üzük taxmışdı. İşin qəribə tərəfi nə evdən çıxanda əlində üzük olardı, nə də evə gələndə. Ümümiyyətcə üzüyün var olub olmamasını hec bilmirdim. Əlinə diqqətlicə baxdığımı gördükdə, əlini arxasına saxlamağa çalışdı. Buna necə açıqlama verəcəkdi? Biz, üzük taxmırdıq...

"Üzük taxdığını hec görməmişdim"

"İşdə, məcburam taxmağa"

"Nəyə görə məcbursan?"

"Asya, çox sual verirsən. Çay içəcəkdik biz"
"Çayı sonra içə bilərik. Sən mənə cavab ver üzüyü niyə taxırsan?"

"Üzük niyə taxılır? Evliyəm, deyə taxıram"

"Bəs mən niyə bu vaxta qədər sənin barmağında bu üzüyü görməmişəm?"

"Evə gələndə üzüyü maşına qoyuram deyə. Başqa məna çıxartma. Evli olduqlarımı bilsinlər deyə taxıram bu üzüyüki, məni narahat edən olmasın"

Bu dəfə içdən güldüm. Qızları narahat edən olduğunu düşünərkən, oğlanlarıda narahat edən biriləri olurdu?

"Sən 4 aydı mənə sadiq qalmısan?"dedi
m
"Mən 4 ay əvvəldəndə sənə sadiq qalmışdım. Nişanlandığımız gündən bu günki qədər sənə sadiqəm. Bu hər zamanda belə olacaq"dedi.

"Onda çay içməyə gedək"dedim gözümü otağında gəzdirərək. Hec otağına nəzər salmamışdım. Otaq, tünd bardo rəngə hakim olmuşdu. Tavanı açıq qara rəngli, işıqlarla bəzədilmişdi. Ortada qoyulan iş masasının ardında qarışıq bir mənzərə vardı. Mənzərəyə baxmaq üçündə, irəli getdim. Ayazı unutmuş kimi davranıb, mənzərəyə doğru getdikdə, Ayazın "Asya, gəl gedək. Mənası olmayan bir məzərərədi. Nəyinə baxırsan"dedi. Bu deyişi ilə ona baxdım. Məzərəyə baxacaqdım, yeməyəcəkdim! Əsəbimlə "Yemədim mənzərəni!"dedikdə gözüm iş masasında olan orta boyda olan çərçivəyə sataşdı. Çərviyə baxdığımı görən, Ayaz əli ilə saclarını qarışdırmağa başladı. Deyəsən, mənzərəyə baxmağımdan deyil, buna baxmağımdan qorxuduğu üçün belə etmişdi. Çərçivədə olan öz şəkilimi əlimə alıb baxdım. Ondan bir cavab gözləyirmiş kimi, ona baxıb "Bu da iş üçündü?"dedim

"Necədə ağıllı qız imişsən. Hə, bu da iş üçündü"

"İş üçün üzük taxırsan, iş üçün şəkilimi çərçivəyə saldırıb masanın üstünə qoyursan. İş üçün, daha başqa nə edirsən?"

"Hələki bunları edirəm. Birdə indi aşağı düşüb çay içəcəyik. Daha başqa nə edimki mən?"

"Bunlar iş üçün səncədə çox deyilmi?"deyib əlimdəki çərçivəni bir göz qırpında aşağı atdım. Zərbəmin təsirindən çərçivənin şüşəsi çatlayıb iki yerə bölündü. Ayaz yanıma gəlib "Nə etdiyini hesab edirsən?!"deyərək aşağı çöküb çərçivəni əlinə aldı.

"Niyə belə etdin?! Səni başa düşə bilmirəm mən!"dedi

"İş üçün çox idi bu çərçivə! Məndə birini azaltdım. Üzüyüdə barmağından çıxart at! Mənə iş üçün lazım olan seylər lazım deyil!" deyib qoluna qəsdən dəyərək yanından keçib getdim. Daha artıq bir kəlimə eşitmək istəmirdim. Aramızda olan gərginlik ilə aşağı düşmüşdük. Yemək saatının olmamağına rəğmən masalar dolu idi. Ayazın yanında addımladıqca yeməkxanada olan insanların baxışını üstümdə daha çox hiss etməyə başlamışdım. Divarın ən arxa hissəsinə keçib oturduqda, Ayaz çay almaq üçün ayağa qalxmışdı. Özü alırdı... Səmimi idimi işciləri ilə? Hec nə bilmirdimki... Sıxıldığımdan saclarım ilə oynayıb dururdum. Ayaz ilə ətrafdakılar isə salam sağ ol edirdi. Ayaz yanıma gəlib iki çay ilə şirniyyat gətirmişdi. Hec kimə baxmadan qarşımdakı, Ayaza baxdım.

"İşçilərin nə düşünür görəsən?"dedim.

Bizi birinci dəfə idi yan yana görürdülər. Sonuncu dəfədə olmaq ehtimalı çox idi.
"Düşünürlərki, Ayaz yanındaki mələyi haqq edəcək nə edib? Axı, O özünə qoyulmayan əclafın biri idi"deyib üzündə təbəssüm yaratdı.
Arxadan gələn bir səs "Oo Ayaz səni belə görmək nə xoşdu"dedi. Oğlanın səsinə Ayaz arxaya çönüb ayağa qalxdı. Bir biriləri ilə qardaş yana görüşdüklərində, oğlan görüşmək üçün əlini mənə uzatdı.

Ayaza dönüb baxdıqda, üzündəki məmnun yana ifadəni gördükdə, əlimi əlinə uzadıb salamlaşdım. Bizim yanımıza oturduqda, Ayaz əlini onun çiyninə qoyub yavaşca vuraraq "Vüqar, mənim dostlarımdan biridi"dedi.
Vüqarda "Demək sənin ipini yığan, xanımın bu imiş"dedi gülərək. Buna məndə güldüm. Ayaz isə dolaşığa düşmüş kimi oldu.

"Vüqar gün gələcək sənidə görəcəm"dedi.

"Görəcəksən, amma mən sənin kimi olmayacam. İş bitər bitməz evə qaçırsan. Evə qaçmağı keçdim, yarış maşınını atdın. Bundan o tərəfəsi var yəni? Afərin sənə gəlin bacı"deyib xoş üzlə mənə baxdı.

Eşitdiklərimin şokunu yaşayırdım. Bəlkədə, bilmədiyim daha çox sey vardı. Bu gün bura gəlməsəydim hec nədən xəbərim olmayacaqdı.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri